Axtarış

The search found 105768 results in 0.082 seconds.

Search results

  1. ​Piyadanı vurub öldürdükdən sonra qaçan sürücü saxlanılıb

    Bakıda piyadanı vurub öldürdükdən sonra qaçan sürücü tutulub.
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib.
    Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Muxalifet - 23-04-2019

  2. KREML ZELENSKİNİN QƏLƏBƏSİNƏ SEVİNİR – Putin yeni prezidenti ələalma, yoxsa şantaj yolunu seçəcək?

    Prezident seçkisində uduzduqdan sonra Pyotr Poroşenko dedi ki, siyasətdən getmir. Çox tezliklə Ali Radaya (parlamentə – tərc.) seçkilər olacaq. Ona görə hesab edirəm ki, söhbət normal nəticələr əldə etmək üçün seçkilərə hazırlıqdan, parlament müxalifətindən gedir.

    Muxalifet - 23-04-2019

  3. PKK-dan CHP-yə təlimat

    PKK-nın terrorçbaşı Duran Qalxan CHP-HDP ittifaqının davam etməsinə çağırıb. Terror təşkilatının yayım orqanına danışan Qalxan, CHP-nin "bu nəticələri HDP-nin güclü dəstəyilə aldığını" və məsuliyyətini bilməsi lazım olduğunu ifadə edib. Terrorçubaşı Qalxan "HDP və CHP ittifaqını daha çox inkişaf etdirib, alternativ hakimiyyət təşkil etməsi lazımdır. HDP CHP daxil, bütün qüvvələri birləşdirməli və Tayyib Ərdoğan rəhbərliyinin istefasını istəməlidir" deyib.
     
    SEÇKİDƏ BİR ARAYA GƏLMİŞİK
     

    Muxalifet3 - 23-04-2019

  4. Avropa İttifaqı ilə saziş: XİN Oqtay Əsədovu təkzib etdi - “DANIŞIQLAR HƏLƏ DAVAM EDİR...”

    Bu gün Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağı tarixi açıqlayıb. Əsədov həmin sazişə “ermənilərin əngəl olmağa çalışdığını” deyib və bildirib ki, sənədin layihəsində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilib.

     “Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar”-o deyib. Və O.Əsədov bildirib ki, saziş mayın 13-də imzalanacaq.

    Muxalifet - 23-04-2019

  5. KİLSƏ ZƏNGLƏRİ VƏ DAŞ YUXULAR - "Google"-da iki sözün axtarışındakı fərq

    “Google Trends” zəmanəmiz üçün heç də təəccüblü olmayan bir statistika açıqlayıb: Fransanın tarixi rəmzi olan Notr-Dam kafedral kilsəsini xarabalığa çevirən yanğın Pasxa bayramının qeyd olunduğu Bazar günü Şri-Lankanı sarsıdan və təxminən 300 nəfərin öldüyü partlayışla müqayisədə, “Google”-da 7 dəfə çox axtarışa verilib.

    Muxalifet - 23-04-2019

  6. ​Yeni peyvənd növü tətbiq edildi: 2 yaşına qədər uşaqlara...

    Dünyanın bir çox bölgəsində hər il yüzminlərlə insanın ölümünə yol açan malyariya xəstəliyinə qarşı düzəldilən peyvənd istifadə olunmağa başlanıb.
    Peyvənd tarixdə ilk dəfə Afrika ölkəsi Malavidə tətbiq edilib.
    Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlamada malyariya xəstəliyinə qarşı sınaq proqramının Malavidə başladıldığını və gələcəkdə Qana, Keniya kimi ölkələrdə də tətbiq ediləcəyi bildirilirb.

    Muxalifet - 23-04-2019

  7. ​37 yaşlı kişi onunla yaşamaq istəməyən arvadını öldürdü - ŞOK TƏFƏRRÜAT

    Bakıda keçmiş arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Xosrov Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun icraatına verilib.
    Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
    Qeyd edək ki, ötən il oktyabrın 6-da Əmircan qəsəbəsində Xosrov Məmmədov 1985-ci il təvəllüdlü həyat yoldaşı Əfsanə Məmmədovanı bıçaqlayaraq öldürüb. Hadisədən sonra o, polisə təslim olub.

