Axtarış

The search found 105768 results in 0.023 seconds.

Search results

  1. “Ərdoğan cavab verməlidir...” – Paşinyandan Türkiyə AÇIQLAMASI

    Ermənistanın Baş nazir Nikol Paşinyan beynəlxalq ictimaiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana cavab verməyə çağırıb.
    Muxalifet.az Ermənistan mətbuatına istinadən bildirir ki, Paşinyan Türkiyə Prezidentinin 1915-ci il hadisələrilə bağlı verdiyi açıqlamaya etiraz edib.
    Ermənistanın Baş nazir Ərdoğana baş verənlərə haqq qazandırmaqda ittiham edib. Paşinyan iddia edir ki, Ərdoğan verdiyi açıqlama ilə ermənilərə qarşı edilənlərin doğru olduğunu bildirib.

    Muxalifet3 - 26-04-2019

  2. ​Helikopter qəzası: 2 nəfər öldü, 1-i yaralandı

    Mərakeşin cənubunda Bell 205 helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1-i isə xəsarət alıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
    Qəza zamanı pilot və uçuş mühəndisi həlak olub.
    Pilot köməkçisi isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
     

    Muxalifet3 - 26-04-2019

  3. ​Mehriban Xanlarova ağır qəzaya düşdü: ayağı sındı...

    Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.
    Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.
    Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
    Avtoqəzanın təfərrüatı araşdırılır.
     

    Muxalifet3 - 26-04-2019

  4. ​Özümü gənc hesab edirəm, Conu bilmirəm - Tramp

    72 yaşlı ABŞ Prezidenti Donald Tramp 76 yaşında prezidentliyə namizədliyini irəli sürən Co Baydenin çox yaşlı olduğuna eyham vurub.
    Muxalifet.az xəbər verir ki, Ağ Evdə ayaqüstü jurnalistlərin suallarını cavablandıran Tramp özünü gənc bir adam kimi hiss etdiyini bildirib.
    "Gənc bir kişiyəm. Coya baxıram, onun durumunu bilmirəm", - Tramp qeyd edib.
    Qeyd edək ki, Demokratlar Partiyasının üzvü Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.
     

    Muxalifet3 - 26-04-2019

  5. Türkiyəyə F-35 təzyiqinin əsəs hədəfi nədir?

     Son dövrlərdə Türkiyə ilə ABŞ arasındakı ən böyük gərginliklərdən biri heç şübhəsiz F-35 və S-400 məsələsidir. Baş verən gərginlikli proses, dünyanın müzakirə etdiyi bir məsələ Türk ictimaiyyətinin də yüksək səslə danışmasını bərabərində gətirib.
    Türkiyəyə qarşı bir “kozır” olaraq istifadə edilən F-35 məsələsində, ABŞ-ın təhdid səviyyəsinə gəlməsi, ictimaiyyətdə həmin təyyarələrlə bağlı müxtəlif məsələlərin müzakirə edilməsini tətikləyib.
     
     
    ƏSL MƏQSƏD TÜRKİYƏNİN ABŞ-a BAŞ ƏYMƏSİDİR
     

    Muxalifet3 - 27-04-2019

  6. Şri-Lankada növbəti partlayış: 15 nəfər öldü

    Şri-Lankanın şərqində atışma baş verən evlərdən birində partlamış baş verib.
    Polisin nümayəndəsinə istinadən “Ada Derana” portalının yazdığına görə, hadisə yerində 15 cəsəd aşkar edilib.
    “Seyntamarutuda partlamış evdə 15 cəsəd aşkar edilib. Onlardan 6-sı kişi, 3-ü qadın və 6-sı uşaqdır”, - portalın tvitter hesabında dərc edilmiş xəbərində deyilir.

    Muxalifet - 27-04-2019

  7. AZƏBAYCANIN SAVAŞ HAZIRLIQLARI - Ermənistan müharibəsiz də çökür

    Hərb nazirimiz təmas xəttində: ilin sonunadək cəbhə zonasında daha 10 hərbi şəhərcik salınacaq - hədəf; Bakının Pekin uğuru və XİN rəhbərlərinin Vaşinqton görüşündə İrəvanı gözləyən əsas mesaj...

    Muxalifet - 27-04-2019

  8. Rus casusuna həbs cəzası!

     ABŞ-da Rusiya üçün casusluq səbəbilə mühakimə olunan Mariya Butina 18 ay həbs cəzasına məhkum edilib.
     
