Axtarış

The search found 105768 results in 0.023 seconds.

Search results

  1. ABŞ-dan Çin və İran açıqlaması

     Amerika Birləşmiş Ştatları rəsmiləri İrana qarşı sanksiya qərarına baxmayaraq Çinin İrandan neft alışını azaltmadığını açıqlayıb.
     
    ABŞ İran ilə ticarət edən ölkələri 1 maya qədər həyata keçirdikləri alışları dayandırmaları, əks təqdirdə sanksiyalarla qarşı-qarşıya qalacaqları yönündə xəbərdarlıq etmişdi.
    Müxalifət.az

    Muxalifet3 - 27-04-2019

  2. “Casusluqda ən təhlükəli ölkə Çindir” – ABŞ açıqladı

    “Casusluq sahəsində ən təhlükəli ölkə Çindir”.
     
    Bu sözləri ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey deyib.
    Rey bildirib ki, Pekin azad iqtisadi rəqabət çərçivəsindən kənar hərəkət edir.
    O, Çinin ABŞ-ın milli maraqlarına təhlükə olduğunu da qeyd edib:
    “Onlar bizim hesabımıza iqtisadi inkişafa nail olmaq istəyirlər və Birləşmiş Ştatlar onların vahid hədəfindən uzaqda deyil”.

    Muxalifet3 - 27-04-2019

  3. ​Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin ŞOK SİRRİ AÇILDI

    Rusiya Ermənistandakı Erubini hərbi hava bazasına 18 ədəd Su-30SM təyyarəsi yerləşdirməyi planlaşdırır. Bu rəsmi təsdiqini tapmasa da, təyyarələrin yaxın dövrdə Ermənistana gətiriləcəyi və bazadakı AN-29 təyyarələri ilə əvəz ediləcəyi deyilir. Buna paralel olaraq, Ermənistanın müdafiə naziri David Tonoyan 2020-ci ilin əvvəlində Rusiyadan 4 ədəd S-30SM təyyarəsi alacaqlarını bildirib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, rusiyalı hərbi ekspert Pavel Felqenqauer Rusiyanın Ermənistana göndərəcəyi Su-30SM təyyarələrinin Azərbaycana qarşı olmadığını bildirib.

    Muxalifet - 27-04-2019

  4. Azərbaycan qəzaya düşən Formula-1 pilotuna cərimə ödəyəcək - Azad Rəhimovun oğlu açıqladı

    "Bizdə şəhər trası olduğundan orda 300-dən çox kanalizasiya lyuku var. Biz onların hamısını bərkidib, hər birini yürüşün startından bir neçə gün əvvəl yoxlamışıq”. 
    ONA-nın "championat.com” saytına istinadən məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.

    Muxalifet - 27-04-2019

  5. “Hakimiyyət demokratikləşmə məsələsində güzəştə getmir” - Altay Göyüşov

    Azərbaycan ictimaiyyətində bu günlər rəsmi Bakı və Avropa İttifaqı arasında imzalanmasına hazırlıq görülən sazişlə bağlı müzakirələr davam etdirilir. Demokratik qüvvələr Azərbacyanın Avropaya inteqrasiyasının tərəfdarı olduqlarını bildirir, lakin eyni zamanda, sazişin ictimai müzakirəyə çıxarılmalı olduğunu vurğulayır. Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Azərbaycan və Avropa İttifaqı arasında arasında saziş üzrə danışıqları şərh edib.

    Muxalifet3 - 27-04-2019

  6. ​“Formula-1”ə əsəbiləşdi, əsgərlərə hücum çəkdi

    42 yaşlı Bakı sakini Ramin Babayev daxili qoşunların əsgərlərini bıçaqla hədələyib.
    Oxu.Az-a bu haqda hüquq mühafizə orqanlarından məlumat daxil olub.
    Xoşagəlməz insident Səbail rayonunda qeydə alınıb.
    Əldə etdiyimiz məlumata görə, aprelin 25-də 01:35 radələrində sərxoş vəziyyətdə olan R.Babayev Üzeyir Hacıbəyov küçəsində “Formula-1” Azərbaycan Qran Prisinin yaratdığı narahatlıqdan gileylənərək, ətrafda olanları təhqir edib.

    Muxalifet - 27-04-2019

  7. ​“Antalya Mehman” ləqəbli qadın alverçisinin məhkəməsinin vaxtı açıqlanıb

    Bakıda qadınları fahişəliyə cəlb etmədə təqsirləndirilən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.
    "Report"un xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində keçiriləcək iclas mayın 22-nə təyin edilib.
    Cinayət işi hakim Babək Pənahovun icraatına verilib.

