Axtarış

The search found 105768 results in 0.042 seconds.

Search results

  1. "Formula 1" tarixində LYUK QƏZALARI - VİDEO

    "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisində birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın "Williams" komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsi müzakirələrə səbəb olub.
    Bu insident "Formula 1" tarixində ilk hal deyil. Əvvəlki illərdə də lyukla bağlı analoji qəzalar qeydə alınıb. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

    Muxalifet - 27-04-2019

  2. ABŞ-dan “Venesuela” həmləsi

     ABŞ Venesuelanın Xarici İşlər naziri Jorge Alberto Arreaza ilə birinci xüsusi səlahiyyətli məhkəmənin hakimi Carol Bealexis Padilla de Arreturetanı sanksiya siyahısına alıb.
     
    ABŞ Xəzinə Nazirliyi Xarici Varlıqları Nəzarət Ofisi (OFAC) Venesuela Xarici İşlər naziri Jorge Alberto Arreaza ilə birinci xüsusi səlahiyyətli məhkəmənin hakimi Carol Bealexis Padilla de Arreturetanı sanksiya siyahısına saldığını açıqlayıb.

    Muxalifet3 - 27-04-2019

  3. Doğum evlərində ŞOK SƏHLƏNKARLIQ: Körpələrə qoyulan qan qrupları səhv çıxır - ARAŞDIRMA

    Hər bir uşaq doğulanda ilk saatlarda ondan müəyyən analizlər götürülür və ilk növbədə qan qrupu təyin edilir. Bu qan qrupu doğum evində açılan tibbi kitabçaya qeyd olunur. Valideynlər də övladlarının hansı qan qrupunda olduğunu bilir. Xatırladaq ki, uşağın qan qrupu ata-anadan fərqli ola bilər. Qan qrupunun dəqiq bilinməsi həmin insanın gələcəkdə ağır qəza, əməliyyat zamanı qan itkisi baş verərsə, təcili uyğun qan tapılması üçün vacibdir.

    Muxalifet - 27-04-2019

  4. Trampa telefon atdılar

    ABŞ prezidenti Donald Tramp İndiana ştatına səfəri zamanı Milli Atıcılıq Assoasiyasında (NRA) çıxış etmək üçün səhnəyə qalxdığı əsnada bir kişi ona tərəf mobil telefon atıb.
     
    Bu haqda “Fox News” məlumat yayıb. Videoyazı “Twitter”də yayılıb.
    Kadrlarda Ağ Ev rəhbərinin tribunaya doğru irəlilədiyi görünür. Bu zaman auditoriyadan ona tərəfə telefonun uçduğunu və bir neçə addımlığında yerə (səhnəyə) düşdüyünü görmək olur.

    Muxalifet3 - 27-04-2019

  5. ​69 yaşlı kişi Tovuzda su anbarına düşdü

    Tovuzda 1 nəfər su anbarına düşüb.
    Muxalifet.az-a FHN-dən verilən məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Belə ki, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
    Hazırda Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Muxalifet - 27-04-2019

  6. Telman Zeynalov: “Elektrik cərəyanı ilə balıq tutanlar həbs edilməlidir, ağır cəzalandırılmalıdır"

    “Elektrik avadanlıqları təkcə balıqları deyil, həm də suda olan kiçik canlıları, həmçinin balıqların yemini məhv edir”

    Qida rasionumuzda balıq əti vacib elementlərdən biridir. Təəssüf ki, su hövzələrində son illərdə balıq azalıb. Bunun əsas səbəbi hövzələrin qanunsuz şəkildə torlanması və bir çoxlarının elektrik cərəyanı, zəhərli maddə tökməklə balıq tutmalarıdır. Balıqları kürü tökən zaman ovlanması da onun sayının azalmasına səbəb olan amillərdəndir.

    Muxalifet - 27-04-2019

  7. Bakıda dərsdən evə gedən 13 yaşlı qız yoxa çıxdı - FOTO

    Bakıda 13 yaşlı məktəbli qız itkin düşüb.
    Muxalifet.az BAKU.WS-ə istinadən xəbər verir ki, 4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan dünəndən xəbər yoxdur.
    O, dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb. Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər. Aydan ailəsi ilə birlikdə 9-cu mikrorayonda yaşayır. 

    Muxalifet - 27-04-2019

  8. ​Erməni qızları Daşaltıda nə OYUNDAN ÇIXIRLAR: 100 şəhid verdiyimiz ”QANLI DƏRƏ”dən görüntülər– VİDEO

    Erməni qızların Şuşanın Daşaltısnda əyləndikləri görüntülər. Bu qanlı dərədə 100 şəhid vermişik.
    Muxalifet.az xəbər verir  ki, Turkustan.info Mirkazım Laçın Alxaslının Youtube kanalına istinadən həmin video görüntüləri təqdim edir:
     

    Muxalifet - 27-04-2019

  9. 31 abituriyent imtahan nəticələrini ləğv edildi

    Aprelin 7, 14 və 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.
    Bu barədə Muxalifet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
    Mərkəzdən bildirilib ki, həmin şəxslərin imtahan nəticələri sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ləğv edilib.

    Muxalifet - 27-04-2019

  10. 8 ildə az qala 500 erməni əsgəri niyə ölüb...

