Axtarış
The search found 105768 results in 0.029 seconds.
Search results
İlham Əliyevlə Putin Pekində görüşdü
Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Hurriyyet.org Azərtac-a istinasən xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
- Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar.Muxalifet - 26-04-2019
"Gürcü polisi bizi vəhşicəsinə döydü, iki nəfəri günahsız yerə həbs etdi..." - MARNEULİDƏN MÜRACİƏT
Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Təkəli kəndinin üç gənc sakini aprelin 17-də polis özbaşnalığının qurbanı olub. Marneuli rayon Şulaver Polis Bölməsinin beş əməkdaşı Şaumyan qəsəbəsinin inzibati ərazisində Təkəli kənd sakinləri Elçin Aslanovu, Musa Namazovu və Namaz Namazovu heç bir səbəb olmadan vəhşicəsinə döyüb, sürüyərək maşına mindirib, sonra bölməyə gətirərək, orada təkrar döyüb, daha sonra isə Elçin Aslanov və Musa Namazovu saxta ittihamla (polisə müqavimət) həbs ediblər.
Muxalifet - 26-04-2019
“Bakı yaxın illərdə namizəd olmayacaq” – Azad Rəhimov
Bakı qarşıdakı illərdə Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməyəcək.
ONA-nın “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.
Muxalifet - 26-04-2019
Qarabağda bir ayağını itirən döyüşçünün evi qəzalı vəziyyətdədir: “2012-ci ildən ev növbəsində olsam da…” – PREZİDENTƏ MÜRACİƏT
Göyçay rayonu, Şəkili kənd sakini, 1-ci qrup Qarabağ müharibsi əlili Məmmədov Vaqif Alşan oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır: “Mən Qarabağın azadlığı uğrunda gedən döyüşlər zamanı sağ ayağımı itirib, 1-ci qrup əlil olmuşam. Ailəliyəm, himayəmdə 4 övladım var. Sağ ayağımın olmaması mənə çox əziyyət verir. Çünki evim qəzalı vəziyyətdə olmasına görə əziyyət çəkirəm.
Muxalifet4 - 26-04-2019
Daha bir meyxanaçı həbs edildi - Narkomaniyanı təbliğ etdiyinə görə
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.
Muxalifet.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Muxalifet - 26-04-2019
“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı
“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Belə ki, “Nar”-ın sərfəli internet paketləri sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 60% artım qeydə alınıb. İnternet istifadəçilərinin sayının artmasına mobil operatorun təklif etdiyi tariflər və paketlər, ölkə ərazisində quraşdırılan baza stansiyalarının sayının artması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib.
Muxalifet4 - 26-04-2019
Türkiyədə daha bir ZƏLZƏLƏ
Türkiyənin Marmaris vilayətinijn Muğla şəhərində zəlzələ baş verib.
Yeraltı təkanların şiddəti 4,4 bal gücündə olub.
Zəlzələnin episentri yerin 8,9 km dərinliyində yerləşib.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub./Publika.azMuxalifet - 26-04-2019
Bakıda ər xəyanət edən ARVADINI ÖLDÜRDÜ - ŞOK GÖRÜNTÜLƏR
Ailənin 8-10 yaşında iki qız övladı var
Bakıda başqa kişi ilə görüşdüyü üçün qətlə yetirilən qadının görüntüləri yayılıb.
Muxalifet.az turkustan.info-ya istinadən xəbər verir ki, Salyan rayon sakini Anar Yusifov həyat yoldaşı Kifayət Yusifovanın telefonunda başqa kişi ilə olan fotolarını tapıb. Bundan sonra onu boğaraq öldürüb.Muxalifet - 26-04-2019
Tramp Rusiya və Çinlə NÜVƏ MÜQAVİLƏSİ bağlamağa hazırlaşır
“Washington Post” qəzeti ABŞ prezidenti Donald Trampın öz administrasiyasına ABŞ, Rusiya və Çinin iştirakı ilə nüvə silahlanmasının ixtisarı ilə bağlı müqavilə layihəsini hazırlamağı tapşırdığını yazıb. CNN kanalına müsahibə verən mənbə isə belə deyib: “Prezident qəti şəkildə bildirdi ki, onun fikrincə silahlanmaya nəzarət Rusiya və Çinin iştirakı ilə həyata keçirilməlidir. Bu müqavilədə bütün növ silahlar, nüvə başlıqları və raketlər öz əksini tapmalıdır”.
Muxalifet - 26-04-2019
Avroliqanın finalına neçə milyon ayrıldığı bilindi - RƏSMİ
UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına 7 milyon dollar pul ayrılacaq.
