Axtarış

The search found 105771 results in 0.028 seconds.

Search results

  1. Tiflisin Azərbaycana ərazi “davası”: Nə baş verir?

    Gürcüstan Prezidenti Salome Zurabişvili odla oynayır. Diplomat soyuqqanlı olmalıdır. Xanım Zurabişvili Fransada doğulub, diplomat olub, ölkəsinin Gürcüstandakı səfiri olub.

    Muxalifet3 - 27-04-2019

  2. ​Şabranda güclü yanğın: 20 hektar ərazi yandı

    Şabranda güclü yanğın başlayıb.
    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Güləmli kəndi ərazisində baş verib.
    FHN-nin yanğından mühafizə hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi əraziyə cəlb edilib. Yanğın davam edir.
    İlkin məlumata görə, dəniz kənarında 20 hektar ərazidə kol-kos yanıb. Yanğının miqyasının qarşısını almaq üçün işlər davam etdirilir.
     

    Muxalifet3 - 27-04-2019

  3. Uzunluğu 580 km olan gölü üzüb keçdi və rekordlar kitabına düşdü – VİDEO

    Cənubi Afrika Respublikasında yaşayan Martin Hobbs uzunluğu 580 kilometr olan Malavi gölünü 54 gün ərzində üzüb keçib və dünya rekorduna imza atıb.
    Muxalifet.az xəbər verir ki, bununla da o, adını Ginnes rekordları kitabına yazdırıb.
    “İstəmirdim ki, öləndən sonra insanlar məni yalnız çox işləyən oğlan kimi xatırlasınlar. Özündən sonra insan iz buraxmalıdır”, - deyə Hobbs CNN-ə açıqlamasında bildirib.
    Qeyd edək ki, Malavi gölündə çoxlu sayda timsah və digər təhlükəli canlı var.
      

    Muxalifet3 - 27-04-2019

  4. Yapon adasında dəhşətli zəlzələ

    Yaponiyanın Hokkayda adasında 5.4 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət Mərkəzi informasiya yayıb.
    Zəlzələnin episentri Sidzunay şəhərindən 46 kilometr şimal-şərqdə qeydə alınıb.
    Hələlik dağıntılar və insan itkisi barədə məlumat verilməyib.
     

    Muxalifet3 - 27-04-2019

  5. Azərbaycanlı axundu güllələdilər - Foto

    Güney Azərbaycanın Həmədan şəhərində qətl hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, küçələrin birində şəhərin axundu naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb.
    Hadisə şahidlərinin sözləri görə, naməlum silahlı avtomobildən düşərək, axunda 2 dəfə atəş açıb. O, aldığı güllə yarası nəticəsində ölüb.
    Silahlı şəxs hadisə yerindən uzaqlaşıb. Hələlik hadisənin səbəbi məlum deyil.
     

    Muxalifet3 - 27-04-2019

  6. “Dörd ildir ki, ünvanlı sosial yardım almaq üçün çalışıram, amma...” – PREZİDENTƏ MÜRACİƏT EDƏN VƏTƏNDAŞ İNTİHAR ANONSU VERDİ

    Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olan İbrahimli Ceyhun İslam oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən C.İbrahimli ünvanlı sosial yardım üçün müraciət etdiyini və uzun müddətdir süründürməçiliyə məruz qaldığını qeyd edir:

    Muxalifet4 - 28-04-2019

  7. Həkimlər beyin iflici keçirən xəstənin sağalma şansı olmadığını deyir, NAZİRLİK ƏLİLLİK DƏRƏCƏSİ VERMİR - “Gedin müalicə etdirin…” - ŞİKAYƏT

    Cəbrayıl rayonu, Şahvəlli kəndindən məcburi köçkün, hazırda Sabunçu rayonu, şəhər sossesi, ev 8-də qeydiyyatda olan və yaşayan Mustafayevə Mahizər Fehruz qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi 4 ildir yataq xəstəsi olan əri Əhmədov Əsgər Məhəmməd oğluna TSEK tərəfindən əsassız olaraq əlillik dərəcəsi təyin olunmamasından şikayətçidir:

