Axtarış
The search found 105768 results in 0.023 seconds.
Search results
“Notr Dam” Kilsəsinin yanğın səbəbi açıqlandı
“Notr Dam” Kilsəsinin yanğın səbəbi açıqlanıb. Araşdırma ilə bağlı məlumat verən bir səlahiyyətli yanğının elektrik sistemindəki qısa qapanma ilə bağlı ola biləcəyini söyləyib.
Məsələ ilə bağlı istintaq 50 nəfərlik bir qrupla davam edir.
Bir polis məmurunun “RT”-yə verdiyi açıqlamaya görə, tədqiqatçılar yanğının elektrik sistemindən qaynaqlanan qısa qapanma nəticəsində çıxmış ola biləcəyini düşünür.Muxalifet3 - 19-04-2019
ABŞ-dan Türkiyəyə “Patriot”-la bağlı yeni təklif
ABŞ “Patriot” satışı ilə bağlı Türkiyəyə yeni təklif edib. Yeni təklif təxminən 20 gün əvvəl Türkiyəyə təqdim olunub. Yeni təklif əvvəlki təklifə nisbətdə daha rasional olub. Hazırda yeni təklif üzərində texniki işlər davam edir. Qiymət məsələsindəki ucuzlaşma və təhvil verilmə tarixi mövzusunda da zamanın önə çəkildiyi bildirilir. Bundan başqa, Türkiyə Konqresin razılığı və bənzəri səbəblərlə layihələrin ləngidilməsinə də qarşı çıxır. Texnologiya transferini də qəti qəbul etməyən Amerika ilə bazarlıqlar bir müddət daha davam edəcək.
Muxalifet3 - 19-04-2019
PKK küncə sıxışınca gözlərini onlara dikdi
TSQ-nin uğurlu əməliyyatları nəticəsində təlaşa düşən və kadr təminatında çətinlik çəkən terror təşkilatı PKK/PYD/YPG, gözünü Suriyanın şimalında yaşayan məsum uşaqlara və gənclərə çevirib.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, terror təşkilatı PKK/PYD/YPG qurduğu sözdə xüsusi hərbi qurumla Suriyanın şimalında təşkilatın nəzarət etdiyi bölgələrdə uşaq və gəncləri aşkar edərək zorla silah altına almağa çalışır.Muxalifet3 - 19-04-2019
Vaşinqton DƏHŞƏTLİ MÜHARİBƏYƏ HAZIRLAŞIR: 2018-ci ilin oktyabrında... – ŞOK İDDİA
Rusiya ABŞ-a nüvə müharibəsinin başlanmasına yol verilməməsi haqqında razılaşmanı bağlamağı təklif edirdi, ancaq təşəbbüs cavabsız qalıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Kommersant” nəşri bildirib.
Mənbələrin məlumatına görə, Moskva 2018-ci ilin oktyabrında müvafiq sənədin layihəsini ABŞ-a verib. Sənəddə xüsusi halda, qeyd edilirdi ki, nüvə müharibəsində qaliblər ola bilməz və o heç vaxt başlanmamalıdır.Muxalifet - 19-04-2019
Tramp bu xəbəri eşidincə "mən bitdim" deyə çox qorxub
Rusiya işi ilə bağlı xüsusi səlahiyyətli prokuror Robert Müllerın ictimaiyyətə açıqlanan istintaq hesabatı, ABŞ prezidenti Trampın Müllerın xüsusi prokuror kimi təyinatını öyrəndikdə çox qorxduğunu ortaya qoyub.
ABŞ Ədliyyə Nazirliyinin internet səhifəsində dərc olunan təxminən 400 səhifəlik hesabat, Trampın istintaqa baxışına dair maraqlı detallarla Amerika ictimaiyyətinin diqqətini çəkib.Muxalifet3 - 19-04-2019
Putnin “qulpsuz çamadan”ı: Ermənistanda nazirliklər azaldı, problemlər artdı
Diaspor Nazirliyi də ləğv olundu: Paşinyan lobbi ilə savaşa girir? Erməni KİV-i: “Cəmiyyət ya kor-koranə hakimiyyətə inanır, ya da nifrətlə doludur...”
Muxalifet - 19-04-2019
İran Əsəd rejimi ilə Türkiyə arasında vasitəçilik edir? – Prezident sözçüsü açıqladı
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın İranın Əsəd rejimi ilə Türkiyə arasında vasitəçilik missiyasına münasibət bidirib. Kalın bununla bağlı “İranın xarici işlər naziri Zərifin səfəri vasitəçilik səfəri deyil, belə bir şey yoxdur. Suriya rejimilə bağlı hər hansı bir təmasımız söz mövzusu deyil” deyib.
Muxalifet3 - 19-04-2019
Bu geyimlər insanda XƏRÇƏNG YARADIR - Ekspert şoka düşəcəyiniz FAKTLARI AÇDI
Hər gün istifadə etdiyimiz rəngli və şəkilli geyimlər beynəlxalq standartlara cavab vermirsə, parçanın istehsalında istifadə edilən kimyəvi maddələr bir çox xəstəliyə, hətta xərçəngə belə səbəb ola bilər.
Türkiyəli ekspert Metin Özer geyimlərdəki kimyəvi maddələr sağlamlıq üçün zərərlərindən danışıb:Muxalifet - 19-04-2019
Deputat qaz limitinin ləğvinə QARŞI ÇIXDI: Əhalinin gəliri artdıqca...
Son vaxtlar bir sıra deputatlar və ekspertlər qaz, işıq və su üçün tətbiq olunan limitlərin ləğv olunması tələbi ilə çıxış edirlər.
