Axtarış

The search found 105768 results in 0.022 seconds.

Search results

  1. ABŞ kuklası general Hafter Türkiyəni hədəf aldı: "Erməni soyqırımını" tanıyırıq

    Türkiyəyə qarşı düşməncə bir açıqlama verən çevrilişçi general Hafter rəhbərliyi 1915 erməni hadisələrini "soyqırım" olaraq tanıdığını elan edib. Saxta hökumət Türkiyəni hədəf alaraq 1 milyondan çox erməninin öldürüldüyünü iddia edib.
     
    Özünü "Müvəqqəti Liviya Hökuməti" adlandıran çevrilişçi Hafterin saxta hökuməti 1915-ci il hadisələrini 'soyqırım' adlandırıb.
    Tobrukda yerləşən Hafterin saxta hökuməti "Liviya hökuməti 100 il əvvəl Türklərin ermənilərə qarşı soyqırım törətdiyini qəbul edib deyə açıqlama verib”.

    Muxalifet3 - 23-04-2019

  2. Qərb liderləri üçün “24 aprel” sınağı

    Politoloq: “Ermənilərin özlərinə bu yolla siyasi xal qazanmaq niyyəti baş tutan deyil...”

    Sabah - aprelin 24-də ermənilər və ermənipərəstlər qondarma “erməni soyqırımı”nı qeyd edəcəklər. Erməni lobbisinin güclü olduğu ölkələrdə də həmin gün xüsusi formada qeyd edilir.

    Məlumdur ki, saxta iddianı tanıyan ölkələrin başında Fransa gəlir. Az öncə Fransa prezidenti Emmanuel Makron 24 apreli, üstəlik, ölkədə qondarma “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edib.

    Muxalifet - 23-04-2019

  3. Aprel döyüşlərinin qəhrəmanının adı orta məktəbə verildi

    Nazirlər Kabineti Azərbaycanın Milli Qəhrəmanın adının orta məktəbə verilməsi haqda qərar verib.
    Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, qərarla Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı verilib.
    Bu təklifi Neftçala Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış şəkildə irəli sürüb.
    Qeyd edək ki, 1981-ci il təvəllüdlü S. İmanov aprel döyüşləri zamanı Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. 

    Muxalifet - 23-04-2019

  4. Türkiyəyə qarşı bir təxribat da S. Ərəbistanından

    Camal Qaşıqçı cinayətini ifşa edən Türkiyəyə yönəlik nifrətini davam edən ABŞ kuklası Səudiyyə Ərəbistanı və BƏƏ yeni bir “deziformasiya” əməliyyatına başlayıb. Camal Qaşıqçı cinayətində ifşa olunca dəliyə dönən Səudiyyə hakimiyyəti yeni Türkiyəyə qarşı yeni ictimai rəy yaratma əməliyyatını başladaraq Türkiyədə 1006 Səudiyyəlinin itkin düşdüyü yalanını ortaya atıb. Səudiyyənin “Riyad” qəzeti bu düşməncə təbliğat xəbərini dərc edəndən sonra Twitterdə kampaniya başladan Səudiyyəlilər Türkiyəni günahlandırıb.

    Muxalifet3 - 23-04-2019

  5. ​Van Damm Türkiyəyə gəldi - VİDEO

    Hollivud ulduzu Jan Klod Van Damm istirahət etmək üçün Bodrumu seçib.
    Hürriyet xəbər verir ki, aktyor Milas-Bodrum hava limanında çiçəklərlə qarşılanıb.
    Hollivud ulduzu ilk dəfə Bodruma gəldiyini və bir həftə burada istirahət edəcəyini bildirib.

    Muxalifet - 23-04-2019

  6. Alman mətbuatının Afrin “əndişəsi”

    Türkiyənin Suriyada terror təşkilatı PKK / PYD-YPG işğalı altında olan bölgələrə təşkil etdiyi “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatlarını "işğal" olaraq dəyərləndirən Alman mətbuatı, terror təşkilatının sözdə lider heyətində olan Ayşe Hiso-nun "Afrinə dönüş" xəyallarını xəbər olaraq verib. Hatayın da bir dövr Suriyaya bağlı olduğu və Türkiyə tərəfindən ilhaq edildiyi xatırladılan yazıda, "Afrinin də eyni taleyi yaşamasını istəmirlər" deyə fikirlərə yer verilib.
     

