Axtarış

The search found 105768 results in 0.024 seconds.

Search results

  1. İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO/VİDEO

    İki dəfə ağciyər transplantasiyası əməliyyatı keçirmiş tanınmış amerikalı opera müğənnisi Çariti “Sanşayn” Tilman-Dik 35 yaşında vəfat edib.
    Bu barədə BBC məlumat yayıb.
    Gənc ifaçıya 2004-cü ildə ağciyər hipertenziyası diaqnozu qoyulub. Sağ qalması üçün ona iki dəfə donor ağciyəri köçürülüb.
    Fiziki məhudiyyətli olmasına rəğmən, uzun illər karyerasını davam etdirib və dünyanın müxtəlif opera teatrlarında məlahətli soprano səsi ilə dinləyicilərin könlünü oxşayıb.  
    Müğənninin ölüm xəbərini ailəsi onun “Facebook” səhifəsində elan edib.

    Muxalifet - 25-04-2019

  2. ​Azərbaycanda 35 yaşlı müəllimədən DƏHŞƏTLİ ƏMƏL: Dərsdən çıxandan sonra…

    Dünən Salyan rayonunun Seyidsadıqlı kəndində özünü çaya ataraq intihar edən müəllimənin meyiti tapılıb.
    Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1982-ci il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının meyitini çaydan çıxararaq aidiyyatı üzrə təhvil verib.
    Məlumata görə, intihar edən 35 yaşlı A.Dadaşova kənd məktəbində ibtidai sinif müəllimi kimi çalışıb və 3 uşaq anası olub. O, dünən günün birinci yarısında məktəbdə dərs prosesində iştirak edib, sonra evə gələrək məktub yazıb və kən d ərazisindəki körpüyə gələrək özünü çaya atıb.

    Muxalifet - 25-04-2019

  3. Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Muxalifet - 25-04-2019

  4. Prezident İlham Əliyev "Huawei" şirkətinin sədri ilə görüşüb- FOTO

    Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.
    Azərtac xəbər verir ki, “Huawei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirib və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib.

    Muxalifet - 25-04-2019

  5. ​Rusiyadan bu ölkəyə BÖYÜK HƏMLƏ: İşğalına başladı... – Qərar

    Rusiya Prezidenti Vladimir Putin nəinki Vladimir Zelenskini Ukraynanın prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ilk böyük zərbəsini də vurdu.
    Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinə Rusiya vətəndaşlığının asanlaşdırılmış qaydada verilməsi haqqında qərarını şərh edərkən deyib. O bildirib ki, bu addım Donbasın Ukraynadan qoparılması prosesini sürətləndirməyə xidmət edir:

    Muxalifet - 25-04-2019

  6. ​7 yaşlı uşağı avtobus vurdu

    Yevlaxda sərnişin avtobusu 7 yaşlı uşağı vuraraq öldürüb.
    "Report"un məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.
    Yaşadığı evdən qəfil yola çıxan 7 yaşlı Əsgərova Ləman Asim qızını kənd avtobusu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 25-04-2019

  7. "Donald Trampı impiçment etmək lazımdır" - Konqres üzvü

    ABŞ-ın Demokratlar Partiyasından Konqres üzvü Maksin Uoters bildirib ki, ABŞ prezidenti Donald Trampı impiçment etmək lazımdır.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" sosial şəbəkəsində öz səhifəsində yazıb.
    Maksin Uotersin sözlərinə görə, ona edilən müraciətlərin 90 faizi Trampın impiçmentinə dəstəklə bağlıdır. Uoters qeyd edib ki, hazırda demokratlar arasında Hüquq komitəsinin təşəbbüs etməli və öyrənməli olduğu impiçment haqqında qətnamə ilə bağlı fikir ayrılıqları var.

    Muxalifet - 25-04-2019

  8. Nazir HHQ-nin yeni komanda məntəqəsinin açılışında

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin aviasiya bazasının yeni inşa edilən birləşmiş komanda məntəqəsinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
    Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
    Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək qarşısına gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

    Muxalifet - 25-04-2019

  9. ​Düşmən Ağdamda uşaqları HƏDƏFƏ ALDI: 13 yaşlı qız... - FOTO

    Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozaraq cəbhə bölgəsində yaşayan dinc əhalini atəşə tutub. 
    Bu gün saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndinin azyaşlı sakinləri düşmənin hədəfinə tuş gəliblər. Atəşə məruz qalanlar uşaqlardan birinin səhhəti pisləşib.
    Ordu.az-ın verdiyi məlumata görə, 13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. Kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar. 

