Axtarış
The search found 105768 results in 0.082 seconds.
Search results
Babək prospektində AĞIR YOL QƏZASI: Yaralılar var
Bakıda gecə saatlarında ağır yol qəzası baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, saat 23:50-də Nizami ayonu Babək prospektində 90 PK 857 dövlət qeydiyyat nişanlı “Lada Priora” və 49 BH 303 nömrəli “Mercedes” toqquşub.
Minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Yaralılardan 3-ü qadın, digər 3 nəfəri isə kişidir.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet - 24-04-2019
“SİYASƏTDƏ YƏHUDİ YÜKSƏLİŞİ MÜŞAHİDƏ OLUNUR” – “Ardınca anti-yəhudi dalğası gözlənilir”
Dünyanı yəhudilər idarə edirlər – son illərdə ən çox eşitdiyimiz sözdür. Taksi şoferi də belə düşünür, peşəkar siyasətçi də… Bu fikrin populizm, blef, yoxsa bir həqiqət olduğunu birmənalı söyləmək çətindir. Lakin bəzi reallıqlar göz deşir ki, onlardan biri də elə Ukraynadakı prezident seçkilərində öz təzahürünü tapdı. Söhbət dost ölkədə yəhudi əsilli yumorist Vladimir Zelenskinin qalibiyyətindən gedir. Bu gənc siyasətçi 1978-ci ildə Krivoy Roq şəhərində yəhudi ailəsində anadan olub. Ona siyasi dəstək verdiyi şübhə doğurmayan oliqarx İqor Kolomoyski də yəhudidir.
Muxalifet - 24-04-2019
Bu gündən bulvara giriş 5 günlük bağlanır
26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar bu gündən etibarən Dənizkənarı Milli Parkın "Azneft" dairəsindən Bakı Dəniz Vağzalına qədər hissəsinə giriş bağlanacaq.
Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1 yarışına bileti olan şəxslər həmin əraziyə daxil ola biləcəklər.Muxalifet - 24-04-2019
SON DƏQİQƏ: Sumqayıtda polis DÖYÜLDÜ - Xəstəxanalıq oldu
Sumqayıtda polis əməkdaşı xidməti vəzifəsini yerinı yetirərkən xəsarət alıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə saatlarında şəhərin 34-cü məhəlləsində baş verib.
Belə ki, ərazidə xidmət aparan 1990-cı il təvəllüdlü Xəlilov Əmrah Elşən oğlu küçədə 2 nəfərin mübahisə etdiyini görərək onları sakitləşdirməyə çalışıb.
Nəticədə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı tərəflərdən birinin hücumuna məruz qalıb.Muxalifet - 24-04-2019
Bakının bu rayonunda su olmayacaq
Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir.
“Azərsu” ASC-dən Muxalifet.az-a verilən məlumata görə, bununla əlaqədar aprelin 24-də gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.Muxalifet - 24-04-2019
Paşinyan Zelenskiyə Putinlə dil tapmağın yolunu öyrədir - “ƏSAS ODU YALAN DANIŞMAYASAN...”
Ermənistanın baş naziri Nikol Paşinyan Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə dil tapmağın yolları barədə məsləhətlər verib.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan RBC-ya müsahibəsində bu haqda danışıb. Onun sözlərinə görə, əgər Zelenski açıq və doğru danışsa Putinlə ümumi dil tapacaq.Muxalifet - 24-04-2019
Yasamal sakinləri SƏHƏRİ "SÜRPRİZ"LƏ AÇDILAR: Gözlərinə inanmadılar - FOTO
Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.
Milli.Az-a zərərçəkənlərin verdiyi məlumata görə, rayonun İnşaatçılar prospekti, Bina 1, mənzil 28, 29, 30 ünvanında su sayğacları oğurlanıb.
Bina sakinləri oğurluq hadisəsi ilə bağlı bunu deyiblər:
Muxalifet - 24-04-2019
“Belə getsə, hər 10 nəfərdən biri gürcü maşını sürəcək” – Gömrüyün yaratdığı mənzərə
Ölkəmizə idxal olunan avtomobillər üçün idaxal gömrük ödənişlərinin (ƏDV, aksiz vergisi, gömrük rüsumu) çox yüksək olması barədə məsələ yenidən müzakirə predmeti olub.
