Axtarış
The search found 105768 results in 0.076 seconds.
Search results
Zelenski seki məntəqəsinə gəldi və... - VİDEO
Ukrayn prezidentliyinə namizəd Vladimir Zelenski seçki məntəqəsinə gedib.
Muxalifet.az xəbər verir ki, Zelenski mətbuat nümayəndələri ilə qısa söhbətdən sonra səs verib.
Muxalifet4 - 21-04-2019
“Real”dan 320 milyon avroluq transfer bombası...
“Real” növbəti mövsüm üçün tranfser çlışmalarını sürətləndirib.
Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, Zinəddin Zidanı yenidən komandaya qaytaran Florentino Peres transferlərə 500 milyon avro ayırıb.
“Daily Mirror”un məlumatına görə, gələn mövsüm Çempionlar Liqası, La Liqa və “Kral Kuboku”nda çempionluğu hədəfləyən Zidanın transfer büdcəsinin böyük hissəsini 3 futboçunun alınmasına sərf etmək istəyir.
Muxalifet4 - 21-04-2019
İsa Məsihin arvadı əxlaqsız olub? - ŞOK İDDİALAR - FOTO
Mariya Maqdalinanın çoxsaylı əfsanə və rəvayətlərə bürünmüş həyatı bugünə qədər ilahiyyatçılarla din tarixçiləri arasında ümidsiz mübahisələrə səbəb olmaqdadır.
Müxtəlif mənbələrdə Mariya Maqdalina günahkar qadın, müqəddəs əshabə, İsa Məsihin ən yaxşı şagirdi və Dördüncü Əhdi-Cədidin müəlliifi, İsa Məsihin həyat yoldaşı və oğullarının anası və s. kimi təsvir edilir.
Axı bu sirli-müəmmalı qadın kimdir, İsa Məsihin nəyidir, onun keçmişdə əxlaqsız olduğunu iddia etmək kimlərin maraqlarına xidmət edir?
Muxalifet4 - 21-04-2019
Türkiyə cinsi azlıqlara "yaşıl işıq" yandırdı - İNANILMAZ QƏRAR
Türkiyə paytaxtı Ankarada gey-paradların keçirilməsinə icazə verilib.
Publika.az xəbər verir ki, bu barədə “Amnesty International” təşkilatı informasiya yayıb.
Xəbərə görə, Kaos GL fəalları 2017-ci ildən Ankarada LGBT mövzusunda ictimai tədbirlərin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edib.
Aprelin 19-da məhkəmə dinc nümayişlərin keçirilməsi haqqının təmin edilməsini dövlətin öhdəliyi kimi əsas gətirərək Kaos GL fəallarının iddiasını təmin edib.
Muxalifet4 - 21-04-2019
"Məni axtarmayın" yazdı, amma... - İSMAYILLI SAKİNİ İTKİN DÜŞÜB / FOTO
İsmayıllı sakini naməlum səbəbdən itkin düşüb.
ONA-nın yerli bürosunun xəbərinə görə İsmayıllı şəhər sakini, Sumqayıtda kirayə yaşayan 1970-ci il təvəllüdlü İsmayılov Sənan Razim oğlu 14 aprel 2019-cu il tarixdə 31-BE-038 dövlət nömrə nişanlı "VAZ 2107" markalı şəxsi minik avtomobilini İsmayıllıda yaşayan qardaşı Rahil İsmayılovun evinə gətirib, açarları qardaşının ailəsinə verib və "Məni axtarmayın" deyərək naməlum istiqamətə gedib.Muxalifet4 - 21-04-2019
Tramp Şri-Lankada “138 milyon insanın öldüyünü” xəbər verdi - FOTO
Tramp özünün “Twitter” mikrobloqunda Şri-Lankada “138 milyon nəfərin öldüyünü” xəbər verib.
Virtualaz.org RT-yə istinadən xəbər verir ki, Şri-Lankada baş vermiş hadisələrlə bağlı başsağlığı verən Tramp səhvən “138 milyon nəfərin öldüyünü” yazıb:
“Birləşmiş Ştatlardan Şri-Lanka xalqına 138 milyon nəfərin öldüyü və daha 600 nəfərin ciddi xəsarətlər aldığı kilsələrə və otellərə dəhşətli terrorçu hecumları ilə əlaqədar ürəkdən başsağlığı verirəm. Biz kömək etməyə hazırıq!”