    Muxalifet - 25-04-2019

  10. “Tramp rəhbərliyi Yəməndəki Səudiyyə qırğınlarının günah ortağıdır” – “Washington Post”

     “Vaşinqton Post” qəzeti Səudiyyə Ərəbistanının Yəməndə səbəb olduğu ölümlərdə Tramp rəhbərliyinin də payının olduğunu müdafiə edən bir baş məqalə dərc edib.
     
    Baş məqalədə, Yəməndəki döyüşdə çox sayda mülki vətəndaşın ölümünə səbəb olan Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya dəstək verən ABŞ rəhbərliyinin, "cinayət ortağı" olduğu bildirilib.

    Muxalifet3 - 25-04-2019

  11. "WhatsApp"a yeni qadağa gəlir - XƏBƏRDARLIQ

    Məşhur mesajlajma şəbəkələrindən  olan "WhatsApp” istifadəçilərinə yeni qadağa tətbiq etmək üzərində işləyir.  
    Bakupost.az-ın Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik məsələlərini nəzərə alan şirkət rəhbərliyi istifadəçilərin telefonun ekranındakı yazışmaları "screen” etməsini əngəlləmək fikrindədir. 
    Şirkət hazırda bu tətbiqin üzərində işləyir. 

    Muxalifet - 25-04-2019

  12. ​Azərbaycanda toy yasa döndü – ÖLƏN VAR

    Ötən gecə Bakı-Quba magistralının Xırdalan istiqamətindən keçən hissəsində ağır yol qəzası baş verib.
    Abşeron rayonu ərazisində “Toyota” markalı, 99 FX 360 dövlət qeydiyyat nişanlı minik avtomobili sərxoş halda yolu keçən 1963-cü il təvəllüdlü Mais Babayevi vurub.
    Ağır xəsarət alan56 yaşlı piyuada hadisə yerində ölüb.
    Bildirilir ki, M.Babayev yaxınlıqdakı şadlıq evində iştirak etdiyi toy mərasimindən çıxarkən dəhşətli hadisə ilə üzləşib.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 25-04-2019

  13. “Ölkədəki Müsəlmanları hədəfə gətirdilər” – “New York Times”

    “New York Times” qəzeti Şri-Lankada kilsələri və mehmanxanaları hədəf alan terror hücumlarını İŞİD-ın üzərinə götürməsindən sonra ölkədəki Müsəlmanların özlərini təhlükəsizlikdə hiss etmədiyini yazıb. Şri-Lankada Pasxa ayini zamanı kilsələri və mehmanxanaları hədəf alan terror hücumlarını terror təşkilatı İŞİD-ın üzərinə götürməsindən sonra ölkədəki Müsəlmanların özlərini təhlükəsizlikdə hiss etmədiyi və bəzi Xristianların Müsəlmanlara hücum etdiyi bildirilib.

    Muxalifet3 - 25-04-2019

  14. QALMAQALLI müğənnini Rusiyada pul yağışına TUTDULAR - VİDEO

    Müğənni Afət Fərmanqızı yeni videogörüntüsü ilə yenə gündəmə gəlib. Rusiya əyalətlərinin birində toy məclisinə qatılan müğənni, rəsmən “pul yağışına” tutulub. Belə ki, məclisdə Nəsiminin “Pəncu Şeş” qəzəlinə oxuduğu mahnısını ifa edən müğənninin başına pul səpələyiblər. Fərmanqızı görüntüləri öz İnsagram hesabından paylaşıb. İfaçı videoya özünə məxsus şərh də verib: “Ürəyi zəif olanlar üçün. Səhər ac qarnına iki dəfə. Ürəyin ritmini qaydaya salır”. Görüntü İnstagram izləyiciləri tərəfindən maraqla qarşılansa da, narazı olanlarda tapılıb.