    Muxalifet3 - 23-04-2019

  7. Şəmkirin icra başçısının nəhəng biznes İMPERİYASI: Qızıl balıq, maral və taxıl... - FOTOLAR

    Alimpaşa Məmmədovun “Azərforel” fermasına görə kəndlər Dəryaçayın xəstəlik saçan çirkli suyunu içməyə məhkum olub; icra başçının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib və...
    Şəmkirdə olarkən apardığımız araşdırmalar zamanı artıq o yerə gəlib çıxdıq ki, şəhərdə “zibilin içində” olan təkcə prokurorluq əməkdaşlarının həbs etdiyi keçmiş “JEK” rəisi Teymur Hacıyev deyilmiş.

    Sən demə, icra başçısı Alimpaşa Məmmədovun əməllərinin yanında T.Hacıyev “toya getməli” imiş.

    Muxalifet - 23-04-2019

  8. İran və Pakistan birgə çevik hərbi güc yaradır

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran və Pakistan terrorçuluqla mübarizə məqsədilə, birgə sərhəd-çevik reaksiya gücü yaradacaq. Bu barədə razılıq Pakistanın Baş naziri İmran Xanın aprelin 22-də start götürən İran səfərinin gedişində əldə olunub. Xəbəri İranın «Press TV» telekanalı yayıb.

    Muxalifet - 23-04-2019

  9. S-400-lər Türkiyədə hansı məkanlara yerləşdiriləcək: Kritik 4 nöqtə

    Türkiyəni hava təhdidlərinə qarşı qoruyacaq dünyanın ən inkişaf etmiş hava müdafiə sistemlərindən olan S-400-ün yay aylarında Rusiyadan gətiriləcəyi dəqiqləşib. İndi bu sistemlərin hara yerləşdiriləcəyi də bəlli olmağa başlayıb
     

    Muxalifet3 - 23-04-2019

  10. Kompensasiyaların miqdarı artırıldı - Hökumətdən VACİB QƏRAR

    Nazirlər Kabineti "Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası", “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”, “Miqrasiya orqanla

    Muxalifet - 23-04-2019

  11. ​Bakıda 28 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL

    Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi sakini özünü asaraq öldürüb.
    1991-ci il təvəllüdlü Atəş adlı şəxs evində özünü asıb.
    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb./report

    Muxalifet - 23-04-2019

  12. Netanyahu ABŞ-ın İran qərarından məmnundur

     ABŞ prezidenti Donald Trampın daha əvvəl İran neft sanksiyalarından azad saxlanılan 8 ölkəyə yeni sərbəstlik hüququ verilməyəcəyini açıqlaması İsraili sevindirib.
     
    İsrail Baş naziri Binyamin Netanyahu Twitter hesabından verdiyi açıqlamada, ABŞ prezidenti Donald Trampın daha əvvəl İran neft sanksiyalarından azad saxlanılan 8 ölkəyə yeni sərbəstlik haqqı tanımama qərarından duyduğu məmnuniyyəti ifadə edib.
     
    İRANI DAYANDIRMAQ ÜÇÜN DOĞRU YOLDUR
     

    Muxalifet3 - 23-04-2019

  13. ​Xanım deputat Elina olayına görə OD PÜSKÜRDÜ: "Həm müəmmalı, həm dəhşətlidi"

    "Öncə bir sual ortalığa çıxır - necə olur ki,  məktəb direktoru bu vaxta qədər öz səlahiyyətlərini, hüquqlarını bilmir?Eyni zamanda digər müəmmalar da var. Hələ də başa düşə bilmirəm ki, direktor niyə icra başçısının müavinini hadisə yerinə çağırıb".
    Muxalifet.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, əgər məktəbdə o cür hadisə baş veribsə, ilk olaraq təcili yardıma, polisə, daha sonra isə Bakı Təhsil Şöbəsinə məlumat verilməli idi:

    Muxalifet - 23-04-2019

  14. ​Azərbaycanda DƏHŞƏT: Ev sahibi yanaraq kül oldu

    Xəzər rayonunun Mərdəkan qəsəbəsində yanğın olub.
    Muxalifet.az-ın məlumatına görə, yanğın 9 saylı Vərəm xəstəxanasının yanındakı balaca həyət evində baş verib.
    Hadisə şahidlərinin sözlərinə görə, ev sahibi içki aludəçisi olub.
    Yanğının səbəbləri araşdırılır. 

