Axtarış

The search found 105771 results in 0.044 seconds.

Search results

  1. ​Lukaşenko Putinlə dalaşıb, Çini təcili tərk etdi

    Belarus Prezidenti Aleksandr Lukaşenko gözlənilmədən Çindəki “Bir qurşaq, bir yol” konfransını tərk edib.
    Bu məlumat Teleqram sosial şəbəkəsindəki “Rasstriqa” kanalında yayımlanıb.
    Bildirilib ki, Lukaşenkonun Çini tərk etməsinə səbəb onunla Rusiya Prezidenti Vladimir Putin arasında yaşanan gərginlik olub. Vəziyyət o həddə çatıb ki, Lukaşenko Çindəki heç bir rəsmi görüşünü gözləməyib.
    “Rasstriqa” kanalı Putinlə Lukaşenko arasında münasibətlərin gərginləşməsinə səbəb kimi Rusiya Prezidentinin Belarus lideriylə görüşdən imtina etməsini göstərib./Axar

    Muxalifet - 27-04-2019

  2. ABŞ-ın S-400 və F-35 oyunu: Türkiyə S-400-dən vaz keçsə belə...

    Türkiyənin köşə yazarı Sərdar Turqut Habertürk-də "S-400-dən imtina etsək belə, F-35-i verməməyə çalışacaqlar, səbəbini istəsəniz açıqlayım" başlığı ilə dərc olunan yazısına, "Türkiyə ilə bağlı qərarların alındığı Vaşinqtonun siyasi kuluarlarında sanki bir teatr oynanır" ifadəsi ilə başlayıb.
     
    Turqut yazısına belə davam edir:

    Muxalifet3 - 27-04-2019

  3. İran İsraillə sərhədə ordu yeritməyib - Rusiya

    İran ABŞ Prezidenti Donald Trampın Qolan təpələrini İsrail ərazisi kimi tanıması qərarına rəğmən üzərinə götürdüyü öhdəlikləri icra edir.
    Muxalifet.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. Onun sözlərinə görə, İran hələ Suriyanın Qolanla sərhəddəki ərazilərinə qoşun yeritməyib.
    Qeyd edək ki, bundan öncə İran Suriyadakı qoşunlarını İsraillə sərhəddən 75-80 kilometr uzaqlıqda yerləşdirəcəyi haqqında üzərinə öhdəlik götürüb.
     

    Muxalifet3 - 27-04-2019

  4. Bunları etsəniz, xoşbəxt olacaqsınız - Qaydalar

    Stress və depressiya müasir dövrdə geniş yayılmış psixoloji pozuntulardır.
    Muxalifet.az xəbər verir ki, əgər biz xırda nüanslara diqqət etsək, vaxtında bəzi kiçik problemləri həll etsək, stress və depressiya kimi xəstəliklərdən əziyyət çəkmərik.
    Sahib olduqlarınızı itirməkdən qorxmayın

    Muxalifet3 - 27-04-2019

  5. Nazpəri Dostəliyevaya vəzifə verildi

    "Xəzər" telekanalında Bədii Şura yaranıb.
    Muxalifet.az-ın əldə etdiyi məlumata görə, Bədii Şuraya xalq artisti Nazpəri Dostəliyeva, xalq yazıçısı Elmira Axundova, bəstəkar Novruz Aslan, millət vəkili Siyavuş Novruzov,  xalq artisti Həmidə Ömərova, kinoşünas Ayaz Salayev, kulturoloq Fuad Məmmədov, telejurnalist Həmid Herisçi üzv seçiliblər. 
    Qeyd edək ki, bu gün Bədii Şuranın ilk iclası keçirilib.
     

    Muxalifet3 - 27-04-2019

  6. ​Qərbdən qonşumuza xəbərdarlıq: “Gürcü köçü”nü dayandır!

    Gürcüstan hökuməti vətəndaşlarının ölkədən emiqrasiyasının qarşısını almaq üçün daha çox iş görməlidir.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Parlament Assambleyasının Litvadan olan üzvü Rasa Yuknyaveçine deyib. Onun sözlərinə görə, bu proseslər viza libarallaşmasını sual atına qoyur. O bu prosesin Gürcüstanın NATO və AB üzvlüyünə mane olacağını bildirib:
    “Hökumət müəyyən etməlidir ki, insanlar hansı səbəbdən ölkəni tərk edirlər. Əhali daha yaxşı yaşamaq istəyir və bunun üçün bütün vasitələrdən istifadə edir”.
     

