Axtarış
The search found 105768 results in 0.024 seconds.
Search results
Türkiyə, Rusiya və İrandan ABŞ-a qarşı ortaq addım
Qazaxıstanın paytaxtı Nur-Sultanda Astana formatının 12-ci turu çərçivəsində Türkiyə-Rusiya-İran toplantısı keçirilib.
Məlumata görə, toplantıdan sonra yekun açıqlama verilib.
Açıqlamada ABŞ-ın Suriyaya aid Qolan təpələrini İsrail torpaqları kimi tanıması şiddətlə qınanılıb./PublikaMuxalifet - 26-04-2019
Sevgilisinin anasını bıçaqlayan şəxsin cəzası BƏLLİ OLDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Səmədov 5 il azadlıqdan məhrum edilib. İttihama görə, Abşeron rayonunda Ə.Səmədov qeyri-rəsmi nikah münasibətində olduğu A.Məmmədlinin anası R.Məmmədova ilə mübahisə edib. Mübahisə nəticəsində Ə. Səmədov R. Məmmədovanı bıçaqlayıb.
Muxalifet - 26-04-2019
Şəmkirdə hakim ədalətsizliyinə qarşı aksiya... - SABAH YÜZLƏRLƏ VƏTƏNDAŞ ETİRAZ EDƏCƏK
Şəmkir rayon Əliyaqublu kənd sakinləri Həsənova Aləmzar Hüseyn qızı və Nəsənov Mirəli Həsən oğlu cavabdeh Əliyeva Afət Səməndər qızına qarşı məhkəmə iddiası qaldırıblar. Muxalifet.az xəbər verir ki, iddiaçı tərəf cavabdeh Afət Əliyevanın azyaşlı uşağı ilə birlikdə birgə yaşadıqları evdən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş ediblər.
Muxalifet4 - 28-04-2019
Formula-1-dəki qəza ilə bağlı RƏSMİ AÇIQLAMA: 300-dən çox lyukun...
Bakı Şəhər Halqası bu gün “Formula-1” bolidlərinin sərbəst yürüşü zamanı yaranan qəza ilə bağlı açıqlama yayıb.
Publika.az-a daxil olan açıqlamada birinci sərbəst yürüş sessiyasının lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunduğu qeyd olunub: “Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır.Muxalifet - 26-04-2019
Elmar Vəliyev Gəncədəki əmlaklarını satır - Sabiq başçının qardaşlarına "CAMAATIN PULUNU QAYTARIN" TAPŞIRIĞI
Üzləşdiyi sui-qəsd olayından bir müddət sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Elmar Vəliyev vəzifədə olduğu dönəmdə bu şəhərdə sahibləndiyi əmlaklarını satışa çıxarıb. Bu barədə Gununsesi.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Elmar Vəliyevin adıçəkilən şəhərdə dəyəri 10 milyon manata yaxın olan bir neçə obyekti, mənzilləri və torpaq sahələri var. Mənbəmizin sözlərinə görə, artıq həmin əmlaklardan bir neçəsi satılıb. Bundan başqa sabiq icra başçısı Göygöl Rayonunda inşa etdirdiyi villasını da satışa çıxarıb.
Muxalifet - 26-04-2019
“Həmin hadisələr Ermənistanda və Dağlıq Qarabağda radikalizmi artırdı...” - “The National İnterest” jurnalı, Elamiryanın məqaləsi
Ermənistanda 2011-ci ildə baş vermiş “məxməri inqilab” davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsində sülhüm əldə olunmasına ümidlər yaratdı, lakin maneələr hələ də qalır.
Muxalifet - 26-04-2019
Göygöldə DƏHŞƏT: qadın özünü qayadan atdı
Göygöl rayonunda qadın özünü qayadan ataraq öldürüb. Hadisə rayonun Topalhəsənli kəndindən Şəhriyar kəndinə gedən yoldakı qayalıq ərazidə qeydə alınıb. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (report)
Muxalifet - 26-04-2019
Türkiyədə qaçırılan azərbaycanlı müəllimə tapıldı - VİDEO
Türkiyədə yaşayan və bir aydır ki, yoxa çıxan azərbaycanlı müəllimə Aytən Hüseynova tapılıb.
Bu haqda Müge Anlı verilişində məlumat verib.
O, qızın gecə saatlarında ailəsinə zəng edərək, telefonu olmadığı üçün ailəsinə xəbər vermədiyini bildirib.
Qızın bacısı isə deyib ki, A.Hüseynova onları Antalyada gözlədiyini deyib./Musavat.comMuxalifet - 26-04-2019
Sabiq icra başçısı məhkəmədən azadlığa buraxıldı - bir müddət əvvəl həbs edilmişdi
Keçmiş icra başçısının məhkəməsi davam etdirilib. O, dələduzluqda ittiham edilir.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində Münsif Səfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Səfərova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, M.Səfərov məhkəmədən qaçdığı üçün barəsində axtarış qərarı çıxarılmışdı.Muxalifet - 26-04-2019
Neymar AÇIQLADI: Geri dönəcəyəm...
