Axtarış

The search found 105768 results in 0.03 seconds.

Search results

  1. ​Türkiyə Makronu qınadı: SDQ üzvləri ilə görüş...

    Fransa Prezidenti Emmanuel Makronun PYD-nin nəzarətində olan Suriya Demokratik Qüvvələrindən (SDQ) olan nümayəndələri qəbul etməsini qınayırıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
    “Terror qruplarının törəmələrinə süni şəkildə suverenlik qazandırmaq cəhdləri müttəffiqlik əlaqələri ilə uzlaşmır”, - deyə XİN sözçüsü bildirib.
     
     

    Muxalifet3 - 19-04-2019

  2. "Avropa İttifaqı ilə saziş demokratik islahatların təxirə salınması fonunda baş verməməlidir" – DƏYİRMİ MASA

    Azərbaycanın Avropa İttifaqı ilə imzalanması gözlənən sazişinə qədər ölkədə siyasi məhbus məsələsi, sərbəst toplaşmaq azadlığı, məhkəmə-hüquq sistemindəki hesabatlılığın və şəffaflığın təmin olunması, korrupsiya, çirkli pulların yuyulması və digər məsələlər "öz həllini tapmalıdır", demokratik qüvvələr hesab edirlər.

    Muxalifet4 - 20-04-2019

  3. ​“Məğlub olduğunu anlayan Poroşenkonun yeni planı..." – DEPUTATDAN ŞOK AÇIQLAMA

    Ukrayna Ali Radasının deputatı Anton Qeraşenko deyib ki, prezident Pyotr Poroşenko ölkənin baş naziri olmaq niyyətindədir. Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
     
    Deputatın sözlərinə görə, Poroşenko artıq prezident seçkilərində məğlubiyyəti ilə barışıb və ona görə də hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsində ən maraqlı şəxsdir: "Artıq prezident seçkilərində məğlub olduğunu anlayan Poroşenko yeni planını müəyyənləşdirib – o, Ukraynanın baş naziri olmaq istəyir".
     

    Muxalifet4 - 20-04-2019

  4. RUSİYADAN SENSASİON İDDİA - "ABŞ Türkiyəni bombalamaq istəyir"

    ABŞ təyyarələri Türkiyəni təhdid etməyəcəyi halda, S-400 zenit-raket sistemləri də F-35-lər üçün təhdid yaratmayacaq.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Hərbi Ekspertlər Assosiasiyasının eksperti Aleksandr Perenciyev bildirib.

    Muxalifet4 - 20-04-2019

  5. Makron terrorçularla görüşdü: Türkiyədən Fransaya sərt təpki

    Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Makronun terror təşkilatı YPG heyətiylə görüşməsinə sərt təpki göstərib. Edilən açıqlamada, "Terror təşkilatı uzantılarına legitimlik qazandırma təşəbbüsləri müttəfiq əlaqələriylə uyğun gəlməyən səhv bir addımdır" deyilib.
     
    Xarici İşlər Nazirliyinin sözçüsü Hamid Aksoy Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı PKK-nın Suriya davamı PYD / YPG-nin təşkil etdiyi sözdə Suriya Demokratik Gücləri (SDG) heyətini qəbul etməsini pisləyib.

    Muxalifet3 - 20-04-2019

  6. İstanbulda yaxalanan 2 BƏƏ casusu sifarişli qatilin ADAMLARI ÇIXDI

    Dünən İstanbulda tutulan iki BƏƏ casusunun Orta Şərqin kiralıq qatili olaraq xatırlanan Məhəmməd Dahlana yaxın olan Z.H və S.S.-nın Birləşmiş Ərəb Əmirlikləri adına casusluq etdikləri təsbit edilib.
     
    Səudiyyə jurnalisti Camal Kaşıkçının vəhşicəsinə öldürülməsinə bağlı istintaq davam edərkən, şok bir gəlişmə yaşanıb. İstanbuldakı müxalif Ərəbləri izləyib, onları zərərsizləşdirməyə çalışan və Türkiyəyə qarşı casusluq fəaliyyəti icra edən Birləşmiş Ərəb Əmirlikləri kəşfiyyatına mənsub iki casus İstanbulda tutulub.

