Axtarış
The search found 105771 results in 0.043 seconds.
Search results
Arif Rəhimov lyuk problemindən danışdı
Yarış çox yaxşı keçdi, yetərincə ötmələr vardı. Başlanğıcda bir qədər sakitçilik olsa da, sonradan maraqlı mübarizə izləyə bildik.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin nəticələri barədə danışarkən deyib.Muxalifet3 - 28-04-2019
Türkiyədə zəlzələ oldu
Türkiyənin İzmir şəhərinin Foça mahalında 3,4 bal gücündə zəlzələ olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Qəndili Rəsədxanası məlumat yayıb.
Zəlzələnin maqnitudasının yerin 5 kilometr dərinliyində olduğu bildirilib.
Muxalifet3 - 28-04-2019
Azərbaycanlı xanım Estoniyada yenidən partiya sədri seçildi - Foto
Estoniyada "Yaşıllar" partiyasının sədri vəzifəsinə yenidən Züleyxa İsmayılova seçilib.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın illik konqresində qəbul olunub.
Qeyd edək ki, partiyanın sədrliyinə namizədliyini Estoniyanın keçmiş birinci xanımı Evelin İlves də irəli sürmüşdü.
Züleyxa İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.Muxalifet3 - 28-04-2019
Formula 1 bitdi: yollar nə zaman açılacaq? - Açıqlama
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnaliastlərə açıqlamasında yarışla bağlı təəssüratlarını bildirib.
Muxalifet.az xəbər verir ki, o, hər zaman yarışlar bitəndə kədərləndiklərini söyləyib:Muxalifet3 - 28-04-2019
Jurnalist Bakıdakı "erməni kilsəsi" nin açılmasını TƏKLİF ETDİ
Muxalifet.az azxeber.com-a istinadən xəbər verir ki, azərbaycanlı jurnalist Günay Arda Bakıda yerləşən erməni kilsəsinin bağlı qalmasına etiraz edib. O, şəxsi feysbuk səhifəsində bununla bağlı paylaşım edib. Həmin statusu olduğu kimi təqdim edirik:
1869-cu ildə eston memar Otto Gippusun rəhbərliyi altnda , Bakının tən ortasında kilsənin tikintisi başa çatdı. 1888-cü ildə kilsənin zəng qülləsi tikildi.Muxalifet3 - 28-04-2019
Ərdoğan Davudoğlu və Gül haqqında nələr dedi?
Türkiyəli keçmiş AKP-çi deputat Burhan Kuzu Prezident Rəcəb Tayyib Ərdoğanın yeni partiya quracaqları iddia edilən Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacan haqqında fikirlərini paylaşıb.
Muxalifet.az xəbər verir ki, B.Kuzu dövlət başçısının sözügedən şəxslər haqqında dediklərini Tvitter mikroqbloqunda qeyd edib.
“Ərdoğan yeni partiya qurmaq istəyənlər haqqında: Aramızda səhv edənlərin olduğunu ifadə etməyə bilmərik. Aramızda bəlli səviyyələrə, mövqeyə gələnlərin fəaliyyəti qəbul edilən deyil”, - deyə Kuzu prezidentin bu fikirləri səsləndirdiyini bildirib.
Muxalifet3 - 28-04-2019
19 yaşlı oğlan kanalda batdı: FHN hərəkətə keçdi
Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlu batıb.
Muxalifet.az FHN-nin saytına istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Muxalifet3 - 28-04-2019
Alimlərdən ŞOK: Yadplanetlilər artıq aramızdadır
Oksford Universitetinin alimi Yanq He Çi yadplanetlilərin artıq insanların arasında yaşamağa başladığını bildirib. Muxalifet.az xəbər verir ki, bu barədə "Daily Mirror" informasiya yayıb. Məlumata görə, alim bu fikri yeni nəşr olunan kitabında irəli sürüb. Ekspertin fikrincə, yadplanetlilər insanlarla birlikdə iqlim dəyişikliklərinə davamlı yeni bir hibrid irq yaratmaq niyyətindədir. "Onlar yalnız dünya çox böyük problemlərlə, nüvə müharibəsi kimi bir böhranla qarşılaşacağımız halda peyda olacaqlar. Bu, onlar üçün ölüm-qalım məsələsidir", - Çi bildirib.
Muxalifet3 - 28-04-2019
Xorvatiya XİN rəhbəri ölkəmizə gəldi
Xorvatiya Baş Nazirinin Müavini və Xarici və Avropa Əlaqələri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, nazir səfər çərçivəsində aprelin 29-da Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.
Daha sonra xanım Nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) Səfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.
Muxalifet3 - 28-04-2019
154 metrlik hərbi gəmi Türkiyə sularına girdi
ABŞ Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Çanaqqala boğazından keçərək, Egey dənizinə daxil olub.
Muxalifet.az xəbər verir ki, "USS Ross" adlı gəmiyə Türkiyə Sahil Təhlükəsizliyinin şəxsi heyətinin müşayiət etdiyi bildirilib.
Qeyd edək ki, sözügedən hərbi gəminin uzunluğu 154 metrdir.
Muxalifet3 - 28-04-2019
Deputatdan nazirliyə ittiham: Şübhəli məqamlar var
“Traktor” bizim üçün sadəcə komanda deyil, bir simvol və mədəniyyətdir. “Traktor” 100 min azarkeş “Yaşasın Azərbaycan” deyən zaman çempiondur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad deyib.Muxalifet3 - 28-04-2019
Dolu Gürcüstanın üzüm bağlarını məhv etdi
Gürcüstan ərazisinə yağan güclü yağış və dolu ölkənin kənd təsərrüfatına ciddi ziyan vurub.
