Axtarış
The search found 105768 results in 0.024 seconds.
Search results
SON DƏQİQƏ: Azərbaycanlı kriminal avtoritet güllələnərək ÖLDÜRÜLDÜ
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif cinayətlərə görə axtarışda olan kriminal avtoritet Rəsul Məmmədov Rusiyada güllələnərək öldürülüb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, 33 yaşlı R.Məmmədovun meyiti Moskva-Bakı təyyarə reysi ilə Azərbaycana gətirilib.Muxalifet - 22-04-2019
Suriyalı Ben Laden Hələbdə öldürüldü
Suriyanın Hələb şəhərində Suriya ərəb ordusunun birləşmələri ilə “Hayat Təhrir Əş-Şam” qruplaşmasının yaraqlıları arasında baş verən toqquşmalarda Ben Laden Əl-Bəniyəsi adlı ekstremist həlak olub.
Lenta.ru-nun məlumatına görə, yaraqlıların xüsusi dəstələri Hələbin qərbində qərar tutan hökumət qüvvələrinə arxa cəbhədən hücum edib.
Baş verən döyüşün gedişində 19 suriyalı hərbçi həyatını itirib. Hücum edən tərəf də itkilər verib. Suriyalı Ben-Ladendən savayı, daha iki ekstremistin kimliyini müəyyən etmək mümkün olub. Öldürülənlərdən biri Yəmən vətəndaşıdır.Muxalifet - 22-04-2019
Kərim Benzema: “Gələcək karyeramla bağlı deyə bilərəm ki...”
“Real”ın hücumçu alıb-almaması klubun işidir. Bu məsələ məni heç maraqlandırmır”.
ONA-nın məlumatına görə, bunu İspaniya “Real”ının fransalı hücumçusu Kərim Benzema deyib.
10 ildir Madrid klubunda çıxış edən 31 yaşlı forvard gələcək karyerası barədə də danışıb: “Meydandakı işimə və komandaya necə kömək etməyimə konsentrasiya olmuşam. Gələcək karyeramla bağlı deyə bilərəm ki, “Real”da qalmaq niyyətindəyəm. Dünyanın ən güclü klubunda oynayıram”.
Qeyd edək ki, K.Benzema cari mövsüm Primeranın 33 oyununda 21 qol vurub.Muxalifet - 22-04-2019
Prezident Zelenskini təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini təbrik edib.
Muxalifet.az-ın məlumatına görə, ölkə başçısının təbrik məktubunda deyilir:
"Hörmətli cənab Zelenski,Muxalifet - 22-04-2019
Azərbaycanlı tələbələr Polşadan deportasiya olundu
Polşanın Krakov şəhərində təhsil alan azərbaycanlı tələbələr Əliyev Sənan və Şükürov Kitabulla ölkədən deportasiya olunublar.
Muxalifet.az report-a istinadən xəbər verir ki, tələbələrin deport olunmasına səbəb davamiyyətlərində olan problem və intizamsızlıq olub.
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq davamiyyətlərni nizamlamayan azərbaycanlı tələbələr oxuduqları universitetdən xaric edilib. Onların təhsil vizaları ləğv edilərək ölkədən çıxmaları tələb olunub.Muxalifet - 22-04-2019
51 vəzifəli şəxs işdən çıxarıldı - Azərbaycanda
Son illər ərzində 170-dən çox icra məmuru ciddi intizam məsuliyyətinə cəlb edilib, onlardan 51-i tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, 6 nəfərin qanun pozuntuları barədə materiallar istintaqa verilib.
Ədliyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının qarşıda qoyduğu vəzifələrlə bağlı bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsində deyilib.Muxalifet - 22-04-2019
Bakıda özünü beşinci mərtəbədən atan qız ağaca ilişib sağ qaldı
Bakıda 13 yaşlı yeniyetmə qız özünü öldürmək istəyib.
Bu barədə Oxu.Az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Aprelin 21-də saat 18:20 radələrində akademik Mir Cəlal Paşayev küçəsi ev 8 ünvanında 13 yaşlı Məmmədli Ülviyyə Ülvi qızı özünü beşinci mərtəbədən atıb.
Xoşbəxtlikdən qız yerə düşən zaman ağaca ilişib və sağ qalıb.
Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti orta-ağırdır.
Araşdırma zamanı məlum olub ki, Ü.Məmmədli həmin küçədə ev 24 ünvanında yaşayır.Muxalifet - 22-04-2019
Bu ay hava niyə qeyri-sabit keçir? - Səbəb açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının qeyri-sabit keçməsinin səbblərini açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva report -a deyib ki, aprel keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir.Muxalifet3 - 22-04-2019
Gəncədə kişi həyat yoldaşını avtomobillə vurub öldürdü
Muxalifet.az-ın Gəncə müxbirinin məlumatına görə, hadisə bu il aprelin 3-də baş verib. Şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Abbasov özünə məxsus "Jiquli" ilə qəsdən həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib. E. Abbasov isə hadisədən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. O da xəstəxanaya yerləşdirilsə də, sağalandan sonra hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılır.
Muxalifet3 - 22-04-2019
ABŞ Türkiyəni TƏHDİD ETDİ: “Ya qəbul edərsiniz, ya da ...”
ABŞ-ın demokrat-senatoru Bob Menendez, Türkiyənin Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemləri ilə, beşinci nəsil ABŞ F-35 hərbi təyyarələri arasında seçim etməsi lazım olduğunu söyləyib. Bu barədə “RİA Novosti” xəbər verir.