    Muxalifet3 - 20-04-2019

  7. Türkiyəyə XAİN HÜCUM: 2 şəhid, 7 yaralı

    Türkiyənin Milli Müdafiə Nazirliyindən (MSB) Türkiyə-İraq sərhəd xəttində davam edən əməliyyatlarda terrorçularla girilən qarşıdurmada 2 əsgərin şəhid olduğu, 7 əsgərin yaralandığı bildirilib.
     
    Nazirlikdən edilən açıqlamada, Türkiyə-İraq sərhəd xəttində davam edən əməliyyatlar çərçivəsində dünən terrorçularla girilən qarşıdurmada 2 əsgərin şəhid olduğu, 7 əsgərin yaralandığı ifadə edilib.
    Terrorçuların hava hərəkatı və bölgədəki top və tanklarla intensiv atəş altına alındığı və bölgədə əməliyyatların davam etdiyi qeyd olunub.

    Muxalifet3 - 20-04-2019

  8. ABŞ-dan bütün ölkələrə çağırış: “Rusiya təyyarəsinə əngəl olun”

    ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus Vaşinqtonun Rusiya təyyarələrinin Venesuelaya uçmasına maneə törətməyə çağırdığını söyləyib.
     
    Venesuela prezidenti Nikolas Maduronu devirməyə cəhd göstərən ABŞ, Maduro hökumətinin ən fəal dəstəkçisi olan Rusiyanın bu ölkəyə girişini əngəlləməyə çalışır.

    Muxalifet3 - 20-04-2019

  9. ​Rusiya ŞOKDA: İsrail S-300-ləri bu silahla məhv edəcək

    İsrailin hazırladığı “hava-yer” sinfindən olan yeni səsdən sürətli “Rampage” aeroballistik raketlər S-300 Rusiya komplekslərinə qarşı layiqli mübarizə vasitəsidir.
    Bu haqda “Telepolis”nəşrinin jurnalisti Florian Retser yazıb.
    Onun sözlərinə görə, İsrail hərbçiləri keçən həftə yeni raketləri Suriyanın Hama əyalətində avizərbələr (aprelin 13-də -red.) zamanı tətbiq ediblər.

    Muxalifet - 20-04-2019

  10. Vaşinqtonun təklif etdiyi Qarabağ danışıqları - nələr ola bilər?

    Ermənistanla danışıqların dayandırılması təşəbbüsünə politoloqdan reaksiya; Şahin Cəfərli: “Azərbaycan masadan ilk qalxan tərəf olmamalıdır və mümkün qədər öz maraqlarına uyğun həllə nail olmağa çalışmalıdır”; Oleq Kuznetsov: “ABŞ-ı Dağlıq Qarabağın müstəqilliyini tanımamağa məcbur etmək üçün yalnız bir yolu var”

    Muxalifet - 20-04-2019

  11. İstanbul seçkisində FETÖ barmağı: “Əlimizdə sənədlər var”

    AK Partiyanın sədr müavini Əli İhsan Yavuz bir canlı yayında İstanbul seçkisi ilə bağlı sualları cavablandırıb.
     
    Əli İhsan Yavuzun açıqlaması:

    Muxalifet3 - 20-04-2019

  12. Qaz və elektrik limiti LƏĞV OLUNA BİLƏR

    Məsələ yeni yaradılan İşçi Qrupda müzakirəyə çıxarılacaq; deputatın dedikləri etirazla qarşılandı; iqtisadçı təklif verdi

    Muxalifet - 20-04-2019

  13. ​19 yaşlı qız kollecdə diri-diri YANDIRILDI

    19 yaşlı qız kollecdə diri-diri yandırılıb.
    Muxalifet.az Milli.Az-a istinadən xəbər verir ki, mart ayında rəhbərin ona qarşı əxlaqsızlıq etdiyi üçün polisə müraciət edən Nusrat Jahan Rafi kollecin damında öldürülüb.
    Hadisə Banqladeşdə baş verib. Qızın şikayətindən sonra qorxuya düşən müdir onun üstünə böhtan ataraq qızın kollecdə oğlanla cinsi əlaqədə olduğunu söyləyib və tələbələrə onu linç etməyi tapşırıb.
    Olaydan 4 gün sonra onlarla oğlan və qız Nusrat Jahan Rafiyə hücum edərək, üzərinə kerosin töküb, yandırıblar.

