Axtarış
The search found 105768 results in 0.022 seconds.
Search results
Ev sahibini öldürüb, mülkünü saxta sənədlə satdı - Rəsmi
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Abşeron rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmazistintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü açılıb.Muxalifet3 - 19-04-2019
Azərbaycanda külək enerjisi istehsalı artıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 552,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Muxalifet.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 9,3% artaraq 71,9 mln. manat təşkil edib.Muxalifet3 - 19-04-2019
Nazir: Valideyn daim müəllimlə...
Valideynlərin uşaqlarla birlikdə vaxt keçirməsi, onlarla birlikdə masa arxasında əyləşməsinin müsbət təsirləri var.
Muxalifet.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.
Onun sözlərinə görə, valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır: “Eyni zamanda müəllim də valideynlərə tövsiyə edirsə, bu da valideynlər tərəfindən normal qarşılanmalıdır”.
Muxalifet3 - 19-04-2019
"Traktor"a qarşı qərəz: Qarşıdurma baş verdi - Video
Bu gün "Traktor"un "Peykan" (Tehran) komandası ilə növbəti oyunu zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib.
Muxalifet.az xəbər verir ki, polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.
Əldə etdiyimiz məlumata görə, qarşıdurma zamanı xeyli insan xəsarət alıb.
Qeyd edilir ki, "Traktor" 1:0 hesabı ilə oyunu uduzub.
Hakim açıq-aşkar “Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almayıb.
Muxalifet3 - 19-04-2019
Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər
Almaniyanın Eslingen şəhərindən olan iki tarixçi 2017-ci ilin yayında arxeoloji qazıntılar zamanı təsadüfən xəzinə tapıb.
Onlar bu barədə hökumətə məlumat verməyiblər. Almaniya qanunlarına görə, xəzinə tapan şəxslər dərhal bu barədə dövlət orqanlarına məlumat verməlidirlər. Xəzinə tapan şəxsin şəxsi həyətində olsa belə, o dövlətə məxsus hesab edilir.Muxalifet3 - 19-04-2019
Konte Trampla Liviyanı müzakirə etdi
İtaliyanın Baş naziri Cüzeppe Konte ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Muxalifet.az xəbər verir ki, Cüzeppe Konte və Donald Tramp Liviyadakı vəziyyəti müzakirə ediblər. Bildirilir ki, tərəflər Liviyada yaşanan böhranın davamlı həlli yollarının müəyyənləşdirilməsi üçün birbaşa əlaqənin saxlanılması barədə razılığa gəliblər.
Muxalifet3 - 19-04-2019
Aleksandr Səmədov final oyununun səfiri oldu
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun daha bir səfiri müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, bu Rusiyanın “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən Aleksandr Səmədovdur.
Rusiya milli komandasının heyətində 50-dən çox oyunda iştirak edən yarımmüdafiəçi UAL Final-2019-un səfiri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.
Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.Muxalifet3 - 19-04-2019
SON DƏQİQƏ: Bakıda bu məhsulun qiyməti ikiqat bahalaşdı - VİDEO
Muxalifet.az xəbər verir ki, paytaxtda yumurtanın qiyməti ikiqat bahalaşıb.
Muxalifet3 - 19-04-2019
Zelenski - Poroşenko debatı başladı
Ukrayna prezidentliyinə namizədlər – Pyotr Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat başlayıb.
Muxalifet.Az xəbər verir ki, debat Kiyev Olimpiya Stadionunda keçirilir.
Debata başlamadan öncə rəqiblər bir-birilərinin əlini sıxıblar.
Muxalifet3 - 19-04-2019
Nazir rus bölməsində təhsil alan şagirdlərdən DANIŞDI: “Təəssüflər olsun...”
Rus dilində tədris aparılan məktəblərlə Azərbaycan dilində tədris aparılan məktəblər arasında fərqliliyin olduğu deyilir. İlk olaraq onu deyim ki, rus və Azərbaycan bölməsində tədris olunan dərsliklər eynidir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.
Nazir rus və Azərbaycan bölməsində təhsillə bağlı danışarkən bunun sosial mediada müzakirə olunan mövzulardan biri olduğunu vurğulayıb:Muxalifet3 - 19-04-2019
Mixail Qorbaçov seçkilərdə uduzdu
İndoneziyalı siyasətçi Mixail Qorbaçov parlament seçkilərində məğlubiyyətlə üzləşib. Muxalifet.az xəbər verir ki, M.Qorbaçov məğlubiyyətə baxmayaraq siyasi fəaliyyətini davam etdirəcəyini bəyan edib. O, 2024-cü ildə baş tutacaq parlament seçkilərində də namizədliyini irəli sürəcəyini açıqlayıb.
