Axtarış
The search found 105768 results in 0.026 seconds.
Search results
Şri-Lanka hücumlarının arxasındakı qrup məlum oldu
Cənubi Asiya ölkəsi Şri-Lankada Pasxa Bayramında kilsələri və mehmanxanaları partladan terror hücumlarının arxasındakı qurum ortaya çıxıb.
290 nəfərin həyatını itirdiyi partlayışları yerli bir hərbi qrupun törətdiyi bildirilib. Açıqlamanı beynəlxalq xəbər agentlikləri son dəqiqə kodu ilə yayımlayıblar.
Açıqlamaya görə, hərbi qrup beynəlxalq şəbəkədən yardım alıb. Hökumət sözçüsü Rajitha Senaratne, "Beynəlxalq bir dəstək olmadan hücumlar uğurlu olmazdı" - deyib.Muxalifet3 - 22-04-2019
25 min Yəhudi böyük təxribata hazırlaşır
Yəhudilər bayramı ayinləri üçün bu gün və sabah İbrahim Əl-Xəlil Məscidinə böyük kütlələrlə basqın etməyə hazırlaşdığı bildirilib. İsrail mətbuatı 25 min Yəhudinin ayinlərə qatılacağını xəbər verib.
Xəbərə görə, sionistlər bu gün və sabah Əl-Xəlil şəhərindəki İbrahim Əl-Xəlil Məscidində keçiriləcək “Pesah/hamursuz” bayramı ayinləri üçün böyük bir təxribata imza atmağa hazırlaşır.Muxalifet3 - 22-04-2019
Tonoyan yenə Qarabağa gəldi və... - Ermənistan cəbhədə nə planlaşdırır?
Ermənistanın müdafiə naziri David Tonoyan yenə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Tonoyanla birlikdə Ermənistanın ərazi idarəçiliyi və inkişaf nazirinin Suren Papikyan və İrəvan meri Ayk Marutyan da işğal altındakı ərazilərə səfər edib.Muxalifet - 22-04-2019
“Real hospital”da turist astmadan ÖLDÜ
Bakıda özəl xəstəxanada müalicə alan Gürcüstan vətəndaşı ölüb.
Muxalifet.az “report”a istinadən xəbər verir ki, Yasamal rayonunda yerləşən “Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Ölən şəxs astmadan müalicə alırmış.Muxalifet - 22-04-2019
Sudandakı çevrilişdə ABŞ barmağı: General Avf Misirin çevrilişçi generalı Sisinin sinif yoldaşı çıxdı
ABŞ-ın kuklaları vasitəsilə hərbi çevriliş etdiyi Sudandakı prosesləri dəyərləndirən Türkiyə Polis Akademiyasının üzvü Səlim Öztürk, "Sudanda hakimiyyətə əl qoyan Müdafiə naziri Avf Sisi ilə Qahirədəki hərbi akademiyada tələbə yoldaşı olublar. Sisi ilə yanaşı, Misirdəki hərbi çevrilişə dəstək verən İsrail, Səudiyyə və BƏƏ də yenə çevrilişdə rol oynadı" deyib.
Muxalifet3 - 22-04-2019
Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi
Bakıda tanınmış bəstəkar Süleyman Ələsgərovun adının veriləcəyi küçə müəyyənləşib.
Bu barədə Azvision.az -a bəstəkarın nəvəsi, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.
O bildirib ki, Süleyman Ələsgərovun adının verildiyi küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yanında yerləşir.Muxalifet - 22-04-2019
Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA
Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, aprelin 25-dək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Aprelin 22-i axşam və 23-nə keçən gecə bəzi rayonlarda yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.Muxalifet - 22-04-2019
Ahmet Kurala həbsə saldıran Sıla: "Türk ədalətinə təşəkkür edirəm"
Sılanı döyməkdə ittiham olunan Ahmet Kurala həbs cəzası verilib.
Muxalifet.az haberler-ə istinadla xəbər verir ki, məşhur türk müğənnisi Sıla jurnalistlərə məhkəmənin qərarı barədə açıqlama verib.
"Xoşbəxtəm, Türk ədalətinə təşəkkür edirəm", - deyə Sıla müxbirlərə söyləyib.
Qeyd edək ki, məhkəmənin qərarı ilə məşhur aktyor Ahmet Kural 16 ay, 20 gün müddətinə azadlıqdan məhrum edilib.Muxalifet - 22-04-2019
KEÇMİŞ MÜDAFİƏ NAZİRİNDƏN ŞOK AÇIQLAMA: “Sabah qərar çıxsa ki, Qarabağı verin, verəcəyik? Əlbəttə yox...”
Ermənistan siyasi dairələrində Qarabağa dair Vyanada baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevlə bu yaxınlarda baş tutmuş ilk rəsmi danışıqlar, daha sonra nazirlərin Moskva görüşü ətrafında müzakirələr ifrat qeyri-konstruktiv tonda davam etməkdədir.
Muxalifet.az Virtualaz.org xəbər verir ki, erməni siyasətçilər ərazilərin qaytarılmasını istisna etməklə yanaşı danışıqların aparılmasını da istəyirlər. Bu da bir-birini istisna edən iki məsələdir-əgər ərazilərin qaytarılmasından söhbət getməyəcəkdə danışıqları aparmağın nə mənası?Muxalifet - 22-04-2019
CAVİD QURBANOV HAQQINDA SENSASİON FAKTLAR – Qəbul aktları, ödənməyən pullar və “şişdikcə şişən” əlavə xərclər - FOTO
““Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Latviya şirkətindən aldığı qatarların pulunu tam ödəməməsi heç də Cavid Qurbanovun iddia etdiyi kimi, həmin qatarlardan birinin təhvil verilməməsi ilə bağlı deyil. Ortada başqa şübhəli oyunlar var”. Bunları “AzPolitika.info”ya “qatar qalmaqalının” yaranmasının səbəbləri barədə məlumatlı şəxs bildirib.
