Axtarış

The search found 105768 results in 0.032 seconds.

Search results

  1. Tramp qızına prezidentlik təklif edib!

     ABŞ prezidenti Donald Trampın Ağ Evdıki müşaviri olan qızı Ivanka Tramp atasının ona Dünya Bankının prezidenti olmaq istəyib istəməyəcəyini soruşduğunu, lakin bu təklifə isti baxmadığını söyləyib.
     
    İIvanka Tramp Qadınların Qlobal İnkişafı və Rifahı Təşəbbüsü çərçivəsində təşkil etdiyi Afrika səfəri zamanı “Associated Press” agentliyinin müxbiri ilə etdiyi söhbətdə, atasının ona Dünya Bankının prezidenti vəzifəsini təklif etdiyini deyib.

    Muxalifet3 - 18-04-2019

  2. Avropa Parlamentindən viza qərarı

     Avropa Parlamenti viza müraciət haqlarının 80 avroya qaldırılmasını təsdiq edib. Strasburq şəhərində keçirilən AP Baş Məclisində, Avropa Birliyinə (Aİ) qısa dövrlü viza müraciətlərinə dair tənzimləmə qərar layihəsinə 123 əleyhinə, 408 səs lehinə olmaqla qəbul edilib.
     
    Yeni tənzimləməyə görə, Aİ-nin 100-dən artıq ölkə vətəndaşına tətbiq etdiyi səyahət vizasının rüsum qiyməti 60 avrodan 80 avroya çıxarılacaq.

    Muxalifet3 - 18-04-2019

  3. Çox mühüm “İstanbul seçkisi” açıqlaması

     TBMM Konstitusiya Komissiyasının keçmiş sədri və konstitusiya professoru Burhan Kuzu İstanbul seçkilərinə edilən etirazlarla bağlı mühüm bir açıqlama verib. Kuzu “İstanbul seçkisi hüquqsuzdur, YSK bütün səsləri saydırmalıydı, indi seçki yenilənməlidir, başqa çıxış yoxdur” deyib.
     
    Şəxsi Twitter hesabından İstanbul seçkilərinə yönəlik münasibət bildirən professor Burhan Kuzu, "Çox dəqiq deyirəm, YSK səsləri saydırmalıydı, bu seçki hüquqsuzdur, yenilənməlidir, başqa çıxış yoxdur" deyə yazıb.
    Burhan Kuzu bu ifadələri işlədib:

    Muxalifet3 - 18-04-2019

  4. İmamoğluna mandat veriləndən sonra Binalı Yıldırımdan ilk açıqlama!

    “Cümhur İttifaqı”nın İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binalı Yıldırım “İstanbul seçkisində proses işləmiş, Seçki Komissiyası mandatı cənab İmamoğluna vermişdir. Qərarın xeyir gətirməsini arzu edirəm. Demokratiya və hüquq işləmişdir. Qızışdırıcı gərginliyin uyğunsuzluğu görülmüşdür. Partiyamız hüquqi hüquqlarından istifadə etməyə davam edir. Son söz YSK-nındır” deyib.
    Müxalifət.az

    Muxalifet3 - 18-04-2019

  5. Xəbərdarlıq: “Türkiyəyə eyni vaxtlı hücumlar ola bilər” - TƏHLİL

    Türkiyə və ABŞ münasibətlərində S-400 hava müdafiə sisteminin alınması və F-35-lərin təhvili məsələləri gərgin bir dövrdən keçərkən, ABŞ Konqresinə təqdim olunan bir layihəylə bunlara daha bir yenisi əlavə olunub. Amerikalı Demokrat senator Bob Menendez və Respublikaçı senator Marko Rubionun Konqresə təqdim etdiyi layihə ilə Şərqi Aralıq dənizində ABŞ-ın Yunanistan-İsrail-Yunan Kipri üçlüyünə dəstəyi gündəmə gəlib. Bu yöndə sualları cavablandıran Təhlükəsizlik və Strategiya eksperti Yusif Alabarda ABŞ-ın Şərqi Aralıq dənizi strategiyasını qiymətləndirib.
     

