Axtarış

The search found 105768 results in 0.085 seconds.

Search results

  1. İlham Əliyevdən çörəklə bağlı VACİB SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
    Bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.
    Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

    Muxalifet - 18-04-2019

  2. ​Eldar Mahmudovun həbsdəki əmisioğlunun məhkəməsinin vaxtı bəlli oldu - YENİLƏNİB

    Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
    Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçiriləcək proses mayın 1-i saat 11:00-a  təyin edilib.
    *** 15:05
    Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
    Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, V.Mahmudovun barəsində toplanan cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

    Muxalifet - 18-04-2019

  3. ​Prezidentin keçmiş köməkçisinə orden verildi

    Prezident İlham Əliyev Vahid Əliyevə orden verilməsi ilə bağlı sərəncam imzalayıb.
    Ölkə başçısının sərəncamı ilə Vahid Əli oğlu Əliyev hərbi sahədə səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
    Qeyd edək ki, general-leytenant Vahid Əliyev 2002-2017-ci illərdə Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi olub.
    Aprelin 19-da onun 50 yaşı tamam olur.

    Muxalifet - 18-04-2019

  4. Mnatsakanyan münaqişənin həllindən danışdı

    “Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür.” Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandırarkən deyib. 

    Muxalifet - 18-04-2019

  5. AFRİKA BUYNUZUNDA İKİ İTTİFAQIN RƏQABƏTİ: ərəb üçlüyü Türkiyə və Qətəri küncə sıxışdırır

    Set Frantzman

    “Jerusalem Post”, 18.04.2019

    Qətər və Türkiyə, Sudan rejiminin lideri Ömər əl-Bəşiri illərlə dəstəkləyib, ancaq Bəşir xalqın etirazı və hərbçilərin qiyamı ilə iqtidardan məhrum edilib, indi Qətər və Türkiyəyə meydan oxuyanlar var. “Əl-Ərəbiyyə”nin məlumatına görə, Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman əl-Sani Çərşənbə günü Sudana səfər edib. Türkiyədə TRT isə, soyqırımında günahlandırılan Bəşirin devrilməsini “əks-inqilab” kimi təqdim edir.

    Muxalifet - 18-04-2019

  6. ​Bulvara giriş bağlanır

    26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq. Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib. N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər. Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq: “Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq”.

    Muxalifet - 18-04-2019

  7. Trampı qəzəbləndirəcək 2020 seçki anketi

     ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə diqqət çəkən və Trampın daim izlədiyi kanal kimi tanınan “Fox News”, “2020-ci ildə kimə səs verəcəksiniz” başlıqlı bir sorğu keçirib. Sorğunun nəticələri isə ABŞ prezidenti Donald Trampı qəzəbləndirəcək növdəndir.
     
    “Fox News” kanalı 2020-ci ildə keçiriləcək prezident seçkilərinə dair Trampı qəzəbləndirəcək bir sorğunun nəticələrini yayıb.

    Muxalifet3 - 18-04-2019

  8. ​Kimdən gözlənilməz addım: Putinlə birgə...

    Şimali Koreyanın lideri Kim Çen İn Rusiyaya gəlir.
    Kreml Kimin aprel ayının sonunda Rusiyaya gələcəyi və Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
    Şimali Koreya lideri ABŞ prezidenti Donald Tramla keçirdiyi iki görüşdən heç bir nəticə çıxmayandan sonra bu gün yeni silahın sınaqdan keçirilməsi əmrini verib./Publika

    Muxalifet - 18-04-2019

  9. Nazarbayev Avrasiya İqtisadi İttifaqının fəxri sədri seçilə bilər – Vəzifə məxsusi olaraq onun üçün təsis edilir

    «AzPolitika.info» Rusiya KİV-ə istinadla xəbər verir ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəxri sədri seçilə bilər.

    Məlumatlı mənbəyə istinadla, «Kommersant» qəzetinin yazdığına görə, bu vəzifə məxsusi olaraq Nazarbayev üçün təsis edilir.

    Mənbənin sözlərinə görə, Nazarbaynvin təcrübəsi və nüfuzu təşkilatın beynəlxalq səhnədə mövqeyinin güclənməsinə kömək edər.

    Muxalifet - 18-04-2019

  10. “Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

    “Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə verməkdə davam edir. Mobil operator növbəti dəfə NETTY-2019 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək olub. NETTY mükafatı hər il ən yaxşı Azərbaycan İT layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edir və onları mükafatlandırır.

    Muxalifet4 - 18-04-2019

  11. Tanınmış müğənninin oğlu adam öldürdü - YENİ XƏBƏR

    Keçən ilin iyun ayında Bakının Nəsimi rayonunda qətl törətmiş Vəliyev Tuncay Vidadi oğlu və Ocaqverdiyev Fərman Əli oğlunun barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
    Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə başlanan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.
    Məlumata görə, bir neçə ay əvvəl də bu işlə bağlı materiallar məhkəməyə daxil olsa da, sonradan iş yenidən prokurorluğa qaytarılmışdı. 