    Muxalifet - 27-04-2019

  8. ​Gürcü deputatdan Azərbaycan əsgərinə HÖRMƏTSİZLİK: Kilsə mübahisəsi qızışır - VİDEO

    Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən Keşikçidağ məbədi (gürcü tərəfi həmin tikilini Gereci kilsəsi adlandırır – sfera.az) ətrafında yaranan qalmaqal getdikcə böyüyür.
    Xatırladaq ki, Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən qədim Keşikçidağ Alban məbədi kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isəAzərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.

    Muxalifet - 27-04-2019

  9. “Türkiyəni nə F-35, nə də Su-57, yalnız milli döyüş təyyarəsi xilas edə bilər” - Ekspert

    Türkiyənin Təhlükəsizlik Strategiyaları üzrə eksperti Abdulla Ağar, ABŞ Müdafiə nazirinin vəkili Patrik Şanahanın, F-35 döyüş təyyarəsi proqramının axsadığına yönəlik açıqlamaları ilə bağlı, "Yekun mənada nə F-35-lər, nə Rusiyanın Su-57-ləri bizi xilas etməyə yet

    Muxalifet3 - 27-04-2019

  10. ​Murad Boz TOYUNDAN DANIŞDI

    Mayın 10-da aktrisa Aslı Enverlə toya hazırlaşdığı deyilən müğənni Murad Boz bu xəbəri təkzib edib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz xəstəxanadan çıxarkən paparatsilərin hədəfi olub. O, jurnalistlərin ona ünvanlandığı suallara laqeyd yanaşıb.
    Daha sonra o, toyla bağlı suala belə cavab verib:
    “Mənim niyə xəbərim yoxdur”.

    Muxalifet - 27-04-2019

  11. Adının mənasını yaşayan şəhər – Çernobılın qara gəlmiş bəxti

    1986-cı il aprelin 27-də Ukraynanın birinci katibi Vladimir Şerbitski SSRİ-nin baş katibi Mixail Qorbaçovdan məxfi teleqram alır. Teleqramda göstərilir ki, 1 may tarixində Ukrayna paytaxtı Kiyevdə kütləvi şəkildə bayram nümayişinin, şəhərin ayrı-ayrı rayonlarında bayram tədbirlərinin keçirilməsi təmin edilməlidir, bayram şənliklərinin keçirilməsində yarana biləcək problemlərin aradan qaldırılmasında daxili işlər orqanlarının qüvvələrindən istifadə etmək zərurəti yaranarsa, əvvəlcədən SSRİ Daxili İşlər Nazirliyi ilə razılaşdırılmalıdır.

    Muxalifet - 27-04-2019

  12. ​İranlı müğənni Afət Fərmanqızını hədələdi: “Səni məhkəməyə verəcəyəm” - VİDEO

    İranın məşhur müğənnisi Ali Pohmehrin Afət Fərmanqızı ilə mübahisə etdiyi videosu yayılıb.
    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, videoçarx İnstagram səhifələrinin birində paylaşılıb.
    Görüntüdə iranlı ifaçı onun mahnılarını icazəsiz oxuduğu üçün Afəti məhkəməyə verəcəyini  bildirib. Fərmanqızı isə, öz növbəsində, onun haqlı olmadığını isbat etmək istəyib.
    Ali Pohmehrin ona yalnız bir mahnısını ifa etməyə icazə verdiyini söyləsə də, Afət bunun əksini sübut etməyə çalışıb.
    Həmin videoçarxı təqdim edirik.
     

    Muxalifet - 27-04-2019

  13. Rusiyada təyyarə düşdü: Ölənlər var

     Rusiyanın Xabarovsk Bölgəsində baş verən təyyarə qəzasında 2 nəfər həyatını itirib.
     
    Səlahiyyətli şəxslər tərəfindən edilən açıqlamada, "YAK-18” tipli təyyarənin Xabarovsk Bölgəsindəki Kalinka hava limanında düşməsi nəticəsində 2 nəfər həyatını itirmişdir" deyə bildirilib.
    Ölənlərdən birinin Rusiya Şərq Hava Yolları Federasiyasının prezidenti Vladimir Levşinin olduğu müəyyən edilib. Bölgəyə sövq edilən mütəxəssislər təyyarənin düşmə səbəbi olaraq pilot səhvi, təyyarədə yaranan texniki bir qəza və mənfi hava şərtləri ehtimalları üzərində dayanır.

    Muxalifet3 - 27-04-2019

  14. Trampın kürəkəni Kuşner Səudiyyə vəliəhdi ilə görüşüb

     Səudiyyə Ərəbistanında həbsdə olan Səudiyyə vaizi Salman Əl Avdanın oğlu tədqiqatçı-yazıçı Abdulla, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İngiltərədə Trampın kürəkəni Jared Kuşner ilə gizlicə görüşdüyünü deyib.
     

