Axtarış
The search found 105768 results in 0.036 seconds.
Search results
Xoşqədəm Həsənovanı qətlə yetirmiş Quba sakini məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Quba rayon sakini Fazil Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 29-na təyin edilib.
Qətl hadisəsi ötən ilin oktyabr ayında paytaxtda baş verib. F.Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.Muxalifet - 22-04-2019
Səhiyyə Nazirliyi ehtiyatlı olmağa çağırıb – Heyvan dişləmələri ilə bağlı
Səhiyyə Nazirliyi mövzunun hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi, antirabik vaksinini vaxtında vurdurmağı və əhaliyə ehtiyatlı olmağı tövsiyə edir.
Muxalifet - 22-04-2019
İnsanlığın ölmədiyini sübut edən şəxs - Bütün İsveçin danışdığı türk
İsveçdəki türk əsilli taksi sürücüsü Ömər Təməl pul kisəsi və bank kartlarını evdə qoyan isveçli müştərisinə hava limanında kredit kartını verib.
Bu xəbər yayıldıqdan sonra Ömər İsveçdə qəhrəmana çevrilib. “Dagens Nyheter” qəzeti xəbəri manşetdə verdikdən sonra sosial şəbəkədə Təməl qəhrəman elan edilib.
Hadisəni Təməl belə danışıb:Muxalifet - 22-04-2019
ABŞ İranı bu 2 ölkə ilə birgə çökdürəcək - Plan
ABŞ İrandan neft idxalını tamamilə qadağan etməyi planlaşdırır.
Bu haqda "Vaşinqton Post” nəşri Dövlət Departamentindəki mənbələrə istinadən bildirib.
Nəşrin məlumatına görə, ABŞ açıqlamağa hazırlaşır ki, İran neftini idxal edən ölkələr bunu tamamilə dayandırmalıdır, əks təqdirdə Vaşinqton onlara qarşı sanksiyalar tətbiq edəcək.
Muxalifet - 22-04-2019
Gürcüstanda polislə toqquşma: 27 yaralı
Gürcüstanın Birkiani kəndi yaxınlığındakı Pankisi Keçidində Alazani çayının üstündə inşa ediləcək Hidrigen Elektrik Stansiyası (HES) layihəsinə qarşı çıxan bölgə xalqı ilə polis arasında yaşanan gərginlikdə 27 nəfər yaralanıb. Gürcüstandakı Rustavi-2 TV bir hidroelektrik stansiyanın tikintisinə qarşı etirazlara polisin müdaxilə etdiyini, müdaxilələr zamanı göz yaşardıcı qaz və plastik güllə istifadə edildiyini bildirib.
Muxalifet3 - 22-04-2019
Millət vəkilinin ikili vətəndaşlığı üzə çıxdı: Rüfət Quliyevin elə fotoları yayıldı ki...
Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin 2-ci turunda səs verdiyi bildirilir. Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı diasporpress.az yayıb. Sayt həmçinin deputat Rüfət Quliyevin Ukrayna seçkilərindəki səsvermədə iştirakını əks etdirən fotoşəkilləri də dərc edib. Quliyevin bu ölkədə keçirilən seçkilərdə səs verməsi isə onun həm də Ukrayna vətəndaşı olduğunu təsdiqləyir. Azərbaycan qanunvericiliyi isə ikili vətəndaşlığı qadağan edir və bu qadağanın pozulması hüquqi məsuliyyət yaradır.
Muxalifet - 22-04-2019
13 min nəfərə ŞAD XƏBƏR - Prezident 6,8 milyon manat ayırdı
Prezident İlham Əliyev Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Muxalifet - 22-04-2019
İRİ TƏHSİL MƏMURUNUN MİLYONLUQ VİLLASI – “Son dövrlər əldə etdiyi malikanələrdən sadəcə biridir…” - FOTO
Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosunu paylaşıb.
E.Qafarov “Facebook”da yeni tikilməkdə olan 4 mərtəbəli villanın fotosunu paylaşaraq, onun Rəşad Tağıyevin çoxsaylı mülklərindən biri olduğunu yazıb.
Muxalifet4 - 22-04-2019
Generalın qalstukunda GİZLİ KAMERA: Baş redaktoru necə “ilişdiriblər”... - “GÖTÜR, BURA TƏHLÜKƏSİZDİR...”
Rusiyanın Peterburq şəhərində İstintaq Komitəsinin Kalininqrad regional idarəsinin rəhbəri, general Viktor Ledenovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi gedir.
Muxalifet - 22-04-2019
Araz Əlizadədən QALMAQALLI SÖZLƏR: "Dallarına şalvar ala bilmirlər, amma it saxlayırlar"
Milli Məclisin deputatı Araz Əlizadə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin 4 yaşlı uşağın üzünü parçalamasından danışıb.
Araz Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, sahibsiz itlərin hamısı öldürülməlidir:
"Sahibsiz itləri öldürən adamlara qarşı cərimə tətbiqi düzgün deyil. Sovet İttifaqı dövründə də sahibsiz itlər öldürülürdü. Hətta, bununla bağlı xüsusi İdarə var idi. Sahibsiz itləri öldürmək lazımdır. Hər zaman sahibsiz itləri öldürüblər".Muxalifet - 22-04-2019
Kamal Abdulladan ADU-ya yeni dekan TƏYİNATI
Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan seçilib.