    ABŞ Vaşinqton bölgə məhkəməsi Rusiya vətəndaşı Mariya Butinanı Rusiyaya casusluq etdiyi səbəbilə 18 ay həbs cəzasına məhkum edib. Region Məhkəməsinin hakimi Tanya Çutkan, Butinanın cəzasının bitməsindən sonra deportasiya ediləcəyini bildirib.

    Muxalifet3 - 27-04-2019

  9. ​Faiq Ağayevə ATV-də vəzifə verildi

    Xalq artisti Faiq Ağayevə ATV kanalında yaradılan Bədii Şuranın üzvü seçilib.
    Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, xalq artisti bu haqda sosial şəbəkədə məlumat verib.
    Bədii Şura dünən ilk iclasını keçirib.

    Muxalifet - 27-04-2019

  10. Moskvada azərbaycanlı həmyerlisini öldürüb intihar elədi - motiv və təfərrüat

    Ata qumarda uduzub pulu verə bilməyən oğlunun qətlində əli olan şəxsdən qisasını aldı, sonra isə...

    Moskvanın “Novıye Çeremuşki” metrostansiyası yaxınlığında silahlı atışma baş verib. Qanlı olayda iki nəfər ölüb. Rusiya İstintaq Komitəsinin yaydığı rəsmi məlumata görə, ölənlərdən biri Rəsul Abdullayev adlı şəxsdir. Əslən Gürcüstandan olan 60 yaşlı Abdullayev Rusiyada avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul imiş.

    Muxalifet - 27-04-2019

  11. Trampa soyuq duş: İngiltərədə boykot edildi!

     İngiltərədə ana müxalifət lideri Ceremi Corbyn ilə İcmalar Palatasının sədri Con Bercow, ABŞ prezidenti Donald Tramp şərəfinə veriləcək ziyafət üçün onlara edilən dəvətdən imtina etib.
     
    İngiltərədə ana müxalifətdəki Fəhlə Partiyasının lideri Ceremi Corbyn ilə İcmalar Palatasının sədri Con Bercow, iyun ayında ölkəyə rəsmi səfər həyata keçirəcək olan ABŞ prezidenti Donald Trampın şərəfinə veriləcək ziyafətə qatılmayacaqlarını açıqlayıb.

    Muxalifet3 - 27-04-2019

  12. Məşhur aktrisa intihar etdi - FOTO

    Kanadalı model və aktrisa Stefani Şerk intihar edib. Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Demian Bişir məlumat yayıb: "Bu, bizim həyatımızın ən kədərli dövrüdür. Bu acını necə atlatacağımızı bilmirəm". Məlumata görə, 37 yaşlı aktrisanı ailəsi bir neçə gün öncə huşsuz halda hovuzda tapıb. Həkimlər onun həyatını xilas edə bilməyib. Aktrisanın uzun müddətdir ki, depressiyadan əziyyət çəkdiyi deyilir. Qeyd edək ki, Stefani Şerk "Körpü", "Telenovella" kimi məşhur seriallarda çəkilib.

    Muxalifet - 27-04-2019

  13. ABŞ çəkiləcək: Tramp açıqladı

     ABŞ prezidenti Donald Tramp ABŞ-ın beynəlxalq silah ticarəti müqaviləsindən çəkiləcəyini açıqlayıb.
     
    ABŞ prezidenti Donald Tramp 2013-də BMT yanında imzalanan Silah Ticarəti Müqaviləsindən ölkəsinin imzasını çəkəcəyini açıqlayıb.
    Tramp Milli Tüfəng Dərnəyinə (NRA) bağlı lobbi təşkilatı Milli Tüfəng Cəmiyyəti Qanunverici Akt İnstitutunun (NRA-ya) “İndianapolis”-də keçirdiyi "Liderlər Forumu" tədbirində çıxış edib.

    Muxalifet3 - 27-04-2019

  14. Neftçalada maşın FHN əməkdaşını vuraraq öldürdü

    Neftçala rayonunda piyadanı maşın vuraraq öldürüb.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında baş verib.
    Belə ki, rayonun Həsənabad kənd sakini, 1992-ci il Babayev Novruz Çingiz oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. N.Babayevin FHN-in əməkdaşı olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 27-04-2019

  15. Şri-Kankada nələr baş verir? Daha 3 partlayış oldu

     Şri-Lankanın Kalmunei şəhərində 3 yeni partlayış meydana gəldiyi bildirilb.
     
