Axtarış
The search found 105768 results in 0.027 seconds.
Search results
Böyük soyğun: Milyardlarla dollarlıq qızılı gizlicə qaçırdılar
Birləşmiş Ərəb Əmirliklərinin hər il Afrikadan milyardlarla dollarlıq qızılı gizli olaraq Dubaya daşıdığı ortaya çıxıb.
Afrika qitəsindən hər il milyardlarla dollar dəyərində qızılın qeyri-qanuni yollarla Birləşmiş Ərəb Əmirliklərinə aparıldığı ortaya çıxıb.
“Reuters”-in hazırladığı araşdırma nəticəsində əldə edilən məlumatlara görə, BƏƏ 2016-ci ildə Afrikadan 15.1 milyard dollarlıq qızıl idxal edib. Bu rəqəm 2006-ci ildə 1.3 milyard səviyyəsində olub.
Qızılların qeydiyyatı olmur
Muxalifet3 - 25-04-2019
Salyanda intihar edən qadın müəllim deyil - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb. Məlumatlarda qadının Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəllimi olduğu deyilir.
Hadisə ilə bağlı Open.az-a açıqlama verən Salyan rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev bildirib ki, Aysel Dadaşova ixtisasca müəllim olsa da, məktəbdə laborant kimi fəaliyyət göstərib.Muxalifet - 25-04-2019
Bu ərazilərdə işıq olmayacaq
Bu gün saat 11:30-dan 14:30-dək Abşeron rayonu Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrində və Masazır qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr yaranacaq.
Bu barədə Muxalifet.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Məlumata görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.Muxalifet - 25-04-2019
Oyun zamanı futbolçunun ağzına arı girdi, xəstəxanalıq oldu - VİDEO
Türkiyənin "Kayserispor" klubunun əsas və U-21 komandaları arasında baş tutan yoxlama oyununda gözlənilməz hadisə yaşanıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, əsas komandanın heyətində meydana çıxan klubun 19 yaşlı yetirməsi Batuhan İlhanın ağzına arı girib. 18-ci dəqiqədə baş verən bu hadisədən sonra gənc futbolçunun halı pisləşməyə başlayıb. Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, o, oyunu davam etdirə bilməyib və dərhal xəstəxanaya götürülüb.Muxalifet - 25-04-2019
Şotlandiya İngiltərədən ayrılır: Müstəqillik üçün referenduma gedəcəklər
Şotlandiya müstəqil bir Avropa ölkəsi olmaq üçün referenduma gedəcək.
Bir tərəfdə “Brexit” böhranı ilə boğuşan, digər tərəfdən də ölkə içindəki etiraz aksiyalarla ağrılı bir dövr yaşayan İngiltərəyə bir pis xəbər də Şotlandiyadan gəlib. Şotlandiyanın baş naziri Nicola Sturgeon parlamentin səlahiyyət müddətində "Brexit ilə müstəqil bir Avropa ölkəsi kimi Şotlandiyanın gələcəyi arasında bir seçim təqdim olunmasına ehtiyac olduğunu" bildirib.
Şotlandiya müstəqillik üçün referenduma müraciət edəcək
Muxalifet3 - 25-04-2019
Ərdoğanın Trampın qarşısına qoyduğu 4 şərt: S-400-lər alınsa, FETÖ...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda amerikalı həmkarı Donald Trampla görüşəcəyini açıqlamasından sonra diqqətlər görüşdə müzakirə edilə biləcək məsələlərə istiqamətlənib.
İyun ayında Yaponiyada təşkil ediləcək G20 Liderlər Zirvəsi və dekabrda Londonda baş tutacaq NATO Liderləri Zirvəsində bir araya gəlməsi gözlənilən iki liderin bundan öncə təkbətək görüşü planlaşdırılır.
Görüşün tarixi dəqiqləşdirilməsə də, müzakirə olunacaq məsələlərin siyahısı hazırlanır.Muxalifet - 25-04-2019
Maral Tahirqızının “Maral” rəfiqələrinə görə TƏHQİR ETDİLƏR - VİDEO
Maral Tahirqızının yeni görüntüsü etirazlara səbəb olub.
“7 oktava ” səsə malik olan müğənni İnstagram səhifəsində paylaşdığı videosuna görə izləyicilər tərəfindən təhqir olunub. Belə ki, onun görüntüdə təqdim etdiyi qonaqları, transgender rəfiqələri olub. Onları təqdim edən Marala çoxsaylı təhqir dolu rəylərə məruz qalıb. Müğənni sonradan görüntünün şərh bölümünü bağlayıb.