    Muxalifet - 23-04-2019

  8. ​“Metropoliten"dən QOVULAN QIZ: Avtobusda RƏQS ETDİ - Video

    “Metropoliten"dən qovulan Lalə Babayevanın maraqlı görüntüləri yayılıb. 
    "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin xidmət şöbəsinin rəisi  vəzifəsində çalışmış Lalə Babayeva bu dəfə avtobusda rəqs etməsi ilə gündəmə gəlib. Belə ki, o, F1-in Bakı halqasının marşallarını daşıyan avtobusda  Johnni Qudun  “Chuck Berry” ifasına maraqlı formada rəqs edib.
    Qeyd edək ki, Lalə Babayeva kəndlərdən şəhərə gələn vətəndaşlar üçün işlətdiyi sərt ifadələrə görə tutduğu vəzifədən azad edilmişdi./yeni sabah

    Muxalifet - 23-04-2019

  9. ​İran ABŞ-ın sanksiya qərarına ETİRAZINI BİLDİRDİ: "Artmaqda olan iqtisadi terrorçuluq..."

    İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın İrana sanksiyalarla bağlı 8 ölkəyə verdiyi güzəşt möhlətinin uzadılmaması qərarına etirazını bildirib.
    İranın xarici işlər naziri Məhəmməd Zərif “Tvitter” hesabında verdiyi açıqlamada yazıb: “İranlılara qarşı artmaqda olan iqtisadi terrorçuluq ABŞ rejiminin panikasını və əlacsızlığını nümayiş etdirir və onunla əlbir olanların xronik bacarıqsızlığıdır”.

    Muxalifet - 23-04-2019

  10. ​Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

    Paytaxtda bu gün iki küçədə hərəkət məhdudlaşdırılacaq.
    Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, Kövkəb xanım Səfərəliyeva və Dilarə Əliyeva küçələrində mövcud nişanlanma xətlərinin yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq bu gün saat 23:00 - 06:00-a kimi qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə və ya qismən məhdudlaşdırılacaq.

    Muxalifet - 23-04-2019

  11. Çin, Türkiyə, Hindistan ABŞ-a qarşı: dünya neft bazarı təlatüm içində...

    “Brent” markalı neftin bir bareli 74 dollara qalxdı; Ağ Evin bəyanatından sonra ABŞ-da neftin qiyməti 3 faiz artıb

    Muxalifet - 23-04-2019

  12. Bakıda "Aşıqlar" kafesində dava - 1 nəfər bıçaqlandı

    Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
    Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "Aşıqlar" kafesində Bakı şəhər sakini Tağıyev Elməddin Tağı oğlu Həsənov Samir Zamin oğlu ilə mübahisə edib.
    Mübahisə dava ilə nəticələnib və nəticədə E.Tağıyev S.Həsənovu kafenin qarşısında bıçaqlayıb.
    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

    Muxalifet - 23-04-2019

  13. ​19 yaşlı azərbaycanlı ABŞ-dan 74 min dollarlıq təqaüd qazandı

    Uğurları ilə diqqət mərkəzinə düşən 19 yaşlı mingəçevirli istedad təhsilini böyük ehtimalla ABŞ-da davam etdirəcək.
    Cavid Əlizadə bildirib ki, qazandığı nailiyyət dünyanın əksər nüfuzlu təhsil ocaqlarının qapılarını üzünə taybatay açıb.

    Muxalifet - 23-04-2019

  14. ​Səudiyyə Ərəbistanında 37 nəfər edam olundu

    Səudiyyə Ərəbistanında 37 nəfər “terror fəaliyyətində” təqsirli bilinərək edam olunub.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Açıqlama Krallığın kütləvi informasiya vasitələrində yayımlanıb.
    Bildirilib ki, edam edilənlərin hamısı Səudiyyə Ərəbistanı təbəəsi olub.

