Axtarış

The search found 105768 results in 0.027 seconds.

Search results

  1. Bakıda baş verən dəhşətli yol qəzaları - VİDEO

    Bakıda baş verən dəhşətli yol qəzalarının görüntüsü ortaya çıxıb. Qəzalarla bağlı görüntüləri Daxili İşlər Nazirliyi yayıb. Videoda yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur. DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın".

    Muxalifet - 25-04-2019

  2. ​İspaniya mediası yazdı: "Barselona" Arda Turanı yenidən...

    İspaniya nəhəngi “Barselona” türkiyəli futbolçu Arda Turanı satmaq istəyir.
    Muxalifet.az xəbər verir ki, kataloniyalılar hazırda “Başakşəhər”də icarə əsasında çıxış edən ulduz futbolçunu bu yay transfer pəncərəsində göndərmək niyyətindədir.
    “Barselona” həm futbolçu siyahısını kiçiltmək, həm də Arda Turana görə “Atletiko Madrid”ə verilən 41 milyon avronu geri qaytarmaq üçün hərəkətə keçəcək.

    Muxalifet - 25-04-2019

  3. ​Ukraynalı analitik: Paşinyanı Poroşenkonun taleyi gözləyir

    Ukraynadakı hadisələr Ermənistanda da gözlənilir. Cənab Paşinyan Zelenski deyil, o, tipik Poroşenkodur.
    Bunu Ermənistanın 1in.am saytına müsahibəsində ukraynalı analitik Vitali Portnikov deyib.
    “Paşinyan oliqarxik sistemin parçalanmasından sonra böyük ümid bəslənilən şəxsdir. Əhali görəndə ki, ümidləri doğrulmur, o zaman cənab Paşinyan cənab Poroşenko kimi sevilməz ola bilər.

    Muxalifet - 25-04-2019

  4. Adam əti yeyən 12 yaşlı qızdan dəhşətə gətirən etiraflar: "Beyin ürəkdən daha dadlıdır" - FOTOLAR

    Həbsxanada intihara cəhd etdiyinə görə komaya düşən gənc ölüb.

    Rusiyada, Soçidə 22 yaşlı Arkadi Zverov 21 yaşlı Aleksandr Popoviçi öldürdükdən sonra onun başını mikrodalğalı sobaya qoyub.

    O, daha sonra kişinin gözlərini çıxardaraq qaynadıb, yeyib. Arkadi, 12 yaşlı sevgilisinə də insan əti yeməyi təklif edib.

    Arkadi Zverov həbs olunarkən xəfiyyələrə adam əti yeməsi ilə bağlı videoları da göstərib.

    O, ilk ifadəsində 12 yaşlı məktəbli sevgilisi Valeriya ilə cinsi əlaqədə olduğunu etiraf edib.

    Muxalifet4 - 25-04-2019

  5. ​Almaniyada dərc edilən “Der Spiegel” nəşrinin Türkiyə XOFU

    Almaniyada dərc edilən “Der Spiegel” nəşri Türkiyənin Suriyanın şimalında İŞİD və PKK terror təşkilatlarına qarşı əməliyyatları ilə bağlı yalan bir xəbər verib. Mətbu orqanı Türkiyənin terror təşkilatlarına qarşı mübarizəsini Suriya torpaqlarını öz ərazilərinə daxil eləmək istəyi kimi qələmə verib və Osmanlı dövlətinin 1920-ci il xəritəsini paylaşıb. Əl Bab, Cerablus, Afrin bölgələrində əhalinin dincliyinə qovuşmasına göz yuman jurnal Afrində mədəni və etnik təmizlik aparıldığı kimi çirkin ittihamlar irəli sürüb.

    Muxalifet - 25-04-2019

  6. ​Sabah bu ali məktəblərdə dərs olmayacaq - SİYAHI

    Sabah Bakıda bəzi universitetlər fəaliyyət göstərməyəcək.
    Buna səbəb "Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsidir. 
    Belə ki, yarışların keçiriləcəyi ərazidə yerləşən təhsil müəssisələrinin - Azərbaycan Dövlət Pedoqoji, Qərbi Kaspi və İqtisad Universitetlərinin əsas korpusunda təhsil alan tələbələr dərsə getməyəcəklər.
    Qeyd edək ki, "Formula-1” üzrə SOCAR Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-nə qədər davam edəcək./oxu.az

    Muxalifet - 25-04-2019

  7. Şri-Lankada yeni terror XƏBƏRDARLIĞI

    Şri-Lanka hökuməti adanın məscidlərinə terror aktlarının törədiləcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib.
    Trend-in məlumatına görə, bu barədə Şri-Lanka polis müfəttişi Priyantxu Cayakodi bildirib.
    Sosial şəbəklərdə isə yeni terror aktlarının törədiləcəyi ilə bağlı vərəqlərin şəkilləri paylaşılıb.
    P.Cayakodinin sözlərinə görə, bununla əlaqədar olaraq ölkədəki bütün məscidlərin ərafında təhlükəsizlik tədbirləri gücləndirilib: "Narahat olmağa heç bir əsas yoxdur".

    Muxalifet - 25-04-2019

  8. ​DİM proqram seçimi elan edir

    Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edir.
    DİM-dən verilən məlumata görə, proqram seçimi DİM-in internet saytı vasitəsilə elektron qaydada aparılır.

    Muxalifet3 - 25-04-2019

  9. ​Bakıda mənzilin və torpağın qiyməti qalxdı

    Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var.
    Muxalifet.az xəbər verir ki, bu barədə report-a bazarı araşdıran "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
    Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə, həm sayda, həm də qiymətlərdə özünü göstərir”.

