Axtarış
The search found 105768 results in 0.028 seconds.
Search results
Samuxda ərinə xəyanət edən qıza atası işgəncə verdi - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI
Samuxda qızını öldürməyə cəhddə təqsirli bilinərək həbs edilən Famil Ələkbər oğlu Məhərrəmov Ali Məhkəməyə şikayət edib.
Famil Məhərrəmovun şikayəti ilə bağlı məhkəmə baxış iclası may ayının 21-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.Muxalifet - 23-04-2019
XİN: Şri-Lankada həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur
Şri-Lankada baş verən terror aktları nəticəsində həlak olan insanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərdən 14 nəfərin şəxsiyyəti hələ müəyyənləşməyib:
“Bu məsələ Azərbaycanın Hindistandakı səfirliyinin diqqət mərkəzindədir. Səfirliyin ilkin məlumatına əsasən şəxsiyyəti bəlli olan terror qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur”.Muxalifet - 23-04-2019
Davudoğlunun quracağı yeni partiyanın arxasındakı ölkələr – Generaldan şok açıqlama
Türkiyə Baş Qərargahının keçmiş Kəşfiyyat rəisi, istefada olan general-leytenant İsmayıl Haqqı Pekin, Davudoğlunun quracağı yeni partiya iddialarına dair gündəmi silkələyəcək bir açıqlama verib.
Baş Qərargahın keçmiş Kəşfiyyat rəisi, istefada olan general-leytenant İsmayıl Haqqı Pekin, yeni partiya yaradacağı iddia edilən şəxslərin arxasında İngilis və Amerikanın olduğunu iddia edib.Muxalifet3 - 23-04-2019
Lotu Quli MİLYARDER ÇIXDI: Ən varlı azərbaycanlı "lotu"lar - REYTİNQ
Rusiyanın Daxili İşlər Nazirliyi (Dİ) ən aktiv "qanuni oğru"ların siyahısını açıqlayıb. Milli.Az bildirir ki, siyahıda 432 nəfərin adı var. Onların 318 nəfəri azadlıqdadır. 114 "qanuni oğru" həbsdə, 31 nəfər - istintaqda, 19 nəfər axtarışdadır. "Qanuni oğru"ların sayına görə Rusiyada "lider" mövqeni gürcülər tuturlar. Belə ki, 242 gürcü "qanuni oğru" var. İkinxi yerdə 41 "oğru" ilə ruslar, 3-cü yerdə 30 nəfərlə ermənilər, 4-cü yerdə 26 nəfərlə yezidi kürdlər, 5-ci yerdə 16 "oğru" ilə azərbaycanlılardır. Rusiyadakı məşhur "qanuni oğru"lar arasında 10 abxaz, 8 çeçen, 7 yəhudi var.
Muxalifet - 23-04-2019
Kim Çen In bacısını Rusiyaya göndərdi
Şimali Koreya lideri Kim Çen In bacısı Kim Yo Çjonu Rusiyaya göndərib.
Liderin bacısı Vladivostoka gedib.
Xəbərə görə, K.Y.Çjon qardaşı ilə Rusiya prezidenti Vladimir Putin arasındakı görüşün hazırlıqları ilə bağlı səfər edib.
Qeyd edək ki, iki ölkənin lideri aprelin 25-də Vladivostokda olacaq./PublikaMuxalifet - 23-04-2019
Türkiyədə həbs edilən azərbaycanlının ibtidai istintaqı başa çatıb
Dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Siyavuş Hacıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.
Cinayət işində 5 zərərçəkmiş var.Muxalifet - 23-04-2019
DİM-dən əvvəlki illərin məzunlarına MÜRACİƏT
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.
Muxalifet.az DİM-ə istinadən xəbər verir ki, abituryentlər imtahana buraxılş vəsiqəsini çap edə bilərlər.Muxalifet - 23-04-2019
Zelenski necə məşhurlaşdı? – Həyatı
Ötən gün Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda gözlənildiyi kimi keçmiş KVN-çi, şoumen və aktyor Vladimir Zelenski qələbə qazanıb. O, böyük səs çoxluğu ilə Ukrayanın yeni prezidenti seçilib.
Bəs Poroşenkonu geridə qoymağı bacarıb ölkə prezidentliyini qazanan Zelenski kimdir, ölkəsində necə tanınırdı?Yumor ustası, aparıcı, bal rəqslərini öyrənən hüquqşünas və…
Muxalifet - 23-04-2019
SON DƏQİQƏ: Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna YÜKSƏK VƏZİFƏ VERDİ
Ramil Usubov yeni idarə rəisi təyin etdi.
Polis polkovniki Fuad Məmmədli Daxili İşlər Nazirliyinin Səfərbərlik İşləri və Mülki Müdafiə İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
F.Məmmədli bundan əvvəl müxtəlif vaxtlarda Quba və Salyan RPŞ-nin rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur./oxu.azMuxalifet - 23-04-2019
Bakıda uşaq bağçalarının rəhbərlərinə ciddi xəbərdarlıq edildi - Qəbul elektron qaydada olacaq
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Muxalifet - 23-04-2019
DTX-dan Mahmudova qarşı mülki iddia - 10 MİLYONDAN ARTIQ...