Muxalifet.az xəbər verir ki, onlar nəzərdə tutulan limitlərin minimal olduğunu və iki ay ərzində bitdiyini, bundan sonra əhalinin həmin enerji daşıyıcılarını ikiqat baha qiymətə almağa məcbur olduqlarını qeyd edirlər. Bu isə onsuz da ağır vəziyyətdə yaşayan yoxsul əhalinin durumunu daha da pisləşdirir.Muxalifet - 19-04-2019
Prezidentliyə namizəd ABŞ-da həbs olundu
Qvatemalada prezidentliyə namizəd Mario Amilcar Estrada Orellana, "Meksikalı narkotik qaçaqmalçıları ilə əməkdaşlıq etdiyi" ittihamı ilə ABŞ-ın Miami şəhərində saxlanılıb.
Milli mətbuatda çıxan xəbərlərə görə, prezidentliyə namizəd qeyri-qanuni silah alveri etmək, siyasi rəqiblərinə qarşı sui-qəsd planlaşdırma və Meksikalı narkotik qaçaqmalçılarına Qvatemala limanlarını istifadə etmə təklif etdiyi ittihamları ilə saxlanılıb.Muxalifet3 - 19-04-2019
Baş nazirdən BDU ilə bağlı VACİB QƏRAR
Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiq edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirləri görməsini təmin etməlidir./PublikaMuxalifet - 19-04-2019
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı - VİDEO
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olaraq vəzifəsinin icrasına başlayan Əkrəm İmamoğlunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında qarşılayıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Əkrəm İmamoğlu Ərdoğanı Atatürk Hava Limanında qarşılayıb. İmamoğlu vəzifəyə başladıqdan sonra ilk dəfə prezident Ərdoğan ilə bir araya gəlib.Muxalifet - 19-04-2019
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
Bu gün Bakının Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, bu gün saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.Muxalifet - 19-04-2019
Mahir Mədətov qapıçının burnunu sındırdı - VİDEO
Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda “Keşlə”nin qapıçı Şahin Zəkiyevin burnu sınıb.
O, 17-ci dəqiqədə buraxılan ilk qol zamanı zədələnib.
“Qarabağ”ın hücumçusu Mahir Mədətovun dizi 19 yaşlı Şahin Zəkiyevin burnuna tuş gəlib. O, 23-cü dəqiqədə Davud Kərimi ilə əvəzlənib. Gənc qapıçı xəstəxanaya çatdırılıb.
Onun burnunda və almacıq sümüyündə sınıq var.
Qeyd edək ki, sözügedən oyunda “Qarabağ” “Keşlə”nini 3:0 hesabı ilə məğlub edib./oxu.az
Muxalifet - 19-04-2019
Bakının Baş planı nə vaxt hazır olacaq?
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanmasının ikinci mərhələsinə bu ilin mayında başlayacaq.
Bunu Trend-ə Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud deyib.
O qeyd edib ki, bu proses növbəti 18 ayı əhatə edəcək:
"Biz bu müddət ərzində şəhərin Baş planını tam hazırlamağı nəzərdə tutmuşuq ki, paytaxtın inkişaf konsepsiyası çərçivəsində müəyyən olunan tapşırıqların reallaşdırılmasına başlayaq”.Muxalifet - 19-04-2019
İran Azərbaycana 3,4 milyard dollar investisiya yatırıb
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Muxalifet - 19-04-2019
Səudiyyə vəliəhd şahzadəsi öldürüldümü? - İki aydır xəbər alınmır
Səudiyyə Ərəbistanının kralı Salman ilə İraq baş naziri Mehdi arasındakı görüşə vəliəhd şahzadə Məhəmməd bin Salman qatılmayıb. Şahzadə bin Salman ilə Misir səfəri əsnasında “sui-qəsd” iddiası ilə münasibətləri pisləşən Kral Salmanın oğlunu sildiyi bildirilir. İki aydır ki, ortalarda görünməyən şahzadə bin Salmanın öldürülmə ehtimalı ölkə mətbuatında danışılır.
Muxalifet3 - 19-04-2019
16 yaşli aktrisa qəfil dünyasını dəyişdi - FOTO
Britaniyalı aktrisa və model Maya-Lesiya Neylor 16 yaşında qəflətən ölüb.
Muxalifet.az oxu.az-a istinadən bildirir ki, modelin ölüm səbəbi haqqında ətraflı məlumat olmasa da, bildirilir ki Neylor özünü halsız hiss edib və yerə yıxılıb.
Maya-Lesiya məşhur layihələrdə çəkilə bilməsədə, Hollivudun məşhur aktyorları Tom Henks və Holi Berri ilə tərəf müqabili olub.
O "Bulud atlasında", "Gözəl yaşamağı qadağan etmək olmaz" seriallarında və "Qırmızı kod", "İndeks Zero" filmlərində canlandırdığı obrazlarla məşhurluq qazanıb.Muxalifet - 19-04-2019
Qarabağ məsələsində moderatorluq ABŞ-a keçsə...
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünün anonsu verildi; Amerikada Moskvadakı danışıqlardan daha pozitiv nəticə mümkünmü? - gözlənti
Rusiya paytaxtında Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında aprelin 15-də baş tutan görüşdə humanitar xarakterli bəzi pozitiv məqamlar qeydə alınsa da, görüş bütövlükdə sülh prosesinə mühüm dinamika gətirmədi. Siyasi təhlilçilərin əksəriyyəti bu qənaətdədir. Əslində belə bir dinamika gözlənilmirdi. Əsas da iki səbəbdən.
Muxalifet - 19-04-2019
Ermənilər atəşkəs rejimini 25 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 19-04-2019