Axtarış
The search found 105768 results in 0.023 seconds.
Search results
Salyanda ağır qəza: 9 nəfər yaralandı
Salyan rayonunda yol qəzası baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, “QAZel” markalı yük maşını ilə rayonun Noxudlu kəndi ərazisində“Mersedes” markalı avtomobil toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb.Muxalifet3 - 25-04-2019
Zelenski özündən çıxdı: Heç bir səlahiyyətim yoxdur
Ukraynada II tur prezident seçkilərindən qalib çıxan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elanını gecikdirməkdə ittiham edib.
Muxalifet.az xəbər verir ki, Zelenski bununla bağlı Feysbuk səhifəsində video-paylaşım edib.
“Çox gülməli hadisələr baş verir. Qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir”, - deyə Zelenski bildirib.Muxalifet3 - 25-04-2019
Deputat: Köhnə fotoları qabardaraq insanları narahat edirlər
Tarixi abidələrimizə qarşı heç bir sayğısızlıq edilmir. Bu sadəcə ictimai rəydən istifadə etməklə məsələyə fərqli don geyindirmək istəyən qüvvələrin atdığı addımdır.
Bunu millət vəkili Elman Nəsirov son günlər cəmiyyətdə ciddi müzakirələrə səbəb olan İçərişəhər Qala divarlarına aid fotoların yayılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qeyri-dəqiq informasiyalar, fotolarla sosial şəbəkələrdə çox böyük ajiotaj yaradırlar:Muxalifet3 - 25-04-2019
Öldükdən 10 dəqiqə sonra AYILDI: Dedikləri hamını ŞOKA SALDI
Luongscrim adlı internet istifadəçisinin sosial şəbəkədə paylaşdığı fikirlər insanları şoka salıb.
Muxalifet.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 2017-ci ildə üzləşdiyi hadisədən bəhs edib. 23 yaşlı xanımın sözlərinə görə, iki il əvvəl ürək tutmasından kliniki ölüm keçirib. Klinik ölüm vaxtı qaranlıqla, ruhlarla, həyatını itirən qohumlarıyla üzləşmədiyini deyən gənc, bəzən düşüncə qabiliyyətinin olduğunu ifadə edib.
O, bildirib ki, kliniki ölüm yuxulamaq kimi bir hissdir.
Muxalifet3 - 25-04-2019
Moskvada silahlı atışma: 2 nəfər öldü
Rusiyanın paytaxtı Moskvanın "Yeni Çeryomuşki" metrostansiyası yaxınlığında silahlı atışma baş verib.
Muxalifet.az Rusiya mediasına istinadən xəbər verir ki, qanlı olayda 2 nəfər ölüb.
Belə ki, naməlum şəxs bir nəfəri odlu silahla qətlə yetirdikdən sonra özünə atəş açaraq intiha edib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 25-04-2019
Ekspert açıqladı: Kartof və soğan bu tarixdə ucuzlaşacaq
Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq.
Muxalifet.az xəbər verir ki, bunu trend -ə ekspert Vüqar Bayramlı deyib.
V.Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib:
"İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub".
Ekspert deyib ki, qiymət artımı müvəqqətidir, çünki mayın sonunda yeni kartof bazara çıxacaq.
Qeyd edək ki, hazırda bazarlarda soğanın bir kiloqramının qiyməti 0.70-1.30 AZN, kartofun qiyməti isə 1-1.30 arasında dəyişir.Muxalifet3 - 25-04-2019
Karibdə gəmi qəzası: Venesuelalılar itkin düşdü
Karib dənizində gəminin qəzaya uğraması nəticəsində ən azı 33 venesuelalı itkin düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Venesuela KİV-i məlumat yayıb.
Olayla bağlı ətraflı məlumat verilməyib.
Muxalifet3 - 25-04-2019
Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunun qalibi oldu
Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eqer şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Pərvin Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib.
O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb.
Qeyd edək ki, bu qələbə ilə Pərvin Məmmədov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.Muxalifet3 - 25-04-2019
Makron müsəlmanları hədəf aldı: ölkə parçalana bilər
Siyasi islam Fransa Respublikası üçün parçalanma təhlükəsi yaradır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
O, islam dininin ölkəsinə zərər verdiyini açıqlayıb:
“Məktəblərdə qəbul edilən qaydalar müsəlmanların gərginlik yaratmasına səbəb olur. Fransada 1905-ci ildə din dövlətdən ayrıldı. Ölkəmiz dövlətlə dini ayıran qanunu qəbul etdi. Buna riayət etməliyik”.