Yaranmış durumu və narazılıqları nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşaad Hüseynov şərh edib. O, bildirib ki, təxminən 4 ay əvvəl bunu əsaslandırmaq üçün 2 iqtisadi səbəb vurğulanırdı: Dövlət büdcəsinə əlavə vəsaitin daxil olması və yerli avtomobil istehsalının stimullaşdırılması...Muxalifet - 24-04-2019
Lalə Məmmədovadan intihar etmək istəyən eks-ərinin ittihamlarına REAKSİYA
Xəbər verdiyimiz kimi, Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. İlham Qafarov mətbuata verdiyi açıqlamada intihar etmək istədiyini deyib və bunda Lalə Məmmədovanı günahlandırıb.
Sənətçi eks-ərinin onun ünvanına dediyi ittihamlara cavab verməsə də, sosial şəbəkədə paylaşdığı fikirlərdən bu hadisədən böyük sarsıntı keçirdiyi məlum olub.
Belə ki, müğənni instaqramda paylaşdığı fotoya bu sözləri yazıb:Muxalifet - 24-04-2019
“Erməni soyqırımı” yalanı: ermənilər 700 min müsəlmənı qətl etdilər
Osmanlının 1900-cu illərdə düşdüyü xaosu fürsət bilərək Türk torpaqlarını yanğın yerinə çevirən xəyanətkar ermənilər Müsəlmanlara qarşı böyük bir soyqırıma girişdi. Şərqi və cənub-şərqi Anadolunun demoqrafik quruluşunu dəyişdirərək “Böyük Ermənistanı” qurmaq istəyən xəyanətkar şəbəkələr, Türklərin yaşadıqları yerləri yanğın yerinə çevirdi. Hamilə qadınların qarınlarını yararaq dünyaya gəlməmiş körpə uşaqları belə qətlə yetirən Daşnak və Hnçak-a mənsubu olan ermənilər, həyatda bənzəri görünməmiş soyqırıma imza atdı.
Muxalifet3 - 24-04-2019
ABŞ Rusiyanı hədələdi
ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bəyan edib ki, Aralıq dənizində olan ABŞ aviadaşıyıcıları Rusiyanı beynəlxalq ictimaiyyətə qulaq asmağın vacibliyi barədə xəbərdar edir.
Bu barədə “RİA Novosti” agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı donanmasının press-relizinə istinadən məlumat yayıb.
C.Hantsmanın sözlərinə görə, güclü aviadaşıyıcı qrupu Rusiyaya “dünya üzrə sabitliyi pozmaq fəaliyyətini dayandırmaq” barədə xəbərdarlıq siqnalıdır.Muxalifet - 24-04-2019
VERGİLƏR NAZİRLİYİNİN MİSALINA MİSALLA CAVAB - “Kölgə iqtisadiyyatı” mövcud olduqca…
Vergi Məcəlləsinə edilən dəyişikliklər sahibkar niyə narazılıqla qarşlayır?
“AzPolitika.info”-nun ötən saylarının birində Vergi Məcəlləsinə edilən son dəyişikliklərin mikro və sahibkarlıq subyektlərinin vergi yükünü artırdığına dair məqalə dərc olunmuşdu. Buna cavab olaraq, Vergilər Nazirliyi yayımladığı rəsmi açıqlamada müxtəlif misallarla yazıda göstərilənlərin əksini sübut etməyə çalışdı.
Muxalifet - 24-04-2019
Azəybaycanla Türkiyə birgə istehsal edəcək
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan Azərbaycan və Türkiyənin Azərbaycanda yaradılan emalatxanada birgə yük vaqonu istehsal edəcəyini bildirib.
Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan, "Nazirliyə bağlı TÜDEMSAŞ tərəfindən istehsal edilən 150 milli və yerli yük vaqonu Bakı-Tbilisi-Qars Dəmir Yolu Xəttində hazırda yük daşıyır. Azərbaycan və Türkiyə olaraq Azərbaycanda emalatxana qurub, bu xəttə işləniləcək yük vaqonların birgə olaraq istehsal edilməsi məsələsi layihələndirilib" deyib.
Müxalifət.azMuxalifet3 - 24-04-2019
Elinanın ölümü ilə bağlı yeni ŞOK MÜƏMMA: O, taksiyə oturub aradan çıxdı… – TƏFƏRRÜAT
“Mən xəstəxanada Elinaya çarpayısına yaxınlaşdım. Həkim dedi ki, o bir neçə dəqiqə əvvəl dünyasını dəyişib, lakin ondan meyit qoxusu gəlirdi”.