PSJ-nin futbolçusu Neymar gələcəyi ilə bağlı açıqlama verib.
Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, dünyanın ən bahalı futbolçusu hesab edilən braziyalı bir gün "Santos"a dönəcəyini bldirib.
"FOX Sports"a danışan Neymar "Santos"a olan sevgim sözlə ifadə oluna bilməz. Braziliyaya qayıdanda mütləq "Santos"un formasını geyinəcək. Bir gün mütləq dönəcəm" deyib.
Qeyd edək ki, "Santos" yetirməsi olan Neymarı 2013-cü ildə 88,2 milyon avroya "Barselona"ya satıb. PSJ isə 2017-ci ildə onu 222 milyon avroya alıb.Muxalifet - 26-04-2019
İtlərdən insanlara hansı xəstəliklər keçir? - Baytardan AÇIQLAMA
"İtlərin orqanizmində yaşayan viruslar, bakteriyalar, göbələklər, birhüceyrəli (protozon) qurdlar xəstəlik mənbəyidir. İtlərin tüklərində olan mikroblar onları sığalladığımız zaman asanlıqla bizə keçə bilər”.
Muxalifet.az bildirir ki, bunu medicina.az-a açıqlamasında baytar Şamil İbrahimov deyib.Muxalifet - 26-04-2019
Rusiyadan diri quş idxalına QADAĞA
Rusiya Federasiyasının bəzi ərazilərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə bu məhdudiyyət tətbiq ediləcək.
Qida Təhlükəsizliyi Agentliyindən əhaliyə edilən xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb.Muxalifet - 26-04-2019
Nazir öldü, nəzir “dirildi” - Qarabağ əlilinin bağına işıq, qaz, su çəkilməsi qadağan edilib
Energetika Nazirliyi Konstitusiyaya zidd olaraq Nazirlər Kabineti qərarına məhəl qoymur
Muxalifet4 - 26-04-2019
Baxçalıdan şok qərar - ƏRDOĞANLA İTTİFAQA SON QOYULUR?
Türkiyədə Dövlət Baxçalının rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyası (MHP) Cümhur İttifaqına son qoymaq qərarına gəlib.
MHP-nin sözügedən qərarı bazar ertəsi rəsmi şəkildə açıqlanacaq və partiya bundan sonrakı seçkilərdə təkbaşına iştirak edəcək.
Qeyd edək ki, Cümhur İttifaqında MHP və AKP təmsil olunur./Virtualaz
Muxalifet - 26-04-2019
Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI
20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, sabahdan 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.Muxalifet - 26-04-2019
Yol polisi reyd keçirdi:300 sürücü saxlanıldı
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində reyd keçirilib.
Bu barədə musavat.com-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.Muxalifet - 26-04-2019
Böyrək alan şəxs: "30 min dollar pulum çıxdı..." - ORQAN ALVERİ
Böyrək alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Elvin Məmmədov ifadə verib. Zərərçəkən ifadəsində bildirib ki, imkanı olmadığı üçün böyrəyini satıb: “Maşınyuma məntəqəsində işləyirdim. Orda bir hadisə baş vermişdi. Bu səbəbdən 5 min 500 manat pul verməli idi. Müdir əvəzimə vermişdi, əvəzində sənədlərimi almışdı. İmkanım yox idi. Evin karayə pulunu belə ödəyə bilmirdim.
Muxalifet - 26-04-2019
Qadınlara qarşı soyğunçuluq etdi - Pul və mobil telefon oğurladı
Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib
Muxalifet - 26-04-2019
Yaponiyada mikrodalğalı sobalar məhv edilir - ŞOK SƏBƏB
Yaponiyada mikrodalğalı sobalar məhv edilir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Yaponiyanın “Noticias sobre” nəşrinin yaydığı məlumata əsasən, hakimiyyət ilin sonuna qədər mikrodalğalı sobaların qadağan edilməsinə qərar verib. Bu tələbə əməl etməyən bütün vətəndaşlar və təşkilatlar 5 ildən 15 ilədək cinayət məsuliyyətinə cəlb edilə bilər.Muxalifet - 26-04-2019
Şagirdlərin əxlaqsız görüntüsü yayılan məktəbin direktorundan ŞOK HƏRƏKƏT: Müəllimə təzyiq... - VİDEO
Samux rayon İnstitut qəsəbə tam orta məktəbində çəkilən qızla oğlanın xoşagəlməz videosuna görə kimya müəlliminin işdən çıxarılması üçün təqdimat yazılıb.
Muxalifet.az bildirir ki, unikal.org-a müraciət edən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin kimya müəllimi İradə Həsənova bildirib ki, həmin videonun yayılmasında onu günahlandırırlar. Buna görə də məktəbin direktoru Gülsabah Abbasova pedoqoji şuranın adından Təhsil Nazirliyinə onun işdən xaric olunması üçün müraciət edib:Muxalifet - 26-04-2019