    Muxalifet - 18-04-2019

  12. ​Bakıda iki marşrutun xətti dəyişdirildi

    Nizami rayonu Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti 18 aprel 2019-cu il gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq.
    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    Muxalifet - 18-04-2019

  13. Qaz və işığa qoyulan limit ləğv olunsun! – “Zərbə kasıblara dəyir...”

    Qaz və işıq limiti ilə bağlı məsələ uzun müddətdir vətəndaşlar tərəfindən sosial şəbəkələrdə müzakirə edilir, şikayətlər dilə gətirilir. Bununla əlaqəli Milli Məclisin iclaslarında deputatlar bir neçə dəfə problemi qaldırsa da, hələ ki, hökumətdən reaksiya gəlməyib.
    Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov “Yeni Sabah”a danışarkən deyib ki, qaza, işığa limit tətbiq edilməsi məsələsi dünyanın heç yerində yoxdur:

    Muxalifet - 18-04-2019

  14. Səhiyyə Nazirliyi ölü quruma çevrilir? – Deputat xəstəxanaların TƏBİB-ə verilməsinin səbəbindən danışdı

    Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minəcək.

    Qərara əsasən, bir çox dövlət xəstəxanaları TƏBİB-in tabeliyinə verilib.
    Məsələ ilə bağlı medicina.az-a açıqla verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev bildirib ki, bu addım icbari sığortanın tətbiqi ilə bağlıdır:

     

    Muxalifet - 18-04-2019

  15. Azərbaycanda məktəbli oğlanı kütləvi şəkildə zorladılar: Həbs olunanlar var - RƏSMİ

    Şabranda yeniyetmə oğlanı zorlamaqda ittiham edilən üç nəfər saxlanılıb.
    Bu barədə Şabran Rayon Polis İdarəsindən məlumat verilib.
    Belə ki, 15 yaşlı yeniyetmə (ad və soyad etik səbəblərdən açıqlanmır) həmyaşıdları və özündən yaşca böyük şəxslər tərəfindən seksual təcavüzə məruz qalıb. 
    Məhkəmə-tibbi ekspertizası yeniyetmənin mütəmadi cinsi əlaqədə olması faktını təsdiqləyib, onun bədənində cinayətin xarakterik izləri aşkarlanıb. 

    Muxalifet - 18-04-2019

  16. Misirdə qeyri-adi tapıntı - Foto

    Arxeoloqlar Misirin Luksor əyalətində Qədim Misirdə fironların XVIII sülaləsinin (e.ə.1550-1292-ci illər) taxıl anbarlarının gözətçisinin böyük sərdabasını aşkar ediblər.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu barədə ölkənin qədim abidələr naziri Xalid əl-Anani Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günündə keçirilən sərdabanın açılış mərasimində bildirib. Mərasimdə Misir hökumətinin rəhbəri Mustafa Madbuli, nazirlər və parlament üzvləri, həmçinin müxtəlif ölkələrin səfirləri iştirak ediblər.

    Muxalifet3 - 18-04-2019

  17. Rusiyada ağır qəza: Maşın piyadaların üzərinə çıxdı

    Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, Anuçkova körpüsünün üzərindəki yol kəsişməsində iki minik avtomobilinin toqquşması nəticəsində ağır qəza baş verib.
    Muxalifet.az yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Nevski prospektində baş verən qəza zamanı avtomobillərdən biri yoldan çıxaraq səkidə hərəkət edən 4 piyadanın üzərinə gedib. Piyadaların müxtəlif dərəcəli xəsarətlər aldığı deyilib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 18-04-2019

  18. Bakıda əczaçılıq zavodu inşa olunacaq

    Bakıda əczaçılıq zavodunun inşa edilməsi planlaşdırılır.
    Bu barədə prezident İlham Əliyevlə İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin görüşü zamanı fikir səsləndirilib.
    Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin artdığı vurğulanıb, sənaye sahəsində uğurlu layihələrin həyata keçirildiyi bildirilib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin və əlavə imkanların olduğu qeyd olunub.

    Muxalifet3 - 18-04-2019

  19. 9 azərbaycanlı Hollandiyadan deportasiya olundu

    Bu ilin əvvəlindən martın 31-dək Niderland Krallığından 9 azərbaycanlı deportasiya olunub.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, onlardan 5-i Rusiya, 1-i Türkiyə, qalanları isə Azərbaycan vətəndaşlarıdır.
    Həmin şəxslər son bir ildə müxtəlif vaxtlarda Niderlandda yaşamaq icazəsi üçün müraciət ediblər. Deportasiyaya səbəb kimi də onların müraciət zamanı məhz qeyri-dəqiq məlumatlardan istifadə etməsi, miqrasiya orqanlarını aldatması göstərilib
     

    Muxalifet3 - 18-04-2019

  20. Fuad Qəhrəmanlının qızına hücum edən şəxs həbs edildi - YENİLƏNDİ

    Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən Tural Qarayev inzibati qaydada cəzalandırılıb.
    Report-un xəbərinə görə, bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə ona 15 sutka inzibati həbs cəzası verilib.
     

    Muxalifet3 - 18-04-2019

Pages