Muxalifet - 22-04-2019
350,8 milyon ayrıldı - Problemli kreditlər üzrə kompensasiyalar
Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün ilk tranş çərçivəsində 350,8 milyon manat ayırıb.
Bunu Muxalifet.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib.
Onun sözlərinə görə, bu vəsait bankların və bank olmayan kredit təşkilatlarının, eləcə də ləğvetmə prosesində olan təşkilatların hesablarına köçürülüb.
Qeyd edək ki, bu gündən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Kompensasiyaları 602 347 nəfər alacaq.Muxalifet - 22-04-2019
Ukraynanın yeni seçilmiş prezidenti Zelenskinin Azərbaycan macəraları - FOTOLAR
Ukraynanın yeni seçilmiş prezidenti, məşhur şoumen Vladimir Zelenskinin vaxtilə Azərbaycana etdiyi səfərin görüntüləri sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Məlumata görə, iki dəfə ölkəmizdə səfərdə olan V.Zelenski Bakıda və Qəbələdə olub.
O, ilk dəfə 2017-ci ilin iyununda Bakıya gəlib.
Səfərləri zaman Qobustan qayaüstü rəsmləri ilə foto çəkdirib və onunla bağlı fikirlərini bölüşüb, eləcə də, Azərbaycan mətbəxinin milli yeməklərini dadıb.Muxalifet - 22-04-2019
Bakıda 600 minə yaxın sahibsiz it var
Hazırda Bakı şəhərində 600 minə yaxın yaxın sahibsiz it var.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, sahibsiz itlərin yığışdırılması ilə bağlı ölçü götürüləcək.Muxalifet - 22-04-2019
"Cindar Hüseyn" və anası məhkəməni düyünə salıb - Proses təxirə salındı
Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən şəxslərdən Lalə İbrahimovanın vəkili yoxdur.Muxalifet - 22-04-2019
Ölkəyə avtomobil gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Dövlət Gömrük Komitəsi ötən gün bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandırmasıyla bağlı yayılan məqaləyə münasibət bildirib.
Muxalifet - 22-04-2019
Şri-Lankada daha bir PARTLAYIŞ - Kilsə yaxınlığında
Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib. Partlayış nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.
Qeyd edilir ki, həmin kilsə ötən gün partlayış baş vermiş kilsədir.
Xatırladaq ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.
Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.Muxalifet - 22-04-2019
Türkiyədə demokratiya uğur qazandı, FEODALİZM İFLASA UĞRADI - Təhlil
31 mart 2019-cu il tarixdə Türkiyədə keçirilən bələdiyyə seçkiləri sonucu olaraq, “Millət İttifaqı” blokuna daxil olan partiyalar, özəlliklə də CHP (Cümhuriyet Halk Partisi) 25 illik dönəmdən sonra, çox böyük uğurlara imza atdı. İstanbul, Ankara, İzmir, Eskişehir, Bolu, Ədirnə, Çanakkale, Tekirdağ, Aydın, Muğla, Hatay, Yalova, Burdur, Ərdəhan, Antalya, Artvin, Mersin, Sinop, Adana, Kırşehir və Bilecik kimi meqapolis şəhərlərdə CHP ən üstün mövqelərə sahib oldu.
Muxalifet4 - 22-04-2019
Keçmiş YAP-çı deputat Megrini “təmizləməyi” təklif edir - “ƏVVƏLCƏ MEĞRİ, SONRA QARABAĞ…”
“Qarabağın azadlığı Meğrinin azadlığından keçir”.
Muxalifet.az-ın məlumatına görə, bu ideyanı sabiq YAP-çı deputat Alqış Həsənoğlu irəli sürüb.
O, “Facebook”dakı statusunda Megrinin ermənilərdən təmizlənməsinin əhəmiyyətini belə vurğulayıb:
“Meğrini – Naxçıvanı Bakıdan ayıran dəhlizi erməni işğalçılarından təmizləmək lazımdır. Bu, erməniləri sülhə hazırlamağın ən optimal yoludur. Ermənistan hakimiyyəti Azərbaycanı məcbur edir ki, Milli Ordumuz hədəflərinə yenidən baxsın: Əvvəlcə Meğri, sonra Qarabağ!…”Muxalifet - 22-04-2019
Bu restoranlar bağlana bilər - ADLAR
Havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan 4 ictimai iaşə obyektinin fəaliyyəti dayandırıla bilər.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərmov deyib.
Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici qurğular quraşdıRmayan 4 obyekt müəyyənləşib:Muxalifet - 22-04-2019
Sabirabadda yeni doğulan əkizlər ölüb
Sabirabadda uşaq ölümü baş verib.
oxu.az Aran bürosunun məlumatına görə, İmişli rayonu Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı hamiləliklə əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub.
Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və əkiz uşaqlar ana bətnindən götürülüb. 31-32 həftəlik körpələr küvəzə yerləşdirilib. Üç gün sonra isə körpələr orada ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 22-04-2019