Muxalifet3 - 25-04-2019
Məmmədyarov Mnatsakanyanla yenidən görüşür?
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşünün Vaşinqtonda (ABŞ) baş tuta biləcəyini istisna etməyib.
Muxalifet.az xəbər verir ki, erməni nazir bunu "1in.am" saytı vasitəsi ilə yayımlanan onlayn mətbuat konfransı zamanı deyib.
"(ATƏT-in Minsk qrupunda - red.) üç həmsədr var. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, üçüncü həmsədr də var. Həqiqətənmi üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Həqiqətənmi biz buna hazırıq? Əlbəttə. Növbəti mərhələ olmalıdır axı", - deyə o bildirib.Muxalifet3 - 25-04-2019
Kürdlər neft gəlirini Bağdadla bölüşmür
İraq Kürd Muxtariyyəti neft nəqlindən əldə etdiyi gəliri mərkəzi hökumətə təhvil vermir.
Muxalifet.az xəbər verir ki, bu barədə İraqın Neft naziri Samir Qadban jurnalistərə açıqlamasında deyib.
“2019-cu il büdcəsi ilə bağlı əldə olunan razılığa görə, kürd muxtariyyəti 250 min barel neftdən qazanılan gəliri Bağdada təhvil verməyib”, - nazir bildirib.
O, bununla bağlı yaxın zamanda konkret addımların atılacağını bəyan edib.
Muxalifet3 - 25-04-2019
ADPU-da çox böyük RƏZALƏT – Rektor Prezidentin "Şöhrət" ordeni ilə təltif etdiyi alimi xanımının elmsiz qohumu ilə necə əvəz edib…
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun Muxalifet.az xəbər portalını məhkəməyə verdiyi haqda ötən yazımızda oxucularımıza məlumat vermişdik. Qeyd etmişdik ki, barəsində yazılan tənqidi yazılara, qanunsuz olaraq işdən çıxarılan keçmiş əməkdaşların saytımızda dərc olunan şikayətlərinə dözümsüz yanaşaraq, rektor Muxalifet.az-a qarşı 100 min manatlıq təzminat tələbi ilə məhkəməyə müraciət edib. C.Cəfərov iddia edir ki, guya saytımızda dərc olunan bu yazılar onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirir.
Muxalifet4 - 26-04-2019
Rusiyadan Venesuelaya çağırış: Hazırlıq görürlər, diqqətli olun!
Venesuela müxalifətinin 1 mayda ölkə tarixinin ən böyük nümayişini keçirmək planları haqqında danışan Zaxarova, Venesuelalı siyasətçiləri təxribata gəlməmə çağırışı edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, həftəlik mətbuat konfransında müxalif lider Xuan Guiadonun “1 mayda ölkə tarixinin ən böyük nümayişini edəcəyik” bəyanatını qiymətləndirib.Muxalifet3 - 26-04-2019
Türkiyəyə çağırış: “İraqı birlikdə yenidən inşa edək”
İraq prezidenti Berhem Saleh Türk firmalarını ölkələrində sərmayə qoymağa dəvət edib.
Türkiyənin Bağdad səfiri Fatih Yıldız Türkiyə Podratçılar Birliyinin sədri Mithat Yenigün-ün başçılıq etdiyi nümayəndə heyətini Bağdaddakı Prezident Sarayında qəbul edən İraq prezidenti Berhem Saleh, İraq və Türkiyə arasındakı köklü əlaqələrə vurğu edərək iki ölkə arasında iqtisadi və ticarət sahəsində iş birliyinin də gücləndirilməsi çağırışı edib.Muxalifet3 - 26-04-2019
FETÖ-ya Braziliyada zərbə! Əli Sipahi həbs olundu
Türkiyənin Braziliyadan deportasiya edilməsini tələb etdiyi FETÖ üzvü Əli Sipahi 5 apreldən bəri bu ölkədə nəzarətə alındığı öyrənilib. FETÖ üzvü Əli Sipahi Amerikadan Sao Paulo şəhərinə qayıtdığı 5 aprel tarixindən bəri nəzarətdə olduğu müəyyən olunub. Braziliya səlahiyyətli orqanlarına görə, Braziliya Ali Məhkəməsi 19 martda Sipahinin nəzarətə alınmasına qərar verib. Braziliya polisinin mediaya verdiyi açıqlamaya görə, FETÖ üzvü Sipahi Amerikadan Sao Paulo şəhərinə qayıtdığı 5 apreldə Guarulhos Hava Limanında Braziliya Federal Polisi tərəfindən saxlanılıb.