    Muxalifet3 - 27-04-2019

  7. Zelenski iddialara cavab verdi: Yaxta və villa…

    Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Vladimir Zelenski Türkiyədə nəhəng yaxtada istirahət etməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
     “Yaxta və villalara ehtiyacım yoxdur. Mən sadəcə ailəmlə 2 gün birlikdə vaxt keçirmək istədim”, - Zelenski bildirib.
    Zelenski həmçinin bu tip məlumatların yayılmasının müasir dövrdə mətbuatın xəstəliyi olduğunu qeyd edib.
     

    Muxalifet3 - 27-04-2019

  8. "Qarabağ"dan növbəti darmadağın

    Aprelin 27-də Topaz Premyer Liqasının 26-cı turuna “Zirə” – “Qarabağ” oyunu ilə start verilib.
    Muxalifet.az xəbər verir ki, Zirə Olimpiya Kompleksində oynanılan görüş Ağdam təmsilçilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qurban Qurbanovun yetirmələrindən Dani Kintana (20), Filip Ozobiç (28) və Mahir Mədətov (79) fərqləniblər.
    Bu qələbə sayəsində “Qarabağ” xal ehtiyatını 60-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Ağdamlılar əsas izləyiciləri “Neftçi”dən 5 xal irəlidədirlər. “Zirə” isə 25 xalla altıncı yerdə qərarlaşıb.

    Muxalifet3 - 27-04-2019

  9. Volqa çayında gəmilər toqquşdu: ölən var

    Aprelin 27-nə keçən gecə Rusiyadakı Volqa çayında iki gəminin toqquşması nəticəsində 1 nəfər ölüb, iki insan itkin düşüb.
    Muxalifet.az xəbər verir ki, bu məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb. Sahil-təhlükəsizlik xidmətinin qayıqları və axtarış-xilasetmə qrupu itkin düşmüş insanların tapılması üçün əməliyyat tədbirləri həyata keçirir.
    İstintaq Komitəsi qəza ilə bağlı hərəkətin təhlükəsizliyi və su nəqliyyatından istifadə qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırıb.
     

    Muxalifet3 - 27-04-2019

  10. ​“Azərbaycan Gürcüstana həddini bildirməlidir...” – Millət vəkilindən SƏRT ÇAĞIRIŞ

    “İqtisadiyyatı Azərbaycanın hesabına sabit qalan bir ölkəyə yerini göstərməliyik”.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri yenicag.az -a açıqlamasında Gürcüstanda son günlər ermənilər tərəfindən Azərbaycan əleyhinə aksiyalarin keçirilməsi və gürcü polisinin azərbaycanlılara qarşı repressiv addımlar atmasına münasibət bildirən Milli Məclisin deputatı Araz Əlizadə deyib.
    Başa çatmaqda olan həftə ərzində diqqəti cəlb edən əsas hadisələr sırasında Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığının ruhuna zidd davranışları da var.

    Muxalifet3 - 27-04-2019

  11. Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu: yaralılar var

    Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
    Muxalifet.az  xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.
    Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşıyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
    Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu "Mersedes"lə toqquşub .
     

    Muxalifet3 - 27-04-2019

  12. ABŞ-da Tramp dövrü başa çatacaq? - Sorğu

    2020-ci ildə prezident seçkilərində namizəd olacağını açıqlayan ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin reytinqi, hazırkı ölkə başçısı Donald Trampı qabaqlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Hill-HarrisX” şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.
    Məlumata görə, respondentlərin 43 faizi seçkilərdə Baydeni dəstəklədiyini açıqlayıb. Bunun qarşılığında isə Donald Trampı dəstəkləyənlərin faizi 37-ə bərabər olub. Sorğu iştirakçılarının 15 faizi hələlik seçim etmədiklərini bildirib. 5 faiz respondent isə digər bir namizədi dəstəklədiklərini açıqlayıb.
     

    Muxalifet3 - 27-04-2019

  13. Formula 1 Bakı Qran-Prisinin start düzülüşü müəyyənləşdi

    "Formula 1" SOCAR Azərbaycan Qran-Prisinin sıralama turu başa çatıb.
    Muxalifet.az xəbər verir ki, “Mersedes” komandasının pilotları Valtteri Bottas və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar.
    V.Bottas 1 dəqiqə 40,495, L.Hamilton isə 1 dəqiqə 40,554 saniyəlik nəticə göstəriblər. “Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə 40,797 saniyə) üçüncü yerdə qərarlaşıb.
    Qeyd edək ki, sıralama turunun nəticələrinə əsasən aprelin 28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
     