    Muxalifet - 23-04-2019

  15. Ermənistan 30 illik labirintdə - xilas yolu Azərbaycana aparır

    Düşmən ölkədə hakimiyyət yenilənsə də, siyasət dəyişmədi; Qarabağ konflikti çözülməyincə Paşinyanı Sərkisyanın taleyi, erməni xalqını isə yeni faciələr gözləyir...

    İşğalçı Ermənistanda “məxməri inqilab”dan 1 ilə yaxın vaxt ötsə də, erməni xalqı hələ də illüziyalarla yaşayır. Hələ də sadəlövhcəsinə inanır ki, inqilabçı baş nazir Nikol Paşinyan onun bütün dərdlərinə əlac edəcək, inqilab öncəsi verdiyi vədləri tutacaq.

    Muxalifet - 23-04-2019

  16. Sürücülük vəsiqələri ilə bağlı YENİLİK

    Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidmətinin (DMX) rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. 

    Muxalifet - 23-04-2019

  17. ​“Öz həyatınıza baxın, qırqovullar” - Röya izləyicilərini TƏHQİR ETDİ

    Əməkdar artist Röya Ayxan sosial şəbəkə istifadəçilərinə əsəbiləşib.
    Paylaşımına xoşagəlməyən rəy yazan izləyicilər sənətçini özündən çıxarıb.
    O, bununla bağlı paylaşım edərək, “Sizə rəy yazmaq yaraşmır, cılızsınız. Hərdən sizdən biri olmağıma təəssüf edirəm, Peşman da deyiləm, cılızlar. Öz həyatınıza baxın, qırqovullar” sözlərini yazıb.
    Müğənni daha sonra bir neçə foto paylaşsa da, son 11 paylaşımında rəy bölməsini bağlayıb./Axşam.az

    Muxalifet - 23-04-2019

  18. Şri-Lankada itki sayı 300 nəfəri ötdü

    Şri-Lankanın hotel və kilsələrində törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 311 nəfərə çatıb.
    Bu barədə “The Wasington Post” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verir.
    Bundan əvvəl itki sayının 290 nəfər olduğu bildirilirdi.
    Xatırladaq ki, aprelin 21-də Şri-Lankada bir-birinin ardınca səkkiz partlayış baş verib. Əsas partlayışlar kilsə və hotellərdə, qalanları isə paytaxtkənarında törədilib. Yaralıların sayı 500 nəfərə yaxındır. Ölənlər və yaralılar arasında 35 ölkənin vətəndaşları yer alır.

    Muxalifet - 23-04-2019

  19. “Oskar” otelində daha bir qadına hücum olundu - BU DƏFƏ QADIN CANINI QURTARA BİLDİ

    Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən “Oskar” restoranında 39 yaşlı Jalə Əliyeva döyülüb.
    Virtualaz.org-a daxil olan məlumata görə, hadisə dünən axşam baş verib.
    Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb. Qadının hansı mətbuat orqanında çalışdığı hələlik bəlli deyil.

    Muxalifet - 23-04-2019

  20. SON DƏQİQƏ: Eldar Əzizovdan daha bir TƏYİNAT - Şöbənin adını dəyişib, onu...

    Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə, Rəşid Ağaqulu oğlu Ağayev Bakı Şəhər İcra Hakimiyyətinin Tikinti Məsələləri şöbəsinin müdiri təyin edilib.
    Qeyd edək ki, bir neçə ay öncə  BŞİH-nin başçısı Eldar Əzizovun əmrinə əsasən, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyid İsmayılov işdən çıxarılmışdı. Əsаsli tikinti və təmir şöbəsinin adı dəyişdirilərək Tikinti məsələləri şöbəsi kimi qeyd edilib.

    Muxalifet - 23-04-2019

Pages