    Muxalifet4 - 28-04-2019

  8. "Vay anam, polis!" deyə qışqıran TUTUQUŞU SAXLANILDI

    Braziliyada narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən sahiblərinə polisin yaxında olduğu barədə xəbərdar edən tutuquşu saxlanılıb, media bildirir. Hadisə Teresine şəhərdəki Vila Irma Dulce rayonunda hüquq-mühafizə qüvvələrinin əməliyyatı vaxtı baş verib. Polis evə girərkən quş portuqalca "Vay anam, polis!" deyə qışqırıb. "Bunun üçün təlim keçmiş olmalıdır. Polis yaxınlaşan kimi qışqırdı", - əməliyyatda iştirak edən hüquq-mühafizəçilərdən biri deyib. Quşun Teresine zooparkına təhvil verildiyi bildirilir.

    Muxalifet4 - 28-04-2019

  9. ​Zelenski Putinə CAVAB VERDİ: “Ukraynalılar bunun nə demək olduğunu gözəl başa düşürlər...”

    Ukraynadakı prezident seçkilərinin qalibi Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukrayna vətəndaşlarına sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı verə biləcəkləri barədə bəyanatına münasibət bildirib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Zelenskinin bəyanatı siyasətçinin komandasının Telegram-kanalında dərc olunub.
     

    Muxalifet4 - 28-04-2019

  10. Bəy toyunda dalaşdı – GÖYGÖLDƏ KÜTLƏVİ DAVA

    Göygöl rayonunda keçirilən toy mərasimində dava olub.
     
    "Report"un məlumatına görə, hadisə rayonun Balçılı kəndi ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
     
    Şadlıq sarayının ayrı-ayrı zallarında keçirilən iki toy mərasiminin qonaqları arasında mübahisə yaranıb. Mübahisə sonda toyu olan bəylərdən birinin də qatıldığı əlbəyaxa dava ilə nəticələnib. Hadisə zamanı xəsarət alanların olduğu və mübahisəyə qatılan bəyin maşınının (gəlin maşınının-red) şüşəsinin sındırıldığı bildirilir.
     

    Muxalifet4 - 28-04-2019

  11. ​SALYANDA DƏHŞƏT: 36 yaşlı qadın qonşu ilə quzu üstündə dava elədi, GEDİB ÖZÜNÜ ASDI

    Ötən gecə saat 04 radələrində Salyan rayonunun Alçalı kəndində intihar hadisəsi baş verib. Belə ki, kənd sakini, 1983-cü ildə anadan olmuş Cəmilə Saleh qızı Bədəlova özünü yaşadıqların evin həyətindəki tövlədən asraq intihar edib. İlkin məlumata görə, intihara quzusu onların həyətinə girmiş qonşusu ilə aralarında yaranmış mübahisə səbəb olub. Faktla bağlı araşdırma aparılr.

    Muxalifet4 - 28-04-2019

  12. ERMƏNİLƏR HÜCUM MÖVQEYİNƏ KEÇDİ - 9 rayondan ordumuzun mövqeləri atəşə tutuldu - RƏSMİ AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
     
    Muxalifet.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki,  Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
     

    Muxalifet4 - 28-04-2019

  13. ​“2030-cu ildə dünya ölkələri...” – Gələcəkdən gəldiyini iddia edən şəxsdən qəribə iddialar

    Gələcəkdən gəldiyini iddia edən bir nəfər britaniyalının dedikləri yalan maşınında sınaqdan keçirilib.
     
    Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, 2045-ci ildən gəldiyini iddia edən Adam Arkon yoxlama müddətində bir neçə qəribə iddia ilə çıxış edib.
     