    Muxalifet3 - 27-04-2019

  14. Neymardan gözlənilməz etiraf

    Fransanın PSJ klubunun hücumçusu Neymar dünyanın ən yaxşı futbolçusu olmaq istədiyini açıqlayıb.
    El mundo nəşri yazır ki, braziliyalı futbolçu arzusunun heç də reallıqdan uzaq olmadığını bildirib.
    O həmçinin qeyd edib ki, hazırda dünyada ən yaxşı futbolçu “Barselona”nın hücumçusu Lionel Messidir.
    “O fərqli oynayır”, - deyə Neymar vurğulayıb.
    Braziliyalı futbolçu “Barselona”nı tərk etməsinin səbəbinə də toxunub. O bildirib ki, qərarına səbəb yeni qələbələr qazanmaq istəyi olub.

    Muxalifet3 - 27-04-2019

  15. Azərbaycanda bu alman bankının ofisi bağlanır?

    Almaniyanın “KfV” bankı tərəfindən hazırda Azərbaycanda həyata keçirilən yeganə layihə olan Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin hökumətlə müştərək əsasla “Açıq kommunal infrastruktur proqramı” çərçivəsində yenidən qurulması 2020-ci ilin ortalarınadək başa çatdırılacaq.
    Bunu report -a bildirən bankın Bakı ofisinin rəhbəri Natiq Abdullayev hökumətin bundan belə həmin işləri daxili vəsaitləri hesabına aparmaq qərarına gəldiyini qeyd edib.

    Muxalifet3 - 27-04-2019

  16. DİQQƏT: Valideyn hüququndan məhrum edilə bilərsiniz

    Son günlər paytaxt və regionlardakı orta məktəblərdə müəllim-şagird münasibətlərinin heç bir normalara uğun gəlmədiyini əks etdirən xəbərlərlə rastlaşırıq. Belə ki, son günlər qarşımıza çıxan “müəllim şagirdi döydü”, “məktəb direktoru şagirdləri təhqir etdi” başlıqlı xəbərlərə aydınlıq gətirilməsi üçün aidiyyəti orqanlara müraciət etdik.

    Muxalifet3 - 27-04-2019

  17. Münaqişə yalnız bu yolla başa çatacaq - Putin

    Donbasdakı münaqişə yalnız Minsk razılaşmalarının tamamilə yerinə yetirilməsindən sonra başa çata bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
    Putin çıxışı zamanı Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskinin amnistiya elan etməyə və bu ərazilərə xüsusi status verməyə hazırlaşmadığını söylədiyini xatırladıb.
    “Birincisi, cənab Zelenski amnistiya ilə bağlı dekret və ya fərman imzalamağa hazırlaşmır. İkincisi isə bu ərazilərə xüsusi status verməyə razılaşmır”, - Putin bildirib.
     

    Muxalifet3 - 27-04-2019

  18. ​İranla sərhəd rayonlarında sənaye zonaları yaradılır?

    İran ilə Azərbaycan arasında sərhəd rayonlarında sənaye zonalarının yaradılması haqqında fikir mübadiləsi aparılıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani deyib. O bildirib ki, bu zonalarda birgə sənaye müəssisələrinin yaradılması və sərmayə yatırılması hər iki ölkənin iqtisadi maraqlarına uyğundur.

    Muxalifet3 - 27-04-2019

  19. ​Putinin limuzininə Çin nömrəsi taxıldı: mənası... – Foto

    Rusiya Prezidenti Vladimir Putinin “Aurus Senat” limuzininə Çin ərazisində yerli nömrə təyin edilib.
    Muxalifet.az xəbər verir ki, nömrənin sonundakı heroqlif “Elçi, müjdə verən, carçı” mənalarını verir.
    Xatırladaq ki, V.Putin Pekində keçirilən ikinci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edir.
     

    Muxalifet3 - 27-04-2019

  20. Lukaşenkonun oğlu qızları şoka saldı - Foto

    Belarus Prezidenti Aleksandr Lukaşenko Çin səfərinə oğlu Nikolayı da aparıb.
    Muxalifet.az xəbər verir ki, uzun illərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Nikolayın fotoları sosial şəbəkələrdə şok effekti yaradıb.
    Hər kəs Nikolayı 14 yaşında çəkilmiş fotoları ilə xatırlayır. Lakin illər sonra Nikolay saç düzümü dəyişmiş, işgüzar kostyumda ortaya çıxıb. Onun atasından da hündür olması xüsusi diqqət çəkib.
    “Əla və qəşəng”, - prezidentin oğlunun görünüşündən şoka düşən sosial şəbəkələrdə qadın istifadəçilər belə yazıblar.
     

    Muxalifet3 - 27-04-2019

Pages