Axtarış
The search found 105761 results in 0.026 seconds.
Search results
Bu yollarda DİQQƏTLİ OLUN - XƏBƏRDARLIQ
Bakı şəhəri, Xan Şuşinski küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək, həmçinin axşam saat 22:00-dan səhər saatlarına qədər Şəmsi Bədəlbəyli və Süleyman Rüstəm küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.Muxalifet - 16-04-2019
Ağdamda DƏHŞƏTLİ HADİSƏ: Qadın 10 aylıq qızını boğaraq öldürdü
Ağdamda ana qızını qətlə yetirib.
ONA-nın xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır.Muxalifet - 16-04-2019
Gənc qadın özünü 5-ci mərtəbədən atdı - Bakıda İNTİHAR
Bakıda gənc qadın özünü 5-ci mərtəbədən atıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Yasamal rayonu, K.Rəhimov küçəsi ev 30 ünvanında yerləşən binanın 5-ci mərtəbəsindən 25-30 yaşlarında qadın özünü ataraq intihar edib.
Ölən qadının şəxsiyyəti dəqiqləşdirilir.Muxalifet - 16-04-2019
Rüfət Axundov canlı yayımdan QOVULDU
Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun verilişlərin birində qeyri-etik ifadələ səsləndirdiyinə görə efirlərdə iştirak etməsinə qadağa qoyub.
Qadağaya baxmayaraq bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub. Reklamdan sonra Rüfət Axundov verilişdə omayıb./UnikalMuxalifet - 16-04-2019
Aysun özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq övlad ola bilmədim...” - Konyada azərbaycanlı qızın faciəsi
Türkiyənin Konya şəhərinin Selcuklu rayonunda 21 yaşlı azərbaycanlı qız Aysun Y. özünü biznes mərkəzinin 42-ci mərtəbəsindən atıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, o təxminən 100 metr hündürlükdən beton səthə düşərək yerindəcə keçinib.
Muxalifet - 16-04-2019
Ermənistan parlamentində ŞOK ETİRAF: “Ordumuzda ölüm göstəriciləri...”
Bu gün Ermənistan parlamenti “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən əlavə və düzəlişləri müzakirəyə çıxarmaqdan imtina edib.
Erməni KİV-ri xəbər verir ki, təklif olunan qanun layihəsi Ermənistan hərbçilərinin, xüsusən də 18 yaşı tamam olan kimi orduda xidmətə çağırılan gənclərin təcrübəsizliyinin aradan qaldırılması, döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib və onların 1 illik hərbi hazırlıq müddətindən sonra Ermənistan ordusunda xidmətə çağırılmasını nəzərdə tutur.Muxalifet - 16-04-2019
Bakıda ərini öldürən qadından TÜKÜRPƏDƏN ETİRAF: "Məni fahişəlik etməyə..."
Bakıda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 22-nə təyin olunub.
İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.Muxalifet - 16-04-2019
SON DƏQİQƏ: Elinanın ölümü ilə bağlı məktəbin direktoruna cinayət işi açıldı - BU GÜN HƏBS EDİLƏCƏK
162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.
Muxaifet.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.Muxalifet - 16-04-2019
Rusiya Paşinyanın düşmənini verməkdən imtina etdi
Rusiya hökuməti Ermənistanın “banan kralı” olaraq tanınan Miqran Poqosyanı İrəvana verməkdən imtina ediblər.
Bu məlumatı “İrates” qəzeti yayıb. Qəzet Rusiya hökumətinin bu addımı Ermənistanın məhkəmə hakimiyyətinə etibar etmədiyi üçün atdığını bildirib:
Qeyd edək ki, Miqran Poqosyan Ermənistan Ədliyyə Nazirliyinin Məhkəmə Aktlarının İcrası Xidmətinin keçmiş rəhbəridir. O, uzun illər Ermənistanda “banan kralı” kimi tanınıb. General-leytenant olan Poqosyan hazırda Moskvada gizlənir./AxarMuxalifet - 16-04-2019
Şagirdin valideyni tərəfindən döyülməsinə görə araşdırma başladı
Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyn zorakılığına məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.Muxalifet - 16-04-2019
Rəşad İlyasov ilk dəfə “Space”dəki qalmaqaldan danışdı: “Xalqı söymədim, təhqir...”
Əməkdar artist Rəşad İlyasov ilk dəfə “Space” kanalında baş verən qalmaqala münasibət bildirib.
