Axtarış

The search found 105768 results in 0.022 seconds.

Search results

  1. Hansı valyuta daha sərfəlidir - DOLLAR, MANAT, AVRO

    Əhalinin əksər hissəsi yığdığı vəsaiti evində saxlamağı daha təhlükəsiz hesab edir.
     
    Çünki devalvasiya qorxusu vətəndaşları bankda əmanət saxlamaqdan çəkindirir. Maraqlıdır ki, əmanəti banka hansı valyuta ilə qoymaq pulu sığortalayır?
    Məsələ ilə bağlı iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, vətəndaşların əmanəti xarici valyuta ilə yerləşdirməsinə maraq azalıb:

    Muxalifet3 - 20-04-2019

  2. RUSPƏRƏST DEPUTATDAN ABSURD İDDİA - "İslahatlar sürətləndirilsə, Qərb Azərbaycanda inqilaba cəhd edəcək"

    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənqiliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Muxalifet.az həmin müsahibəni təqdim edir:
     
    - Qüdrət bəy, xarici işlər nazirlərinin Moskva görüşündən sonra Qarabağ problemini həlli istiqamətində hansısa irəliləyişlər ola bilər?
     

    Muxalifet4 - 20-04-2019

  3. ​ŞAD XƏBƏR: Bu şəxslərin pensiyası ARTIRILACAQ - Qanuna dəyişiklik

    “Əmək pensiyaları haqqında” qanuna növbəti dəyişikliklərin səbəbi məlum olub.
    Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, parlamentin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə salınmış “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyasının artırılması ilə bağlıdır.

    Muxalifet - 20-04-2019

  4. ​Trampla Haftar arasında KRİTİK GÖRÜŞ: Ağ Ev açıqladı

    ABŞ prezidenti Donald Tramp Liviya marşalı Xəlifə Haftara zəng edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Ev informasiya yayıb.
    Xəbərə görə, aprelin 15-də baş tutan telefon danışmasında davam edən terrorla mübarizə cəhdləri, Liviyada sülh və sabitliyin əldə edilməsi məsələsi, Liviyadakı sabit demokratik siyasi sistemə keçid müzakirə olunub.
    Donald Tramp Haftarın terrorla mübarizədəki rolunu və Liviyanın neft qaynaqlarını qoruması ilə bağlı cəhdlərini təqdir edib.

    Muxalifet - 20-04-2019

  5. Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması ilə əlaqədar türkiyəli həmkarı Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
    Bununla bağlı Müdafiə Nazirliyi məlumat verib.
    Başsağlığında bildirilir:

    Muxalifet - 20-04-2019

  6. ​ABŞ səfiri: "Dİaloqun davam etdirilməsini gözləyirik"

    "Görüşün dəqiq vaxtı haqda məlumat yoxdur. Biz xarici işlər nazirlərinin Moskva görüşünü alqışlayırıq və görüşdən sonra səsləndirilən bəyanatdan məmnunluq duyuruq. Biz səbirsizliklə dialoqun davam etdirilməsini gözləyirik”.

    Muxalifet - 20-04-2019

  7. Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir - ŞOK FAKTLAR

    Razi Abasbəyli: "Gömrük sistemində insan faktoru, gömrük əməkdaşının iradəsinin ortada olması rüşvət və korrupsiyaya yol açır" "Bütün bu problemlərin ortaya çıxmasının başlıca səbəbi gömrük sistemində şəffaflığın və islahatların həyata keçirilməməsidir" Xatırlayırsınızsa, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ötən ilin dekabr ayının 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşmüş və bu zaman Azərbaycanda inhisarçılığın olmadığını bəyan etmişdi. Belə ki, "Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər.

    Muxalifet - 20-04-2019

  8. ​Saakaşvili Poroşenkonun Zelenski ilə debatda miskin və bədbəxt vəziyyətə düşdüyünü bildirib

    Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko və Vladimir Zelenski arasındakı debatlar barədə təəssüratlarını paylaşıb.
    Gürcü siyasətçi Poroşenkonun debatda olduqca miskin vəziyyətdə göründüyünü və debatlarda məğlub olduğu üçün özünü ifşa etdiyini söyləyib

    Muxalifet - 20-04-2019

  9. ​Naxçıvanda 15 sm qar yağıb - Hidrometeorologiya Departamenti

    Aprelin 19-u gündüzdən aprelin 20-si səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, sinoptiklərin əvvəlcədən xəbər verdiyi kimi, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağmış, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. 

    Muxalifet - 20-04-2019

  10. İsveçin sabiq xarici işlər naziri Şərq Tərəfdaşlığı barədə yazdı: "Kreml Azərbaycan və Belarusu fərqli yönə döndərmək istəyir"

    Karl Bildt

    “Project Syndicate”, 17.04.2019

     

    Beş il bundan əvvəl, aprel ayında “yaşıl adamcıqlar” – heç bir milli nişanı almayan əsgərlər – Ukraynanın şərqindəki Donetsk vilayətində, Slavyansk şəhərində polis bölməsini ələ keçirib. Beləliklə, mart ayında Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyanın Ukraynanı parçalamaq kampaniyasının ikinci mərhələsi başlanıb.