    Muxalifet - 20-04-2019

  14. ​Qubaya qar yağıb - FOTO

    Ötən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır. 
    Qubanın bir neçə dağ kəndi artıq ağ örpəyə bürünüb.
    Qar meyvə ağaclarına zərər vurub.
    Məlumata görə, hazırda sözügedən bölgələrdə qar yağıntısı davam edir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, aprelin 20-də rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

    Muxalifet - 20-04-2019

  15. QADIN SÜRÜCÜNÜ TƏHQİR EDƏN BU HARIN KİMDİR? - “İcra başçısının...” - VİDEO

    Sosial şəbəkələrdə yayılmış daha bir video qızğın müzakirə mövzusudur.
    Videokadrlarda qadın və kişi sürücü arasında mübahisə əks olunub. Belə məlum olur ki, yol nəqliyyat hadisəsindən sonra kişi sürücü maşınından düşərək qadın sürücüyə hücum çəkir və onu ən yaramaz söyüşlərlə təhqir edir.
    Bəzi sosial şəbəkə istifadəçiləri iddia ediblər ki, hadisə Sumqayıtda bulvar yaxınlığında baş verib.

    Muxalifet - 20-04-2019

  16. Hərbi çevriliş edən Sudan ordusu Türkiyəyə möhlət verdi!

    Sudan ordusu hərbi çevrilişdən dərhal sonra Sevakin adasının təsis edildiyi Türkiyəyə möhlət verdiyi iddia edilib.
     
     
    Sudan, Misir və Birləşmiş Ərəb Əmirliklərinin pərdə arxasındakı çevrilişindən sonra yeni bir iddia irəli sürüb.
    “Yeniakit” qəzetinin əldə etdiyi məlumata görə, ölkədə çevriliş edən Sudan ordusunun Sevakin adasının təsis edildiyi Türkiyəyə möhlət verdiyi qarşıya qoyulub. Bundan əlavə, Sudan heç bir hərbi bazanı ərazisində yerləşdirməyəcəyini bəyan etdiyi iddia edilib.

    Muxalifet3 - 20-04-2019

  17. ​Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

    Ukrayna prezidenti Pyotr Poroşenko ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon söhbəti olub.
    Bu haqda Ukrayna prezidentinin saytında bildirilir.
    Dövlət başçısı söhbətin gedişatında prezident seçkilərindəki rəqibi Vladimir Zelenskini ittiham edib. Xüsusi halda, Poroşenko Zelenskinin "Donbasda Rusiyanın işğal qoşunları” ifadəsinin əvəzinə “DXR/LXR üsyançıları” terminini istifadə etdiyini qeyd edib.
    Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək./Publika

    Muxalifet - 20-04-2019

  18. Venesuelanın saxta prezidenti Guaido xalqı yenidən küçələrə çağırdı

    Venesuelada özünü dövlət başçısı elan edən Juan Guaido bütün müxalifləri 1 may tarixində küçəyə çıxmağa çağırıb.
     
    Guaido prezident Nikolas Maduronun qanuniliyini qəbul etməyən ABŞ-ın da daxil olduğu bir çox Qərb və Latın Amerika ölkəsi tərəfindən dəstəklənir.
    Bütün tərəfdarlarını may ayının 1-də küçələrə çıxmağa çağıran Guaido, təşkil olunan yürüşün ölkə tarixində ən böyük aksiya olacağını deyib.
    Venesuelanın hakim Birləşmiş Sosialist Partiyasının tərəfdarları və dövlət məmurları da 1 mayda hökuməti dəstəkləmək üçün küçələrə çıxacaqlar.

    Muxalifet3 - 20-04-2019

  19. Bakıda QƏZA: Qadın sürücü dayanacaqdakı piyadaları vurdu

    Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki,  hadisə Binqədi qəsəbəsində baş verib.
    Hələlik şəxsiyyəti məluma olmayan qadın sürücü idarə etdiyi “Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.

    Muxalifet - 20-04-2019

  20. “Ordumuz Qarabağı işğaldan azad etmək gücündədir...” -Qarabağ qazisindən çağırış

    Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, Azərbaycan ordusu Qarabağı işğaldan azad etmək gücündədir. Bu məsələdə heç Rusiya da bizə mane ola bilməz. Amma biz bu məsələni uzadırıq: “Azərbaycan ordusu Qarabağı işğaldan azad etmək gücündədir! Heç Rusiya da bizə mane ola bilməz! Amma uzadırıq!”

    Rey Kərimoğlunun fikirlərinə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dəstək verib.

    Muxalifet - 20-04-2019

Pages