Axtarış
The search found 105768 results in 0.089 seconds.
Search results
Suriyada benzin böhranı
Suriyadakı Bəşər Əsəd rejiminin nəzarətində olan bölgələrdə benzin böhranı başlayıb. YPG / PKK terror təşkilatının ölkənin neft yataqlarının 70 faizinə nəzarət etməsi böhranın əsas səbəblərindən biridir.
Vətəndaş müharibəsindən əvvəl öz neftini emal edərək yanacaq ehtiyacını ödəyə bilən Suriyada, Əsəd rejimi son zamanlarda bu sahədə bir böhran yaşayır.
Rejim ilə terror təşkilatı arasındakı neft ticarəti aparısa da, lakin neft emal edən rafineriler müharibə nəticəsində məhv olduğu üçün yanacaq emalında problemlər yaşanır.Muxalifet3 - 17-04-2019
QARABAĞA DAİR “RUS PLANI”NIN NÖVBƏTİ RAUNDU DA BİTDİ: müharibə, yoxsa sülh? - TƏHLİL
Stanislav Tarasov
regnum.ru, 16.04.2019
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Rusiya XİN başçısı Sergey Lavrovun qatıldığı görüşü keçirilib. Sonra ATƏT Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) onlara qoşulublar. Bu danışıqların məhz Moskvada keçirilməsi və Lavrovun buna qatılması faktının özü ekspertləri xeyli fikrə aparır.
Muxalifet - 17-04-2019
Türkiyənin S-400 alması Yunanıstanı da qorxutdu
Daha əvvəl Rusiyadan S-300 alan Yunanıstan, Türkiyənin S-400 hava sistemləri almasından narahat olub. Yunanıstanın baş naziri Çipras, Türkiyəni nəzərdə tutaraq "Qeyri sabit bir qonşu istəmirik" deyib.
Türkiyənin S-400 hava sistemlərinə sahib olması ABŞ, Yunanıstan kimi ölkələri narahat edib. Havada Türkiyəyə üstünlüyü təmin edəcək S-400-lər, eyni zamanda ABŞ kimi ölkələrin görünməyən təyyarələrini də Türkiyə üçün görünər edəcək ki, bu da ABŞ-ın gizli planlarını pozur.Muxalifet3 - 17-04-2019
“ŞANTAJ YOLU İLƏ 100 MİN TƏLƏB EDİR, REKETDİR…” - Hacı İbrahimdən idarə rəisinə şok ittihamlar
“Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) son günlər müxtəlif media qurumlarında Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyevlə “Avesta Konserni” MMC arasında mübahisənin olması barədə yayılan məlumatlara münasibət bildirib.
Hacı İbrahim Nehrəmli Demokrat.az-a açıqlamasında deyib ki, Adil Əliyev haqqında yazılanlar doğrudur: “Yazılanlarda həqiqət var. İlk növbədə, qeyd edim ki, bu çox xoşagəlməz hadisədir və mən çox təəssüf edirəm ki, istəmədən bu münaqişənin iştirakçısı oluram.
Muxalifet - 17-04-2019
Məşhur meyxanaçı efirdə yalan danışdı: Zaur BAĞIŞLAMADI
"Tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, elə bilirlər bunları mən dəvət edirəm. Bunu telekanal ilə, Zaur qardaşımla bir yerdə məsləhətləşirik".
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bunu meyxanaçı Ağamirzə qonağı olduğu "5/5"də özü ilə proqrama təşrif buyuran gənc həmkarlarını tamaşaçılara təqdim edərkən deyib.
Aparıcı Zaur Kamal tanınmış meyxana ustadının sözünü yarımçıq kəsərək, onun yalan danışdığını bildirib:Muxalifet - 17-04-2019
Qələbə qazanmaq üçün bütün əsaslara sahibəm - Poroşenko
Prezident seçkilərinin ikinci turunda qələbə qazanmaq üçün bütün əsaslara sahibəm.
Bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
Poroşenko seçkilərdə qələbə qazanacağı halda Ukrayna qanunvericiliyini Avropaya uyğun şəkildə formalaşdırmaq kursunu davam etdirəcəyini bildirib./Axar.azMuxalifet - 17-04-2019
Dərman taxıl sahəsini məhv etdi - VİDEO
Ağcabədi rayonunda taxıl sahəsinə alaq otlarına qarşı səpilən dərman bütün əkini məhv edib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Qaravəlli kəndində bir neçə fermer becərdikləri taxılı dərman qurudub. Onlar bildirir ki, alaq otlarına qarşı Bərdə rayonundan dərman alıblar. Taxıl sahəsinə səpiləndən bir neçə gün sonra yetişməkdə olan taxıl bitkisi məhv olub.Muxalifet - 17-04-2019
Məktəb direktoru vəzifəsinin 5 illiyini təntənəli qeyd etdi - Azərbaycanda görünməmiş olay - FOTOLAR
Azərbaycanda yüksək vəzifə sahiblərinin, onların övladlarının dəbdəbəli ad günləri, yığıncaqlar keçirməsi adi hal aldığından cəmiyyətdə buna seyrçi yanaşırlar. Ancaq bu ənənəni təhsil ocağına rəhbərlik edən ziyalıların davam etdirməsi təəccüb doğurmaya bilməz.
Gununsesi.org Azərbaycanda özünün vəzifə təyinatının 5 illiyini ziyafət məclisi ilə qeyd edən məktəb direktou ilə bağlı maraqlı faktlar əldə edib.
Muxalifet - 17-04-2019
BDU 2 dekan və 17 kafedra müdiri axtarır - SİYAHI
Bakı Dövlət Universiteti (BDU) boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.
“Report” xəbər verir ki, BDU Tətbiqi riyaziyyat və kibernetika, həmçinin Tarix fakültələri üçün dekan vəzifəsinə işçi axtarır.
Bundan başqa, 17 kafedra müdiri vəzifəsi üçün də vakansiya elan olunub.
BDU-nun bu və digər vakansiyaları təqdim edirik.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bir ay müddətində mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, AZ-1148 ünvanına təqdim etməlidirlər.Muxalifet - 17-04-2019
Ermənilərin qanunsuz əməllərini əks etdirən hesab yaradıldı
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bununla bağlı XİN-in mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 17-04-2019
Səudiyyə Ərəbistanda bir ilk! ABŞ-a qadın səfir təyin edildi
Səudiyyə Ərəbistanının ilk qadın səfiri şahzadə Rima bint Bəndər bin Sultan bin Əbdüləziz Al Səud ABŞ-dakı səfir vəzifəsinə başlamaq üçün and içib.
Səudiyyə Ərəbistanının ilk qadın səfiri şahzadə Rima bint Bəndər bin Sultan bin Əbdüləziz Al Səud ABŞ-dakı səfir vəzifəsinə başlamaq üçün Ər-Riyaddakı Əl Yamama Kral Sarayında Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulazizin hüzurunda and içib.Muxalifet3 - 17-04-2019
Röyanın efirdəki söyüşünə rəsmi reaksiya
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov musavat.com saytına açıqlamasında deyib:Muxalifet - 17-04-2019
Henrix Mxitaryan Bakıya gələ bilər - UEFA KÖMƏK EDƏCƏK
İngiltərənin "Arsenal” klubu erməni futbolçusu Henrix Mxitaryana Azərbaycana viza almamışdan qabaq onunla məsləhətləşəcək.
"Arsenal” UEFA Avropa Liqasının finalına vəsiqə qazanacağı halda UEFA Azərbaycana girişinə qadağa qoyulan futbolçuya viza alınmasına dəstək olacaq.
Lakin klub öncə Mxitaryanın özünü Bakıda rahat hiss etməsi üçün onun fikrinə önəm verəcək. Əgər erməni futbolçu Bakıya gəlməkdən çəkinməzsə, o zaman Mxitaryana viza alınacaq.Muxalifet - 17-04-2019
“Qarabağ probleminin həllinə Rusiyadan daha çox İran mane olur” - ƏNVƏR BÖRÜSOY
“Tehran cənub regionumuzda ikinci etnik separatizim meydanı yaratmaq istəyir”
Muxalifet4 - 17-04-2019
Yeni “Notr Dam” Kilsəsinin inşası 5 il sürəcək
Fransa prezidenti Makron srağagün baş verən yanğında böyük zərər görən “Notr Dam” Kilsəsinin yenidən inşasının 5 il ərzində tamamlanacağını söyləyib.
