Axtarış
The search found 105768 results in 0.028 seconds.
Search results
İstanbulda seçkilərin nəticəsi ləğv edilir? - AKP hərəkətə keçdi
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda bələdiyyə seçkilərinin nəticəsinin ləğv edilməsi üçün Türkiyə Ali Seçki Komissiyasına (YSK) növbəti dəfə ərizə ilə müraciət edib.
Muxalifet.az xəbər verir ki, bunu AKP sədrinin köməkçisi Əli İhsan Yavuz deyib. O, seçkilərdə Qanun Hökmündə Qərarnamə ilə ictimai xidmətdən azad edilmiş 14712 nəfərin səs verdiyini təsdiq edən siyahını komissiyaya təqdim etdiklərini bildirib.Muxalifet3 - 20-04-2019
Tripoli aeroportu yaxınlığında şiddətli atışma başladı
Bu gün Tripoli beynəlxalq aeroportunun yaxınlığında şiddətli silahlı toqquşmalar başlayıb.
Muxalifet.az xəbər verir ki, döyüşlərdə hər iki tərəf - Liviya Milli Ordusunun hissələri və Milli Həmrəylik Hökumətinə tabe olan qüvvələr artilleriya silahlarından və iri çaplı pulemyotlardan atəş açırlar. Ölən və yaralananların olduğu bildirilir.
Aeroport artıq bir neçə dəfə əldən-ələ keçib. Son vaxtlaradək ona Milli Həmrəylik Hökumətinin dəstələri nəzarət edirdi.Muxalifet3 - 20-04-2019
Müəllim tərəfindən başına zərbə endirilən şagird iflic oldu – CƏLİLABADDA ŞOK OLAY / VİDEO
Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi Abdıyev İbrahim Hüseynalı oğlu tarix müəllimi Vaqif Cəfərov tərəfindən vəhşicəsinə döyülüb. Bu haqda Muxalifet.az-a məlumat verən şagirdin yaxınları deyir ki, hadisə təxminən iki ay əvvəl baş verib. V.Cəfərov məktəblinin başına çox ağır zərbə endirdiyindən o, iflic olub və 2 aya yaxın xəstəxanada yatıb. Hazırda da hərəkət edə bilmir, yataq xəstəsinə çevrilib. İbrahim Abdıyevin yaxınları deyir ki, hüquq-mühafizə orqanları valideynlərinin şikayətinə baxmır.
Muxalifet4 - 20-04-2019
Bu messencerlərdən birinin fəaliyyəti dayandırılır
Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BləkBerri Messencer”in fəaliyyəti dayandırılacaq. Bu haqda son 3 ildə bu layihəni idarə edən “Emtek” şirkəti məlumat verib.
Muxalifet.az xəbər verir ki, 31 may 2019-cu ildən etibarən “BləkBerri Messencer”in fəaliyyəti dayandırılacaq: istifadəçilər köhnə şəkil, mesaj və başqa fayllara baxmaq üçün sözügedən xidməti öz qurğusunda işə sala bilməyəcəklər. Bu məlumatları itirməmək üçün istifadəçilərə yuxarıda göstərilən müddətədək məzmunu yükləmək tövsiyə edilir.Muxalifet3 - 20-04-2019
"Zelenski “Ukraynanın Reyqanı” ola bilər" - AMERİKALI JURNALİST
Vladimir Zelenski Ukrayna üçün Ronald Reyqanın ABŞ-da olduğu kimi bir fiqur olmağa çalışır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu amerikalı jurnalist Kristofer Miller deyib.
“Komandası Zelenski və Reyqan arasında çox aydın paralellər aparır. Düşünürəm ki, Reyqan məhz Zelenskinin bənzəmək istədiyi şəxsdir”, - ekspert bildirib.
Qeyd edək ki, ABŞ ekspertləri Ukraynada prezidentliyə namizəd Vladimir Zelenskini “hər kəsə qarşı” namizəd adlandırıblar.
Muxalifet4 - 21-04-2019
Sultan İbrahimin bakirə qızlarla İNTİM OYUNLARI - FOTOLAR
5 noyabr 1615-ci ildə Osmanlı sultanı birinci İbrahim dünyaya gəlib.
Osmanlı sultanı birinci İbrahim - Dəli İbrahim ləqəbi ilə tanınan hökmdar öz misilsiz iyrəncliyi ilə tarixdə iz qoyub.
