Axtarış

The search found 105771 results in 0.029 seconds.

Search results

  1. ​Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq - FOTO

    Xəbər verdiyimiz kimi, Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacaq. 
    Heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (qazon), İstiqlaliyyət küçəsində ucaldılması nəzərdə tutulur.
    Muxalifet.az oxu.az-a istinadən heykəlin ucaldılacağı ərazinin fotosunu təqdim edir:

    Muxalifet - 29-04-2019

  2. ​Bulvara giriş bərpa edildi

    “Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Dənizkənarı Milli Park ərazisinə girişə məhdudiyyət bu gün səhər saatlarında aradan qaldırılıb. Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, artıq Bulvar ərazisinə daxil olmaq üçün hər hansı məhdudiyyət yoxdur. “Formula-1” Azərbaycan Qran-Prisi ilə əlaqədar bağlı olan yollar isə sabahdan nəqliyyatın hərəkəti üçün açıq olacaq.

    Muxalifet - 29-04-2019

  3. ​Bayram Məmmədov azadlığa çıxdı - FOTO

    NİDA təşkilatının fəalı Bayram Məmmədov 30 günlük həbsdən sonra azadlığa çıxıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə bloger Mehman Hüseynov məlumat və foto paylaşıb.
    Qeyd edək ki, martın 17-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Bayram Məmmədov mart ayının 31-i yenidən saxlanılmışdı. 
    Polisə müqavimət göstərməkdə ittiham edilən B.Məmmədov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası almışdı.

    Muxalifet - 29-04-2019

  4. Masazırda 3 nəfəri güllələyən şəxsi hansı iş adamı himayə edir? - TƏFƏRRÜAT

    Aprelin 27-də Mazasır qəsəbəsində 3 nəfəri güllələyən Ehtiram Yusifovla bağlı yeni məlumatlar əldə etmişik. 
    Adıçəkilən şəxsin komendant işlədiyi "Yeni Bakı” yaşayış kompleksinin sakinlərinin Bakupost.az-a verdiyi məlumata görə, E.Yusifov uzun illərdir burada yaşayan camaatı bezdirib. 

    Muxalifet - 29-04-2019

  5. ​Metro istifadəçilərinə ŞAD XƏBƏR: Yeni stansiyalar AÇILACAQ

    Bakıda metro stansiyalarının sayı 76-a çatdırılacaq.
    Muxalifet.az xəbər verir ki, bunu redaktor.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 
    Onun sözlərinə görə, proses 2030-cu ilə qədər davam edəcək:

    Muxalifet - 29-04-2019

  6. ​Allahşükür Paşazadə: "Notr-Dam kilsəsinin yanmasına ürəyim ağrıdı"

    "İraqda, Suriyada “Allahu-əkbər” deyib baş kəsənlər dinimizi gözdən salır".
    ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
    QMİ sədri qeyd edib ki, İraqdan və Suriyadan bəzi ailələrin uşaqları ölkəyə gətirilir: "Onların da bəzilərinin günahı bizim boynumuzdadır. Din xadimlərinin əhatə dairəsi çox genişdir. Tək məsciddə deyil, kənarda da təbliğat aparmalısınız".

    Muxalifet - 29-04-2019

  7. ​Prezident Xorvatiyanın Baş nazirinin müavini ilə görüşdü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Muxalifet - 29-04-2019

  8. Səfər Mehdiyev Gömrük Komitəsində "NEHRƏM KLANI" FORMALAŞDIRIB - DGK sədri ən mühüm və gəlirli postları həmyerlilərinə həvalə edib

    O, Bəylər Eyyubovun qardaşı oğlunun vasitəsiylə mövqeyini daha da möhkəmləndirməyi, toxunulmazlıq əldə etməyi planlaşdırır

    Muxalifet - 29-04-2019

  9. Buraxılış imtahanının nəticələri SABAH açıqlanacaq

    Martın 17-də keçirilmiş IX sinif buraxılış imtahanlarının birinci mərhələsi üzrə nəticələr sabah elan ediləcək.
    Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
    O qeyd edib ki, 31 martda keçirilmiş imtahanların nəticələri isə mayın 6-da elan olunacaq./trend

    Muxalifet - 29-04-2019

  10. Əsəd rejimi YPG/PKK-ya qarşı əməliyyata başladı

     Rusiyanın hava dəstəyini alan Əsəd rejimi terror təşkilatı YPG verdiyi torpaqları geri qaytarmaq üçün düyməyə basıb. Tabkanın cənub-qərbinə Suriya ordusu tərəfindən əməliyyat başlanılıb.
     
    Terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD ABŞ rəhbərliyi altındakı koalisiyanın hava dəstəyi ilə Rakkanın Tabka rayonundakı Tabka Bəndinin nəzarətini 3 il əvvəl ələ keçirmişdi.
    Terror təşkilatı YPG/PKK-ya qoşulan Amerikalı və İngilis terrorçuların bənddə üzərkən çəkdikləri fotoşəkil təpkiyə səbəb olmuşdu.
     
    Əsəd əməliyyata başladı

    Muxalifet3 - 29-04-2019

  11. “Baku Medical Plaza”da müəlliməni necə öldürürlər… - “MEHRİBAN XANIMA YALVARIRAM, BİZƏ KÖMƏK EDİN”

    Bakı şəhər sakini, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Buna görə də təkrarən əməliyyatı həyata keçirən həkim-ginekoloqun, Türkiyədən gəlmiş doktor Cəlaləddin Örnək-in qəbuluna gedib.

