Axtarış
The search found 105768 results in 0.021 seconds.
Search results
İranda iğtişaşlar böyüyür - TƏBRİZDƏ 10 NƏFƏR YARALANDI
“Traktor Sazi” klubunun və Tehranın “Peykan” komandasının Təbrizin Azadi stadionunda keçirilən dünənki futbol matçında azarkeşlərin toqquşması nəticəsində 50-dən çox adam yaralanıb.
Muxalifet.az-ın məlumatına görə, virtualaz.org nasrnews.ir saytına istinadən bildirir ki, bununla bağlı Təbrizdə Şərqi Azərbaycan əyaləti administrasiyasının, təhlükəsizlik orqanları rəhbərlərinin iştirakı ilə, təcili iclası çağırılıb.
Muxalifet4 - 20-04-2019
Pakistandan İrana “terror” çağırışı
Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qüreyşi cümə günü Ormarada 14 nəfərin həyatını itirdiyi hücumu həyata keçirən terrorçuların İran ərazisində olduğunu bildirərək İrana sərhədləri içərisindəki terrorçulara qarşı hərəkətə keçməsinə çağırıb.
Pakistandan yayımlanan “Geo TV”-nin xəbərinə görə, paytaxt İslamabadda keçirdiyi mətbuat konfransında açıqlama verən Qüreyşi, təcavüzü üzərinə götürən Beluçistan Qurtuluş Cəbhəsi (BRAD) adlı təşkilatın İran ərazisində təlim və maddi-texniki bazaları olduğunu ifadə edib.
Muxalifet3 - 20-04-2019
SON DƏQİQƏ: Ərdoğan hədəfə alınıb – SENSASİON AÇIQLAMA
Dövlət Baxçalının gizli hədəfi Ərdoğandır.
Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Qədri Gürsəl şəxsi Tvitter səhifəsində yazıb. O, MHP sədri Dövlət Baxçalının Antalya şəhərindəki çıxışını xatırladıb:
“Baxçalı AKP-yə “33 faiz geriləmisiniz” deyir. Hesab bəsitdir, Cümhur İttifaqının 52 faiz səsindən Baxçalının 18.81 faizini çıxanda 33.19 faiz qalır. Baxçalının 18.81 fərziyyəsindən Atatürkün doğum ilinə uzanan numerologiyanın örtülü hədəfi Ərdoğandır. Çox maraqlıdır”.Muxalifet3 - 20-04-2019
Akar generallarla atışma bölgəsinə getdi: Yoxlama...
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Quru Qüvvələri komandanı, ordu generalı Ümid Dündar İraqla sərhədə gedib.
Muxalifet.az xəbər verir ki, generallar sərhəd bölgəsində yoxlamalar aparır.
Akar ötən gün İraqla sərhəddə yaşanan qarşıdurma ilə bağlı brifinq keçirib.
Qeyd edək ki, Türkiyə-İraq sərhədində davam edən antiterror əməliyyatı çərçivəsində ötən gecə terrorçularla baş verən şiddətli atışmada türk ordusunun 4 əsgəri şəhid olub, 6 əsgər yaralanıb.
Muxalifet3 - 20-04-2019
Bolqarıstanda təyyarə qəzaya uğradı: ölənlər var
Bolqarıstanın Plovdiv şəhəri yaxınlığında kiçik motorlu təyyarə qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, nəticədə iki nəfər həlak olub. Şahidlərin bildirdiyinə görə, təyyarə uçan zaman qanadının biri sınıb.
Hadisənin baş verdiyi yerdə dronların yarışı keçirilirmiş, amma bunun qəza ilə əlaqəsi təsdiqlənməyib.
Muxalifet3 - 20-04-2019
Azərbaycanlı deputat Zelenskinin adamları ilə görüşdü
Milli Məclisin deputatı Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində Ukraynanın paytaxtı Kiyevdə bir sıra görüşlərdə iştirak edib.
Muxalifet.az xəbər verir ki, deputat azərtac-a bildirib ki, AŞPA nümayəndə heyətinin prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenskinin nümayəndələri ilə görüşlərində seçki kampaniyasının aparılması, seçki qanunvericiliyinin tələblərinin qorunması, şəffaf və ədalətli seçkilərin təmini məsələləri müzakirə edilib.Muxalifet3 - 20-04-2019
Pakistandan ŞOK ÇAĞIRIŞ: Gözləyirik, hücuma keçin
Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qüreyşi cümə axşamı Bəlucistanda baş verən teraktla bağlı İrana çağırış edib.