    Muxalifet - 20-04-2019

  11. Meyxanaçı Samirə: “Mən gündə bir ər dəyişən qadına oxşayıram?”

    ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin növbəti qonağı meyxanaçı Samirə olub.
    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, meyxanaçı mərhum həyat yoldaşından danışıb:
    "Mənim yoldaşım polis mayoru olub. Allah ona qəni-qəni rəhmət etsin. Mən efirə çıxmağıma,  qazandığım uğuruma görə ona borcluyam."
    Daha ətraflı
    O, aparıcının: "Bir dəfə ərdə olmusunuz?" sualına "Mən gündə bir ər dəyişən qadına oxşayıram?"- deyə cavab verib.
    Qeyd edək ki,  Samirə Yusifqızı  uzun müddət meyxanaçı Oqtayla duet ortağı olub.

    Muxalifet - 20-04-2019

  12. "Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram" - Nazim İbrahimovun qardaşı

    "Barəmdə cinayət işi var, biznes fəaliyyətimə qadağa qoyulub, ev dustaqlığındayam".
    Bu barədə Diaspora ilə İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bildirib. O vurğulayıb ki, bu yaxınlarda əvvəldən tikdirdiyi bir əmlaka qeydiyyat çıxarışı almaq istəyib: "Xahiş elədim ki, şəxsiyyət vəsiqəmi versinlər, etibarnamə verim yaxınlarıma. Ona da icazə vermədilər ki, cinayət işi yekunlaşmamış olmaz".

    Muxalifet - 20-04-2019

  13. Elman Rəfiyev: "İnanıram ki, teatrlarda böyük dönüş yaranacaq"

    "Ölkə prezidentinin sərəncamı bizi çox sevindirib. Əslində bu vəsaitin bütün teatrlar kimi Pantomima Teatrına da ayrılmasından fərəh hissi duyuram. Təbii ki, ayrılan vəsait teatrların maddi-texniki bazasının yaxşılaşdırılmasına xidmət edəcək".
    Bu fikirləri Open.az-a açıqlamasında Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyib.

    Muxalifet - 20-04-2019

  14. “Bizim cəmiyyət daha çox cahil insanlardan ibarətdir” – KƏRAMƏT BÖYÜKÇÖL

    “Meyxana küçə musiqisidir, onun yeri də elə çayxana və küçədir”

    Muxalifet4 - 20-04-2019

  15. Adnan Oktarın "kediciyi" qaçırıldı - HƏBSXANADAN YENİ ÇIXMIŞDI...

    Özünü din xadimi kimi təqdim edən, əlsində isə mütəşəkkil cinayətkar dəstə başçısı olan Adnan Oktarın “kedicik”lərindən biri qaçırılıb.

    Publika.az xəbər verir ki, həbsdə olan Tuba Babuna adlı mürid sağlamlıq problemləri səbəbilə azadlığa buraxılıb.

    Muxalifet4 - 20-04-2019

  16. ​“ABŞ Azərbaycandakı islahatları dəstəkləyir” - SƏFİR

    Azərbaycan islahatların keçirilməsində böyük irəliləyişə nail olub.

    Muxalifet4 - 20-04-2019

  17. "Mənim nəyimə lazımdır kasıb kişi?! Kişinin evi, maşını olmalıdır..." - MÜĞƏNNİ SAMİRƏ

    Müğənni Samirə Əfəndinin Oxu.Az-a müsahibəsi:

    - Samirə, müsahibəyə tək gəlməmisən. Bu balaca haradandır belə?

    -  Bu iti özüm almamışam. Həyatın və taleyin mənə hədiyyəsidir. Olduğumuz bu məkana işdən sonra yorğun gələndə, düşünmək üçün Sucukun mənə çox köməyi dəyir. Ruhən, emosional cəhətdən məni çox sakitləşdirir. Rahatlıq tapıram. Ucuz it deyil. Qiyməti, təxminən, üç min manatdır. 

    Muxalifet4 - 20-04-2019

  18. PKK terrorçubaşılarının pul və qadın davası

    PKK terror təşkilatından qaçaraq təslim olan Xəlil kod adlı terrorçu, təşkilatda liderlik, mövqe davası, oğurluq hadisələrinin artdığını ifadə edərək terrorçubaşların pul və qadın üzündən bir-birinə düşdüyünü deyib.
     

    Muxalifet3 - 20-04-2019

  19. "Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi" - ALMAN EKSPERT

    2016-cı ildə Qarabağ uğrunda aprel döyüşləri Ermənistanın Qarabağ klanının çökməsinə və Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına səbəb olub.
     

    Virtualaz.org “Vestnik Kavkaza” saytına istinadən xəbər verir ki, bu barədə Berlində yerləşən Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ZOIS) politoloqu Nadya Duqlas post-sovet məkanı üzrə ixtisaslaşmış jurnalist Silvia Şteberə Ermənistanda “məxməri inqilab”la bağlı müsahibəsində deyib.
     

    Muxalifet4 - 20-04-2019

  20. Türk taksiçi İsveçdə qəhrəman oldu: Baş nazir olmasını istəyirlər

    Ölkənin ən böyük qəzeti “Dagens Nyheter” Türk taksi sürücüsü ilə bağlı oxucularına manşetdən ilginc bir xəbər verib. Qəzet baş verən hadisə ilə bağlı Türk taksiçini qəhrəman elan edib. Türk taksiçi sosial mediada da qəhrəmana çevrilib.
     
    Yaşanan hadisənin qəhrəmanı olan Ömər Təməl hadisədə sadəcə Türklərin xeyirxah bir millət olduğunu göstərmək istədiyini bildirib: "Bizim millətimiz üçün bu cür yaxşılıqlar normal haldır. İsveçdə isə bu cür hal normal deyil, heyrət içində qəbul edilir".

    Muxalifet3 - 20-04-2019

Pages