Muxalifet3 - 26-04-2019
Çevrilişçilərə dəstək: ABŞ gözünü indi də Liviyaya dikdi!
Bütün dünyada çevrilişçilərə arxa çıxan ABŞ-ın prezidenti Donald Tramp, Afrikada ən böyük neft ehtiyatına sahib olan Liviyada siyasət dəyişikliyinə gedərək çevrilişçi general Hafterə açıq dəstək verməyə başlayıb. ABŞ prezidenti Donald Trampın Liviya siyasətində çevrilişçi general Xəlifə Hafterin xeyrinə dəyişikliyə getdiyi iddia edilib.
Muxalifet3 - 26-04-2019
Rusiya bəyan etdi: Dünya üçün ən böyük təhlükə
Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Trubnikov, dünya üçün ən böyük təhlükənin ekoloji fəlakət olduğunu deyib. Rus mütəxəssis, ekoloji mühitin yox olmasının nüvə silahın yaratdığı təhlükədən daha böyük olduğunu bildirib. Trubnikov “Sputnik”-ə verdiyi müsahibədə, ətraf mühit problemlərini dünya üçün ən böyük təhdid kimi gördüyünü bildirib. Trubnikov "Bir kəşfiyyatçı kimi, ətraf mühitlə bağlı problemləri bəşəriyyətə qarşı ən böyük, ən real təhlükə kimi görürəm. Nüvə silahı da təhdiddir, ancaq insanlar bu təhdidin azaldılması üçün tədbirlər görür" deyib.
Muxalifet3 - 26-04-2019
İraq polisi ilə ABŞ əsgərləri toqquşdu! Ölü və yaralılar var
İraqın Kərkük şəhərində ölkə polisi ilə ABŞ hərbçiləri arasında qarşıdurma baş verib.
Kərkükdə İraq Federal polisləri ilə Amerika hərbçiləri arasında qarşıdurma çıxdığı iddia edilib.
Yerli mənbələrdən əldə edilən məlumatlara görə, münaqişədə ölən və yaralananların olduğu bildirilib.
ABŞ vertolyotunun İraq polisinə atəş açdığı da iddia edilir. Qarşıdurmanın hansı səbəbdən baş verdiyi haqda hələlik heç bir məlumat verilməyib.
Müxalifət.azMuxalifet3 - 26-04-2019
Dünyanı sarsıdan etiraf: Obama, Hillari və Sorosu öldürməyi planlaşdırır
ABŞ-da Milli Birləşmiş Konstitusion Qrupunun lideri Larri Mitçel Hopkins ABŞ-ın keçmiş prezidenti Barak Obama və sabiq Xarici İşlər naziri Hillari Klinton və milyarder Corc Sorosa sui-qəsd etməyi planlaşdırdığını etiraf edib.
ABŞ-ın cənub-qərbindəki New Mexiko əyalətində yaşayan Larri Mitçel Hopkins ABŞ prezidenti Barak Obama, keçmiş Xarici İşlər naziri Hillari Klinton və milyarder Corc Sorosa sui-qəsd etməyi planlaşdırdığını deyib.Muxalifet3 - 26-04-2019
Türkiyə və Azərbaycan əleyhinə erməni-PKK ittifaqı - “izlər” yenə Moskvaya aparır
PKK terror təşkilatı qardaş ölkəyə qarşı “erməni taboru” yaratdı, mərasimə Azərbaycanda qətliamlar törətmiş ASALA başkəsənləri də qatıldı; Paşinyan isə Moskvanın istəyi ilə Suriyaya erməni kontingenti göndərməsinə haqq qazandırdı - səbəb...
Muxalifet - 26-04-2019