Muxalifet.az xəbər verir ki, Qüreyşi keçirdiyi mətbuat konfransında teraktın məsuliyyətini öz üzərinə götürən Bəlucistan Qurtuluş Cəbhəsi adlı təşkilatın İran torpaqlarında təlim bazaları olduğunu bildirib:
“Bu əraziləri müəyyənləşdirmişik. Pakistan İran torpaqlarındakı terrorçu qruplaşmalara qarşı İranın hərəkətə keçməsini gözləyir”.Muxalifet3 - 20-04-2019
Notr-Dam yanğını: Qarşısı niyə alınmadı?
Fransalı müstəntiqlər Notr-Dam kilsəsində yanğının başladığı dəqiq yeri müəyyən ediblər.
Muxalifet.az xəbər verir ki, ekspertlər çox sayda video və fotoşəkilləri nəzərdən keçirdikdən sonra yanğın ocağının kilsənin mərkəzində yerləşdiyi qənaətinə gəliblər.
Polis təhqiqat çərçivəsində kilsədəki yanğın siqnalizasiyasının işinə də xüsusi diqqət ayırıb. Belə ki, siqnalizasiyasının düzgün işləməməsi versiyası mövcuddur. Təhlükəsizlik xidmətinin yanğından alovun hündürlüyü demək olar ki, 3 metrə çatdıqdan sonra xəbər tutması təhqiqatçıların bu fikrə gəlməsinə səbəb olub.Muxalifet3 - 20-04-2019
Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq aprel ayının 20-dən 21-nə keçən gecədən etibarən 21-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Muxalifet3 - 20-04-2019
Qəbələdə dəhşətli qəza — 1 ölü, 5 yaralı
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az bildirir ki, ONA-nın xəbərinə görə, bu gün saat 17:00 radələrində Qəbələnin Bunud kəndi ərazisində BMW və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində Bunud kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yarməmməd oğlu aldığı ağır xəsarət səbəbindən dünyasını dəyişib.Muxalifet3 - 20-04-2019
Lotu Qulinin adamı sahibkarı güllələdi - Ortalıq QARIŞDI
"Qanuni oğru” Rövşən Caniyev (Rövşən Lənkəranski) öldürülüb, onun "həmkarı” Nadir Səlifov Türkiyədən Dubaya köçüb, lakin Rusiyada onların tərəfdarları arasında qarşıdurma səngimir.
Muxalifet.az xəbər verir ki, bu yaxınlarda Moskva vilayətinin Lenin rayonunda Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən insidentin təfərrüatı məlum olub. Bu barədə Oxu.az-a Moskvadakı Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.Muxalifet3 - 20-04-2019
Türkiyə Pakistanla razılaşdı: "Müharibə oyunu"...
Türkiyə və Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq daha da inkişaf edəcək.
Muxalifet.az xəbər verir ki, bu bəyanat Pakistanın Ravalpindi şəhərində keçirilmiş Pakistan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Qrupunun üçgünlük iclasından sonra verilib.Muxalifet3 - 20-04-2019
Bakının mərkəzi küçələrində işıqforlar xarab oldu - Video
Bakının mərkəzi küçələrində işıqforlar işləmir.
Hadisə şahidlərinin report -a verdiyi məlumata görə, işıqforlardakı nasazlıq səbəbindən iki küçədə qəza şəraiti yaranıb.
Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsində işıqforun fəaliyyətindəki nasazlıqlar nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradıb. İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb.