    Muxalifet - 29-04-2019

  12. Azərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama

    Türkiyədə çörəyin qiyməti 1 TL-dən 1.25 TL-yə qaldırılıb. Azərbaycanda da çörəyin bahalaşması gözlənilirmi?
    Bununla bağlı big.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Türkiyədən fərqli olaraq Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir:

    Muxalifet - 29-04-2019

  13. Qaşıqçını qətlə yetirənlər məhkəmədə: Səudiyyə vəliəhdinin sağ əli “qeyb” oldu

     Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətində dəxli olduğu iddia edilən 11 nəfər Ər-Riyadda məhkəməyə çıxarılıb. Cinayətin əmrini verdiyi irəli sürülən şahzadə bin Salmanın sağ qolu Kahtani isə məhkəmədə görülməyib.
     

    Muxalifet3 - 29-04-2019

  14. “Elə gənclər vardı ki, öz gəncliyini yaşadı və bizə qoşulmadı” - Siyavuş Novruzov

    "40 il fasiləsiz olaraq idmanla məşğul olmuşam. Sərbəst güləş üzrə idman ustasıyam. Yaxın ətrafda olan uşaqlara müəyyən fəndləri göstərirəm". 
    Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Modern.az–a müsahibəsində deyib: 

    Muxalifet - 29-04-2019

  15. Bakıda məşhur stilist 13 yeniyetmə qızı fahişəliyə cəlb etdi - ŞOK FAKTLAR

    Keçən il Nərimanov rayonunda həbs edilən məşhur stilist "İntuş” ləqəbli İntizam Yusifov Ali Məhkəməyə müraciət edib.
    Muxalifet.az News24.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə) maddəsiylə təqsirləndirilən və Nərimanov rayon Məhkəməsi tərəfindən məhkum edilən "İntuş” ona bəraət verilməsini tələb edib. İşə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. 

    Muxalifet - 29-04-2019

  16. SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ YOL QƏZSI - Ölənlərin sayi 8-ə çatdı - YENİLƏNDİ/FOTOLAR

    Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
    "Report"un məlumatına görə, onlardan ikisi uşaq, dördü qadın, ikisi isə kişidir.

    ***

    Muxalifet - 29-04-2019

  17. Türkiyədə tutulan BƏƏ casusu niyə intihar etdi?

     İstanbulda tutulan BƏƏ casusun saxlanıldığı Silivri Həbsxanasında intihar etdiyi xəbəri gündəmə bomba kimi düşərkən, Yeniakit qəzetinə açıqlama verən kəşfiyyat mənbələri, intiharın arxasında təhdidin olduğunu ifadə ediblər.
     
    Ötən günlərdə İstanbulda tutulan və Birləşmiş Ərəb Əmirliklərinin casusu olduğu aşkar edilən iki nəfərdən birinin, saxlanıldığı Silivri Həbsxanasında intihar etdiyi öyrənilib. Sorğularında BƏƏ adına casusluq etdiklərini qəbul edən casuslardan birinin intihar etməsi, intiharın səbəbi haqqında zehinlərdə sual işarələrinə yol açıb.

    Muxalifet3 - 29-04-2019

  18. ​Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına heykəl qoyulacaq - AÇIQLAMA

    Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində azərbaycanlı xalq qəhrəmanı, sərkərdə Xudu Borçalıya abidə ucaldılacaq.
    Muxalifet.az xəbər verir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müşaviri Giorgi Gegeçkori bildirib.

    Muxalifet - 29-04-2019

  19. ​"Dado evdən çıxmağımı istəmir" - Natavan

    Hamiləliyin son günlərini yaşayan müğənni Natavan Həbibi “X maqazin”in kamerasına tuş gəlib.
    Onun yanında həyat yoldaşı reper Dado da olub.
    İfaçılar valideyn olmaq üçün tələsdiklərini bildiriblər:
    “Dado məndən çox həyəcanlıdır, evdən çıxmağımın əlehinədir. Hər dəfə narazılıq edir. Amma hər şey yolundadır. Hərdən tənginəfəs oluram”.
    Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub./Axşam

    Muxalifet - 29-04-2019

  20. ​Saray hökmdarlarına verilən AFRODİZYAK QİDALAR - Cinsi gücü artıran...

    Osmanlı dövründə hökmdarlar, şahzadələr üçün hazırlanan bir çox afrodizyak təsirli qida məhsulları var. Həmin dövrlərdə istifadə edilən afrodizyak (cinsi performansı artıran) qidaları təqdim edirik: Hökmdar və şahzadələrin cinsi güclərini qorumaq və artırmaq üçün Osmanlı mətbəxində xüsusi hazırlıq görülürdü. Hazırlanan yeməklər arasında güc artıran şərbət və şirniyyatlar xüsusi yer tuturdu. Səhər yeməyində qovurma mütləq olur, bal-qaymaq yeyilərdi. Xüsusilə badımcan hökmdar üçün açılan süfrələrdə mütləq olurdu. Ətli tərəvəz yeməkləri və plov süfrələrin şahı idi.

    Muxalifet - 29-04-2019

Pages