Axtarış
The search found 105768 results in 0.04 seconds.
Search results
ŞOK İDDİA: Qusarda ər arvadını yandırarq öldürdü? - VİDEO
Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» verilişində növbəti müəmmalı ölüm hadisəsi işıqlandırlıb.
Verilişə müraciət edən Elnur bəy bacısı Elnarəinin özü-özünü yox əri tərəfindən yandırldığını deyib.
O, iddia edib ki, 26 ilin gəlini olan bacısı Elnarə dəfələrlə əri tərəfindən döyülüb və söyülüb. Həmçinin o bildirib ki, sonuncu dəfə anaları yeznəsi ilə möhkəm dalaşıb və bir gün sonra bu hadisə baş verib. Biraz sonra Elnarənin əri açıqlama veriv ardınca müstəntiq də verilişə qoşulub.
Həmin anları sizə təqdim edirik.Muxalifet - 25-04-2019
Gözlər Tramp-Ərdoğan görüşməsində: Əsas gündəm "S-400 və YPG-yə dəstək” olacaq
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın 23 aprel ziyafətində yaxın zamanda ABŞ prezidenti Donald Tramp ilə görüşəcəyini açıqlamasından sonra gözlər Ərdoğan-Tramp görüşməsinə çevrildi.
İyun ayında Yaponiyada keçiriləcək G-20 zirvəsi ilə dekabr ayında Londonda keçiriləcək NATO liderlər sammitində bir araya gəlməsi planlaşdırılan iki liderin, bu sammitlər ərəfəsində də təkbətək görüşü gözlənilir. Ərdoğan-Tramp görüşünün tarixi hələ müəyyənləşməsə də Ərdoğanın gündəliyində bir çox başlıq yerləşir.Muxalifet3 - 25-04-2019
ABŞ Venesuelada hərbi əməliyyata hazırlaşır – Rusiya xarici kəşfiyyatı
Rusiya ABŞ-ın Venesuelada hərbi əməliyyata hazırlaşmasının əlamətlərini görür, lakin bu plan baş tutacaqmı, zaman göstərəcək.
Bu açıqlama ilə Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin çıxış edib. Onun sözlərinə görə, Venesuelada vəziyyət gərgin olaraq qalır.
Xatırladaq ki, 21 yanvardan bu yana Venesuelada başlayan etiraz aksiyalarında müxalifət lideri Xuan Quaydo qanunsuz olaraq özünü prezident elan edib./Avropa.infoMuxalifet - 25-04-2019
BAKIDA ŞOK OLAY: Müəllim şagirdi vuraraq HƏDƏLƏDİ - işə polis qarışdı
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.
"Report”un xəbərinə görə, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.
Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə, uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.Muxalifet - 25-04-2019
ABŞ-da türk gənc ermənilərin arasından Azərbaycan bayrağı ilə keçdi - VİDEO
Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında 24 aprel qondarma “soyqırımı” iddiaları ilə mitinq keçirən ermənilər Amerikada yaşayan Azərbaycan, Türkiyə və Asıxka türkləri tərəfindən etirazla qarşılanıb.
Etirazda iştirak edən bir türk gənc əlində Azərbaycan bayrağı tutaraq ermənilərin arasından keçib. Bu addımı əks etdirən video sosial şəbəkələrdə paylaşılıb./Hurriyyet.org
Muxalifet4 - 25-04-2019
Bakıdakı yataqxanalarda yanğınların qarşısı alınacaq - KOMİSSİYA YARADILDI
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb.
Bu barədə Trend-ə özəl açıqlamasında komitə sədri Rövşən Rzayev deyib.
Muxalifet - 25-04-2019
Şöbə müdiri intihar edən müəllimədən danışdı - "Dərsdən çıxandan sonra…" - VİDEO
Salyan rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev Seyidsadıqlı kəndində özünü çaya ataraq intihar edən müəllimə iulə bağlı açıqlama verib.