Muxalifet3 - 19-04-2019
Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı - Foto
Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndindən keçən hissəsində “Mersedes - Benz” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Muxalifet.az xəbər verir ki, ağır qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 19-04-2019
Türkiyə, Azərbaycan və Türkmənistan nazirləri bir arada
Aprelin 19-da İstanbulda Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığına dair üçtərəfli görüş keçirilib. İclasda Türkiyəni energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkmənistanı isə “Türkməngeologiya” Dövlət Korporasiyasının sədri Şahım Abdrahmanov təmsil edib.
Energetika Nazirliyindən bildiriblər ki, görüşdə ölkələr arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.Muxalifet3 - 19-04-2019
İmamoğluna "xeyirli olsun" dedim, amma... - Binəli Yıldırım
İstanbul Böyükşəhər bələdiyyəsi uğrunda mübarizədə uduzan hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırım rəqibi Əkrəm İmamoğlunu yenidən təbrik edib.
Muxalifet.az xəbər verir ki, o, bundan sonra da Türkiyə üçün çalışacağını söyləyib.Muxalifet3 - 19-04-2019
Mahir Mədətovdan alqışa layiq jest - Foto
Topaz Premyer Liqasının XXV turu çərçivəsində baş tutan "Qarabağ" - "Keşlə" matçında xoşagəlməz hal yaşanmışdı.
Muxalifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, matçın 18-ci dəqiqəsində, "Qarabağ"ın ilk qolundan bir neçə saniyə əvvəl "Keşlə"nin qapıçısı Şahin Zəkiyev ağır zədə almışdı. Belə ki, həmin vaxt "Qarabağ"ın hücumçusu Mahir Mədətovla mübarizə zamanı hücumçunun ayağına tuş gələn Zəkiyevin burnu sınmış, qapıçı dərhal əvəzlənib, daha sonra əməliyyat olunmuşdu.Muxalifet3 - 19-04-2019
"Məndən yazanlar tərbiyəsiz, ərini yuxuya verib, evdən qaçanlardır" - Şəfiqə Nağıyeva yenə TƏHQİR ETDİ - VIDEO
"Məndən yazan ancaq evdən qaçanlar, nə bilim, tərbiyəsizlər, ərinə dərman içirdib, yuxuya verib evdən qaçanlardır. Başqa heç kim məndən yaza bilməz!"
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri ekspert kimi iştirak etdiyi "Səni axtarıram"a kömək üçün üz tutan şikayətçiləri təhqir etdiyinə görə ictimaiyyətin qəzəbinə tuş gələn, daha sonra proqramdan uzaqlaşdırılan vəkil Şəfiqə Nağıyeva deyib.
Muxalifet3 - 19-04-2019
"Titanik"in məşhur ulduzu tanınmaz halda - Foto
Məşhur aktrisa Keyt Uinsleyt yeni görünüşü ilə sevənlərini təəccübləndirib.
Muxalifet.az axsam.az-a istinadən xəbər verir ki, Onun son görünüşü hər kəsi şok edib.
Belə ki, aktrisa rol aldığı "Ammonite"in Londondakı çəkilişi zamanı paparassilər tərəfindən görüntülənib. 43 yaşındakı "Oscar" mükafatı alan Keyt xeyli çəki alıb. Az makiyaj edən aktrisanın milli geyim geyinməsi də onu tanınmaz edib.
Rejissorluğunu Francis Leenin etdiyi ekran işi 1840-cı ildə İngiltərədə yaşanan bir hadisədən bəhs edir.
Qeyd edək ki, Keyt tamaşaçılara "Titanik" filmindən məşhurdur.Muxalifet3 - 19-04-2019
Prezident Administrasiyasının rəhbəri istefa verdi
Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.
Muxalifet.az xəbər verir ki, L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.
Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.
Muxalifet3 - 19-04-2019
Poroşenkoya canlı efirdə terror xəbərdarlığı edildi, o isə...
Vladimir Zelenski ilə debatdan sonra İctimai Televiziyanın canlı efirində qonaq olan Ukrayna Prezidenti Poroşenkoya terrorla bağlı xəbərdarlıq edilib.
Muxalifet.az xəbər verir ki, aparıcı bununla bağlı anonim zəng daxil olduğunu bildirib.
“Bizə xəbər verdilər ki, zalda olan şəxslərdən biri terror aktı həyata keçirə bilər. Məndən xahiş etdilər ki, bunu efirdə deyim. Kim istəyirsə, zalı tərk edə bilər. Redaktor qrupu bildirir ki, terrorla bağlı məlumat “102” xidmətinə daxil olub. Bu, prezidentə qarşı sui-qəsd də ola bilər”, - aparıcı qeyd edib.Muxalifet3 - 19-04-2019
Yuxarı mərtəbədən atılan siqaret yanğına səbəb oldu
Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olub.
Muxalifet.az xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində, Muxtar Mollayevə məxsus mənzildə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşını cəlb edilib. Yanğın söndürülüb.
İlkin ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret olub. Eyvanda tezalışan konstruksiyalar olduğuna görə, alov daha da yayılıb və mənzilin 2 otağı tamamilə yanıb.
Muxalifet3 - 19-04-2019