    Şri-Lanka mətbuatı polisə əsaslandırdığı xəbərlərində, ölkənin Ampara Bölgəsindəki Kalmunei şəhərində 3 yeni partlayışın meydana gəldiyini bildirib. Yerli mətbuat həmçinin, polisin tədbir məqsədli regionda küçəyə çıxma yasağı tətbiq etməyə başladığını bildirib.

    Muxalifet3 - 27-04-2019

  16. Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - DƏHŞƏTLİ QƏTL

    Çinin Anhui vilayətində dəhşətli qətl hadisəsi baş verib.
    “Ölkə.Az” xəbər verir ki, qadın onun sifarişini unudub evə əliboş gələn ərini mətbəx bıçağı ilə öldürüb.
    Qadın ərinə zəng edərək axşam evə gələndə toyuq almaq lazım olduğunu bildirib. Kişi evə gələndə toyuq almağı unutduğu üzə çıxıb. Bu zaman ər və arvad arasında mübahisə başlayıb. Qadın mətbəxdən götürdüyü bıçaqla ərini bir neçə dəfə bıçaqlayıb.
    Öldürülən şəxsin xalası oğlu bildirib ki, mərhum arvadı Lou tərəfindən dəfələrlə təhqir edilərək döyülüb.

    Muxalifet - 27-04-2019

  17. Buraxılış və qəbul imtahanlarında əsaslı dəyişiklik - gözlənilən nəticələr

    Etibar Əliyev: “Məktəblər tətbiq edilən yeniliklərə hazır olmalıdır”
    Kamran Əsədov: “Bu il 700 bal toplayanların sayı çox az olacaq”

    Muxalifet - 27-04-2019

  18. ABŞ-da müəllimlərə silah paylanır, Azərbaycanda isə...

    Ölkəmizdə kimlər silah gəzdirə bilər?..
    ABŞ-ın Florida ştatının senatı müəllimlərə silah gəzdirməyə icazə verən qanun layihəsini təsdiq edib. Layihə 22 lehinə, 17 səs əleyhinə olmaqla qəbul edilib. Qeyd olunur ki, qanun məktəb müəllimlərinin və digər əməkdaşların silahlı hücumlardan müdafiə olunması və bu cür hücumlarının qarşısının alınması məqsədilə qəbul edilib. Sənəd ştat parlamentinin aşağı palatası tərəfindən təsdiq olunduqdan sonra imzalanması üçün qubernatora göndəriləcək.

    Muxalifet - 27-04-2019

  19. “One minute”-dan sonra Davosa getməyən Ərdoğana xüsusi dəvət

    2009-ci ildə keçirilən Davos Sammitində İsrailin o vaxtkı prezidenti Şimon Peres ilə iştirak etdiyi sessiyada, ona cavab haqqı verilməyincə "one minute” çıxışı edərək o gündən bəri Davosa qatılmayan prezident Rəcəb Tayyib Ərdoğana Dünya İqtisadi Forumunun direktoru Borge Brende-dən xüsusi dəvət gəlib. Brenda xüsusi dəvətlə bağlı bunları deyib: "Prezident Ərdoğan hər zaman Davosda görmək istədiyimiz, xoş qarşılanan bir şəxsdir. Xüsusilə, 50-ci illik yubileyimizdə prezident Ərdoğanı Davosda görməyi çox istərdik. 50-ci ildönümümüzə görə, çox həyəcanlıyıq.

    Muxalifet3 - 27-04-2019

  20. ​Rektorlar təyin olsunlar, yoxsa seçilsinlər?

    Artıq neçə illərdir istər parlamentdə və Milli Məclisin (MM) Elm və təhsil komitəsində, istərsə də cəmiyyətdə, təhsil və elm camiəsində rektorların seçki yolu seçilməsi məsələsi yönündə fikirlər, ideyalar, təkliflər səslənməkdədir.
    Əksəriyyət bir çox aparıcı ölkələrdə olduğu kimi, Azərbaycanda da ali təhsilin, elmin inkişafı baxımından seçki variantının daha çox səmərə və effekt verə biləcəyi qənaətindədir.

    Muxalifet - 27-04-2019

Pages