Muxalifet.az azərtac-a xəbər verir ki, ən çox ziyan Kaxeti bölgəsinin Kvareli rayonuna dəyib.
Güclü küləklə müşayiət olunan və toyuq yumurtası boyda olan dolu Şilda kəndində 300 hektardan çox üzüm bağına ziyan vurub. Yerli fermerlərin sözlərinə görə, bəzi üzüm bağları tam məhv olub.
Telavi-Kvareli avtomobil magistralı da dolu və güclü külək səbəbindən müvəqqəti bağlanıb.
Bölgəyə dəyən ziyanın miqdarını hesablamaq üçün xüsusi komissiya yaradılıb.
Muxalifet3 - 28-04-2019
NTV-dən Zelenski ilə bağlı inanılmaz xəbər
Rusiyanın NTV kanalı "Magiya" şousunun anonsunu yayıb. Maraqlıdır ki, şounun aparıcısı Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski olacaq. Muxalifet.az xəbər verir ki, şou mayın 3-də efirə çıxacaq.
Muxalifet3 - 28-04-2019
ŞƏMKİRDƏ NARAZILIQ SÜRƏTLƏ ARTIR - Aslan Aslanovun qohumu insanları üsyana sürükləyir… - VİDEO
Şəmkir rayon Məhkəməsinin hakimi Mustafa Mustafeyin daha bir qərarı etiraza səbəb olub. Rayon Əliyaqublu kənd sakini Əliyev Fikrət Sayad oğlu Muxalifet.az-a video-müraciət göndərib.
Onun sözlərinə görə, bütün sənədləri olmasına rəğmən, hakim Mustafa Mustafeyivin ədalətsiz qərarı ilə həyatyanı torpaq sahəsi əlindən alınıb. Şikayətçinin video-müraciətini olduğu kimi oxucularımıza təqdim edirik:
Muxalifet4 - 29-04-2019
Gəncədə kiçik toy məclisində kütləvi dava düşdü
Gəncə şəhərində yerləşən restoranlardan birində kütləvi dava baş verib.
"Report"un məlumatına görə, mübahisədən qaynaqlanan dava zamanı xəsarət alanlar olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 29-04-2019
Avropa Birliyi Azərbaycanı Rusiyadan qoruyacaq - "...biz buna dözməyəcəyik”
Muxalifet.az-ın məlumatına görə, Amerika Birləşmiş Ştatları, dezinformasiyaya və Rusiyanın müxtəlif ölkələrdəki seçkilərə müdaxiləsinə qarşı mübarizədə Avropa İtifaqı (Aİ) ilə həmrəylik nümayiş etdirmək niyyətindədir.
Virtualaz.org “The Washington Post” qəzetinə istinadən bildirir ki, bunu ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Paul Rayan deyib.
“Rusiya, ABŞ-da olduğu kimi, indi Avropada da demokratik seçkilərə müdaxilə edir və biz buna dözməyəcəyik”, - deyə konqresmen bildirib.
Muxalifet4 - 29-04-2019
Rusiyada Zelenskinin ifasında şou proqram təqdim olunacaq
Rusiyanın NTV kanalı Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin iştirak etdiyi "Magiya" adlı şou proqramın anonsunu təqdim edib.
Muxalifet.az oxu.az-a istinadən bildirir ki, bu barədə telekanalın saytında məlumat verilib.
"Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin həmişə foks və möcüzədən yaxşı başı çıxıb",- deyə məlumatda bildirilib. Veriliş mayın 3-də efirə buraxılacaq.
Qeyd edək ki, anons edilən proqram 2011-ci ildə hazırlanıb.Muxalifet4 - 29-04-2019
Ərdoğan Türkiyədə Zelenski üçün mühafizə ayırdı
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Türkiyənin Bodrum şəhərində mühafizə altında dincəlir.
Bu haqda yerli polisə istinadən “Strana.ua” nəşri bildirib.
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski üçün mühafizə ayırıb.
Daha əvvəl Zelenski sosial şəbəkədə Türkiyədəki istirahəti haqqında yazıb. O dəqiqləşdirib ki, bu, son dörd ay ərzində onun birinci istirahət günləridir./PublikaMuxalifet - 29-04-2019
Şri-Lankada üzü örtən geyimlər qadağan olundu
Şri-Lanka prezidenti Maytripala Sirisena insanın üzdən şəxsiyyətini müəyyən etməyə maneəçilik törədən istənilən geyim növündən istifadəni qadağan edən sərəncam imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "News 1st" portalı yazıb.
Bildirilir ki, qadağa aprelin 29-dan qüvvəyə minəcək. Bu addım ötən həftə silsilə terror aktları yaşanan ölkədə vəziyyətin sabitləşdirilməsi məqsədi ilə atılıb.Muxalifet - 29-04-2019
ŞOK: Bakıda belə kuklalar satılır - VİDEO
Şəkildə gördüyünüz kuklanı paytaxtda bir oğlan bacısı üçün alıb. Kuklanın başı qız, bədəni isə oğlandır.
Nəzərə alsaq ki, uşaqlar ətraf aləmi ilk olaraq oyuncaqlar üzərindən kəşf edirlər, belə bir kuklanı istesahsalı onlarda böyük travmalara yol aça bilər. Psixoloqlar bununla bağlı həyəcan təbili çalır.Muxalifet - 29-04-2019