Axtarış
The search found 105768 results in 0.03 seconds.
Search results
Namiq Qaraçuxurlu: O qızlar məni şoka saldı - VİDEO
Məşhur meyxana ustadı Namiq Qaraçuxurlu gənc yazar Kəramət Böyükçölün meyxanaçılarla bağlı tənqidi fikirlərinə münasibət bildirib.
Meyxanaçı açıqlamasında Kəramətin psixoloji problemlərinin olduğunu deyib:
“Onun yazdığı statusa nəzər yetirəndə yalnız iki məsələni görmək olar: özünü reklam etmək istəyi, bir də psixoloji problem. Kəramət özünü reklam edənə oxşamır. Amma psixoloji problemi olan adama oxşayır.
Mən həqiqətən də istəyirdim ki, onu başa düşüm, tənqidini anlayım və müzakirə edim. Onun sadəcə dalaşmaq niyyəti var”.Muxalifet3 - 18-04-2019
Pərvin yayılan videosundan DANIŞDI: İçmişəm, yaxşı eləmişəm - VİDEO
Pərvin Abıyeva sosial şəbəkələrdə içkili halda yayılan görüntüsündən danışıb. Görüntülərdə Pərvin və rəfiqəsinin hava limanında əllərində içki olduğu görülür. Muxalifet.az xəbər verir ki, aktrisa Pərvin Abıyeva yayılan video haqda azxeber.com-a açıqlama verib. O içkili olduğunu etiraf edib: Mən 2 ay idi ki, Bakıda deyildim. Vətənə qayıtdığım üçün çox xoşbəxt idim, çox sevinirdim. Etiraf edim ki, içdiyimiz limon suyu deyildi. Təmiz İtalyanski ağ şərab idi. 2 bakal şərab içmişəm, bəlkə də içki düşkünü olmadığım üçün məni tez tutub. Həm də mən uşaq deyiləm, 28 yaşlı qadınam.
Muxalifet3 - 18-04-2019
Baş prokuror açıqladı: Gizli seçki danışığı olmayıb
2016-cı il seçkiləri ilə bağlı ABŞ Prezidenti Donald Trampın, eləcə də digər amerikalıların Rusiya ilə gizli danışığı olmayıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Baş prokuroru Riçard Barr deyib.
O, xüsusi prokuror Robert Müllerə təşəkkür edərək onun Rusiyanın seçkilərə müdaxilə təbiətini ortaya çıxardığını bəyan edib.
Muxalifet3 - 18-04-2019
Paytaxtın bu rayonlarında qaz olmayacaq
Bakının Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, aprelin 19-da saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava,Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.Muxalifet3 - 18-04-2019
Azadlıq prospektində qəza: tıxac yarandı - Foto
Bakıda yol qəzası baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Eyni zamanda Azadlıq prospektində nəqliyyatın hərəkətində tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 18-04-2019
Qalından seçki açıqlaması: Yekun söz... - Qalın
Seçki nəticələrinin millətimiz üçün xeyirli olmasını arzu edirəm. Yekun qərarı Ali Seçki Qurumu (ASQ) verəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
Qalın bildirib ki, AKP-nin, o cümlədən Cümhur İttifaqının aldığı səs faizlərinə diqqət etdikdə prezidentə olan inamı bir daha hiss etmək mümkündür.
Muxalifet3 - 18-04-2019
ŞOK: Bu toyuq ətini ƏSLA ALMAYIN - SƏBƏB
Açıq şəkildə satılan toyuq ətini almaq tövsiyə edilmir.
Bu gün bəzi market və bazarlarda üzərində hansısa istehsalçıya aid olduğu göstərilməyən toyuq əti satılır. Hissələr şəklində, kiloqramla satılan bu toyuqların haradan gətirildiyi, hansı şəraitdə saxlanıldığı və kəsildiyi barədə nəinki alıcıların, hətta satıcıların da məlumatı olmur.
Mənşəyi bəlli olmayan toyuq ətinin satışı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mütəmadi olaraq monitorinqlər aparılsa da, həmin məhsullara rast gəlmək mümkündür.Muxalifet3 - 18-04-2019
Trampdan Müllerin qərarına reaksiya: gözəl gündür
Sövdələşmə olmayıb və olmayacaq da...
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp xüsusi prokuror Robert Müllerin “Seçkilərə Rusiya müdaxiləsi” ilə bağlı araşdırmasını şərh edərkən deyib.
“Bu gün gözəl gündür! Müdaxilə yoxdur, heç bir maneə yoxdur. İstənilən halda olmayıb və olmayacaq da...”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Baş prokuroru Riçard Barr xüsusi prokuror Müllerin Tramp və digər amerikalıların 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı gizli sövdələşmə aşkar etmədiyini bildirmişdi.
Muxalifet3 - 18-04-2019
BDYPİ-dən Formula 1 açıqlaması
Bakıda növbəti Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi üçün son tamamlanma işləri aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu yarış zamanı paytaxtımıza gələcək çoxsaylı tədbir iştirakçiları və qonaqların sərbəst hərəkətinin təşkil olunması üçün idarə tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilir.Muxalifet3 - 18-04-2019
Sanasaryana qarşı ittiham irəli sürüldü
Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, D.Sanasaryana qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən ittiham irəli sürülüb.
Muxalifet3 - 18-04-2019
"Qəbələ"yə yeni prezident təyin olundu
"Qəbələ" İdman Klubunun prezidenti vəzifəsinə yeni təyinat olub.
