Axtarış

The search found 105768 results in 0.098 seconds.

Search results

  1. Yanukoviç Ukraynaya qayıtmaq istəyir- Zelenskinin andiçmə mərasimindən sonra

    Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç Vladimir Zelenskinin andiçmə mərasimindən sonra ölkəsinə qayıdacağına inanır.
    Bu barədə mətbuata onun vəkili Vitaliy Serdyuk məlumat verib.
    Vəkil bildirib ki, V.Yanukoviçin Ukraynaya qayıtması istiqamətində işlər davam etdirilir. “V.Yanukoviçin günahsız olduğunu sübut etmək üçün işlərimizi davam etdiririk, biz buna nail olacağıq”,- deyə vəkil əlavə edib.
    Qeyd edək ki, bu ilin yanvarında Kiyev məhkəməsi V.Yanukoviç barəsində 13 il müddətinə həbs qətimkan tədbiri seçib./azərtac

    Muxalifet - 24-04-2019

  2. ​Məhkəmədən Rüfət Axundova görə "Space"ə SƏRT CƏZA

    Bu gün Yasamal Rayon Məhkəməsində Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyası barədə tərtib etdiyi protokol üzrə məhkəmə iclası keçirilib.
    Hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prsosedə qərar elan olunub.
    Qərara əsasən, məhkəmə MTRŞ-nın protokolunu təmin edib, "Space" televiziyası 6 min manat məbləğində cərimələnib.
    Qeyd edək ki, MTRŞ-nın məlumatına əsasən, “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

    Muxalifet - 24-04-2019

  3. ​Bakıda AİLƏ DRAMI: Arvadını bıçaqladı, özünü dənizə atdı

    Bakının Xəzər rayonunda ailə dramı yaşanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
    Aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəminində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub.
    Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

    Muxalifet - 24-04-2019

  4. ​Altı barmaqlı uşaq ATU-da əməliyyat olundu

    Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub.
    Əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədovun sözlərinə görə, 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkirmiş:
    “Polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Bu uşaqda da baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunurdu. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib”.

    Muxalifet - 24-04-2019

  5. Münasibətlər gərginləşir: ABŞ-ın 6-ci Donanması Aralıq dənizində

     Güc və imtiyaz yarışında ABŞ ilə Rusiya arasındakı münasibətlər hər ötən gün gərginləşərkən, Amerikanın döyüş gəmilərinin Aralıq dənizinə göndərildiyi qeyd olunub.
     
    Rusiyanın həmlələrinə qarşı bölgədə aktiv olacağının siqnalını verən ABŞ, təyyarə gəmilərini Aralıq dənizinə göndərib.
     
    Hücum qrupu müşayiət edib
     
     Suriya və Şərqi Aralıq dənizində Rusiya ilə ABŞ arasındakı güc və imtiyaz yarışı hər keçən gün təhlükəli ölçülərə çatır.

    Muxalifet3 - 24-04-2019

  6. Azərbaycanlı fitnes model kişilərə MEYDAN OXUDU - Video

    "Mir 24” telekanalı azərbaycanlı fitnes model Cia haqqında maraqlı süjet nümayiş etdirib.
    Süjetdə diplomlu fitnes məşqçinin iki tonluq avtomobili yerindən tərpətdiyi əks olunub.
    Bundan öncə isə Cia "Kamaz” markalı avtomobili yerindən çəkməyi bacarıb.
    "Kişilər qadınların güclü olmadıqlarını iddia edirlər. Mən isə onların səhv fikirdə olduqlarını sübuta yetirmək istəyirəm”, - deyə Cia bildirib.
    Deyib ki, o, idman zalından daha çox fotostudiyada tər tökür:
    "Mənim ən böyük arzum özümü dünyaca məşhur dərgilərin üz qabığında görməkdir”./oxu.az

    Muxalifet - 24-04-2019

  7. “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - Si Cinpin

    “Sizi Pekində bir daha salamlayıram, qarşıdakı “Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk”.
    Muxalifet.az xəbər verir ki, bunu aprelin 24-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

    Muxalifet - 24-04-2019

  8. Tramp erməniləri məyus etdi

    ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırıb.
    Bununla bağlı NTV məlumat yayıb.
    O, “böyük fəlakət” anlamı ifadə edən “Meds Yeghern” ifadəsi işlədib.
    Qeyd edək ki, ermənilər illərdir 1915-ci il hadisələrini dünyaya “soyqırımı” aktı kimi təqdim edir və dünya liderlərinin bu ifadəni dilə gətirməsi üçün dəridən-qabıqdan çıxırlar. 