    Muxalifet - 25-04-2019

  15. Bakıda məşhur geyim mağazasından azərbaycanlılara qarşı təxribat - VİDEO

    Yasamalda "İnşaatçılar" metrosunun yaxınlığındakı "Bonita" geyim mağazasında erməni mahnısı səsləndirilib. Muxalifet.az Buta.media-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Könül Aypara məlumay yayıb. K. Aypara qeyd edib ki, məsələ ilə bağlı mağaza işçilərin iradını bildirib: "Yaxınlaşıb lazımi iradımı bildirdikdən sobra kassir xanım, "onsuz da kefimiz yoxdur, siz də üstəlik qanımızı qaraldırsız". İstədim, üzr istəyim qanlarını qaraltdığıma görə"

    Muxalifet - 25-04-2019

  16. “Ukraynaya metal satırdım, ən yaxşı pul da o vaxtı qazanmışam" - Hüseyn Abdullayev

    Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və onlarla birgə ittiham olunan şəxslərin məhkəməsi davam edib. Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda Zeynəb Abdullayeva çıxış edib. O, işdə zərərçəkmiş kimi tanınan Elnur Məmmədovla bağlı danışıb: "Elnur Məmmədov bizim obyekti icarəyə götürüb. Lakin pulu vermirdi. Dəfələrlə danışığımız olub, amma pulu ödəməkdən imtina edib. Bizə pul verməli olan adam zərərçəkmiş olub? Ona kim hədə-qorxu gəlib? Elnurla mən danışmışam. Əgər buna görə Hüseyni tutublarsa, məni də tutsunlar.

    Muxalifet - 25-04-2019

  17. ​Bacı əlil qardaşını 20 ildir hində saxlayır? - Nazirlik açıqlama yaydı

    Daxili İşlər Nazirliyi hində zəncirlənmiş halda saxlanıldığı deyilən şəxslə bağlı araşdırmalara başlayıb. DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə modern.az-a bildirib ki, məlumat sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırmalar başlayıb: “Ucar rayon polis şöbəsinin əməliyyat qrupu, rayon prokurorluğunun və Qarabörk kəndinin rəsmilərinin iştirakı ilə Əfşan İbrahimova və qardaşı İlyas İbrahimovun ünvanına baxış keçirilib. Baxış zamanı İlyas İbrahimovun ikimərtəbəli evin birinci mərtəbəsindəki çarpayıda yatdığı müşahidə olunub. Ev şəraiti normal olub”.

    Muxalifet - 25-04-2019

  18. ​Bu ölkədə alçanın kilosu 100 dollara satılır

    İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 95,2 dollar) satılır.
    Bunu Tehran Meyvə və Göyərti Satıcıları Birliyinin sədri Əsədulla Kargər deyib.
    Ə.Kargərin sözlərinə görə, hazırda alça üçün qiymət 2-4 milyon rial (təxminən 47,6-95,2 dollar) təklif olunur.
    Birlik sədri əlavə edib ki, bu qiymət əsla məntiqəuyğun deyil./trend

    Muxalifet - 25-04-2019

  19. ​İş qurmaq üçün 67 min manat verdi, pulundan oldu

    32 yaşlı Bakı sakininin 67 min manat pulu oğurlanıb.
    Tanışı iş qurmaq adı ilə onu aldadıb.
    Belə ki, ötən ilin oktyabr ayında 1987-ci il təvəllüdlü Əmrahov Emil Muxtar oğlu tanışı Ceyhun adlı şəxsə iş qurmaq üçün 67 min manat pul verib. Lakin Ceyhun adlı şəxs onu aldadaraq pulu mənimsəyib. 
    E.Əmrahov məsələ bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazıb.
    Faktla bağlı araşdırma aparılır./Oxu.Az

    Muxalifet - 25-04-2019

  20. Sahibkarlar üçün Vergi divarı... – SENSASİON FAKTLAR

    Azərbaycanda vergi qanunvericiliyinin köklü surətdə yenilənməsinə baxmayaraq vergi sahəsində ciddi problemlər hələ də qalır. Bu barədə məlumat verən vergi eksperti Vəli Əliyevin sözlərinə görə, hazırda ölkə məhkəmələrində vergi mübahisəsi ilə bağlı çoxsaylı işlərə baxılmaqdadır. Problemi yaradan əsas səbəblər vergi xidməti tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsi, bəzi hallarda isə qanuna zidd addımlar atmasıdır.

    Muxalifet - 25-04-2019

Pages