Muxalifet - 16-04-2019
Türk deputat İrəvanda ERMƏNİLƏRİ BELƏ SUSDURDU: “Qarabağ Azərbaycanındır”
“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması məsələsini Dağlıq Qarabağ probleminin həlli kontekstində nəzərdən keçirmək lazımdır”
Bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin bu gün İrəvanda keçirilən 52-ci iclasında iştirak edən komitənin sədri, Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) deputatı Mətin Gündoğdu erməni jurnalistlərin sualını cavablandırarkən deyib.Muxalifet - 16-04-2019
DİQQƏT: Bakıda dövriyyədə saxta pullar var
“Az əvvəl mağazaya girdim. Pulu verdim ki, aldığımın pulunu çıxsınlar, satıcı dedi ki, bu saxtadır”.
Bu sözləri feysbukda sosial şəbəkə istifadəçisi Nərmin Nöqtə yazıb. Saxta 10 manatlığın şəklini paylaşan istifadəçi qeyd edib: “10 manatın mənə necə gəlib çıxdığını götür-qoy etdim. Bu gündən sonra diqqətli olacam. Üstəlik, saxta 10 manatlıq əskinazlar dövriyyədir. Xüsusilə, buna diqqət göstərin ki, aldanmayasınız”./PublikaMuxalifet - 16-04-2019
Qapıcıdan duyğulandıran addım - VİDEO
Uruqvay Premier Liqasında “Plaza Kolonya” - “Penarol” maçından sonra maraqlı hadisə baş verib. Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, “Penarol”un qaöıcısı Kevin Dauson, daun sindiromlu “Plaza Kolonya” tərəfdarlarının xahişini yerinə yetirib.
O daun sindiromlu gəncin penaltı vuruşundan istifadə etməsi üçün qapıya keçib.
Gəncin qol sevinci hər kəsi kövrəldib.
Muxalifet - 16-04-2019
Moskvadakı Qarabağ görüşünün DETALLARI ÜZƏ ÇIXDI - “Medvedev planı” İŞƏ DÜŞÜR
Moskvada xarici işlər nazirləri “Medvedev planı” üzərində müzakirələr aparıblar.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni şərhçi Naira Ayrumyan çıxış edib.Muxalifet - 16-04-2019
“Azərbaycana qaşı Dağıstan üzərindən “Ləzgistan”, İran üzərindən də “Talışıstan” ideyası...” – ƏNVƏR BÖRÜSOYDAN ŞOK AÇIQLAMALAR
Keçmiş baş nazir, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseyn musavat.com-un Facebook və Youtube üzərindən yayımlanan canlı debatı zamanı sensasion açıqlamalar verib.
Muxalifet4 - 16-04-2019
İsrail İran bazasını Azərbaycana satdığı raketin yeni modifikasiyası ilə dağıtdı - S-300 SİSTEMLƏRİ BU RAKETLƏRƏ QARŞI İŞƏ YARAMIR...
İsrail aprelin 13-də Suriyanın Hama əyalətində İranın nəzarətindəki raket araşdırmaları və istehsalı mərkəzinə hava hücumu zamanı səsdən iti uçan ən yeni raketi tətbiq edib.
Virtualaz.org İsrail qaynaqlarına istinadən xəbər verir ki, həmin raketə qarşı mövcud raket əleyhinə sistemlər, o cümlədən vurulan obyektin bilavasitə yaxınlığında yerləşdirilmiş S-300 PMU “Favorit” zenit-raket kompleksi faydasızdır.
Muxalifet - 16-04-2019
“Qanuni oğru”lar arasında SAVAŞ BAŞLADI: Türkiyədə “sxodka“: “Şakro” kral deyil! ”
Məlum olduğu kimi, məşhur “qanuni oğru” Tariel Oniani (“Taro”) ötən həftə azadlığa buraxılıb. “Taro” 10 il idi ki, Orenburq vilayətindəki “Qara delfin” adlandırılan ciddi rejimli həbsxanada cəza çəkirdi. Bildirilirdi ki, o, uzun müddətli həbsdə olan Zaxari Kalaşovdan (“Şakro Molodoy”) sonra Rusiya kriminalının əsas lideri olmağa iddialıdır.
Muxalifet - 16-04-2019
“Traktorsazi”nin adı dəyişdirilir
Rəsmi sənədlərdə "Traktorsazi” adlanan Güney Azərbaycanın məşhur futbol komandasının adı dəyişdirilir.
Qaynarinfo "GünAz TV"yə istinadən xəbər verir ki, "sazi” şəkilçisi komandanın adından rəsmi şəkildə ləğv olunacaq. Təbriz "Traktorqayırma” zavodunun adı ilə bağlı olan farsca "Traktorsazi” adı "Traktor” və ya azərbaycanlılar arasında deyildiyi kimi, "Traxtur” sözü ilə dəyişdiriləcək.Muxalifet - 16-04-2019
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6 faiz bahalaşıb.
Muxalifet - 16-04-2019