    Muxalifet - 24-04-2019

  9. ​“İçərişəhər deyil, “Biçarə” şəhərdir” – Deputat qala divarlarındakı inşaatdan yazdı

    Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa İçərişəhərdə qala divarlarına bitişik yerdə restoran tikilməsi barədə yazıb. 
    Muxalifet.az-ın xəbərinə görə, deputat özünün feysbukdakı səhifəsində tarixi vandalizmə münasibət bildirib.

    Muxalifet - 24-04-2019

  10. ​Mahmudov vəzifədə olanda dəfələrlə bu ölkələrə gedib... - SİYAHI

    Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov vəzifədə olduğu müddətdə bir çox ölkələrdə səfərdə olduğu üzə çıxıb.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, sabiq nazirin köməkçisi və MTN-də müxtəlif vəzifələr də işləmiş Vüqar Mahmudov öz səlahiyyətlərindən sui-istifadə edərək bir çox xarici ölkələrdə səfərdə olub.

    Muxalifet - 24-04-2019

  11. Tramp 1915 hadisələri üçün nə dedi?

     ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələrinə yönəlik bu il istifadə edəcəyi ifadə maraq edilirdi. Tramp ötən il olduğu kimi, bu il də hadisəni “Meds Yeghern”, yəni "Böyük Fəlakət" kimi qiymətləndirib.
     
     ABŞ prezidenti Donald Tramp ermənilər tərəfindən 1915-ci il hadisələrinin ildönümü olaraq qəbul edilən 24 aprelə dair açıqlamasında, ermənicə "Böyük Fəlakət" mənasına gələn "Meds Yeghern" ifadəsini işlədib.

    Muxalifet3 - 24-04-2019

  12. Britni Spirs ruhi dispanserə yerləşdirildi - VİDEO

    Aprelin əvvəlində ruhi dispanserdə müalicə almağa başlayan dünya şöhrətli ifaçı Britni Spirs ilk dəfə görüntülənib.
    37 yaşlı ifaçının yanında sevgilisi Sem Asqari də olub. Onlar müalicəyə bir gün fasilə verib. Həmin vaxtı isə paparazzilərin obyektivinə tuş gəlib. Çəkiliş zamanı Sem sevgilisini jurnalistlərin suallarından qorumağa çalışıb.
    Sosial mediada fotoları yayılan Spirsi görənlər onun baxımsız vəziyyətindən narahatçılıq keçirdiklərini yazıblar.

    Muxalifet - 24-04-2019

  13. ​Ucuz ətin növbəsi

    Türkiyədə son dövrlər meyvə və tərəvəzin bahalaşması ilə yanaşı, ətin də qiyməti qalxıb. Əhali ucuz ət ala bilmək üçün mağazaların qarşısında saatlarla növbəyə durmalı olur.
    Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə növbələrdən biri Sivas bölgəsində, Sularbaşı məhəlləsində Ət və Süd İstehsalı İdarəsinə məxsus satış mağazasının qarşısında yaranıb. Sivas sakinləri kiloqramı 10 lirə ucuza satılan əti əldə etmək üçün səhər tezdən mağazanın qarşısına toplaşıblar.