Muxalifet - 25-04-2019
"PKK terrorçuları Qarabağa yerləşdirilir, antiterror əməliyyatı aparmalıyıq" - EKSPERT
Özlərini 1915 hadisələrindən sonra Suriya və Livana köç edənlərin nəvələri kimi qiymətləndirən bəzi ermənilər Türkiyəyə qarşı PKK/PYD çatısı altında yenidən Qarabağda təşkilatlanır. Dünən yayılan məlumata görə müxtəlif terrorçu qruplarla birlikdə olan ermənilər bu dəfə özlərinin Qarabağ batalyonlarını qurur. Təxminən 200 nəfərdən ibarət olan qrupun 1915-ci ilin hadisələrinin ildönümü münasibətilə fəaliyyətə başladığı elan olunacaq. Terror təşkilatının yayım orqanlarına görə, erməni qrupa Suriyada öldürülən TKP/ML TİKKO-lu terrorçu Nubar Ozanyanın adı verilib.
Muxalifet4 - 25-04-2019
“Eşkiya”dakı Hızır Çakırbəyli obrazı real həyatda kimdir? - KRİMİNAL DOSYE
Türkiyənin ən çox izlənilən və Azərbaycanda da sevilən serialı "Eşkiya Dünyaya Hükümdar Olmaz”ın baş qəhrəmanı olan Hızır Çakırbəyli obrazının tanınmış kriminal aləm üzvünün prototipi olduğu iddia edilir. Bakupost.az-ın məlumatına görə, bildirilir ki, Çakırbəyli obrazı Türkiyənin ən böyük mafiya liderlərindən hesab edilən, "Millətçi Baba” kimi tanınan Ələddin Çakıcının həyatını əks etdirir. Ələddin Çakıcı kimdir? Ələddin Çakıcı 1953-cü ildə Trabzon şəhərinin Fındıqlı kəndində anadan olub. Kiçik yaşlarında atası Əli Çakıcı qan davası ilə əlaqədar ailəsi ilə birlikdə İstanbula köç edib. Ə.
Muxalifet - 25-04-2019
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu BƏYANAT YAYDI
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) bəyanat yayıb.
Muxalifet - 25-04-2019
Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi- TƏFƏRRÜATLI MƏTN
Hüseyn Abdullayev növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə prosesində yeni və maraqlı məlumatlar üzə çıxıb.
Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəməyə hakim Həbib Həsənov sədrlik edib.
"Yeni Müsavat" qəzetinin məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə Hüseyn Abdullayev sərbəst ifadə vermək istəyib.
Muxalifet - 25-04-2019
Rusiya prezidenti Çinə getdi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Çinə yollanıb.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Putinin Çinə səfərinin məqsədi forumda iştirak etməkdir.
Rusiyanın dövlət başçısının təyyarəsi Pekin aeroportunda eniş edib.Muxalifet - 25-04-2019
“Qarabağ bizimdir” şüarı üçün şallaqlanan Yusifə görə ERMƏNİLƏR İRANA TƏŞƏKKÜR ETDİ
Ermənistanın baş naziri Nikol Paşinyanın İran səfəri zamanı ermənilərlə görüşdə “Arsax (Qarabağ) – bu, Ermənistandır” plakatının asılmasına etiraz olaraq, “Traktorsazi” klubunun azarkeşlərinin “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirməsindən sonra təşkilatçı qismində saxlanılan Yusif Salaxşura 30 şallaq cəzası verilib. Azərbaycanda etirazla qarşılanan cəza Ermənistanda böyük sevincə səbəb olub.
“aysor” saytında İranın Qarabağa görə azərbaycanlıya cəza verməsini dəstəkləyən məqalə dərc olunub.Muxalifet - 25-04-2019
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
Ölkədə təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” ADA Universitetində təşkil edilən “ADA Innovation Awards 2019” mükafatının keçirilməsinə növbəti dəfə dəstək olub. İdeyanın əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaqdır. Müsabiqənin yekun mükafatlandırma mərasimi mayın 24-də baş tutacaq. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilməklə yanaşı, 2018-2019-cu tədris ilində “ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu alacaqlar.