Muxalifet4 - 21-04-2019
ŞOK: Ankarada Kılıçdaroğluna HÜCUM EDİLDİ - Ardıcıl zərbələr... / VİDEO
Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində CHP sədri Kamal Kılıçdaroğluna hücum ediblər.
Türkiyə mətbuatı xəbər verir ki, Hakkaridə terrorçular tərəfindən qətlə yetirilmiş əsgər Yener Kırıkçının dəfnində xoşagəlməz anlar yaşanıb.
Çubuk rayonunun Akkuzu məhəlləsindəki dəfn mərasimində Ankara böyük şəhər bələdiyyəsinin sədri, CHP üzvü Mansur Yavaşla birlikdə partiyanın sədri Kamal Kılıçdaroğlu da iştirak edib. Bir qrup şəxs Kılıçdaroğluna hücum edərək, ona zərbələr endirib.
Hazırda CHP sədrinin vəziyyətinin kafi olduğu bildirilir.
Muxalifet4 - 21-04-2019
“Putin 2 ölkəyə hücum edəcək…” – SENSASION AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin Polşanın mərhum prezidenti Lex Kaçinskini 2008-ci ildə Gürcüstana gəldiyinə görə hədəfə almışdı.
Muxalifet.az xəbər verir ki, bunu “Virtualna Polska” saytına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Mən Putinin Kaçinskinin təyyarəsini vuracağıyla bağlı necə təhdidlər səsləndirdiyini xatırlayıram. Mənim üçün Smolensk (Kaçinskinin təyyarəsinin vurulduğu yer – red.) Tiflis hadisələrinin məntiqi davamıdır. Putin Kaçinskinin qətlində maraqlı idi.Muxalifet3 - 21-04-2019
ABŞ bunu necə edəcəyini bilmir - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda Amerika Birləşmiş Ştatları öz xəttini axtarır, hamıya ağalıq etmək istəyir, lakin bunu etməyin yollarını hələlik fikirləşib tapa bilməyib.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, Moskva üçün Qərb tərəfdaşları ilə söhbət etmək asanlaşmayıb. Diplomat qeyd edib ki, amerikalılar əvvəlcə Rusiyanı özlərinin “əsas rəqibləri” elan etdilər, lakin sonradan “geri çəkildilər”. Daha sonra isə ABŞ-ın əsas rəqibi Çin oldu.Muxalifet3 - 21-04-2019
Dünyada 23 milyon qadın çatışmır
Hazırda dünyada 23 milyon qadın çatışmır.
Muxalifet.az xəbər verir ki, bu nəticə PNAS jurnalının apardığı araşdırmadan sonra ortaya çıxıb. Jurnal qadın və kişilər arasında disbalansın 1970-ci ildən bu yana yarandığını bildirib. Disbalansa əsas səbəb kimi xüsusilə Asiya ölkələrində həyata keçirilən abortlar göstərilib.
Qız uşaqları ilə bağlı abortlar daha aktiv formada dünyanın 12 ölkəsində müşahidə edilib.
Muxalifet3 - 21-04-2019
Zelenski 72% səslə prezident seçilir və Poroşenkoya qarşı cinayət işləri açılır
Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir.
Muxalifet.az RİA “Novosti”yə istinadən xəbər verir ki, ekzit-polların ilkin nəticələrinə əsasən, namizəd Vladimir Zelenski seçicilərin səslərinin 71,8%-ni toplayıb.
“New Image Marketing Group” şirkətinin apardığı araşdırmaya görə, bu nəticələr Bakı vaxtı ilə saat 15:00 üçün əldə olunub. Səsvermə saat 21:00-da başa çatacaq.
Hazırkı prezident Pyotr Poroşenko hələlik səslərin yalnız 28,2%-ni toplaya bilib.Muxalifet3 - 21-04-2019
Mənzil bazarında yeni qayda: qiymətlər dəyişir?
“Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə görə, bundan sonra Azərbaycanda daşınmaz əmlaka dair çıxarışlar elektron qaydada veriləcək. Yəni, artıq mülk sahibi ilə çıxarışı verən şəxs arasında birbaşa təmas olmayacaq. Bu, çıxarışların verilməsi zamanı insan faktorunun aradan qalxmasına, bu səbəbdən də süründürməçilik, eləcə də rüşvət faktlarının aradan qalxmasına gətirib çıxaracaq.
Bəs, görəsən, evlərə çıxarış veriləndən sonra evlərin qiymətlərində dəyişiklik müşahidə olunacaqmı?Muxalifet3 - 21-04-2019
Yıldırımdan Kılıçdaroğluna hücumla bağlı - Mesaj
Şəhidlərimizin ağrısını ürəyimizdə hiss etdiyimiz günlərdə birlik və bərabərliyə daha çox ehtiyacımız var.
Muxalifet.az xəbər verir ki, bu sözləri keçmiş TBMM sədri Binəli Yıldırım deyib.
"Biz hamımız birlikdə Türkiyəyik. İndi parçalanmaq yox, terrora qarşı birlikdə mübarizə aparmaq günüdür. Hörmətli Kamal Kılıçdaroğluna keçmiş olsun deyirəm", - Yıldırım bildirib.
Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu Ankarada bir şəhidin dəfn mərasimində hücuma məruz qalıb.
Muxalifet3 - 21-04-2019
Çeçenlər AYAQLANDI: Gürcüstanda ortalıq qarışdı - ANBAAN VİDEO
Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında toqquşmalar olub.
Bu barədə “İnterfaks”ın yaydığı məlumatda deyilir.
Bildirilir ki, toqquşmalara səbəb yerli əhalinin Alazan çayında su elektrik stansiyasının tikintisinə etiraz etmək məqsədi ilə keçirdiyi aksiya olub. Əraziyə əlavə olaraq xüsusi təyinatlı qüvvələrin yeridilməsi vəziyyəti daha da gərginləşdirib.Muxalifet3 - 21-04-2019
PSJ oyuna çıxmadı, çempion oldu
Fransa liqasında PSJ çempionatın bitməsinə 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Muxalifet.az xəbər verir ki, ikinci sıradakı "Lil" klubu səfərdə "Tuluza" ilə bərabərə qaldığı üçün PSJ-yə çatmaq şansını əldən verib.
Heyətində Embappe, Neymar, Kavani kimi ulduzlar olan PSJ bu tur oyuna çıxmamış 81 xalla çempionluğunu təmin edib.
Muxalifet3 - 21-04-2019
Türkiyədə növbəti zəlzələ
Türkiyənin Konya şəhərinin Seyidşehir səmtində 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Avropa Aralıq dənizi Seymoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 3,9 olduğunu qeyd edib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.
Muxalifet3 - 21-04-2019
Ukraynada prezident seçkiləri: səsvermə bitdi - YENİLƏNDİ
Yerli vaxtla 19:00-a olan məlumata görə Ukrayna polisinə seçkilərdə qayda pozuntusu ilə bağlı 1167 müraciət daxil olub və 15 cinayət işi açılıb.
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
Muxalifet3 - 21-04-2019
SON DƏQİQƏ: Bu qurum əhalidən torpaq ALACAQ
Nazirlər Kabineti "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, qərara əsasən Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.Muxalifet3 - 21-04-2019
Saat satıcısı həbs edildi - Səddama görə
İraqın paytaxtı Bağdadda Səddam Hüseynin şəklinin olduğu qol saatlarını satan şəxs həbs edilib.
Muxalifet.az xəbər ki, sözügedən saatları satan şəxsin hazırda polis bölməsində saxlanıldığı bildirilib.
Hüquqşünaslar onun maksimum 6 ay həbs cəzası olacağını deyiblər.
Qeyd edək ki, İraqda Səddam Hüseyni təbliğ etmək cinayət hesab olunur.
Muxalifet3 - 21-04-2019
SON DƏQİQƏ: Ukraynada gözlənilməz seçki nəticələri – QALİB AÇIQLANDI
Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.
Ria Novosti xəbər verir ki, Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 88, Petro Poroşenko isə 12 faiz səsini toplayıb.
Muxalifet3 - 21-04-2019