Bu barədə "Report"a universitetdən məlumat verilib.
Seçkiyə əsasən universitetin rektoru Kamal Abdullanın əmri ilə bu vəzifəyə professor Şahin Xəlilli təyin edilib.
Qeyd edək ki, Şahin Həmid oğlu Xəlilli 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsini bitirib. 1976-cı ildən indiki Azərbaycan Dillər Universitetində əmək fəaliyyətini davam etdirir.Muxalifet - 22-04-2019
Prokuror: Fədayə Laçına ədalətli hökm verilib
Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, çıxışında təqsirləndirilən şəxslər barəsində ədalətli hökm verildiyini və apellyasiya şikayətinin təmin olunmamasını istəyib.
Sonra təqsirləndirilən şəxsin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.Muxalifet - 22-04-2019
Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyi Bakıda burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə özəl klinikada olduğuna görə, nazirliyə heç bir müraciət daxil olmayıb:
"Özəl xəstəxanalarda hər hansısa bir hadisə bizə müraciət olunduqda araşdırılır. Hələlik bu barədə bizə heç bir məlumat verilməyib. Həmin xəstəxanadan müraciət edilərsə, məsələ nazirlik tərəfindən araşdırılacaq".Muxalifet - 22-04-2019
Maaşlarımızdan nə qədər pul tutulacaq? - Nazirlikdən YENİLİK
Sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salındı. Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a məlumat verilib. Verilən məlumata görə, bu vergini tətbiq etmək hüququ məhdudlaşdırılmış və gəlir (mənfəət) vergisi rejiminə keçmiş vergi ödəyicilərinə isə güzəştlər tətbiq edildi. Sadələşdirilmiş verginin əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirdi.
Muxalifet - 22-04-2019
Türkiyə Baş Konsulluğuna hücum!
Türkiyənin Sürixdəki Baş Konsulu Asiyə Nurcan İpekçi etdiyi açıqlamada, saat 02.51-də Baş Konsulluğa hücum təşkil olunduğunu bildirib.
İsveçrədə Türkiyənin Sürix Baş Konsulluğunun binasına kimliyi məlum olmayan adamlarla molotov kokteyli ilə hücum təşkil olunub.
Baş konsul Asiyə Nurcan İpekçi hücuma dair verdiyi açıqlamada, saat 02.51-də Baş Konsulluğa hücum təşkil olunduğunu və təcavüzü hələ üzərinə gütürən bir qrupun olmadığını deyib.Muxalifet3 - 22-04-2019
Ordu zabiti 32 qadını qətlə yetirdi - DƏHŞƏTLİ CİNAYƏT
Şimali Kiprdə yunan zabit bir neçə qətldə ittiham olunur.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, zabit Nikos Metaxas yoxa çıxan 35 yaşlı filippinli Mariya Rose və 6 yaşlı qızı Sierra Qarzeni öldürüb.
Qeyd edilir ki, adanı gəzən iki turist qadın cəsədini tapıb. Cəsədin 2018-ci ilin mayında yunan zabit Nikos Metaxasın evində təmizlik işi görən Mariya Rozeyə aid olduğu müəyyən edilib. Bundan sonra zabit həbs edilib.Muxalifet - 22-04-2019
DEPUTAT RÜFƏT QULİYEVİN ELƏ FOTOLARI YAYILDI Kİ... - Qanunsuz olaraq ikilivətəndaşlıq daşıyır və...
Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin 2-ci turunda səs verdiyi bildirilir.
Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı diasporpress.az yayıb. Sayt həmçinin deputat Rüfət Quliyevin Ukrayna seçkilərindəki səsvermədə iştirakını əks etdirən fotoşəkilləri də dərc edib. Quliyevin bu ölkədə keçirilən seçkilərdə səs verməsi isə onun həm də Ukrayna vətəndaşı olduğunu təsdiqləyir.Muxalifet4 - 22-04-2019
Kılıçdaroğlunu yumruqla vuran şəxs haqqında qərar verildi
CHP-nın lideri Kamal Kılıçdaroğlunu yumruqla vuran Osman Sarığın haqqında qərar verilib.
Nəzarətə alınan Osman Sarığın Çubuq Məhkəməsində həbs olunaraq həbsxanaya göndərilib.
Qeyd edək ki, Osman Sarıgün jandarmdakı ilk ifadəsində, izdiham arasında təxribata uyaraq Kamal Kılıçdaroğluna yumruq atdığını söyləmişdi.
Müxalifət.azMuxalifet3 - 22-04-2019
Hafiz Hacıyevdən sahibsiz itlərlə bağlı MARAQLI TƏKLİF: "Çinə it əti sata bilərik"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ötən gün Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin 4 yaşlı uşağın üzünü parçalamasından danışıb.
Muxalifet.az xəbər verir ki, Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, insanlar itlərdən dəyərlidir:
"Ona görə də istərdim ki, itlərə yox, insanlara daha çox diqqət ayrılsın. İtə verilən yeməyi bizə versinlər, biz yeyək də. Yazıq deyilik? Acından günorta dururuq".
Partiya sədri sahibsiz itlərin fəaliyyətinə əngəllər yaratdığını deyib:Muxalifet - 22-04-2019
Müxalif partiya beynəlxalq aləmə ÇAĞIRIŞ ETDİ – “Qətllərə yol açan bu bəlaya qarşı...”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Muxalifet4 - 22-04-2019