Muxalifet.az xəbər verir ki, Tale Heydərovun bir müddət əvvəl istefasından sonra klubun prezidenti vəzifəsini Fariz Nəcəfov icra edəcək.
2008-ci ildən klubda vitse-prezident kimi fəaliyyət göstərən Fariz Nəcəfov təyinatla bağlı bunları deyib:Muxalifet3 - 18-04-2019
Qarışqalar xərçəng xəstəliyinin müalicəsində istifadə olunacaq
Qara qarışqaların bağırsaqlarında xərçəng xəstəliyinə qarşı təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edilib.
Muxalifet.az xəbər verir ki, Moskva Dövlət Universitetinin alimlərinin apardıqları tədqiqatlar belə deməyə əsas verir.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır.Muxalifet3 - 18-04-2019
Azərbaycanlı gəncin dizayn etdiyi qeyri-adi avtomobil ABŞ-da təqdim edildi - FOTOLAR, VİDEO
Azərbaycanlı gənc avtomobil dizayneri Samir Sadıxovun əməkdaşlıq etdiyi Hyundai şirkətinin premium subbrendi olan Genesis markası üçün dizayn etdiyi avtomobili təqdim edilib.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış rus avtobloger Alan Enileyev məlumat verib.
Uzun illərdir avtomobil dizayneri kimi çalışan Samir və həmkarı Arseninin birgə ərsəyə gətirdiyi avtomobil "Genesis Mint" adlanır.
Muxalifet4 - 18-04-2019
Oqtay Əsədov Matviyenkonu medalla təltif etdi - Foto
MDB Parlamentlərarası Assambleya Şurasının iclası çərçivəsində Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında ikitərəfli görüş olub.
Muxalifet.az xəbər verir ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Görüş zamanı Oqtay Əsədov Valentina Matviyenkonu Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medalla və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəxri medalı ilə təltif edib.
Muxalifet3 - 18-04-2019
Ukrayna əhalisi hər ay azalır
Bu ilin ilk iki ayı ərzində Ukrayna əhalisinin sayında 52 min nəfərə yaxın azalma müşahidə edilib.
Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, fevralın 1-nə olan statistik məlumatda ölkə əhalisinin sayı 42 milyon 101 min 7 nəfər göstərilir. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 47 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min 2 nəfər əhali olub.Muxalifet3 - 18-04-2019
DGK videotəsvirlərə münasibət bildirdi
Dövlət Gömrük Komitəsi (DGK) aprelin 18-də mətbuatda gömrük işçiləri ilə bağlı yayılan videotəsvirlərə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, aprelin 18-də bəzi internet resurslarında Cənub Ərazi Baş Gömrük İdarəsinin qarşısında bir qrup şəxsin gömrük orqanlarına qarşı əsassız ittihamlara söykənən etirazlarının əks olunduğu videotəsvirlər yayımlanıb. Həmin görüntülərdəki şəxslər konkret fakt və ya dəlil olmadan gömrük orqanlarını və onun əməkdaşlarını qanunlara əməl etməməkdə günahlandırır.Muxalifet3 - 18-04-2019
Ərəb ölkələrindən ABŞ-ı qəzəbləndirəcək addım
17 ərəb ölkəsi “Yeni İpək Yolu” layihəsində iştirakla bağlı Çin ilə müqavilə imzalayıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, müqavilələr Çin-Ərəb Reformu və İnkişaf Forumunda imzalanıb. Ərəb ölkələrinin bu qərarının Vaşinqton tərəfindən sərt reaksiya doğuracağı gözlənilir. Çinin dünyaya açılma olaraq gördüyü trilyon dollarlıq layihənin qarşısında ən böyük əngəl ABŞ hesab olunur. Qeyd edək ki, "Yeni İpək Yolu" layihəsinin təşəbbüskarı Çin olsa da, indi Avropanın onun reallaşmasında marağı heç də Pekinin maraqlarından az deyil.
Muxalifet3 - 18-04-2019
Rusiyadakı ağır qəzanın görüntüsü yayıldı - Video
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, Aniçkova körpüsü önündə iki minik avtomobilinin toqquşması nəticəsində ağır qəza baş verib.
Muxalifet.az xəbər verir ki, Nevski prospektində baş verən qəza zamanı avtomobillərdən biri yoldan çıxaraq səkidə hərəkət edən 6 piyadanı vurub. Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Yaralılar arasında 1 Almaniya və 1 Estoniya vətəndaşı da var.
Faktla bağlı araşdırma aparılır.Muxalifet3 - 18-04-2019
Bakıda 18 yaşlı qız intihar etdi
Günorta saatlarında Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
2001-ci il təvəllüdlü Əhmədova Fatimə yaşadığı binanın 5-ci mərtəbəsindən atılaraq intihar edib.
F.Əhmədova yerindəcə dünyasını dəyişib. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 18-04-2019
Tacikistanda əhalinin sağlamlığı xatirinə qəribə addım atıldı
Tacikistanın hakim dairələri mobil rabitə və internet qiymətlərini iki dəfə bahalaşdırıb. Buna səbəb kimi əhalinin sağlamlığından narahatlıq duyulması göstərilib. Bu barədə ASIA-Plus portalına ölkənin Rabitə Xidmətinin rəhbəri İlhom Atoyev məlumat verib.
Muxalifet3 - 18-04-2019