Bu problem, piyada zolağından istifadə edən sakinlərin həyatı üçün də təhlükəli vəziyyət yaradıb.Muxalifet3 - 20-04-2019
Dünyanın ən yaxşı universitetlərinin adları AÇIQLANDI
Harvard Universiteti dünyanın 100 ən yaxşı ali məktəblərinin siyahısında lider mövqeyini qoruyub saxlayır.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, 2019-cu ildə dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində (Round Univercity Ranking) 74 ölkədən 820 ali məktəbin adı var. Qlobal reytinq cədvəli 2010-cu ildən dərc edilir. Hər bir ali məktəb iyirmi ayrı parametr, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları ilə qiymətləndirilir.Muxalifet3 - 20-04-2019
ŞOK: 1 ayın gəlini kişi çıxdı - VİDEO
Oğlunun homoseksual olduğunu qəbul etməyən qadın qohumlarını aldatmaq üçün oğlunun xoşlandığı kişini toyda gəlin kimi geyindirib. Səyyar Tv xarici mətbuata istinadla xəbər verir ki, Londonda yaşayan homoseksual Roy Singh mətbuata müraciət edərək təzyiqlərə məruz qaldığını söyləyib. Onun dediyinə görə, qayınanası ilə qayınatası oğlunun gey olduğuna görə biabır olmasınlar deyə oğullarının toyunda ona gəlin paltarı geyindirib, qız kimi bəzəyiblər. Roy toydan sonra 1 ay da özünü qadın kimi göstərməyə məcbur edilib. Uzun müddət dikdaban ayaqqabı geyinməyə məcbur qalan Roy intihara cəhd edib.
Muxalifet3 - 20-04-2019
Azərbaycanla sərhədi müəyyən etmək lazımdır - Zurabişvili
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla sərhəddə yerləşən David Qareci sərhədyanı zonaya baş çəkib.
Muxalifet.az xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının mətbuat xidməti məlumat yayıb.
S.Zurabişvili sərhədçilərlə görüşüb. Görüşdən sonra o bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.
Muxalifet3 - 20-04-2019
Türkmanlardan Makrona: Terrorun dəstəkçisi...
Suriya Türkman Məclisi (STM) Fransa Prezidenti Emmanuel Makronun PYD-nin nəzarətində olan Suriya Demokratik Qüvvələrindən (SDQ) olan nümayəndələri qəbul etməsini qınayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə STM yazılı açıqlama yayıb.
“Makronun SDQ-yə bağlı heyəti qəbul etməsi bir daha ABŞ, İsrail və Fransanın liderliyindəki Qərbin PYD/YPG/SDQ terror təşkilatının beynəlxalq arenada dəstəkçisi olduğunu göstərdi. Makronun terror təşkilatına dəstək verməsini şiddətlə qınayırıq”, - açıqlamada qeyd edilib.Muxalifet3 - 20-04-2019
“Ukraynada yeni lider meydana çıxacaq, 4 il sonra öldürüləcək” – GÖRÜCÜ VANQANIN ŞOK PROQNOZLARI
Ukrayna mətbuatı bolqar falçı Vanqanın 1979-cu ildə dediklərini yenidən gündəmə gətirib. Yerli mətbuat iddia edir ki, Vanqa “yanaşı 20-lər”in (2020) Ukrayna üçün dönüş ili olacağını vurğulayıb. O bildirib ki, Ukrayndan fərqli olaraq 2020-ci il Rusiyada çöküşün başlanğıcı ili kimi tarixə düşəcək. Məşhur falçı iddia edib ki, bu iki qardaş xalqlar arasında gərginlik pik həddə çatacaq və proseslər nəhəng imperiyanın süqutuna gətirib çıxaracaq. Bu süqut isə dərhal baş verməyəcək, “Vladimir imperiyası” 10 il içərisində 4 yerə parçalanacaq.
Muxalifet4 - 20-04-2019
Hər kəsi barışmağa dəvət edirəm - İmamoğlu
Hər kəsi bu şəhərdə görüşməyə, barışmağa dəvət edirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlu sosial şəbəkədə paylaşdığı videoda deyib. O, İstanbul əhalisini bazar günü Maltəpədə keçiriləcək mitinqə dəvət edib:Muxalifet3 - 20-04-2019
Liviyada 16 gün ərzində 220 nəfər öldü, 66-sı yaralandı
General Xəlifə Haftarın 4 apreldə Liviyanın paytaxtı Tripoliyə hücumundan sonra baş verən qarşıdurmalarda bu günə qədər aralarında qadın və uşaqlar da olmaqla, 220 nəfər həlak olub, 66 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunub.
Xatırladaq ki, bir müddət öncə Haftar Tripoliyə hücum əmri verib. Bundan sonra Liviya Milli Hökuməti Haftarın qüvvələrinə qarşı “Vulkanın qəzəbi” əməliyyatına başlayıb.
Muxalifet3 - 20-04-2019