Makron paytaxt Parisin simvollarından tarixi “Notr Dam” Kilsəsində yanğınla bağlı açıqlama verərək yeni kilsənin əvvəlkindən daha gözəl bir şəkildə yenidən inşa ediləcəyini və işin 5 il ərzində başa çatdırılmasını istədiyini söyləyib.
Qeyd edək ki, “Notr Dam” Kilsəsi üçün toplanan ianə miqdarı təxminən 700 milyon avroya çatıb.
Müxalifət.azMuxalifet3 - 17-04-2019
SON DƏQİQƏ: Soğanın qiymətində KƏSKİN UCUZLAŞMA - Bir kiloqramı...
Yerli fermerlər yeni soğan məhsullarını toplayaraq artıq satış mərkəzinə göndəriblər.
Azvision.az -ın məlumatına görə, hazırda soğanın bir kiloqramı müştərilərə 30 qəpiyə təklif olunur. Alıcılar Kənddən Şəhərə satış mərkəzinə üz tutaraq soğanı 0.30 AZN-ə əldə edə bilərlər.Muxalifet - 17-04-2019
Çevrilişçi Sisi hakimiyyət ömrünü uzatdı
Misirdə qanlı bir çevrilişlə hakimiyət başına gələn Sisi, vəzifədə uzun müddət qala bilmək üçün konstitusiya dəyişikliyi ilə bağlı parlamentdən razılıq alıb.
Misir parlamenti prezidenti Əbdul- Fəttah Sisiyə 2030-a qədər vəzifədə qala bilmə yolunu açan konstitusiya dəyişikliyini qəbul edib.
Qeyd edək ki, Misirin demokratik seçki ilə vəzifəyə gələn ilk dövlət başçısı olan Məhəmməd Mursi 2013-ci ildəki etiraz aksiyalarından sonra general Sisi tərəfindən çevrilişlə vəzifədən alınaraq həbs edilmişdi.
Muxalifet3 - 17-04-2019
ABŞ-dan Xamanei və SEPAH-a ŞOK: yüksək rütbəli hərbçilər və rəsmilərin...
Ötən gündən başlayaraq İranın yüksək rütbəli hərbçilər və rəsmi şəxslərinin sosial media hesabları silinir.
Dünən axşam saatlarından etibarən İranın dini lideri Əli Xameneinin “İnstaqram” sosial şəbəkəsində ingilis dilində fəaliyyət göstərən rəsmi səhifəsinə giriş mümkün olmayıb.
Səhər saatlarından başlayaraq “İnstaqram” SEPAH-ın rəsmi səhifələrini silib. Proses ilkin olaraq “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin səhifəsi ilə başlayıb.Muxalifet - 17-04-2019
Türk generaldan ABŞ-a xəbərdarlıq: “YPG-ni 40 km kənara çıxarmazsanız, vurarıq”
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-da apardığı danışıqlar çərçivəsində ABŞ müdafiə naziri vəkili Patrik M. Şanahan ilə görüşüb.
Akar və Şanahanın görüşündə, Suriyadakı proseslər, ikitərəfli əlaqələr, digər regional təhlükəsizlik məsələləri ilə müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu açıqlanıb.
TERRORÇULAR MAKET TƏYYARƏLƏRLƏ HÜCUM EDİR
Muxalifet3 - 17-04-2019
Bakıda evin hamamından meyit tapıldı
Bakıda evdən meyit tapılıb.
Unikal.org-un məlumatına görə, aprelin 16-da saat 17 radələrində Bakı şəhəri Nizami rayonunda yaşayan, 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məmməd oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evin hamam otağında aşkar edilib.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Muxalifet - 17-04-2019