Axtarış
The search found 105768 results in 0.023 seconds.
Search results
Sevgilisinin anasını bıçaqlayan şəxsə AĞIR CƏZA
Qeyri-rəsmi münasibətdə olduğu qızın anasını bıçaqlamaqda təqsirləndirilən Əlibrahim Səmədovun məhkəməsi bitib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun hökmü ilə Ə.Səmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında qandallanıb.
Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunda qeydə alınıb. Səmədov qeyri-rəsmi münasibətdə olduğu Aytac Məmmədlinin anası Rübabə Məmmədovanı bıçaqlayıb.Muxalifet - 26-04-2019
Elinanın atası şikayətini geri götürmək üçün 90 min manat istəyib? - AÇIQLAMA
Sosial şəbəkələrdə Elina Hacıyevanın atasının qızının ölümünə səbəb olan həkimlərdən şikayəti geri götürmək üçün 90.000 manat təzminat istəməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlər həmin məbləği ödəsələr, heç kimdən şikayət olmayacaq.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Open.az-a açıqlama verən ata Ədalət Hacıyev bildirib ki, yayılan informasiya yalandır: "Belə bir şeydən söhbət belə gedə bilməz".Muxalifet - 26-04-2019
Eldar Mahmudovun oğlunun inanılmaz ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI: milyonlar və... - ŞOK FAKTLAR
“AGBank” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvü olmuş Mixail Framsev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə ifadə verib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, həmçinin sabiq nazirin köməkçi olmuş Vüqar Mahmudov bir çox pul əməliyyatlarını bu bank vasitəsi ilə həyata keçirib.Muxalifet - 26-04-2019
Seçkidə qalib gələn Zelenski Türkiyəyə getdi
Ukraynada prezident seçkilərində qalib gələn Vladimir Zelenski seçki yorğunluğunu Türkiyə istirahəti ilə atacaq.
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada, "Şəffaf olma mövzusunda razılaşdıq. Bax belə. Türkiyəyə uçuruq. Uşaqları illik əyləncə festivalına aparıram" deyib.
Son dörd aydır ki, ilk dəfə bir həftə sonu istirahəti edəcəyini bildirən Zelenski, Ukraynaya iki gün sonra qayıdacağını bildirib.Muxalifet3 - 26-04-2019
Baş bankir illik inflyasiya faizini açıqladı
2019-cu ilin mart ayında 12 aylıq inflyasiya 2,5 faiz təşkil edib.
Bununla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu da Mərkəzi Bankın hədəf çərçivəsindədir.
“Yada salmaq istərdim ki, Mərkəzi Bankın illik inflyasiya hədəfi 4% ±2%-dir. İllik inflyasiya başlıca olaraq, pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənib. Burada 12 ay ərzində 3,7 faiz səviyyəsində artım olub.Muxalifet - 26-04-2019
Nəqliyyat Agentliyi Samir Şərifovdan alındı
Hazırda fəaliyyəti əhali tərəfindən ciddi narazılıqlarla qarşılanan Bakı Nəqliyyat Agentliyi (BNA) Maliyyə naziri Samir Şərifovun nəzarətindən çıxarılır.
Buna səbəb sözügedən Agentliyin paytaxtın nəqliyyat xaosuna son verməklə bağlı gözləntiləri doğrultmamasıdır.Muxalifet - 26-04-2019
“10 min dollardan artıq kreditlərə güzəşt edilməyəcək” - Elman Rüstəmov
"10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər"
Bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.Muxalifet - 26-04-2019
Xalq artisti botoks etdirən həmkarlarını BİABIR ETDİ: Mənə dəfələrlə deyiblər...
Xalq artisti Səməd Səmədov "5/5"də üzünə botoks etdirən kişi həmkarlarının bostanını daş-qalaq edib.
Mili.Az xəbər verir ki, müğənni həmin həmkarlarının adını açıqlamayıb.
Səməd bunun səbəbini "Hamımız bilirik onlar kimlərdir" ifadəsi ilə izah edib:Muxalifet - 26-04-2019
Azərbaycanda daha bir FACİƏ: 4 uşaq anası canına qıydı
Bərdə rayonunda 4 uşaq anası intihar edib.
Muxaifet.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Seyidyusifli kəndində baş verib.
Belə ki, 1973-cu il təvəllüdlü Ərəbova Şəraitə Dadaş qızı şirkə turşusu içərək özünü öldürüb.Muxalifet - 26-04-2019
Parklanmaya görə, protokolu kim yazsın? - “Qanunda boşluq var”
Vətəndaş Tural Əsgərov Bakı Nəqliyyat (BNA) Agentliyinə şikayət yazaraq bildirib ki, vətəndaşların şikayətləri əsasında dayanma-durmanı pozan sürücülərə protokol yazılıb məlumat verilsin.