Xatırladaq ki, Maral Tahirqızı bir müddət əvvəl insan alverinə görə, məkumluq həyatı yaşayıb./olke.azMuxalifet - 25-04-2019
"Bax, gör, ölmüşəm?" - Qəza vaxtı çəkilən ŞOK VİDEO
Türkiyənin Adana bölgəsində avtomobil qəzası baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, qəza nəticəsində sürücü ağaca çırpılan avtomobildə sıxışıb qalıb. Qəzanı həmin yerin yaxınlığından keçən bir şəxs aşkar edib.
Həmin şəxs telefonunu çıxararaq qəza yerini çəkməyə başlayıb. Bu zaman içəridə sıxışıb qalan sürücü həmin şəxsdən “Bax, gör, mən ölürəmmi?”- deyə soruşub. Video çəkən şəxs isə “ Burada necə sağ qala bilmisən? Avtomobilin təkəri qopub” deyə bildirib. Sürücü isə “Təkər qopub, mən burdayam” kimi cavablayıb.Muxalifet - 25-04-2019
Mahmudov milyonları kimlərin adına rəsmiləşdirib və ölkədən NECƏ ÇIXARIB? - ŞOK FAKTLAR
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ölkədən çıxardığı pulun miqdarı açıqlanıb.
Muxalifet - 25-04-2019
Adam əti yeyən 12 yaşlı qızdan TÜKÜRPƏRDƏN ETİRAFLAR: "Beyin ürəkdən daha dadlıdır" - FOTO
Hanniballıqda ittiham olunaraq həbsxanaya salınan 22 yaşlı pedofil ölüb.
Muxalifet.az Metro-ya istinadla xəbər verir ki, həbsxanada intihara cəhd etdiyinə görə komaya düşən gənc ölüb.
Rusiyada, Soçidə 22 yaşlı Arkadi Zverov 21 yaşlı Aleksandr Popoviçi öldürdükdən sonra onun başını mikrodalğalı sobaya qoyub.
O, daha sonra kişinin gözlərini çıxardaraq qaynadıb, yeyib. Arkadi, 12 yaşlı sevgilisinə də insan əti yeməyi təklif edib.
Arkadi Zverov həbs olunarkən xəfiyyələrə adam əti yeməsi ilə bağlı videoları da göstərib.Muxalifet - 25-04-2019
Azərbaycanda zavodun həyətində işçilər arasında QANLI DAVA – ÖLƏN VAR
Ötən gecə Sumqayıtda yerləşən zavodda qətl törədən şəxs saxlanılıb.
Dünən saat 21 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.Muxalifet - 25-04-2019
“Lotos”un rəhbəri Araz Rəhimov 500 min dollarlıq ittihama CAVAB VERDİ
"Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimov ticarət mərkəzində gəlinlik satışı ilə məşğul olmuş sahibkar Rübabə Vəliyevanın ittihamlarına cavab verib.
Xatırladaq ki, sahibkar R.Vəliyeva Bakupost.az-ın redaksiyasına gələrək, A.Rəhimovdan şikayət etmiş, TM rəhbərinin ona məxsus 500 min dollarlıq malı mənimsədiyini iddia etmişdi. Sahibkar qadın bu məsələ ilə bağlı bütün dövlət qurumlarına şikayət etdiyini, lakin heç bir qurumdan cavab ala bilmədiyini iddia etmişdi.
Muxalifet - 25-04-2019
“Neftçilər” xəstəxanasına yeni baş direktor təyin edildi
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub.
Muxalifet.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, yeni direktor Nadir Mehdiyevdir. O, bundan əvvəl xəstəxanada direktor müavini vəzifəsində işləyib.
Xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova təsdiqləyib.
Qeyd edək ki, son illərdə xəstəxananın baş direktoru iki dəfə dəyişib.
Ülvi Mehdiyevin baş direktor vəızifəsindən getmə xəbərini ilk olaraq dünən Medicina.az saytı yayıb.Muxalifet - 25-04-2019
Polad 20 nəfər “qartalla” bu şəhəri azad edəcək – Türkiyənin hazırlaşdığı yeni müharibənin DETALLARI
Türkiyə ordusu Suriya sərhədinə yeni birliklər və texnika göndərib.
Muxalifet.az “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, Suriya sərhədinə toplanan birliklər Fəratın şərqində həyata keçirilməsi planlaşdırılan əməliyyatda iştirak edəcəklər.
Digər tərəfdən, Azad Suriya Ordusu (ASO) da əməliyyata hazırlaşır. ASO-nun tərkibində “xüsusi təyinatlı qüvvələr” olaraq tanınan Hamza Tuqayının komandiri Seyfəttin Polad hazırlıqları təsdiqləyib.