    Muxalifet3 - 27-04-2019

  15. ​Türkiyə Qəndilə hücuma hazırlaşır

    Türkiyə PKK terror təşkilatının əsas yuvası olan Qəndilə girməyə hazırlaşır.
    Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
    Soylu bildirib ki, yaxın zamanda Qəndilə əməliyyat keçiriləcək.
    “Konkret vaxtı açıqlamıram. Biz əvvəlcə gəlirik deyəndə terrorçular oradan qaçdılar. Qəndil bizim üçün bir həbdir, sadəcə zaman var. Orada PKK-çılar var və onları məhv etmək bizim işimizdir”, - deyə o bildirib./Publika

    Muxalifet - 27-04-2019

  16. Putindən dünyanı ŞOK SALAN QƏRAR: "Bütün ukraynalılar…"

    Asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığı əldə etməklə bağlı fərman gələcəkdə Ukraynanın bütün əhalisinə şamil olunacaq.
    Bu barədə Pekində Çinə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib:
    “Biz təkcə Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasında yaşayanlar üçün belə şərait yaratmırıq. Biz ümumiyyətlə Ukrayna vətəndaşlarına da sadələşmiş qaydada Rusiya vətəndaşlığı verməyi təmin etmək barədə düşünürük”.

    Muxalifet - 27-04-2019

  17. "Ən azı beş nəfər öləcəkdi" - Mehriban Xanlarova düşdüyü QƏZADAN DANIŞDI

    Ötən gün avtomobil qəzasına düşən əməkdar artist Mehriban Xanlarovanın vəziyyəti orta ağırdır.
    Bu barədə "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində əməkdar artist özü bildirib. Onun sözlərinə görə, qəza qarşı tərəfin səhlənkarlığı ucbatından baş verib:
    "Sükan arxasında özüm idim. Gördüm ki, əks tərəfdən gələn avtomobil mənim yoluma çıxıb. Avtomobildə isə yaxın rəfiqəm və nəvəm var idi. Əgər bir az cəld tərpənməsəydim, ən azı beş nəfər öləcəkdi. Hazırda ayağım gipsdədir, rəfiqəm isə reanimasiyadan palataya köçürülüb".

    Muxalifet - 27-04-2019

  18. Tehranda futbol oyununda KÜTLƏVİ DAVA: 1 ölü, 295 yaralı - VİDEO

    İranın paytaxtı Tehranda “Perspolis” – “Sepahan” futbol oyununda azarkeşlər arasında baş vermiş dava 1 nəfərin ölümü, 295 nəfərin yaralanması ilə nəticələnib.

    Bunu İranın Tehran Təcili Yardım İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Kərəm Dərabadi deyib.

    M.K.Dərabadinin sözlərinə görə, yaralılardan biri davadan öncə həddindən artıq narkotik maddə istifadə etdiyinə görə dünyasını dəyişib.

    Yaralılardan 45 nəfəri xəstəxanaya yerləşdirilib.

    Matçın özünə gəlincə, oyun 0:0 hesabı ilə nəticələnib.

    Muxalifet - 27-04-2019

  19. Putindən “İdlibə əməliyyat” açıqlaması

     İdlibdəki son vəziyyətə dair açıqlama verən Rusiya prezidenti Vladimir Putin, "Mən əməliyyatı istisna etmirəm. Amma Suriyalı dostlarımızla birlikdə, insani vəziyyəti nəzərə alaraq bunun bu gün uyğun olmadığını düşünürük" deyib.
     
    Kremldən verilən məlumata görə, Putin Çinin paytaxtı Pekində "Bir nəsil, Bir yol" konfransından sonra keçirdiyi mətbuat konfransında, Suriya və Ukrayna məsələləri ilə bağlı dəyərləndirmə edib.

    Muxalifet3 - 27-04-2019

  20. Putin Ukraynanın yeni prezidenti haqda nə dedi?

    Ukrayna prezident seçkilərinin qalibi Vladimir Zelenskiy ilə görüşmək ehtimalı ilə bağlı olaraq Putin, "Gələcəkdə bir görüşümüz olsa, danışıqlara başlasaq, hansı ki, mən bunu istisna etmirəm, ilk əvvəl Ukraynanın cənub-şərqindəki qarşıdurmanın dayandırılmasını danışmağımız lazımdır. Minsk müqavilələrinin həyata keçirilməsi yeganə həll yoludur" deyib. Putin Ukraynalıların öz dövlət rəhbərindən Donbas probleminin həll olunmasını gözlədiyini sözlərinə əlavə edib. Müxalifət.az

    Muxalifet3 - 27-04-2019

Pages