    Muxalifet4 - 28-04-2019

  14. “Zelenski hələlik müqəddəslər səviyyəsinə yüksəlməyib ki, hansısa qismdə qarşısına çıxım" - PUTİN

    Rusiya prezidenti Vladimir Putin "Ukraynanın yeni seçilmiş prezidentiVladimir Zelenskinin qarşısına çıxarkən nədən danışacaqsınız?" sualına cavab verib.
     
    Muxalifet.az oxu.az-a istinadən bildirir ki, Putin belə bir görüşün baş tutacağı halda ilk növbədə Ukraynanın cənub-şərqindəki münaqişənin həlli yollarının müzakirə edilməli olduğunu bildirib.
     
    "Bilirsiniz, Vladimir Zelenski hələlik müqəddəslər səviyyəsinə yüksəlməyib, o, Tanrı deyil. Çətin ki, mən onun qarşısına hansısa qismdə çıxım", - deyə o vurğulayıb.

    Muxalifet4 - 28-04-2019

  15. 17 yaşlı məktəbli qız itkin düşdü - BAKIDA

    Bakıda məktəbli qız itkin düşüb.
     
    Muxalifet.az trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
     
    Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 3, mənzil 18-də yaşayan, 2002-ci il təvəllüdlü Məmmədova Məryəm Şükür qızı aprelin 23-də 4 saylı musiqi məktəbindən, həmin məktəbdə işləyən anası Əsməgül Məmmədovanın yanından çıxaraq itkin düşüb.
     
    M.Məmmədova Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 169 saylı orta məktəbin 11-ci sinif şagirdidir.
     

    Muxalifet4 - 28-04-2019

  16. Neymar azarkeşin çənəsinə yumruq ilişdirdi - VİDEO

    "Pari Sen-Jermen"in braziliyalı hücumçusu Neymar paytaxt klubunun penaltilər seriyasında "Renn"ə məğlub olduğu futbol üzrə Fransa Kubokunun final matçından sonra mükafatlandırma zamanı azarkeşlə dalaşıb.
    TASS xəbər verir ki, bu barədə "The Score" portalı bildirib.

    Muxalifet4 - 28-04-2019

  17. ​Bakıda komendant 3 nəfəri güllələdi

    Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə qəsəbədəki "Yeni Bakı" yaşayış kompleksi ərazisində baş verib.
    Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

    Muxalifet4 - 28-04-2019

  18. Bakıda 27 nəfərin xəsarət aldığı qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - Video

    Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 27 nəfər xəsarət alıb.
    Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov "Report"a bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib.
    Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i (uşaqlar da daxil olmaqla-red) evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir. 

    Muxalifet4 - 28-04-2019

  19. Azərbaycanlı din xadimini qətlə yetirən şəxsə qarşı ƏMƏLİYYAT - Ölü ələ keçirildi...

     
    Güney Azərbaycanın Həmədan şəhərində ötən gün şiə din xadimi Höccətül-İslam Mustafa Qasımiyə qarşı sui-qəsd təşkil edən şəxs təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 2 polis işçisinin də yaralandığı bildirilib.
    Qeyd edək ki, şiə din xadimi Höccətül-İslam Mustafa Qasımi ötən gün Ayətullah Molla Əli Məsumi Həmədani mədrəsəsindən çıxan zaman silahlı hücum nəticəsində öldürülmüşdü.

    Muxalifet4 - 28-04-2019

  20. Gülhanəyə yerləşdirilən azərbaycanlı tələbəni xilas etmək mümkün olmadı - BU GÜN DƏFN EDİLƏCƏK

    Dünən səhər saatlarında Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinin tələbəsi, 18 yaşlı Məhəmməd Zahid oğlu Qurbanov bir müddət əvvəl ağır vəziyyətdə yerləşdirildiyi Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasının hospitalında dünyasını dəyişib.
    Publika.az xəbər verir ki, 18 yaşlı Məhəmmədin cənzasəi doğulub boya-başa çatdığı Salyan rayonuna gətirilib. O, bu gün dəfn ediləcək.

    Muxalifet4 - 28-04-2019

Pages