S.Polad əmrində 4 min 500 əsgərin olduğunu və hər birinin xüsusi təlimdən keçdiyini qeyd edib.Muxalifet - 25-04-2019
Bakıda it DƏHŞƏT SAÇDI: Küçənin ortasında qadını... – FOTOLAR/VİDEO (+18)
Bakıda qadın sahibli itin hücumuna məruz qalıb. Muxalifet.az minval.info-ya istinadən xəbər verir ki, hadisə ötən ilin dekabr ayında Nobel prospektində NZS qəsəbəsinə gedən yolun üzərində baş verib.Bu barədə zərərçəkmiş Xoşqədəm adlı xanım bildirir ki, aldığı xəsarətlərə görə itin sahibi ona maddi yardım etməyib. “Elçin adlı şəxsin iti mənə hücum etdi. Əvvəlcə, müalicələrim üçün 180 manat köməklik göstərdi. Sonra nə qədər telefonuna zəng vursam da, onu axtarsam da müxtəlif bəhanələr gətirirdi. Allahımıza and olsun, həkimə getməyə pulumuz yoxuydu.
Muxalifet - 25-04-2019
Ankaranın Bələdiyyə sədri Mansur Yavaş Kılıçdaroğlunu tək qoyaraq qaçıb
CHP sədri Kamal Kılıçdaroğlına yumruqlu hücumla bağlı mübahisələr davam edərkən, dəfndə olan şəxslərdən Ana Vətən Partiyasının sədri İbrahim Çələbi, baş verən hadisələri bütün çılpaqlığı ilə danışıb. Kamal Kılıçdaroğlunun cənazə mərsiminə gəlişini, mülki nömrəli avtomobildə gəldiyi üçün kimsənin fərq etmədiyini dilə gətirən Çələbi, bunları söyləyib:
Muxalifet3 - 25-04-2019
Suriyadakı “TƏHLÜKƏSİZ BÖLGƏ ilə bağlı ABŞ-Türkiyə razılaşması varmı?
Türkiyədə 3-4 aydır davam edən seçki gündəminə görə Suriyadakı “Təhlükəsiz bölgə” məsələsində yaranan "zehni tənbəlliyi” aradan qaldıracaq bəzi xatırlatmalar edək.
ABŞ tərəfi başlanğıcda Türkiyənin olmayacağı, beynəlxalq koalisiya gücünün varlığını mərkəzə alan 32 kilometr dərinliyində bir təhlükəsiz zona ideyasını ortaya atmışdı.
Ankara isə bu ideyaya isti yanaşmaqla yanaşı, bu bölgənin nəzarətinin özündə olması lazım olduğunu vurğulayırdı.
İki tərəfin birləşdiyi nöqtə isə bu bölgədə YPG varlığının olmamasıdır.Muxalifet3 - 25-04-2019
PKK-nın dağ heyətində yer alan terrorçu yaxalandı
Türkiyədə İzmirin Urla rayonunda qaçaqçılıq şəbəkəsi ilə razılaşaraq Yunanıstana qaçmağa çalışan terror təşkilatı PKK/KCK-nın dağ heyətində yer alan terrorçu yaxalanıb.
Urla Gerencə kəndindən bir terror təşkilatı PKK/KCK üzvünün qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istədiyi məlumatından sonra İzmir Rayon Jandarm Komandanlığı əməkdaşları əməliyyata başlayıb.
Terrorçunun qaçırıldığı bölgədə geniş miqyaslı təhlükəsizlik tədbiri alan jandarm dəstələri, limana gələn avtomobilləri və şəxsləri izləyib.Muxalifet3 - 25-04-2019
Türkiyə və Qətərdən birgə hərbi təlim: Körfəz ölkələri narahatdır
Qətərin Ai Samra rayonunda icra edilən hərbi təlim iki ölkə arasında iş birliyini dosta düşmənə göstərib.
Hərbi sahədə Türkiyə ilə Qətərin iş birliyi hər keçən gün getdikcə möhkəmlənir.
Qətər ilə Türkiyə bu gün tərəfdaş kimi hərbi təlim keçirib. Mövzu ilə əlaqədar olaraq Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən bəyanat verilib.Muxalifet3 - 25-04-2019
Azərbaycanda QORXUNC HADİSƏ - 7 yaşlı uşaq avtobusun altında qalıb öldü
Yevlaxda ağır yol qəzası baş verib.
Bu gün saat 9 radələrində rayonun Qoyunbinəsi kəndində “Qazel” markalı avtobus yolu keçmək istəyən 2012-ci il təvəllüdlü kənd sakini, Ləman Əsgərovanı vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin uşaq mağazaya getmək üçün yolu keçərkən baş verib.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır./PublikaMuxalifet - 25-04-2019