Bunu Media.Az-a müsahibəsində xəstəxanadan canlı yayım edən, “Liniya jizni” qrupunun administratoru Gültən Ramazanova deyib.
Onun sözlərinə görə, hadisədən sonra həkim Vaqif Rəhimov taksiyə oturub qaçıb.
“Elina ailəsi ilə tanış deyildim. Bizim Facebook-da qrupumuz var. Orda qrup üzvlərindən biri – Stasya mənə yazdı məktəbdə şagird özün pəncərədən atıb, və məndən kömək istədi.Muxalifet - 24-04-2019
Qaz limitinin ləğvi mümkündür? - İqtisadçıdan AÇIQLAMA
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mavi qaza tətbiq edilən limitin ləğv edilməsi ilə bağlı müzakirə edilən məsələni araşdırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə mərkəzin rəhbəri Vüqar Bayramov məlumat paylaşıb. V. Bayramov həmçinin elektrik enerjisindən istifadəyə tətbiq edilən limitin dəyişdirilməsinin mümkünlüyünü də təhlil edildiyini vurğulayıb:Muxalifet - 24-04-2019
Pərvin Abıyeva RƏQS ETDİ: Qarda göbəyi açıq... - VİDEO
Aktrisa Pərvin Abıyevanın yeni videosu yayılıb.
O, görüntünü İnstagram səhifəsindən paylaşıb. Qəbələyə səfər edən aktrisa qarlı havada göbəyi açıq rəqsi ilə yenə də diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Aktrisa videogörüntüyə bu sözləri qeyd edib:
“Vətən üçün çox darıxmışdım, hər nöqtəsi mənə cənnət kimi gəlir. Bəlkə də indi şəklimin altına xəstələnəcəksən, qarnıva soyuq dəyəcək kimi şərhlər yazacaqsınız. Sizcə mən bunları bilməyəcək qədər balacayam? Relax camaat. Siz də relax, mən də relax.”Muxalifet - 24-04-2019
General Vüsal Novruzovun şirkətinin sürücüsü iki uşaq anasını öldürdü - FOTO
Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük generalı Vüsal Novruzova məxsus şirkətin avtomobili 36 yaşlı, iki uşaq anasını vurub öldürüb. Unikal.org-a müraciət edən mərhumun həyat yoldaşı İmaməliyev Mahir Əjdər oğlu bildirir ki, hadisəni törədən sürücü gizlədilir: "Həyat yoldaşım 1982-ci il təvəllüdlü İmaməliyeva Lalə Salman qızı Bakı Şəhəri Heydər Əliyev prospektində, 23-cü polis bölməsinin qarşısında yolu keçərkən 85-CA-611 dövlət qeydiyyat nişanlı "Opel Combo" markalı avtomobil vurub. Yoldaşım hadisə yerindəcə dünyasını dəyişdi.
Muxalifet - 24-04-2019
Azərbaycanda 2 nəfər quduzluqdan ÖLDÜ - RƏSMİ
Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib: "Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. Bu il öz həyətindəki itin cırmaqladığı şəxslərdən biri vaksinasiya üçün müraciət etməyib. Digər şəxs isə 3 vaksin vurdurduqdan sonra onu davam etdirməyib. Nəticədə hər iki hal ölümlə sona çatıb".Muxalifet - 24-04-2019
Azərbaycanlı milyarderin oğlunun DƏBDƏBƏLİ HƏYATI - FOTOLAR
Ən varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişovun 19 yaşlı oğlu Rasim Məmişov dəbdəbəli həyatı ilə diqqət çəkir.
Muxalifet.az bakuws-ə istinadən xəbər verir ki, tez-tez həyat tərzi ilə mətbuatın gündəminə gələn Rasim bahalı maşınları və lüks villalarının fotolarını şəxsi Instagram-ında paylaşır.
Məmişovlar ailəsinin gənc varisi dünyanın bir çox ölkəsində olub və istirahətindən görüntüləri tez-tez paylaşır.Muxalifet - 24-04-2019
Gülyaz Məmmədova adına olan milyonluq obyektdən danışdı: “Olub-bitmiş məsələdir... Əmlakı özüm almışam”
Bu gün Musavat.com saytında deputat Cavanşir Feyziyev sabiq deputat, “Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını satın aldığı barədə məlumat dərc edilib.
Məlumatda bildirilir ki, həmin obyekti Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib. Maraqlıdır ki, həmin 3 nəfərdən biri müğənni Gülyaz Məmmədovadır.
Muxalifet - 24-04-2019