    Muxalifet3 - 18-04-2019

  6. Ermənistan üçün fəlakət SSENARİSİ: Azərbaycan bu ərazidə ən müasir silahlar...

    Vyana görüşü vaxtı ABŞ-da erməni diasporu ilə toplantısında Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” açıqlamasından sonra erməni hərbi birəşmələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib. Tonoyanın bu açıqlaması ritorik xarakter daşısa da, işğalçı ölkənin yeni ərazilər işğal etmək niyyətləri də istisna deyil. Xüsusilə, Azərbaycan torpaqlarını işğal edən Ermənistanda həmişə “Şimali Qarabağ” iddiaları olub. Bura Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir.

    Muxalifet - 18-04-2019

  7. ABŞ prezidenti Trampın qərarına təpki yağdı

     ABŞ prezidenti Donald Trampın Yəmən layihəsini veto etməsindən sonra Amerikalı siyasətçilərin təpkilərinə səbəb olub.
     
    ABŞ prezidenti Donald Trampa ABŞ-ın Yəməndəki döyüşlərdə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya verdiyi dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsinə veto qoymasından sonra ABŞ siyasətçilərindən təpkilər yağıb.

    Muxalifet3 - 18-04-2019

  8. General Yaşar Aydəmirovdan ilginc açıqlama

    “Düşmən ölkənin təxribata əl atması bizə böyük şans yaradar; Azərbaycan Naxçıvana gedən dəmir yolu xəttini öz balansına qaytarmaq üçün hərəkətə keçə bilər”

    Muxalifet - 18-04-2019

  9. “ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR – “TuranBank”ın yarım milyona yaxın əməliyyat zərəri yaranıb

    Bank sektorunda və mətbuatda Məmməd Musayevin bankı kimi tanınan “TuranBank” ASC-nin 2019-cu ilin 1-ci rübü üzrə maliyyə hesabatları dərc olunub.Hesabatlardan belə görünür ki, daha çox “Şapka Mamed” ayaması ilə tanınan Məmməd Musayevin bankının vəziyyəti o qədər də ürəkaçan deyil.

    Muxalifet - 18-04-2019

  10. 120 manat ödəməklə il ərzində tam tibbi yardım ala bilərsiz

    120 manat ödəməklə il ərzində tam tibbi yardım ala bilərsiz
    Real TV icbari tibbi sığortayla bağlı material hazırlayıb. "Qafqazinfo" həmin süjeti təqdim edir:
    İcbari tibbi sığorta məsələsi Azərbaycanda uzun illərdir aktualdır. Hələ 1999-cu ildə qanun qəbul edilsə də, o qanun ölkədə tətbiqini tapmayıb. Təbii ki, müxtəlif səbbələr üzündən. Amma 2020-ci ill deyilənlərə görə fərqli olacaq və biz icbari tibbi sığortanın faydasını görəcəyik.

    Muxalifet - 18-04-2019

  11. Gəncədə 12 gündür yoxa çıxan 14 və 9 yaşlı bacılardan XƏBƏR VAR

    Aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı  Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

    Muxalifet - 18-04-2019

  12. ​ŞOK: Məmurlar necə oliqarxa çevrilir? - “Maaş”la yığılan sərvət...

    Mediada, sosial şəbəkələrdə mütəmadi olaraq zəngin həyat tərzi keçirən məmurlar, onların ailə üzvləri ilə bağlı məlumatlar yer alır. Hətta işdən çıxarılan məmurların malik olduğu sərvətin, obyektlərin siyahısı dərc edilir, onların var-dövləti, bahalı avtomobil kolleksiyası göz qamaşdırır. “Maaşa baxan” bu adamların qısa zaman kəsiyində necə varlanması isə hər kəsi düşündürür.

    Muxalifet - 18-04-2019

  13. İslam Alimləri Birliyindən xəbərdarlıq: “ƏRƏB BAHARI” ÖLMƏYİB

    Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Qaradaği bəzi Ərəb liderlərin Fələstin və Qüds kimi böyük mübarizəyə qarşı gəldiyini bildirərək “Ərəb liderlərin bir hissəsi hazırda elə bir duruma düşüblər ki, İsrailə dəstək verəcək vəziyyətdədirlər” deyib.
     
    Qaradaği Orta Şərq və İslam dünyasında baş verən son proseslərə dair Anadolu Agentliyinə açıqlama verib.