    Muxalifet - 23-04-2019

  15. “Dindar olub, aktyorluqdan uzaqlaşdı” - tanınmış aktyor haqqında iddia - VİDEO

    Aktyor Elcan Rəsulov sosial şəbəkədə məsciddə çəkdiyi video görüntüləri paylaşıb. Onun bu addım birmənalı qarşılanmayıb. Belə ki, şəbəkə izləyiciləri aktyoru özünü din adı altında reklam etdiyini deyiblər. Bəziləri isə iddia edib ki, Elcan artıq dini qruplaşmaya qoşulub və aktyorluq sənətindən uzaqlaşıb.

    Muxalifet - 23-04-2019

  16. ​SON DƏQİQƏ: Türk ordusuna XAİN HÜCUM: Yaralılar var

    PKK terror təşkilatının terrorçuları Türkiyənin İraqla sərhəd Hakkari vilayətində hərbi hissəyə hücum ediblər.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində 2 türk hərbçisinin yaralandığı bildirilir.
    Türkiyə Silahlı Qüvvələrinin hazırda həmin bölgədə PKK-ya qarşı əməliyyat apardığı bildirilir.

    Muxalifet - 23-04-2019

  17. Türk general HDP-li bələdiyyə sədrinə salam vermədi: PKK/HDP-linin əli havada qaldı

     Türkiyənin Qars şəhərində keçirilən 23 aprel tədbirlərində, 14-ci Mexaniki Piyada Briqada komandiri general-mayor Azad Nuhut HDP-li Bələdiyyə sədri Ayxan Bilgənin salamını almayaraq əlini havada saxlayıb.
     
    Tədbir başlamazdan əvvəl 14-ci Mexaniki Piyada Briqada komandiri general-mayor Azad Nuhut protokol qonaqlarından HDP-li Qars Bələdiyyəsinin həmsədrləri Ayxan Bilgənin və Şevin Alacanın əl vermə istəyini geri çevirib.
    Əlləri havada qalan həmsədrlər və Məclis üzvləri digər şəxslərlə əl görüşdükdən sonra yerlərinə oturararak tamaşaları izləyib.

    Muxalifet3 - 23-04-2019

  18. ​10 milyonuncu sakinin nənəsi: "Kreditə görə..."

    Prezident İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq vətəndaşlara kompensasiyaların ödənilməsi çox gözəl təşəbbüsdür.
    Bunu Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın nənəsi Əsmər Mustafayeva Trend-ə açıqlamasında bildirib.

    Muxalifet - 23-04-2019

  19. ​İrandan ABŞ-la bağlı qərar: CENTCOM qara siyahıya salındı

    İran parlamentində keçirilən səsvermə ilə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) terror qrupları siyahısına salınıb.
    Muxalifet.az xəbər verir ki, ABŞ-ın SEPAH-ı terror qrupları siyahısına salması qərarına qarşılıq olaraq 173 səslə CENTCOM da İranın “qara siyahı”na düşüb.
    Səsvermədə həmçinin ABŞ-ın İran İslam Respublikasının mənafeyinə qarşı yürütdüyü fəaliyyətə müqavimət göstərilməsi ilə bağlı Milli Təhlükəsizlik Şurasına da səlahiyyət verilib.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl SEPAH-ı terror qruplaşması elan etmişdi.
     

    Muxalifet3 - 23-04-2019

  20. ​"Qarabağ" "Qəbələ"yə uduzdu, "Zirə" isə...

    Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
    Muxalifet.az xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. Bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gələn Qurban Qurbanovun komandası kubok matçında rəqibinə məğlub olub. Bununla da "Qəbələ" 1 həftə sonra keçiriləcək cavab görüşü öncəsi minimal hesablı üstünlük qazanıb.

    Muxalifet3 - 23-04-2019

Pages