Muxalifet4 - 21-04-2019
Zelenskini seçkilərdən çıxarmaq istəyirlər - MƏHKƏMƏ GEDİR
Kiyev apellyasiya məhkəməsi prezidentliyə iddialı olan şoumen Vladimir Zelenskinin seçkilərdə namizədliyinin götürülməsi ilə bağlı iddiaya baxır.
Bu barədə RİA Novosti vəkil Andrey Xilkoya istinadən məlumat yayıb.
O bildirib ki, məhkəməyə seçkilərdə rəsmi müşahidəçi kimi müraciət edib.
İclasda iddiaçı, həmçinin Zelenskinin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, bir müddət əvvəl Zelenski Rusiyaya səfərlərlə bağlı yalan məlumat verməkdə ittiham olunub.
Muxalifet4 - 21-04-2019
Qar 60-dan çox kəndin yolunu bağladı
İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunda güclü qar nəticəsində 60-dan çox kəndlə əlaqə yolu bağlanıb.
Bunu İSNA-ya açıqlamasında İranın Şərqi Azərbaycan vilayəti Vərzəqan rayonu yol idarəsinin rəisi Cabir Həbibi deyib.
C.Həbibinin sözlərinə görə, rayonun Xarvana bölgəsində qarın hündürlüyü 40 santimetrdən çoxdur.
Həbibi əlavə edib ki, qar yağışı qışda yağan qara bənzəyir: “Rayonun əsas yolları açıqdır. Kənd yollarının açılması üçün qarın təmizlənməsi əməliyyatı sürətlə davam edir”.(Trend)
Muxalifet4 - 21-04-2019
Devrilmiş diktatorun evindən 115 milyon dollar çıxdı - BANKLARDAKI PULLARI İSƏ MİLYARDLARLADIR...
Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşirin evində aparılmış axtarış nəticəsində 113 milyon dollara ekvivalent məbləğ aşkarlanıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı dünən “Əl-Əhdas nyus” nəşri yayıb.
Muxalifet4 - 21-04-2019
URYANDA TARİXƏ YAZILACAQ GÜN – Poroşenkonun siyasi taleyi həll olunur
Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.
Yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində 3 dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.
Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq. MSK yekun və rəsmi nəticələri mayın 1-nə qədər açıqlamalıdır.
Muxalifet4 - 21-04-2019
Qız evə oğlan gətirdi, aləm bir-birinə dəydi - BAKIDA ŞOK OLAY / VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir qadın mənzildə bağlı qapı arxasında qalan qızının onun çağırışlarına cavab vermədiyini bildirib. Muxalifet.az ONA-ya istinadən bildirir ki, dərhal əraziyə polis, təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub. Hadisə yeri müayinə edilib, xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açıblar. Mənzilə daxil olan ananı qızı N.Qurbanova oğlan dostu ilə qarşılayıb. Qız oğlan dostunu evə şam yeməyinə dəvət etdiyini bildirib.
Muxalifet4 - 21-04-2019
DƏHŞƏTLİ TERROR: kilsələr və otellər qan gölünə döndü: ölü sayı 185-ə çatdı, 500 yaralı var - YENİLƏNİB / VİDEO, FOTO
13:31
Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində yerləşən otellərdə və kilsələrdə Pasxa bayramı zamanı 6 partlayış törədilib.
Muxalifet.az trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində ölənlərin sayı 185-ə, yaralananların sayı isə təxminən 500 nəfərə çatıb.
-------
11:17
Muxalifet4 - 21-04-2019
Paytaxtda daha bir avtobus qəzası - 5 NƏFƏR YARALANDI
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.
Muxalifet4 - 21-04-2019
Böyrəyini satan şəxsdən ŞOK AÇIQLAMA - "Yeməyə çörək tapa bilmirdik..."
“Mən Salyanda 5 saylı internat məktəbində qalırdım. Amma oranın direktoru elə qorxunc hərəkətlər edirdi ki… Qorxdum, oradan çıxdım. Vəziyyətimiz çox ağır idi. Evdə yeməyə çörək tapmırdıq. Ona görə böyrəyimin birini satmaq qərarına gəldim…”
Bunu böyrəyinin birini satmış Rüstəm Ramazanov aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb. Bu məhkəmədə böyrək alverində ittiham olunan 52 yaşlı Vahib Xudadatovun işinə baxılır. R.Rüstəmov da zərərçəkən qismində dindirilib.
