Axtarış

The search found 105768 results in 0.024 seconds.

Search results

  1. Rusiyadan açıqlama GƏLDİ: Türkiyə QARIŞDI

    Suriyada İdlib Gərginliyi Azaltma Bölgəsində hücumlar təşkil edən və anlaşmanı davamlı olaraq pozan Rusiya, Türkiyənin bölgədə nəzarəti itirdiyini bildirən bəyanat yayımlayaraq böyük təpkiyə səbəb olub.
    Rusiya lideri Vladimir Putinin Suriya üzrə Xüsusi Nümayəndəsi Aleksandr Lavrentyev Türkiyə ilə mülayim müxaliflərin İdlibdəki vəziyyətin nəzarətini itirməsinin onlarda xəyal qırıqlığı yaratdığını deyib.
    Müxalifət.az

    Muxalifet3 - 26-04-2019

  2. Trampdan çağırış: “Təcili neft qiymətlərini aşağı salın”

     Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp OPEC ölkələrinə neft qiymətlərini aşağı salma çağırışı edib. Edilən çağırışdan sonra neft qiymətləri 2,1 faiz düşüb.
    Müxallifət.az

    Muxalifet3 - 26-04-2019

  3. Azərbaycanda növbəti həkim səhlənkarlığı - 3 aylıq uşağın ölümünə səbəb oldular - FOTO

    Azərbaycanda həkim səhlənkarlığı nəticəsində 3 aylıq körpə ölüb.
    Bu barədə "Report"a şikayət edən körpənin babası Sərraf Əskərov bildirib.

    Muxalifet - 26-04-2019

  4. Ruslar səhvən öz döyüş təyyarəsini vurub

    Rusiya Hava Qüvvələrinə məxsus 1 ədəd Mig-31 təyyarəsinin iki il əvvəl bir təlim uçuşu zamanı düşməsi ilə bağlı hesabat sızdırılıb. Hesabata görə, Mig-31 texniki problem və ya pilot səhvi üzündən düşməyib, dost atəşi səbəbi ilə düşüb. Təlim zamanı bölgədə uçuş icra edən başqa bir Rus Hava Qüvvələri bağlı döyüş təyyarəsi Mig-31-i səhvən vurub və Mig-31 düşüb. Hadisə 26 aprel 2017 tarixində baş verib. Müxalifət.az

    Muxalifet3 - 26-04-2019

  5. Bu, kənd təsərrüfatı üçün çox vacibdir - Nazir

    Bu gün Qax rayonunun Turaclı kəndində sakinlərə məxsus pay torpaqlarında yaradılan “Ata-baba Fındıq İstehsal Kooperativi” Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə respublikamızda təsis olunan sayca üçüncü kooperativdir. İlk iki kooperativ Sabirabad rayonunda yaradılıb. Fındıqçılıq sahəsi üzrə yaradılan bu kooperativ özündə 490 sakinin təmsil olunduğu 96 fermer təsərrüfatını birləşdirir. Kooperativin 350 hektar fındıq bağı var.

    Muxalifet3 - 26-04-2019

  6. “Reno” pilotu: Bakıda yarışmaq müsbət mənada xaotikdir

    Bakıda yarışmaq həyəcanvericidir. İndiyədək burada yarış zamanı çoxlu dramaya, təhlükəsizlik maşınının dəfələrlə trekə daxil olmasına və bunun kimi digər xüsusi məqamlara şahid olmuşuq. Görək, bu il necə olur. 
    Muxalifet.az xəbər verir ki, bunu “Formula-1” pilotu, “Haas” bolidinin pilotu, danimarkalı Kevin Maqnusen deyib.

    Muxalifet3 - 26-04-2019

  7. Xaçmazda ağır qəza: üç avtomobil toqquşdu

    Xudat-Xaçmaz yolunun Həsənqala kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib.
    Muxalifet.az-ın xəbərinə görə, hadisə zamanı üç avtomobil - “VAZ 2106”, “VAZ 21099” və “LADA Priora” markalı avtomobillər toqquşub.
    Qəza nəticəsində bir nəfər xəsarət alıb.
    Hadisənin təfərrüatları dəqiqləşdirilir.
     

    Muxalifet3 - 26-04-2019

  8. Nə lazımdırsa, onu edəcəyik - Yıldırım

    Sizlərin bu etimadı, bu sevgisi olduğu müddətdə bizə dayanmaq yox, yola davam etmək lazımdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul üzrə bələdiyyə sədrliyinə namizəd olmuş Binəli Yıldırım Pendikdə vətəndaşlarla görüşündə bildirib.
    "Göstərdiyiniz bu yaxınlıq, sevgi və məhəbbət üçün minnətdarlığımı bildirirəm. Sizin etimadınıza layiq olmaq üçün nə lazımdırsa, onu edəcəyik", - Yıldırım deyib.
     

    Muxalifet3 - 26-04-2019

  9. ​Kremldən Trampın təşəbbüsünə - Cavab

    Gözəl ideyadır! Lakin heç bir detal verilməyib. Təşəbbüsün mahiyyəti barədə anlayış yoxdur. Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın nüvə müqaviləsinin məhv edilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib. Qeyd edək ki, ABŞ rəhbərliyinin Rusiya və Çini də əhatə edəcək yeni nüvə sazişi ilə bağlı nazirliklərlə danışıqlar apardığı barədə məlumat yayılıb.

    Muxalifet3 - 26-04-2019

  10. Suriya ilə bağlı bir neçə məsələ qaldı - Lavrentyev

    Suriya Konstitusiya Komissiyasının yaradılması prosesində bir neçə məsələnin həllini gözləyirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
    "Konstitusiya Komissiyasının təsdiq olunması son mərhələdədir. Daha öncə razılıq əldə edilməyən böyük bir məsələ var idi, ancaq indi 2-3 problem qalıb", - Lavrentyev qeyd edib.
     