    Muxalifet3 - 18-04-2019

  14. ​Orhan Gencebay xəstəxanaya düşdü

    Məşhur türk müğənnisi və aktyoru Orhan Gencebayın vəziyyəti ağırlaşıb.
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, ürəyində ağrılar səbəbilə xəstəxanaya aparılan ifaçıya dərhal müdaxilə edilib. Onun ürəyində tıxanan iki damara stend qoyulub.
    Hazırda reanimasiya şöbəsində yatan müğənninin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

    Muxalifet - 18-04-2019

  15. ABŞ-ın “müdaxilə siyahısını” açıqladı! Venesueladan sonra növbə...

     ABŞ-ın Venesuelada uğursuz olmasına baxmayaraq planlarından əl çəkməyəcəyini deyən rus ekspert Bloxin, növbədə Nikaraqua və Kubanın olduğunu qeyd edib.
     
    Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Problemləri Araşdırma Mərkəzindən Amerikanist və siyasət eksperti Konstantin Bloxin “Sputnik”-ə açıqlamasında, ABŞ-ın Venesuelada tam sürətlə hakimiyyət dəyişmək planının suya düşdüyünü qeyd edərək bu məsələ ilə bağlı bu fikirləri bildirib:

    Muxalifet3 - 18-04-2019

  16. ​İşsizlərə ŞAD XƏBƏR: SOCAR 15 min yeni...

    İşsizlər və işaxtaranlar üçün. Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulan SOCAR əlavə olaraq ictimai işlərdə çalışmaq üçün 15000 nəfərlik yeni iş yerləri açıb.
    Məlumata görə, bu barədə SOCAR-ın vitse prezidenti Xaliq Məmmədov məlumat yayıb.
    "Hazırda 4500 dən çox iş yeri vakantdır. Qeydiyyatda olan işsizlərin işə qəbul olması üçün rayon məşğulluq xidmətlərindən göndəriş alıb, SOCAR-ın yerli idarələrinə təqdim etməsi kifayətdir. Yerli idarələrin rəhbərləri müvafiq təlimat almışlar"./BAKU.WS

    Muxalifet - 18-04-2019

  17. ​Bir günə 37 nəfər saxlanıldı - Azərbaycanda

    Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də də törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb.
    Əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 18-04-2019

  18. İsrailin Suriyada davamlı olaraq vurduğu İran obyektlərinin sirri

    Hamada istehsal olunan raketlər Tel-Əviv üçün potensial təhdidə çevrilib

    İsrail ordusu növbəti dəfə Suriya ərazilərini bombalayıb. Aprelin 13-də həyata keçirilən hava zərbələri Suriyanın Hama şəhəri yaxınlığındakı hərbi sənaye müəssisəsinə endirilib. Hərbi müəssisələrin iranlılara məxsus olduğu və burada raket istehsal edildiyi bildirilir.

    Muxalifet - 18-04-2019

  19. Almaniyadan 300 milyard avro müharibə təzminatı istəyir

    Yunanıstan parlamenti İkinci Dünya Müharibəsində Nasist işğalı dövrünə yönəlik Almaniyadan müharibə təzminatı tələb edilməsinə yönəlik qərar təklifinə səs verib.
     
     Yunanıstanda Alman işğalı dövründə həyatını itirənlər və verilən zərərlərə qarşılıq hökumətin rəsmi olaraq müharibə təzminatı tələb etməsinə dair qərar layihəsi məclisdə səs çoxluğuyla qəbul edilib.
    İfrat sağçı “Qızıl Şəfəq” Partiyasının deputatları isə səsvermədə qərarın əleyhinə səs verib.

    Muxalifet3 - 18-04-2019

  20. Azərbaycanın ən bahalı əməliyyatxanası – Prezidentin açdığı 5 milyon dollarlıq otaqda nələr edilir?

    Hibrid əməliyyat otağı bir çox inkişaf etmiş ölkələrdə az sayda da olsa yaradılan, bir neçə əməliyyatın eyni vaxtda, 2-3 cərrah tərəfindən icra edilə biləcəyi yeni, modern əməliyyatxanadır.
    Azərbaycanda belə bir əməliyyat otağı cəmi 1 yerdədir və 2017-ci ilin sonunda prezident İlham Əliyevin iştirakı ilə açılıb.

    Muxalifet - 18-04-2019

Pages