“Dövlət Yol Polisi bu işi çox ustalıqla görür. Qaydanı pozan sürücü haqqında şikayət olunur, İnzibati Xətalar Məcəlləsinin 99.1.3 bəndinə əsasən iş icraata götürülüb inzibati xəta protokolunun nömrəsi ilə birlikdə vətəndaşa məlumat verir.Muxalifet - 26-04-2019
Serj Sarqsyanın qızı işdən çıxarılıb
Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın kiçik qızı Satenik Sarqsyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.
Bildirilib ki, S.Sarqsyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.
Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sarqsyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.Muxalifet - 26-04-2019
Nazirlik 7 yaşlı qızın öldüyü hadisə barədə məlumat yaydı
Daxili İşlər Nazirliyi Yevlaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də saat 7 radələrində Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, 7 yaşlı Ləman Əsgərovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.Muxalifet - 26-04-2019
“Sky Ekspress”in əməkdaşı müştərini belə hədələdi - SƏS YAZISI
Kreditini ödəyə bilməyən Sumqayıt sakini hədələnib.
Bu barədə Muxalifet.az-a müraciət edən vətəndaş Gülnarə Cəfərova məlumat verib. O bildirib ki, kredit ödənişi bir neçə gün gecikdiyinə görə şirkətin operatoru ona və anasına zəng edərək xoşagəlməz sözlər deyib:Muxalifet - 26-04-2019
Türkiyədən ABŞ-a çağırış!
Türkiyənin XİN sözçüsü Həmid Aksoy “ABŞ-dan YPG məsələsində Türkiyənin təhlükəsizliyi ilə bağlı konkret addım gözləyirik” deyib.
Həmid Aksoy "ABŞ-ın təhdid dilinə müraciət etdiyini görürük. ABŞ-ın inadlarla nəticəyə nail olmayacağını anlaması lazımdır. Fransızların bir əsr əvvəl ermənilərin silahlandırılıb Türklərin qətlə yetirilməsində məsuliyyəti var” deyib.
Müxalifət.azMuxalifet3 - 26-04-2019
Makronun yeni güzəştləri “sarı jiletləri” qane etmədi
Fransa prezidenti Emanuel Makronun “sarı jiletli” etiraz aksiyalarını bitirməsi üçün verdiyi bəyanatlar və vergi güzəşt sözü faydasız oldu. Aksiyalarda tək gözünü itirən etirazçıların rəhbərlərindən olan Rodrigues, "Makron çöldəki bədəviyə qum satmağa çalışır, amma bədəvinin alacaq halı yoxdur" deyib.
Müxalifət.azMuxalifet3 - 26-04-2019
Yunan qatildən dəhşətli etiraf!
Yunan Milli Qvardiyasında xidmət edən 38 yaşlı leytenant Nikos Metaxas 7 qadın və bir uşağı öldürdüyünü etiraf edib. Metaxas qurbanlarını saxta adla açdığı sosial media hesabı üzərindən tapırmış.
Yunan rəsmiləri jurnalistlərə etdiyi açıqlamada, Yunan zabitin cinayətləri etiraf edərək 7 qadının da cəsədinin olduğu yerləri dediyini, göstərilən yerlərdə cəsədlərin tapıldığını bildirib.Muxalifet3 - 26-04-2019
Sumqayıtda qadın meyiti tapıldı
Sumqayıtda mənzildə qadın meyiti aşkarlanıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istindən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Pyatevna Svetlana Qriqovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.Muxalifet - 26-04-2019
Şəhid yaxınlarının Kılıçdaroğluna üsyanı! - "Terror sevənlər cənazəyə gəlməsin"
CHP sədri Kılıçdaroğluna təpki göstərən şəhid yaxınları mediaya açıqlama verərək etirazlarını bildiriblər:
PKK-nın siyasi uzantısı HDP ilə ittifaq edib, şəhidlərin matəm mərasimlərində qeyri-səmimi səf tutan siyasətçilər, ağır günlər keçirən ailələrin yarasını bir az qanadırlar. Vətənin mənfəəti uğrunda çox gənc övladlarını torpağa verən ailələr körpələrinin qanını əllərində daşıyan siyasiləri şəhid cənazə mərasimlərində görmək istəmir”.
Müxalifət.az
Muxalifet3 - 26-04-2019
Ramil Usubov DYP-yə yeni rəis TƏYİN ETDİ
Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Belə ki, polis mayoru Cəmşid Murtuza oğlu Abbasov Mingəçevir Dövlət Yol Polisi bölməsinin rəisi rəis təyin edilib./Unikal
Muxalifet - 26-04-2019
“Formula-1”: Kanalizasiya qapağı açıldı, bolid darmadağın oldu – AĞIR QƏZA
"Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. ONA-nın məlumatına görə, bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb. Belə ki, "Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub. Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən yürüş dayandırılıb.
Muxalifet - 26-04-2019