    Muxalifet3 - 26-04-2019

  11. İspaniyanın 40 illik tarixində ikinci dəfə...

    İspaniyada aprelin 28-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində bayram münasibətilə ölkəni tərk etməyə hazırlaşan 1,2 milyondan çox seçici vaxtından əvvəl səs verib. Bu rəqəm ispan demokratiyasının 40 illik tarixində ikinci böyük göstəricidir.

    Muxalifet3 - 26-04-2019

  12. AB-də Türkiyəni deyil, Rusiyanı istəyirəm - Salvini

    Avropa Birliyinin qapısında gözləyən Türkiyəni deyil, mədəniyyəti və tarixi Avropaya daha yaxın Rusiyanı görməyi üstün tuturam. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İtaliya Daxili İşlər naziri Matteo Salvini çıxış edib. "Bəzi media qurumları hələ də guya mövqeyim üçün aldığım rublu axtarır. Halbuki bunu tamamilə pulsuz edirəm, çünki Rusiyaya tətbiq olunan sanksiyalar heç bir işə yaramır, hətta İtaliya iqtisadiyyatına və Avropa qitəsindəki problemlərin həllinə ziyan vurur", - Salvini qeyd edib.

    Muxalifet3 - 26-04-2019

  13. Mehriban Əliyevadan Qala divarları ilə bağlı - VİDEO AÇIQLAMA

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib. 
    Muxalifet.az xəbər verir ki, birinci xanım Kiçik Qala küçəsində yerləşən Qala divarları olan ərazidəki vəziyyətlə yerində tanış olub. 
    Mehriban Əliyeva BBC News Azərbaycancaya eksklüziv müsahibəsində bildirib ki, "qala divarlarının görünüşünü heç nə kəsə bilməz.

    Muxalifet3 - 26-04-2019

  14. II Avropa Oyunlarında neçə karateçimiz yarışacaq?

    İyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək.
    Muxalifet.az xəbər verir ki, idmançımız Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.

    Muxalifet3 - 26-04-2019

  15. İstanbuldakı seçkilərlə bağlı son qərar nə vaxt veriləcək?

    Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkənin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən ölkənin Ali Seçki Komissiyasına İstanbul seçimlərinə etiraz olaraq göndərdiyi məktubla bağlı son qərarın mayın 3-də veriləcəyi gözlənilir. Muxalifet.az azərac-a istinadən xəbər verir ki, seçkilərə etiraz olaraq yeni qərarlar verilib. Bu qərarlarda İstanbulun bəzi rayonları üzrə səslərin yenidən sayılması nəzərdə tutulub. Yenidən sayıma dair qərar aidiyyəti rayonlara aprelin 29-da göndəriləcək və tamamlanması üçün 5 gün möhlət veriləcək.

    Muxalifet3 - 26-04-2019

  16. ABŞ bu ölkənin XİN rəhbərini də qara siyahıya saldı

    ABŞ Venesuelanın Xarici İşlər naziri Xorxe Arreazaya sanksiya tətbiq edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
    Sözügedən məsələ barədə danışan Stiven Mnuçin rəsmi Karakasa təzyiqləri davam etdirəcəklərini bəyan edib.
     

    Muxalifet3 - 26-04-2019

  17. Trampın Bayden qorxusu: Birdən məğlub olsaq?..

    ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratların namizədi Co Baydenə məğlub olmaqdan qorxur.
    Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, Trampın müşavirlərinə prezident seçkilərində məğlub olmaqdan qorxduğunu dediyi iddia edilib.
    Tramp müşavirlərinə "Birdən Baydenə məğlub olsaq?", - dediyi bildirilib.
    Bundan əlavə, Tramp C. Baydeni vaxtilə Obamanın yanına çəkməsindən də danışıb:

    Muxalifet3 - 26-04-2019

  18. ​Millimiz dünya kubokunda mübarizəyə başladı

    Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku turnirində yığma komandaların çoxnövçülük üzrə yarışları keçirilir. Muxalifet.az xəbər verir ki, Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanovadan ibarət komandamız beş topla hərəkətlərdə mübarizəyə qoşulub. Komandamızın çıxışı 15,750 xalla qiymətləndirilib. Qeyd edək ki, üç gün davam edəcək yarışlarda 25 qrup komandası və 70-dən çox gimnast mübarizə aparır.

    Muxalifet3 - 26-04-2019

  19. ​Neymar meydanlara buraxılmayacaq

    UEFA PSJ komandasının futbolçusu Neymarı yol verdiyi kobudluğa görə 3 oyunluq cəzalandırıb. 
    Muxalifet.az  xəbər verir ki, 27 yaşlı hücumçu Çempionlar Liqasının 1/8 finalında İngiltərə “Mançester Yunayted”i ilə görüşdə hakimləri təhqir edib.
    Beləliklə Neymar 2019-2020 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin ilk 3 oyununda meydana buraxılmayacaq. 

    Muxalifet3 - 26-04-2019

  20. Yalan məlumat yayanlar məsuliyyət daşımalıdırlar

    Sosial şəbəkələrdə qala divarlarına zərər vurulması ilə bağlı yayılan məlumatlara cəmiyyət fəal reaksiya göstərdi. Bu tariximizə və abidələrimizə göstərilən diqqətdən irəli gələn bir hal idi.
     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov Baku TV- yə bildirib ki, bir neçə il əvvəl həmin ərazinin bərpası zamanı çəkilən şəkillərin bu günlərdə paylaşılmasında məqsədli olan şəxslər var. 

    Muxalifet3 - 26-04-2019

Pages