    Muxalifet3 - 25-04-2019

  10. ​Rusiyadan Fransaya diskriminasiya ittihamı

    Fransa Rusiya KİV-ləri ilə bağlı normallaşma çağırışlarımızı məhdudlaşdırır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
    “Rəsmi Paris Rusiyanın normallaşma çağırışlarını bloklayır və rus KİV-ə qarşı məhdudlaşdırma və diskriminasiya siyasəti yeridir”, - deyə XİN sözçüsü bildirib.
     

    Muxalifet3 - 25-04-2019

  11. ​Tiflisdən növbəti sərhəd açıqlaması: Azərbaycan...

    Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyətini bərpa etməsinə ehtiyac var.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania keçirdiyi brifinqdə bildirib.
    Onun sözlərinə görə, iki ölkə arasında sərhədin delimitasiyası olduqca vacibdir:
    “Gürcüstan və Azərbaycan prezidentlərinin əldə etdiyi razılaşmaya əsasən, iki dost ölkə arasında sərhədin delimitasiyası üzrə komissiya işini vaxtında bərpa etməlidir”.

    Muxalifet3 - 25-04-2019

  12. ​XİN-dən Keşikçi Dağı ilə bağlı açıqlama

    Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi Dağı Məbəd-Kompleksinə girişin məhdudlaşdırılması ilə bağlı Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.
    Nazirliyin mətbuat katibi Leyla Abdullayeva açıqlamasında deyib ki, Keşikçi Dağı (David Qareci) Məbəd-Kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.

    Muxalifet3 - 25-04-2019

  13. Taliban Türkmənistandan gələn elektrik naqilini kəsdi

    Taliban qüvvələri Türkmənistandan Əfqanıstana uzanan elektrikötürücü naqili kəsiblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.
    Bildirilib ki, Talibanın nəzarətində olan Moko rayonunun 21 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb.
    Əfqanıstanın hökumət qüvvələrinin radikal qruplaşma üzvlərindən enerjinin verilişinin bərpası ilə bağlı tələbi qəbul edilib.
    Lakin avadanlıq çatışmazlığı səbəbindən enerjinin bərpası xeyli vaxt alacaq.

    Muxalifet3 - 25-04-2019

  14. "Bilinsin ki, Ermənistanla qohum xalqıq..." – İrandan gözlənilməz AÇIQLAMA

    İrandakı ermənilər dünən qondarma "erməni soyqırım"ının 114 illiyini qeyd etdilər.

    Onlar yaşadıqları ölkədə, "bütün dünya müsəlmanlarının həmd və pənahı" olduğunu iddia edən İranda rahatlıqla yaşayırlar.

    Muxalifet.az bildirir ki, İranda təxminən 30 milyon azərbaycanlı yaşasa da, soydaşlarımıza dilimizdə təhsil almaq yasaqdır. Azərbaycan dilində nə bir telekanal, nə radiostansiya yoxdur.

    Əvəzində İrandakı ermənilərə dillərində təhsil imkanı verilib.

    Muxalifet3 - 25-04-2019

  15. MHP-dən AKP-çiyə qarşı etiraz - İnanılmaz

    Türkiyənin Elazığ şəhərinin Palu ilçəsinin bələdiyyə sədri seçilən AKP-çi Əfrayim Ünalın mazbatası (başqanlıq vəsiqəsi) MHP-nin etirazı ilə geri alınacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.
    Belə ki, MHP tərəfi Ali Məhkəmənin Ünal barəsində qərarı olduğunu, onun açıqlanmayan səbəbdən məsuliyyətə cəlb edildiyini əsas gətirərək sədrliyinin ləğvini tələb edib.
    Məsələ baxan Ali Seçki Qurumu (ASQ) MHP-nin bu etirazını qəbul edib və yenicə sədr olmuş Ünalın başqanlıq vəsiqəsinin geri alınacağını bəyan edib.
     

    Muxalifet3 - 25-04-2019

  16. Azərbaycan Latın Amerikası ölkəsinə nota verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə yayılan məlumatlar münasibət bildirib.

    Muxalifet3 - 25-04-2019

  17. Anonim zəng: 4 min adam evakuasiya edildi

    Moskvada 3 ticarət mərkəzi bomba qoyulması ilə bağlı daxil olan anonim zəngdən sonra təxliyyə edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    “Kolambus”, “Şəhər” və “Kunçeva Plaza” kimi TM-in personalı və əməkdaşları təhlükəsiz şəraitdə evakuasiya edilib.
    Binalardan ümumilikdə 4 min insanın çıxarıldığı bildirilib.
     

    Muxalifet3 - 25-04-2019

  18. Belçika ermənilərin bu arzusuna QADAĞA QOYDU

    Bu gün Belçika Federal Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edib.

    Muxalifet3 - 25-04-2019

  19. Kim Çen Trampa görə 4 diplomatını EDAM ETDİRDİ – ŞOK SƏBƏB

    Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla Vyetnamda təşkil olunan zirvə görüşündən lazımı nəticə əldə edə bilməyən 4 diplomatı edam etdirib.
    Muxalifet.az xəbər verir ki, Kim Çen onları ABŞ-a gizli məlumat ötürməkdə şübhəli bilərək cəzalandırıb.
    Diplomatlar güllələnərək edam edilib.
    Şimali Koreya rəsmiləri edamlarla bağlı heç bir rəsmi açıqlama verməyib.
     

    Muxalifet3 - 25-04-2019

  20. Göygöldə 16 yaşlı qız yıxılaraq öldü

    Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb. Muxalifet.az xəbər verir ki, hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcilli xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet3 - 25-04-2019

Pages