    2010-cu ildən 2018-ci ilə qədər olan dövrdə erməni ordusunda 491 qeyri-döyüş itkisi qeydə alınıb. Lakin 413 hal üzrə cinayət işi qaldırılıb, onlardan 263-ündə təhqiqatı dayandırıblar və cəmi 88 hal üzrə hökm çıxarılıb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatları aprelin 26-da keçirdiyi mətbuat konfransında Helsinki Vətəndaş Assambleyasının Vanazor ofisinin rəhbəri Artur Sakunts açıqlayıb.

    Muxalifet - 27-04-2019

  11. ​Mehriban Əliyeva İçərişəhərlə bağlı TAPŞIRIQ VERDİ - İdarə AÇIQLAMA YAYDI

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı açıqlama yayıb.
    İdarədən bildirilib ki, Birinci vitse-prezident ərazidə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb.

    Muxalifet - 27-04-2019

  12. SON DƏQİQƏ: Bakı-Sumqayıt yolunda avtobus QƏZASI: Yaralılar var - FOTOLAR

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında "Hyundai Terracan” markalı avtomobil qarşısında hərəkətdə olan 523 nömrəli marşrut avtobusuna çırpılıb.
    İdarəetməni itirən avtobus yol çiynindəki ağaclara dəyərək dayanıb.
    Hadisə nəticəsində ciddi xəsarət alanların olduğu bildirilir./ONA

    Muxalifet - 27-04-2019

  13. ​Sabunçuda zibilxanada baş verən yanğın mağazaya da keçdi

    Bakı şəhərində zibilxanada yanğın baş verib. Muxalifet.az-a FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda məişət tullantıları 20 m² sahədə yanıb. Bu zaman yanğın yaxınlıqdakı mağazaya da keçib və mağazanın qapısının rezini 10 p.m yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 27-04-2019

  14. ​“Azərbaycanda bəzi seysmik stansiyaların istifadə müddəti bitib” – Qurban Yetirmişli

    “Azərbaycanda bəzi seysmik stansiyaların istifadə müddəti bitib”.
    Muxalifet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

    Muxalifet - 27-04-2019

  15. Yunan liderdən Putinə: "Türkiyəyə təsir göstərin!"

    "Türkiyə ilə mükəmməl əlaqələrinizin olduğunu bilirik. Bundan dolayı narahat deyilik. Kipr probleminin həlli üçün partnyorunuza təsir göstərməyinizi istəyirik".

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kipr Respublikasının (yunan tərəfi) rəhbəri Nikos Anastasiadis Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

    O, Kipr məsələsində Putinə dəstəyindən dolayı təşəkkürünü bildirib:

    “Çox önəmli məsələlərdə Rusiya ilə dost qalmağa davam edirik”.

    Muxalifet - 27-04-2019

  16. 25 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL: meşədə...

    Tərtər rayonunda 25 yaşlı gənc intihar edib.
    Hadisə rayon ərazisindəki meşə zolağında qeydə alınıb.
    Belə ki, Tərtər rayon sakini, 1994-cu il təvəllüdlü Cavid Faiq oğlu Məmmədli özünü iplə ağacdan asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
    C.Məmmədlinin ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
    Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

    Muxalifet - 27-04-2019

  17. Ukrayna prezidentinin dikdabanla RƏQSİ - VİDEO

    Sosial şəbəkələrdə Ukraynanın yeni prezidenti Zelenskinin 2014-cü ildə lentə alınan videosu yenidən böyük marağa səbəb olub.
    Videoda Zelenski yüksək topuqlu ayaqqabılarla rəqs edərək Kazaki musiqi qrupunu parodiya edir.
    Sözügedən videonu təqdim edirik:

    Muxalifet - 27-04-2019

  18. “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq” – Uruqvay XİN

    Bu il aprelin 26-da Uruqvayın Xarici Əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov arasında görüş keçirilib.

    Muxalifet - 27-04-2019

  19. Rus döyüş gəmisi Aralıq dənizinə doğru yol aldı: Vəziyyət gərginləşir

    Rusiya Donanmasına aid “Orsk” adlı döyüş gəmisi Dardanel Boğazından keçərək istiqamətini Aralıq dənizinə çevirib.
     
    Dardanel Boğazından keçən Rusiya Donanmasına aid 148 bort nömrəli “Orsk” adlı döyüş gəmisi Aralıq dənizinə doğru istiqamət götürüb.
    Döyüş gəmisinin boğazdan keçidi zamanı göyərtəsində can jilet geyinən əsgərlərin olduğu görülüb.
    Xatırladaq ki, ABŞ da 2 gün öncə təyyarə daşıyan gəmilər və onları müşayiət edən 6 gəmi ilə Aralıq dənizinə yönəlmişdi.
     Müxalifət.az

    Muxalifet3 - 27-04-2019

  20. XUSUSİ TƏYİNATLILAR SƏRHƏDDƏ: Yeni müharibəyə hazırlıq gedir

    Türkiyə Suriya ilə sərhədə ordu yığmağa davam edir.
    Hatay bölgəsində toplama-komanda mərkəzi yaradılıb. Müxtəlif bölgələrdən gələn hərbi birliklər bu mərkəzdə cəmləşirlər. Sərhədə gətirilən hərbiçilərin əsasən xüsusi təyinatlılardan ibarət olduğu deyilir.
    Qeyd edək ki, Türkiyə Fəratın şərqində PKK/PYD terrorçularına qarşı yeni əməliyyata hazırlaşır./Publika.az 

    Muxalifet - 27-04-2019

Pages