    Muxalifet - 24-04-2019

  14. ​Müğənni öz ad günündə öldü

    Fransanın məşhur, daha çox Dik Rivers səhnə adı ilə tanınan müğənnisi 74 yaşında dünyasını dəyişib.
    Muxalifet.az xəbər verir ki,  məşhur rok ifaçısı Erve Forneri ad günündə vəfat edib.
    Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

    Muxalifet - 24-04-2019

  15. UEFA Avropa Liqasının finalı Rusiyada keçirilə bilər

    Rusiyanın "Spartak" (Moskva) komandasının ev oyunlarını keçirdiyi "Otkrıtiye Arena"da UEFA Avropa Liqasının finalı təşkil oluna bilər.
    "Report" xəbər verir ki, bu barədə Moskva təmsilçsinin kommersiya direktoru Aleksandr Atamanenko TASS-a açıqlamasında bildirib. O, Avropa Liqasının final oyununu keçirməkdə maraqlı olduqlarını deyib. Atamanenko həmçinin arenanın Çempionlar Liqası finalı üçün uyğun olmadığını söyləyib.

    Muxalifet - 24-04-2019

  16. Zelenskinin hamisi oliqarx Kolomoyski: "Mən canavar kimiyəm, qida əldə etməkdən ötrü zəifləri və xəstələri öldürürəm"

    Adi Barak, Diana Bahur Nir

    Calcalist (İsrail), 23.04.2019

    İqor Kolomoyski – Ukraynanın yeni prezidentinin seçilməsinin arxasında duran oliqarx və milyarderlə tanış olun. Şərqi Avropa ölkəsində prezident seçkilərinin son turu bazar günü keçirilib. Ona ikinci müddətə seçilməyə ümidvar olan indiki prezident Pyotr Poroşenko və öz siyasi baxışlarını heç zaman açıq ifadə etməyən və 73% səs toplayan Vladimir Zelenski qatılıblar.

    Muxalifet - 24-04-2019

  17. ​Bakının bu əraziləri də Ağ Şəhərə əlavə ediləcək - FOTO

    Bir neçə ildir Bakı şəhərinin Xətai rayonu ərazisində tikintisi davam etdirilən Ağ şəhər layihəsinin ərazisinin genişləndirilməsinə qərar verilib.
    Hazırda Babək və Nobel prospektinin arasınakı bir vaxtlar Qara Şəhər kimi tanınan ərazidə həyata keçirilən layihənin ərazisi perspektiv tikinti sahəsi üçün bir neçə dəfə genişləndirilib.

    Muxalifet - 24-04-2019

  18. Çörək yeməsəniz, orqanizmdə NƏLƏR OLAR? - İNANMAYACAQSINIZ/FOTO

    Görəsən, bizim nənə və babalarımız ağlına gətirərdimi ki, bəşər tarixinin möcüzələrindən biri sayılan çörək nə vaxtsa sağlamlığın düşməni elan olunacaq. Son vaxtlarda qlütensiz çörək dəbdəbir. Qənnadı məhsullarından imtina sağlam həyat tərzinə doğru mühüm addım kimi qiymətləndirilir. Minlərlə bloger instaqramda paylaşır ki, çörəkdən imtina etməklə özünə ən böyük yaxşılığı edib.
    Onların nəticələri heyrət doğurur: Dəri yaxşılaşır, çəki azalır və bədən enerji ilə dolur. Bəs, görəsən, bütün bunlarda həqiqətlər varmı?

    Muxalifet - 24-04-2019

  19. ​Bir gəncin elektroşok ucbatından müəmmalı ölümü... - 10 il müddətinə həbs cəzası verildi

    15 manat borca görə gənclər arasında baş verən kütləvi davanın qaranlıq məqamları hələ də üzə çıxmır. Davada olanlardan biri başından aldığı ağır xəsarətdən sonra xəstəxanada dünyasını dəyişib.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1991-ci il təvəllüdlü Pənahov Səməd Pənah oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Muxalifet - 24-04-2019

  20. ​AMEA-da iki vacib təyinat

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda kadr təyinatları baş tutub. Muxalifet.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Dadaş Hüseynov AMEA-nın Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Yeganə Lətifova isə İnstitutun elmi katibi vəzifələrinə təyin ediliblər.

    Muxalifet3 - 24-04-2019

Pages