Axtarış

The search found 105768 results in 0.023 seconds.

Search results

  1. ​Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı

    Dünya Güləş Birliyi (UWW) ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib.
    Sərbəst güləşçilərin siyahısında müxtəlif çəkilər üzrə ilk “20-lik”də 11 yığma üzvü yer alıb. 

    Muxalifet - 19-04-2019

  2. Makrondan Türkiyəni qəzəbləndirəcək qərar – “YPG/PYD-yə maliyyə yardımı göstəriləcək”

    Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK-nın Suriyadakı qollarında biri olan PYD-nin ölkəsindəki təmsilçisi Xalid İsanın da olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb.

    Məlumatı “Haber7” yayıb.

    E.Makron terrorçu PKK/YPG-PYD-nin qurduğu SDQyə dəstək verəcəyini deyib.

    Fransa prezidenti terrorçu qrupların formalaşdırdığı bu təşkilata maliyyə yardımı edəcəyini söyləyib.

    Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nın terrorçu qruplar siyahısına daxil edib/Report.

    Muxalifet - 19-04-2019

  3. ​Mahmudovun şok yazışmaları ÜZƏ ÇIXDI - İNANILMAZ FAKTLAR

    Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun mütəşəkkil dəstə tərkibində külli miqdarda dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, özgənin əmlaklarının hədə-qorxu yolu ilə tələb olunaraq ələ keçirilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması zamanı məsuliyyətdən boyun qaçırmaq üçün rəsmi gəlirə uyğun olmayan daşınmaz əmlak və nəqliyyat vasitələrinin mənbəyi barədə ifadə verib.

    Muxalifet - 19-04-2019

  4. Bakıda avtobus sürücülərinin qanlı davası– İnsanların gözü qarşısında barmağını kəsdi

    Bakıda sərnişin avtobusunun sürücüləri arasında dava baş verib.

    Hadisə ötən gün saat 14 radələrində Bakının Nərimanov rayonu, Atatürk prospekti 2 ərazisində yerləşən dayanacaqda baş verib.

    Belə ki, 211 saylı avtobusun sürücüsü Füzuli maşını dayanacaqda saxlayıb. O, digər sərnişin avtobusunun sürücüsü Rafiq Kazımovla mübahisə edib və onu söyüb. İki sürücünün söyüşü sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə Füzuli Rafiqin əlindən tutaraq burub və onun qolunu avtobusun şüşəsindən içəri salıb. Daha sonra bıçaqla barmağını kəsib.

    Muxalifet - 19-04-2019

  5. Ərdoğan və İmamoğlu cənazə namazında - VİDEO

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu İstanbul Ticarət Evinin keçmiş sədri Atalay Şahinoğlunun cənazə mərasiminə qatılıblar.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan və İmamoğlu birlikdə mərhumun cənazə namazını qılıblar. İmamoğlu mərasimdən ayrılan Ərdoğanı avtomobilinə qədər müşayiət edib.

    Muxalifet - 19-04-2019

  6. İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı

    İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir.
    Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-14, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 19-04-2019

  7. “FÖVQƏLADƏ”NİN İDARƏ RƏİSİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT – Generallara dəhşət saçan ittihamlar! - FOTO

    ”Polkovnik mənə söylədi ki, bu adam xarici ölkə vətəndaşıdır, dövlətimizin əleyhinə çıxdığına görə Ulu Öndər tərəfindən Azərbaycandan qovulmuşdur”

    Muxalifet - 19-04-2019

  8. SON DƏQİQƏ: Rusiya ilə İran arasında SİLAHLI TOQQUŞMA - Ölənlər var

    Suriyanın Deyr-əz-Zor və Hələb rayonlarında Rusiya ilə İran qüvvələri arasında silahlı toqquşma olduğu xəbəri yayılıb. Baş verən hadisə zamanı 2 nəfər İran hərbçisinin həlak olduğu, 4 rus hərbçisinin isə yaralandığı bildirilir.
    Yerli mənbələrin verdiyi məlumata görə, döyüş Suriyanın Deyr əz Zor vilayətinin Mayadin rayonunda yerləşmiş rus hərbi polisləri ilə İranın İnqilab Keşikçiləri arasında baş verib.
    İran və Rusiya hələlik baş verən hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.

    Muxalifet - 19-04-2019

  9. Həbib və Floyd 2019-cu ildə döyüşəcəklərmi?

    Həbib Nurməhəmmədov və Floyd Mayvezerin döyüşü haqqında bir ildən çoxdur ki, şaiyələr gəzir. Həm döyüşçülər bu mübarizəni aparacaqlarını iddia etmişdilər, həm də onların əhatəsi - belə bir mübarizə idman ilinin bəzəyi olmaqla bərabər iştirakçılara yaxşı qazanc gətirə bilər.

    Muxalifet - 19-04-2019

  10. Rusiya və İran arasında silahlı qarşıdurma! Ölü və yaralı əsgərlər var

     Suriyanın Deyrizor rayonunda Rusiya və İran qüvvələri arasında silahlı qarşıdurma baş verib. Meydana gələn hadisədə 2 İran əsgəri ölüb, 4 Rus əsgəri də yaralanıb.
     
    Suriyada Bəşşar Əsəd rejiminə dəstək verən Rusiya və İran qüvvələri arasında Deyrizor və Hələb rayonlarında toqquşmalar baş verib.
    Suriyanın Hələb və Deyrizordaki yerli mənbələrdən əldə edilən məlumata görə, Suriyanın orta hissəsində yer alan Deyrizor rayonunun Mayadin qəsəbəsində yerləşən Rus hərbi polisləri ilə İran İnqilab Mühafizəçiləri arasında qarşıdurma baş verib.