Muxalifet.az xəbər verir i, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
AFFA rəsmisinin sözlərinə görə, mayın 29-da Bakıda keçiriləcək final oyunu üçün 7 milyon dollar vəsait ayrılıb. E.Məmmədov deyib ki, bu büdcə tədbir üçün kifayət edəcək.Muxalifet - 26-04-2019
Bakının inkişafı ətraf qəsəbələri də əhatə edir
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Muxalifet - 26-04-2019
Şöbə müdirinə icra hakimiyyətində yüksək vəzifə verildi
Lənkəran Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vüqar Adil oğlu Məmmədov Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, V.Məmmədov bu təyinatadək Lənkəran Şəhər İcra Hakimiyyətinin Sosial iqtisadi məsələlər şöbəsinin müdir müavini işləyib.(Report)Muxalifet - 26-04-2019
Azərbaycanda İKİ GÜN İŞ OLMAYACAQ
Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq. Mayın 5-i niyyət axşamı, 6-si isə Ramazanın birinci günüdür.
Ramazan bayramı Azərbaycanda iyunun 5-də qeyd olunacaq. İyunun 6-sı bayramın ikinci günü kimi qeyri-iş günüdür.Muxalifet - 26-04-2019
Azərbaycan kinosunun "Nazik"i Məleykə Şahmərdanova vəfat edib
Azərbaycanın tanınmış aktrisası, "Ulduz", "Onu bağışlamaq olarmı" , "Var olun, qızlar" filmlərindən tamaşaçıların yaddaşında olan Məleykə Şahmərdanova (Ağazadə) iki gün əvvəl dünyasını dəyişib.
Open.az xəbər verir ki, 90 yaşlı aktrisa Bakıda dəfn olunub.Muxalifet - 26-04-2019
"Ona "ağçaqqal, tüpürüm üzünə" deyib studiyadan çıxara bilməzdim" - ŞOK AÇIQLAMA
Müğənni Sevda Yahyayevanın ögey atasının "Səni axtarıram"da səsləndirdiyi ittihamlarla bağlı Xoşqədəm Baxşəliyeva (Hidayətqızı) danışıb.
Xoşqədəm müğənniyə qarşı şok iddialarla çıxış edən şəxsi studiyadan qovmamaq səbəbini də açıqlayıb:
"Əməkdaşlarımıza deyirəm: "Hansı tanınmış adam, hansı müğənni istəsə onu dəvət edin. Söz verirəm ki, səsinizi kəsməyəcəm.Muxalifet - 26-04-2019
Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırıldı
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırılıb.
Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatıb. Bundan sonra “Formula 2” yarışında sıralama turuna start verilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) isə "Formula 1" üzrə birinci sərbəst yürüş sessiyası zamanı baş vermiş insidentlə əlaqədar press-reliz yayıb. Rəsmi açıqlamada bildirilir ki, sərbəst yürüş lük qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub.Muxalifet - 26-04-2019
"Lukoil"-də ŞOK SAXTAKARLIQ: 10 manat yerinə 6 manatlıq benzin vurdular... - VİDEO
Uzun müddətdir sürücülər "Lukoil" şirkətinin yanacaq doldurma məntəqələrində aldadıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, "Lukoil"da avtomobillərinə benzin vurularkən 10 manat yerinə yerinə 7 və ya 6 manatlıq benzin vururlar. Şikayət bununla da bitmir. Belə ki, sürücülər iddia edir ki, yanacağın az vurulmasından əlavə, benzinin keyfiyyətində də problemlər var.
Dəfələrlə hər iki problemlə bağlı yanacaq doldurma məntəqəsində yerindəcə şikayət etdiklərini vurğulayan sürücülər 7NEWS.az-a bildirdi ki, narazılıqlarına heç bir məhəl qoyulmayıb:Muxalifet - 26-04-2019
Bakıda bu ünvanda aparılan qanunsuz tikinti dayandırıldı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb.
Komitədən verilən məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub.Muxalifet - 26-04-2019
Onu AFFA-dan qovdular - "Hansısa hərəkətim xoşlarına gəlməyib"
“Neftçi”nin veteran futbolçusu, AFFA-nın nümayəndəsi Rauf Əmirov işdən uzaqlaşdırılıb. Federasiya onu nümayəndəlikdən kənarlaşdırıb.
Bu barədə Unikal.org-a danışan R.Əmirov bildirib ki, ona heç bir rəsmi məlumat verilmədən telefon zəngi ilə işdən çıxarıblar:
“AFFA nümayəndəsi idim, bir müddətdir məni kənarlaşdırıblar. Oyun zamanı hansısa hərəkətim xoşlarına gəlmədiyi üçün uzaqlaşdırıldığım deyilir.Muxalifet - 26-04-2019
Almaniyada azərbaycanlılar ilə ərəblər arasında dava baş verib
Almaniyanın Bilefeld şəhərində azərbaycanlılar ilə ərəblər arasında dava baş verib.
“Report”un Avropa bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi dəmir yol vağzalı qarşısındakı meydanda baş verib.
Davaya səbəb əslən Azərbaycanın Qazax rayonundan olan Məmmədov Hilal adlı şəxsin Əsəd adlı ərəb ilə mübahisəsi olub.
Daha sonra mübahisəyə görə yaxınlıqdakı digər ərəblər azərbaycanlıya hücum ediblər. H.Məmmədovun yanında olan digər azərbaycanlınında iştirakı ilə ərəblər arasında dava baş verib.
Polisin müdaxiləsi ilə insident yatırılıb, tərəflər cərimələnib.
Muxalifet - 26-04-2019