Muxalifet.az xəbər verir ki, senatorun sözlərinə görə, əks təqdirdə ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək.Muxalifet3 - 22-04-2019
Neftlə bağlı çatışmazlığı bu ölkələr təmin edəcək - Tramp
İrana tətbiq edilən sanksiyalar nəticəsində neft hasilatında yaranan çatışmazlığı Səudiyyə Ərəbistanı və digər OPEK ölkələri kompensasiya edəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında bildirib.
Muxalifet3 - 22-04-2019
Zakir Həsənov Qulami ilə görüşdü: Qarabağ danışığı...
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq etdiyini vurğulayan Müdafiə naziri ölkəmizin bu mötəbər təşkilat çərçivəsində hərbi sahədə də əməkdaşlığa başlandığını qeyd edib.
Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərdən danışıb və BMT-nin bu istiqamətdə fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.Muxalifet3 - 22-04-2019
"Azərbaycanda əxlaq polisinin yaradılmasına ehtiyac yoxdur...." - Fazil Mustafa
Son günlər əxlaqsızlığı əks etdirən videoların yayılmasından sonra Azərbaycanda əxlaq polisinin yaradılması məsələsi gündəmə gəlib.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı axar.az -a danışan millət vəkili Fazil Mustafa bildirib ki, hüquq-mühafizə orqanları belə mövzulara həssas yanaşsalar, əxlaq polisinin yaradılmasına ehtiyac qalmaz:Muxalifet3 - 22-04-2019
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
Ölkənin ən gənc mobil operatoru “Nar” 26-28 aprel tarixlərində paytaxtımızda baş tutacaq "Formula-1 Azərbaycan Qran-Prisi" yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb.
Muxalifet4 - 22-04-2019
İstanbulda torpaq sürüşməsi: Bina uçdu
Türkiyənin İstanbul şəhərinin Kağızxana bölgəsində inşaat işləri ilə əlaqədar qazılan çalada torpaq sürüşməsi olub.
Muxalifet.az xəbər verir ki, torpaq sürüşməsi dördmərtəbəli binanın uçmasına səbəb olub. Binanın uçması nəticəsində xəsarət alan olmasa da, bir neçə avtomobilə ziyan dəyib.
Ətrafdakı binalarda məskunlaşan sakinlər təxliyyə edilib.
Muxalifet3 - 22-04-2019
Sabirabadda faciə: əkizlər dünyasını dəyişdi
Sabirabadda doğuşdan sonra əkiz uşaqlar ölüb.
Muxalifet.az xəbər verir ki, İmişli rayon Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı ağırlaşmalarla Sabirabad Pernatal Mərkəzə daxil olub. Qeysəriyə əməliyyatı ilə əkiz uşaqlar götürülüb. 31-32 həftəlik körpələr küveysə yerləşdirlib. 3 gün sonra isə körpələr ölüblər. Preeklampsiya diaqnozu və qan təzyiqinin qalxması və sidikdə zülalın artması ilə müşayiət olunan vəziyyətdə qeysəriyə əməliyyatı aparılaraq ananın həyatı xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 22-04-2019
Ruhanidən bu ölkəyə təklif: Türkiyədən gələn yol uzadılsın
Tehran Türkiyədən İrana çəkilən dəmir yolu xəttinin Pakistan ərazisinə uzadılmasını təklif edib.
Muxalifet.az xəbər verir ki, bu təklif İran Prezidenti Həsən Ruhaninin Pakistana səfəri zamanı irəli sürülüb.
Qeyd olunub ki, növbəti kommunikasiya layihəsinin həyata keçirilməsi Avropanı Asiya və Çinlə birləşdirən daha bir halqa olacaq.Muxalifet3 - 22-04-2019
Qarabağ münaqişəsini bu ölkələr həll etməlidir - Şevçenko
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda haqlı tərəfdir. Rəsmi Bakı münaqişənin ədalətli yolla həllini istəyir. İstəyir ki, işğal altındakı torpaqları azad olunsun, işğala son qoyulsun. Yalnız bundan sonra iki ölkənin xalqları arasında dialoq, qarşılıqlı anlaşma baş tuta bilər.
Muxalifet.az xəbər verir ki, bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın tanınmış jurnalisti, siyasi ekspert Maksim Şevçenko bildirib.Muxalifet3 - 22-04-2019
Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür
Gürcüstanda qızılca virusunun yayılma riski böyükdür. İnsanlar könüllü olaraq kütləvi şəkildə peyvənd olunmalıdırlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri David Sergeyenko xalqa müraciətində deyib.
Nazir deyib: "Ölkəmizdə qızılca ilə bağlı təhlükə hələdə mövcuddur. Mən bir daha əhaliyə müraciət edirəm və onları peyvənd olmağa çağırıram”.Muxalifet3 - 22-04-2019
Putin Zelenskini təbrik edəcəkmi? - Peskov açıqladı
Vladimir Putinin Ukraynanın yeni seçilmiş prezidentini təbrik etməsindən və əməkdaşlıqdan danışmaq hələ tezdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Prezident Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və onunla birgə işləyib-işləməyəcəyindən danışmaq tezdir:
"Rusiya dövlət başçısının yeni seçilmiş Prezident Vladimir Zelenski ilə birgə işləyib-işləməyəcəyi sonuncunun konkret işlərindən və konkret addımlarından asılıdır".
Muxalifet3 - 22-04-2019