Muxalifet4 - 21-04-2019
"3 il üçün 100 min manatdan çox gəlir vergisi ödəmişəm" - AKİF QURBANOV
"Mənim qeyri-şəffaf fəaliyyətim və gəlirlərim barədə yazılanların hamısı böhtan və təzyiq cəhdindən başqa bir şey deyil". Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Qərb dövlətləri səfirliklərinin müxtəlif layihələrə ayırdıqları qrantların hesabına varlanması və daşınmaz əmlak əldə etməsi barədə bəzi KİV-də yayılan informasiyaya cavab olaraq bildirib. "İlk növbədə bildirmək istəyirəm ki, bu informasiyada haqqında danışılan daşınmaz əmlak həqiqətən mənə məxsusdur və mənim həyat yoldaşımın adına sənədləşdirilib", - A.Qurbanov özünün video-müraciətində bildirib.
Muxalifet4 - 21-04-2019
TÜRKİYƏNİN SANKSİYALARDAN XİLAS YOLU - "S 400" Azərbaycana, yoxsa Qətərə yerləşdiriləcək?
Türkiyə NATO-dan olan müttəfiqlərinin Rusiyadan C-400 RƏM sisteminin alınması ilə bağlı narahatlıqlarını anladığını bildirib. Türkiyə XİN başçısı Mevlut Çavuşoğlu jurnalistlərlə bu məsələyə həsr olunmuş görüş keçirib, xəbəri Reuters yayıb.
Muxalifet4 - 21-04-2019
Neçə saat yatmaq yetərlidir? - BU GÜNƏ QƏDƏR DOĞRU BİLDİYİMİZ YANLIŞLAR...
Araşdırmaçılar yuxu haqqında populyar fikirlərin səhhətimizə və ovqatımıza zərər verdiyini, hətta ömrümüzü qısaltdığını bildirirlər.
Nyu-York Universitetinin ekspertlər qrupu keyfiyyətli gecə yuxusuyla bağlı internetdə dərc edilmiş tövsiyələri toplayaraq "Yuxu sağlamlığı" adlı elmi verilişdə bu tövsiyələrlə elmi həqiqətləri müqayisə ediblər.
Ekspertlər hesab edirlər ki, yuxu mövzusunda doğru məlumatlandırma bizim fiziki və ruhi vəziyyətimizi yaxşılaşdırar.
Beləliklə, yuxuyla bağlı 6 yanlış fikir:
Muxalifet4 - 21-04-2019
Terrorda ölənlərin sayı 160 nəfərə çatdı - YENİLƏNİB
Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb. Bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.
Bildirilir ki, Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb. Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.
* * *11:10
Muxalifet4 - 21-04-2019
Qarabağlı aviasiya marşalının ən böyük sirri - BELƏ HİYLƏGƏRLİYİ ANCAQ ERMƏNİ BACARA BİLƏRDİ...
Böyük Vətən müharibəsinin cəmi 3 ilində Sergey Xudyakov polkovnik rütbəsindən marşal rütbəsinə qədər yüksəlib, amma müharibə başa çatandan sonra məlum olub ki, SSRİ Hərbi Hava Qüvvələrinin ən ali rəhbərlərindən biri əslində Sergey Xudyakov deyilmiş, sonradan müəmmalı şəkildə bu ad-soyadı götürmüş qarabağlı erməni Armenak Xanferyants imiş.
Virtualaz.org xəbər verir ki, marşalın özü ilə o dünyaya apardığı sirri barədə life.ru yazır.
Muxalifet4 - 21-04-2019
Televizor partladı, bir ailənin 5 üzvü xəsarət aldı - AZƏRBAYCANDA
Kürdəmir rayonunun Cənub Məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi baş verib.
"Report"un məlumatına görə, yerli sakin Eminov Elman Səfa oğluna məxsus evin yanması nəticəsində 3-ü azyaşlı olmaqla, bir ailənin 5 üzvü - İmişli rayon sakinləri - 1988-ci il təvəllüdlü Əsədov Anar Binyət oğlu, 1985-ci il təvəllüdlü Hüseynova Qəndab Adışirin qızı, 2011-ci il təvəllüdlü Əsədova İlahə Anar qızı, 2015-ci il təvəllüdlü Əsədova Günay Anar qızı, 2017-ci il təvəllüdlü Əsədov Binyət Anar oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Muxalifet4 - 21-04-2019