    Muxalifet3 - 19-04-2019

  11. ​ƏHALİYƏ ŞAD XƏBƏR: kreditlərə görə kompensasiyaların veriləcəyi tarix açıqlandı

    Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.

    Muxalifet - 19-04-2019

  12. Məhkəmədən Əkrəm İmamoğluna şok! Dayandırıldı

     İstanbul 4-ci İdarə Məhkəməsi mandatını alan CHP-li Əkrəm İmamoğlunun göstərişi ilə bələdiyyədə bütün sənədlərin kopyalanmasının dayandırılmasına qərarı verib.
     
    İstanbul 4-ci İdarə Məhkəməsi Əkrəm İmamoğlunun bələdiyyədəki bütün sənədlərin kopyalanması ilə bağlı verdiyi sərəncamını dayandırma qərarı verib.
    Müxalifət.az

    Muxalifet3 - 19-04-2019

  13. 2 BƏƏ casusu İstanbulda yaxalandı!

     Türkiyədə yerləşən Birləşmiş Ərəb Əmirliklərinə bağlı 2 kəşfiyyat əməkdaşı casusluq ittihamı ilə saxlanılıb.
     
    İstanbulda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün casusluq fəaliyyəti ilə məşğul olan iki kəşfiyyat əməkdaşı bazar ertəsi günü nəzarətə alınıb.
    “Reuters”-in Türk rəsmilərinə əsaslanaraq yaydığı son dəqiqə xəbərinə görə, yaxalanan iki BƏƏ casusundan birinin Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı-nın qətli ilə əlaqəsi olub olmadığı araşdırılır.

    Muxalifet3 - 19-04-2019

  14. Şəmkirdə qəza: ölən və yaralananlar var

    Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Vaz 2107" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb,  biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.
    Yaralananlardan qadın - 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı  xəstəxanaya yerləşdirilib. Qadının ərinə ambulator yardım göstərilib.

    Muxalifet - 19-04-2019

  15. Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı - VİDEO

    Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı video yayılıb.

    Belə ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib.

    Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, videodakı həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır.

    Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.

    Muxalifet4 - 19-04-2019

  16. “Fransa Türkiyənin təhlükəsizliyinə bağlıdır” - Makron

     Fransa prezidenti Emmanuel Makronun Suriyada SDG adını daşıyan terror təşkilatı YPG/PKK-dan bir nümayəndə heyəti ilə keçirdiyi görüşdə, Türkiyənin təhlükəsizliyinə və Suriya-Türkiyə sərhədindəki gərginliyin azalmasına bağlılığını xatırlatdığı bildirilib.
     
    Yelisey Sarayından edilən yazılı açıqlamaya əsasən, Makron YPG/PKK-dan bir nümayəndə heyətini qəbul edib.
    Makron görüşdə, ölkəsinin Suriyanın şimal-şərqində sabitliyə önəm verdiyini vurğulayıb.

    Muxalifet3 - 19-04-2019

  17. ​Gözlənilməz: Tramp Xəlifə Haftara zəng etdi

    ABŞ Prezident Donald Tramp və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar arasında telefon söhbəti baş tutub.
     
    Danışıqla bağlı əlavə məlumat yoxdur.
     

    Muxalifet3 - 19-04-2019

  18. ​Poroşenko Zelenskini "dezertir" adlandırdı

    Vladmir Zelenski debatdan yayındığı kimi, vaxtilə ordudan da yayınmışdı.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
    “O, 2014-cü ildə hərbi komissarlıqdan göndərilən 4 çağırış vərəqəsini rədd edib. Təəssüflər olsun ki, 2014-cü ildə xeyli dezertirlərin olduğunu bilirik. O, necə əsgərlərin gözlərinin içinə baxacaq? Bəs ölən əsgərlərin valideynlərinin gözlərinə necə baxacaq?”, - deyə Poroşenko bildirib.
     

    Muxalifet3 - 19-04-2019

  19. ​İran-Azərbaycan ticarət mərkəzi açıldı

    Bu gün Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub.
    Muxalifet.az xəbər verir ki, açılış mərasimində Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, İranın Sənaye, mədən və ticarət naziri Rza Rəhmani, İranın Azərbaycandakı səfiri Cavad Cavadzadə və digər rəsmi nümayəndələr iştirak ediblər.
    Mərkəzin rəhbəri Hüseyn Pirmüəzzin jurnalistlərə açıqlamasında bildirib ki, mərkəz Azərbaycanda fəaliyyət göstərmək istəyən iranlı sahibkarların işlərinin koordinasiyasında köməklik göstərəcək.

    Muxalifet3 - 19-04-2019

  20. ​ŞOK: "Facebook" səhifələriniz bağlana bilər - Qalmaqallı QƏRAR

    “Facebook” sosial şəbəkəsinə aid İnstaqramda milyonlarla istifadəçinin şifrə məlumatlarının gizlədilmədiyi və bu məlumatlara şirkət işçilərinin girişinin açıq olduğu üzə çıxıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “The Verge” portalı məlumat yayıb. Məlumata əsasən, İnstaqram istifadəçilərinin şifrə məlumatları şirkətin işçilərinin əldə etməsinə açıqdır.

    Muxalifet3 - 19-04-2019

Pages