Axtarış
The search found 105768 results in 0.082 seconds.
Search results
ŞOK: Fotosesiya zamanı model ona sataşan kişini belə döydü - VİDEO
Braziliyalı MMA döyüşçüsü Coys Viyera fotosesiya zamanı ona sataşan kişini tutaraq döyüb.
“Ölkə.Az” xəbər verir ki, hadisə Rio-de-Janeyro sahillərində baş verib.
Foto çəkilişləri zamanı onu kənardan seyr edərək mastrubasiya ilə məşğul olan kişini görən Viyera onu təpikləyib. Şəxs hadisə yerini tərk etmək və üzr istəmək əvəzinə Coysa yumruq atıb. Bu isə MMA döyüşçüsünü daha da əsəbləşdirib və şəxsi döyüb. Hadisə yerinə polis gəlib.
Muxalifet - 24-04-2019
Tramp Meksikaya ordu yeridir? – Müharibə XƏBƏRDARLIĞI
ABŞ Meksika ilə sərhədə silahlı hərbçilər göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında məlumat yayıb.
"Bu yaxınlarda Meksika əsgərləri çox güman sərhəddə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olanlardan diqqəti yayındırmaq üçün hərbçilərimizə silah qaldırıb. Yaxşı olar ki, belə hallar bir daha təkrarlanmasın. Əks təqdirdə cəzasını Meksika höküməti ödəyər", - Tramp deyib.
Muxalifet3 - 24-04-2019
Şeyx Paskalla görüşdü: II Bakı sammiti... - Foto
Aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A.Paşazadə bu yaxınlarda Parisin Notr-Dam kilsəsində baş vermiş yanğından təəssüf hissi keçirdiyini, bu məşhur və möhtəşəm tarixi abidənin tezliklə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dindarları bu işə maddi və mənəvi dəstək verməyə hazırdırlar.Muxalifet3 - 24-04-2019
Yol Polisi sürücülərə müraciət etdi: Riayət edin...
Dövlət Yol Polisi (DYP) “Formula 1” SOCAR Azərbaycan Qran-prisi ilə bağlı sürücü və piyadalara müraciət edib.
Daxili İşlər Nazirliyindən report-a verilən məlumata görə, “Formula 1” SOCAR Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib. Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.Muxalifet3 - 24-04-2019
Türkiyədən Trampın bəyanatına AÇIQLAMA: Ermənilərin uydurduğu...
ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatını rədd edirik.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Ermənilərin uydurduqları subyektiv bu açıqlamanın heç bir dəyəri yoxdur. Tarixin daxili siyasi mülahizələrlə təhrif edilməsi əsla qəbuledilməzdir. Həmin dövrdə erməni üsyançılarla qətlə yetirilən 500 mindən çox müsəlmanın ağrılarını bir daha xatırladaraq Trampı ədalətli olmağa dəvət edirik", - bəyanatda deyilib.
Qeyd edək ki, bu gün Tramp qondarma erməni soyqırımını "böyük fəlakət" adlandırıb.Muxalifet3 - 24-04-2019
Kanadada yük qatarı relsdən çıxdı: Təhlükəli maddələr...
Kanadanın Kvebek əyalətində yerləşən Monreal şəhərinin şərqində bir neçə vaqonunda təhlükəli maddələr daşıyan yük qatarı relsdən çıxıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Kanada Milli Dəmir Yolları İdarəsinin rəsmi nümayəndəsi məlumat verib.
Qəza nəticəsində yük qatarının 10 vaqonu relsdən çıxıb, lakin təhlükəli maddələrin sızmasının qarşısını almaq mümkün olub.
Hazırda hadisənin baş verdiyi ərazidə mütəxəssislər fəaliyyət göstərir. Hələlik insidentin səbəbləri barədə məlumat verilmir.
Muxalifet3 - 24-04-2019
Si Szinpin Bakıya gəlir
Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycana səfərə gələcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Pekində səfərdə olan Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Szinpin arasında söhbət olub.
Azərbaycan dövlət başçısı İlham Əliyev Szinpini Azərbaycana səfərə dəvət edib. Qarşı tərəf dəvəti məmnunluqla qəbul edib.
Muxalifet3 - 24-04-2019
SON DƏQİQƏ: Türkiyə səssizliyini POZDU: Ordu hücuma KEÇDİ
Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalına aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, Türkiyə hərbi təyyarələri Hakurk, Zap, Avaşin-Basyan, Qara və Qəndil bölgələrində yerləşən PKK-nın silah anbarlarını məhv edib.
Muxalifet3 - 24-04-2019
Avropa Liqasının finalı Rusiyada keçiriləcək?
Moskvanın “Spartak” futbol klubunun stadionu “Otkrıtiye Arena”da UEFA Avropa Liqasının finalı keçirilə bilər.
Muxalifet.az xəbər verir ki, bu haqda klubun kommersiya direktoru Aleksandr Atamanenko bildirib. O, qeyd edib: “UEFA Avropa Liqasının finalını keçirməkdə maraqlıyıq. Amma Çempionlar Liqası keçirmək üçün potensialımız yoxdur”.
“Spartak” klubu 2014-cü ildə tikilmiş “Otkrıtiye Arena" stadionunda ev oyunlarını keçirir. Arenanın tamaşaçı tutumu 45 min 360 nəfərdir.Muxalifet3 - 24-04-2019
ABŞ-ın buna gücü yoxdur - Ruhani
ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib.
ABŞ-ın İranın neft ixracını sıfıra endirməklə bağlı planı reallaşmayacaq və müxtəlif yollarla neft satışını davam etdirəcəyik. Bu addımlarla ABŞ neft şirkətlərinə, öz vətəndaşlarına zülm verir", - Ruhani söyləyib.
