Axtarış
The search found 105768 results in 0.027 seconds.
Search results
Türkiyədə iki azərbaycanlı ailə DƏHŞƏT YAŞATDI: Baltalarla bir-birinə... - VİDEO
Türkiyənin Bursa şəhərində iki ailə arasında baltalı və bıçaqlı dava baş verib.
Muxalifet.az open.az-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Əfqan A. ilə Sevinc A. arasında başlayan mübahisə tərəflərin yaxınlarının da araya girməsi ilə böyüyüb.
Hadisə Yıldırım rayonunun Baruthane Məhəlləsində baş verib. Belə ki, 29 yaşlı Sevinc əvvəlki evliliyindən olan əlil uşağının həyat yoldaşı 32 yaşlı Əfqan və qayınanası Nəzirə A. tərəfindən işgəncə gördüyünü iddia edərək, evdən ayrılmaq istəyib.Muxalifet - 22-04-2019
DİQQƏT: Azərbaycanda bu şəxslər 5 gün işləməyəcək - SİYAHI
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları 5 gün işləməyəcək.
Orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları tətilə buraxılacaqlar.
İşçilərin tətili aprelin 24-dən 28-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına Çərşənbə günündən etibarən işə gəlməməklə bağlı tapşırıq verilib. Aprelin 29-dan Hökumət Evində iş bərpa ediləcək.Muxalifet - 22-04-2019
Türkiyə Kəşfiyyatından PKK-ya zərbə
İraqın Sincar bölgəsinda yuvalanan PKK terrorçularına Türkiyə tərəfindən növbəti zərbə vurulub. Bu də gözlənilməz zərbəni PKK-ya Türkiyənin kəşfiyyat təşkilatı olan MİT vurub. MİT gizli bir əməliyyatla PKK rəhbərliyindən 4 terrorçunu Türkiyəyə gətirib.
Təfərrüat haqda sonra məlumat veriləcək.
Müxalifət.azMuxalifet3 - 22-04-2019
BŞİH-in məsul nümayəndələri əhali ilə görüşlər keçirəcək – CƏDVƏL
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü ilə aprelin 24-dən əhali ilə görüşlərə başlanılacaq.
Bu barədə BŞİH-dən məlumat verilib.
Bildirilib ki, paytaxt rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcək.
Muxalifet - 22-04-2019
Bakıda FACİƏ: 6 yaşlı uşaq kanalizasiya quyusuna düşərək boğuldu
Bakıda azyaşlı faciəli şəkildə ölüb. Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2013-cü il təvəllüdlü Ayxan Elmir oğlu Cavadlı çirkab suların axıdıldığı quyuya düşərək boğulub. Məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Muxalifet - 22-04-2019
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Muxalifet - 22-04-2019
Şəhidin atası Kılıçdaroğluna hücum haqqında nələr dedi?
Kamal Kılıçdaroğluna qarşı təcavüz baş verən şəhid cənazəsi mərasimiylə bağlı şəhidin atası Mustafa Kırıkcı açıqlama verib.
Ötən gün Hakkaridə şəhid olan 4 əsgərdən biri olan Yener Kırıkcının cənazəsi dünən məmləkəti Ankaranın Çubuq rayonunda torpağa verilib. Dəfn mərasimi zamanı CHP lideri Kamal Kılıçdaroğluna bir qrup hücum edib.Muxalifet3 - 22-04-2019
Afət Fərmanqızından NÖVBƏTİ QALMAQALLI HƏRƏKƏT: "Domra"nı yeni mahnısı kimi təqdim etdi
ATV-də yayımlanan "Zaurla Günaydın" verilişinin qonaqlarından biri də müğənni Afət Fərmanqızı olub.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, ifaçı verilişdə maraqlı açıqlamaları və ifaları ilə yadda qalıb. O, verilişə eksklüziv olaraq tam yeni mahnıları ilə qonaq gəldiyini söyləyərək, ifalarını təqdim edib. Lakin nəğmələrdən birinin "Dombra" olduğu marağa səbəb olub. Belə ki, ifaçı onu özünün yeni mahnısı kimi təqdim edib.Muxalifet - 22-04-2019
Bakıda FACİƏ: 26 yaşlı qız burun əməliyyatından sonra öldü
Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.Muxalifet - 22-04-2019
Kremlin baş sutenyorunun güllə ilə qırılan ömrü – Stalinin qızına sataşan Yenukidze
İosif Stalinin hakimiyyətə gəlişindən sonra Kremldən başlanan böyük “təmizlik” işlərində partiya sıralarında qalmaq üçün hər bir partiya üzvündən tərcümeyi-hal tələb olunub, bu tərcümeyi-halı təsdiqləyən və ona zamin dura biləcək üç nəfərin adının yazılması mütləq şərt sayılıb. Avel Yenukidzə də öz tərcümeyi-halını yazdıqdan sonra tələbə uyğun olaraq üç nəfərin adını qeyd edib: Stalin, Voroşilov. Orconikidze. Bu haqda Stalinə yazılı şəkildə məlumat verilib. O, heç bir müzakirə açmadan yazıya dərkənar qoyub: “Avel Yenukidzenin bütün yazdıqlarını təsdiq edirəm”.