Muxalifet4 - 25-04-2019
Şimali Koreya lideri Kim Jong-dan 4 diplomata qan donduran edam
Şimali Koreya lideri Kim Jong Un ABŞ prezidenti Donald Tramp ilə Vyetnamda keçirilən zirvə görüşündən uğursuz nəticə çıxmasından məsul tutduğu 4 diplomatı edam etdirib.
Yapon xəbər saytı “Asia Press” qəzeti Donald Tramp və Kim Jung Un arasında Vyetnamda keçirilən zirvədən Şimali Koreyanın sammit öncəsi Amerikaya məlumat sızdırmaq ilə günahlandırdığı dörd xarici işlər diplomatını edam edib.Muxalifet3 - 25-04-2019
Deputat İçərişəhərdən yayılan fotolar barədə: Təxribatdır
Azərbaycanda siyasi, iqtisadi sabitliyinin mövcud olmasından narahatlıq keçirən və bunu istəməyən bir sıra güc mərkəzləri müxtəlif vasitələrə əl ataraq, ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Elə son bir neçə gündə İşərişəhərdə qala divarlarının sökülməsi ilə bağlı sosial medianı zəbt edən məlumatlar da məhz çirkin məqsədlərə xidmət edir.
Bu sözləri “Ölkə.Az”a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Millət vəkili ictimaiyyəti yalan məlumatlara inanmamağa çağırıb.Muxalifet - 25-04-2019
7-ci sinif şagirdinin təhqir edildiyi məktəbin direktoru danışdı: “Müəllim tənbehlənib”
"Müəllim Sevinc Əzimova ilə arasında yaşanan insidentlə bağlı məktəbimizin 7-ci sinif şagirdi ilə həm məktəbin psixoloqu, həm də mən özüm söhbət eləmişəm. Uşağın valideynləri də polisdəki şikayətlərini geri götürüb, gəlib məktəbdə müəllimlə də danışıb, barışıblar”.
Bunu Bakupost.az-a açıqlamasında 205 saylı orta məktəbin direktoru Xoşqədəm Bağırova deyib.Muxalifet - 25-04-2019
Hacı Zeynalabdin Tağıyevin heykəli BURADA UCALDILACAQ
Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.
Fonddan verilən məlumata görə, heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.
Ərizə və eskizlər iyunun 30-dək təqdim edilməlidir.
Müsabiqədə iştirakın şərtləri:
Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər.Muxalifet - 25-04-2019
Türkiyəyə verilmiş möhlət bitir, Ankara nə edəcək? - İrana qarşı neft embarqosunu bu dəfə aşmaq çətin olacaq
Endrü Uilks
“Əl-Cəzirə”, 25.04.2019
Vaşinqtonun İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etməsi gələn həftə Türkiyəyə zərbə vuracaq, çünki ona İran neftini satın alma üçün verilmiş güzəşt müddəti sona çatır.
ABŞ prezidenti Donald Tramp keçən ilin noyabr ayında İran əleyhinə yenidən sanksiya tətbiq edərkən, Türkiyə neft ticarətinə altı aylıq güzəşt almış 8 ölkə arasında idi.
Muxalifet - 25-04-2019
Müəllimlərə silahlanmağa icazə verildi
ABŞ-ın Florida ştatının senatı müəllimlərə silah gəzdirməyə icazə verən qanun layihəsini təsdiq edib.
Qanun layihəsi 22 lehinə, 17 səs əleyhinə olmaqla qəbul edilib.
Qeyd olunur ki, qanun məktəb müəllimlərinin və digər əməkdaşların silahlı hücumlardan müdafiə olunması və bu cür hücumlarının qarşısının alınması məqsədilə qəbul edilib.
Qanun layihəsi ştat parlamentinin aşağı palatası tərəfindən təsdiq olunduqdan sonra imzalanması üçün qubernatora göndəriləcək.
Muxalifet - 25-04-2019