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova qarşı Dövlət Təhlükəsizliyi Xidməti mülki iddia qaldırıb.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, təqsirləndirilən Vüqar Mahmudovdan 10 milyon 653 min 358 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməsi istənilib.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərin cinayət işində ən yüksək məbləğdə mülki iddia Vüqar Mahmudova qarşı qaldırılıb.Muxalifet - 23-04-2019
“Uşağı tutan küçə iti olub, mən it saxlamıram” – Hüseynin atası
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin hücumuna məruz qalmış azyaşlı Hüseyn Məmişovla bağlı yeni məlumatlar yayılıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə uşağın üzünü parçalayan itin həmin ailəyə məxsus olduğu iddia edilib.
Məsələ ilə bağlı Hüseyn Məmişovun atası Qismət Məmişov açıqlama verib. O, deyilənlələri təkzib edib:Muxalifet - 23-04-2019
Coğrafiya institu: "Son 30 ildə Azərbaycanda belə hava müşahidə edilməyib"
“Belə hava şəraiti aprel ayı üçün səciyyəvi deyil və son 30 ildə Azərbaycanda müşahidə edilməyib”.
Bu barədə ONA-ya Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Muxalifet - 23-04-2019
Seçkini uduzan Poroşenkodan təəccübləndirən vida
Ukraynadakı prezident seçkisində məğlub olan Pyotr Poroşenko həyat yoldaşı Marina Poroşenko ilə birlikdə balkona çıxaraq xalqı kamera ilə çəkib.
Ukraynada məşhur aktyor Vladimir Zelenskiyə məğlub olan hazırkı dövlət başçısı Pyotr Poroşenko həyat yoldaşı Marina Poroşenko ilə prezident iqamətgahından xalqa müraciət edib.
Əlindəki kamerayla da xalqı videoya çəkən Poroşenko, "Buraya bu qədər insanın gəlməsi nə xoşdur. Sizin bu gözəl qəlbiniz, dəstək verən sözləriniz və isti üzünüz mənə güc verir. Siz gözəlsiniz" deyə xalqa xitab edib.Muxalifet3 - 23-04-2019
“Qüdrət Həsənquliyev Rusiyanın burada apardığı siyasətin təmsilçisidir” – PARTİYA SƏDRİ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənqiliyevin mətbuatda yayılan son müsahibəsində Azərbyacanın əleyhinə olan ifadələr yer alıb. Belə ki, “islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək.
Muxalifet4 - 23-04-2019
Evində diri-diri yanaraq ölən 58 yaşlı kişinin FOTOSU - Bakıdakı dəhşətin ŞOK TƏFƏRRÜATI
Ötən gecə Bakının Xəzər rayonunda baş vermiş yanğın nəticəsində 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun yanaraq ölməsi barədə məlumat vermişdik.
İlkin araşdırmalar zamanı hadisənin şam və ya siqaretlə ehtiyatsız davranma nəticəsində baş verdiyi məlum olub. Spirtli içkinin təsiri altında olan 58 yaşlı kişi yuxuya gedəndən sonra onun yaşadığı mənzili alov bürüyüb. Bildirilir ki, Qurban Məmmədov Mərdəkanda spirtli içki aludəçisi kimi tanınıb. Qəsəbə sakinləri əvvəllər onun yumoristik videolarını çəkərək yutub portalına yerləşdiriblər.Muxalifet - 23-04-2019
Turistlər Azərbaycanda 2 milyard dollar xərcləyiblər
Dövlətin turizm sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir.
Muxalifet.az xəbər verir ki, bunu 3-cü Qlobal Sağlamlıq Turizm Forumunda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2.9 milyon və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib .Muxalifet - 23-04-2019
“Üç ildən çoxdur istefaya hazırlaşırdım…” - Nazarbayev göz yaşlarını saxlaya bilmədi - VİDEO
Qazaxıstanın ilk Prezidenti, "Nur Otan" Partiyasının sədri Nursultan Nazarbayev partiya qurultayında üç ildən çoxdur istefaya hazırlaşdığını bildirib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Nazarbayev ölkəyə rəhbərlik etdiyi 30 illik müddətdə ölkə üçün etdiklərinə görə özünü xoşbəxt insan adlandırıb.
Yekun nitqindən və partiya üzvlərinin Kasım-Jomart Tokayevin prezidentliyə namizəd olmasına səs verməsindən sonra Nursultan Nazarbayev kövrəlib. O hətta "Ölkəm mənim" mahnısı səslənərkən göz yaşlarını saxlaya bilməyib.Muxalifet - 23-04-2019
Daha iki qurum “ASAN ödəniş” sisteminə qoşuldu
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Agentlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.
Muxalifet4 - 23-04-2019
IX siniflərin buraxılış imtahanının nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Göygöl, Samux, Şamaxı, Naftalan, Goranboy, Yevlax, Şəki, Qəbələ, Oğuz, Bərdə, Ağdam, Tərtər, Kürdəmir, Zərdab, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
Muxalifet - 23-04-2019