Muxalifet - 22-04-2019
ABŞ Dövlət Departamentinin İSTİSNALARI: "Sepah"la təmasda olan xarici hökumət təmsilçiləri cəzalanacaqmı?
Lesli Rouqton, Ərşad Məhəmməd, Conatan Landay, Fil Stüart
“Reuters”, 21.04.2019
Üç hazırkı və üç sabiq ABŞ rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatların İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) terrorçu qurum elan etməsindən sonra xarici dövlətlər, firmalar və QHT-lər üçün istisnalar qismən ləğv edilib. Odur ki, İİKK-nın qəyyumluq etdiyi bütün fərdi və hüququ şəxslər sanksiyalarla üz-üzə qalırlar.
Muxalifet - 22-04-2019
“Hətta çevriliş planımız olsa da bunu sizlərə açıqlayardım?...” - ABŞ İRANA HƏRBİ MÜDAXİLƏ VƏ REJİM DƏYİŞİKLİYİ HAQDA
ABŞ prezidenti Donald Tramp və administrasiyası İranda rejimin hərbi yolla dəyişdirilməsi planını nəzərdən keçirmir.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda dövlət katibi Mayk Pompeo Amerikadakı iranlı icması ilə keçirdiyi qapalı görüşü zamanı deyib. Görüş haqda “Axios” internet portalı öz mənbələrinə istinadən xəbər verir.Muxalifet - 22-04-2019
Eldar Mahmudov haqda ŞOK FAKTLAR: Özünün və həyat yoldaşının adına olan milyonluq mülklər
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun çoxsaylı mülkləri açıqlanıb.
Muxalifet - 22-04-2019
Gəncədə 57 yaşlı qadını maşın vurdu
Gəncədə yolu keçmək istəyən 57 yaşlı qadını avtomobil vurub.
Atatürk prospektində yolu qarşı tərəfə keçmək istəyən 57 yaşlı Elza Vəliyevanı avtomobil vurub.
Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./PublikaMuxalifet - 22-04-2019
SOCAR-ın vitse-prezidenti Qarabağ veteranını İŞDƏN ÇIXARDI
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Yaşar Lətifov Kompleks Qazma İşləri Trestinin baş mühəndisi, Qarabağ müharibə veteranı Fazil Ramazanovu işdən azad edib.
Məlumata görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun sədrliyi ilə Kompleks Qazma İşləri Trestində müşavirə keçirilib. İclasda tərəflər arasında mübahisə düşüb və bundan sonra Yaşar Lətifov baş mühəndisi vəzifəsindən azad edib.
Vitse-prezident baş mühəndis vəzifəsinə isə öz yaxın tanışı olan Racu Vəliyevi gətirib./UnikalMuxalifet - 22-04-2019
AZAL şefinin qızının Londonda dəyəri milyonlarla ölçülən şirkəti üzə çıxdı - FOTO FAKT
AZAL şefi Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın Londonda adına dəyəri milyonlarla ölçülən şirkət üzə çıxıb.
Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Sözügedən paylaşım yayıldıqdan sonra sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə məruz qalıb. Oxucularımıza Cahangir Əsgərovun qızının adına olan topdağıtmaz mülkləri, şirkətləri təqdim edirik.Muxalifet4 - 22-04-2019
Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək - VİDEO
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.Muxalifet - 22-04-2019
Ermənistanın Qarabağ təklifi RƏDD EDİLDİ - Avropa İttifaqından Paşinyana TƏRS ŞİLLƏ
Avropa İttifaqı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakını rədd edib.
Muxalifet.az publika.az-a tinadən xəbər verir ki, bu barədə Ermənistan mediası danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.Muxalifet - 22-04-2019
Ukraynada səslərin 95%-i hesablandı - ZELENSKİ ŞƏKSİZ LİDERDİR
Ukrayna Mərkəzi Seçki Komissiyası protokolların 95,06%-nin hesablandığını elan edib.
Muxalifet.az yerli KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə prezident Vladimir Zelenski 73,17%-ni toplayıb. Hazırkı dövlət başçısı Pyotr Poroşenko isə yalnız 24,5% seçici dəstəkləyib.Muxalifet - 22-04-2019
ABŞ-dan YPG-PKK terrorçularına daha 200 TIR hərbi yardım
ABŞ İraq sərhədindən Suriyadakı terror təşkilatı YPG/PKK işğalında olan Deyrizor rayonuna təxminən 200 TIR hərbi yardım daşıyıb.
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İraqdan Suriyadakı YPG/PKK-nın işğal etdiyi Deyrizor rayonuna təxminən 200 TIR hərbi yardım, tikinti materialı və texnikalar göndərib.
Yerli mənbələrdən alınan məlumata görə, ABŞ dünən İraq-Suriya sərhədində Simelka keçid məntəqəsindən YPG/PKK işğalı altında olan bölgəyə təxminən 200 TIR tikinti materialı və texnikaları daşıyıb.Muxalifet3 - 22-04-2019