Muxalifet3 - 24-04-2019
Ərdoğan Fransaya HƏDDİNİ BİLDİRDİ: “Ey ermənilər...” - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə təşkil olunan Arxiv simpoziumunda Fransaya, xüsusilə Fransa prezidenti Emmanuel Makrona qarı çox sərt mesajlar göndərib.
"24 apreli "erməni soyqırımı” günü kimi tanıyan Fransa prezidentinə bildirmək istəyirəm ki, son əsrlərdə insanlığın yaşadığı bütün qanlı toqquşmalara görə, məsuliyyəti bu gün azadlıq maskası taxanlar daşımalıdır.Muxalifet3 - 24-04-2019
Samuxda faciə: Boğazı kəndirə dolaşdı...
Samuxda 12 yaşlı uşaq ehtiyatsızlıqdan ölüb.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Yenikəndində qeydə alınıb. Belə ki, 12 yaşlı Tunar Baxışəliyev yelləncəkdə oynayarkən boğazı kəndirə ilişib boğulub ölüb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 24-04-2019
Vyanada etiraz aksiyası: Ermənilərlə bağlı Fransaya etiraz
Aprelin 24-də Fransanın Vyanadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, aksiyada Fransada “erməni soyqırımı” gününün təsis edilməsi və bu ölkənin uydurma erməni iddialarını dəstəkləməsinə etiraz edilib.
Aksiyada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş və digər ictimai fəallar çıxış ediblər.Muxalifet3 - 24-04-2019
İstanbulda 26 bina boşaldıldı: Təhlükə...
Türkiyənin İstanbul şəhərində çökmə təhlükəsi olan daha 26 bina boşaldılıb.
Muxalifet.az xəbər verir ki, sakinlər otellərə yerləşdirilib.
Əraziyə baxış keçirən Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum hadisə ilə bağlı məlumat verib. Bildirib ki, çökmə hadisəsi ilə bağlı ərazinin coğrafi təhlilləri aparılır.
Qeyd edək ki, bir neçə gün öncə İstanbulun Kağızxana rayonunda torpaq sürüşməsi nəticəsində dördmərtəbəli bina uçub.
Muxalifet3 - 24-04-2019
İŞİD yenidən canlanır? - Rusiyadan xəbərdarlıq
İŞİD Suriya torpaqlarında Fəratın şərqində yenidən canlana bilər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Baş Qərargahı Rəhbərliyinin Baş Hərəkat dairəsinin sədr müavini Stanislav Qacıməhəmmədov çıxış edib.
"Fəratın şərqi təcrid edilmiş region olmaqda davam edir. Bu da orada xalq arasında Suriya və İraqın ərazi bütövlüyünə təhdid yaradan separatçı düşüncələrin artması və İŞİD-in yenidən canlanması üçün şərait yaradır", - Qacıməhəmmədov qeyd edib.
Muxalifet3 - 24-04-2019
ŞOK: ABŞ-dan dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA
Aralıq dənizində "Linkoln" və "Con C. Stennis" təyyarədaşıyan gəmilərinin hərbi təlimləri Rusiyaya yönəlik bir siqnaldır. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bildirib. Hantsman ABŞ-ın hərbi təlimlərinin Rusiyanın qeyri-sabitliyə yol açan hərəkətlərinə cavab verməsi üçün lazım olduğunu söyləyib. Qeyd edək ki, aprelin 23-də ABŞ-ın sözügedən hərbi gəmiləri, eləcə də 130 təyyarə, 10 gəmi və 9 min əsgərin iştirakı ilə "döyüş oyunu" start götürüb.
Muxalifet3 - 24-04-2019
Bakıda bunu həll etməliyik - Volf
“Mersedes” komandasında "Formula 1" Azərbaycan Qran-Prisinə hazırlaşırlar. Maraqlı Bakı trasında keçəcək yürüşdə pilotları şinlərin, xüsusilə ön şinlərin qızması kimi çətinliklər, optimal sazlanma yollarının axtarışı gözləyir. Bu trasda səhvə yol vermək baha başa gəlir. Çempion komandanı mövsümün dördüncü mərhələsinə hansı ümidlərin bağlaması barədə təəssüratları ilə komandanın rəhbəri Toto Volff bölüşür.
Muxalifet3 - 24-04-2019
Lavrov onunla Qarabağdan danışdı
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb.
Trend-in məlumatına görə, tərəflər T.Qremingerin 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya səfəri çərçivəsində görüşüb:Muxalifet3 - 24-04-2019
Bu ölkədə yeni hökumət təsdiqləndi
Estoniya Prezidenti Kersti Kalyulayd "İsamaa", EKRE və Mərkəzçi partiyaların birgə təklif etdiyi hökumətin tərkibini təsdiqləyib.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, bu münasibətlə Estoniya Prezidenti və koalisiya hökumətində birləşmiş üç partiyanın sədri birgə mətbuat konfransı keçiriblər. Mərkəzçi Partiyanın sədri Yuri Ratas çıxışında Prezidentə təklif olunmuş hökumətin tərkibini təsdiqlədiyi üçün təşəkkür edib.Muxalifet3 - 24-04-2019
MHP: Kılıçdaroğlunu qoruduq, təşəkkür gözləyirik
MHP başqanının köməkçisi Mövlud Qaraqaya Kamal Kılıçdaroğlunu qorudu. CHP-dən təşəkkür gözləyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri MHP başqanının müavini Yaşar Yıldırım deyib.
Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu Ankarada bir şəhidin dəfn mərasimində hücuma məruz qalıb.
Muxalifet3 - 24-04-2019