Axtarış

The search found 105761 results in 0.094 seconds.

Search results

  1. Cavid Qurbanov 15 min dəmiryolçunu İXTİSARA SALIR - Şok səbəb

    2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması nəzərdə tutulur.
     
    Bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib.
     
    Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı, təxminən, 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub.
     

    Muxalifet4 - 16-04-2019

  2. "Günahsız yerə 11 il 6 ay həbs cəzası ilə qarşı-qarşıyayam" - AXTARIŞDA OLAN İŞ ADAMI

    İş adamı Arzuman İsa oğlu Əliyev, 12 oktyabr 1967-ci ildə Naxçıvan MR, Şərur rayonunun Sədərək kəndində anadan olub. Sədərək orta məktəbini bitirdikdən sonra 1986-cı ilədək doğulduğu kənddə inşaat sahəsində işləyib. 1986-1988-ci illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1988-ci ildən Moskva şəhərinə köçüb, burda biznes fəaliyyətilə məşğul olaraq, ciddi uğurlar qazanıb, müxtəlif kommersiya şirkətlərində rəhbər vəzifələrdə işləyib.
     

    Muxalifet4 - 16-04-2019

  3. Gözyaşları tökən qadın itini tapdı: "Mama qurban, Riçi, harada idin?" - VİDEO / YENİLƏNİB

    Bakıda oğurlanan Riçi adlı it tapılıb.

    Muxalifet.az buta.media-ya istinadən bildirir ki, itin yiyəsi Farina adlı xanım "Səni axtarıram" verlişinə müraciət edib.

    Lakin "Səni axtarıram"da efirə çıxmazdan əvvəl itini tapıb.

    "Sənə qurban olum Riçi. Mama qurban. Nə olub sənə?! Nə yemisən?!" - Farina itə deyib.

    Muxalifet4 - 16-04-2019

  4. ​“Roma Papasını aldadıb 12 il təqaüd aldı...” – POLİS EVİNƏ GİZLİ KAMERA YERLƏŞDİRDİ, ƏLİL OLMADIĞI ÜZƏ ÇIXDI

    İtaliyada illərlə özünü əlil kimi aparan adamın fırıldağını üzə çıxarıblar. Bu haqda "Daily Mail" qəzeti yazıb.
     
    Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, 55 yaşlı Roberto Qulyelmi 2007-ci ildə qonşusunun köməyi ilə yol qəzasını "səhnələşdirmişdi". Həmin hadisədən sonra italyan gəzə bilmədiyini iddia etmişdi. Roberto 12 il təqaüd alıb, avtomobilini həmişə əlillər üçün nəzərdə tutulan yerdə saxlayıb, bir çox imtiyazlardan istifadə etmişdi.
     

    Muxalifet4 - 16-04-2019

  5. Avropa Rusiya qazını “su qiyməti”nə alacaq - Qaz hegemonu necə çökdürülür?

    Avropa İttifaqı Şurasının aprelin 14-də qaz direktivinə düzəliş etməsi “Şimal axını-2” qaz kəmərinin istifadəyə verilməsini əhəmiyyətli dərəcədə çətinləşdirdiyini deməzdim. Direktivin ana xəttini üçüncü enerji paketinin müddəaları təşkil edir. Orada yazılıb ki, hasilatçı şirkət nəqletmə və paylayıcıda da hegemon mövqeyə malik ola bilməz. Necə ki, “Qazprom” hasilatçıdır, “Şimal axını-2” layihəsinin sahibidir. Aprelin 14-də edilən düzəlişdə də qeyd olunur ki, üçüncü tərəfin bu kəmərdə yer almaq hüququ olmalıdır. Sənədin əsas qayəsi bundan ibarətdir.
     

    Muxalifet4 - 16-04-2019

  6. Bakıda ata övladını döyərək xəstəxanalıq etdi - TƏFƏRRÜAT / VİDEO

    Bakıda ata övladını döyərək xəstəxanalıq edib.

    Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən biri valideyn zorakılığı nəticəsində xəstəxanaya yerləşdirilib.

    Məktəbin 3-cü sinfində təhsil alan Xambaba Abbasov müəllimlərdən birinə müraciət edərək ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman onun zorakılığa məruz qaldığı məlum olub.

    Muxalifet4 - 16-04-2019

  7. Türk səfirdən S-400, F-35 və sanksiyalarla bağlı AÇIQLAMA

    Vaşinqtonda Türkiyə-ABŞ İş Şurası ilə Amerikan-Türk Şurası tərəfindən təşkil edilən 37-ci Ortaq İllik Konfransa qatılan Türkiyənin ABŞ-dakı səfiri Kılıç, çıxışında S-400, F-35 və sanksiya məsələsini dəyərləndirib.
     
    Kılıc son dövrdə Vaşinqtondakı "Türkiyəyə yönəlik sanksiya" açıqlamalarına diqqəti çəkərək, "ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi, ya da Türkiyənin F-35 proqramından çıxarılıb çıxarılmaması istiqamətindəki müzakirələr qətiliklə ortaq maraqlarımıza xidmət etmir" deyib.

    Muxalifet3 - 17-04-2019

  8. Türkiyəyə qarşı QARANLIQ İTTİFAQ - ABŞ ərəbləri hərəkətə gətirir...

    Şərqi Aralıq dənizində Yunanıstan-İsrail yaxınlaşmasına Körfəzin "çibanbaşı" Birləşmiş Ərəb Əmirliklərinin də (BƏƏ) ABŞ tərəfindən daxil edildiyi ortaya çıxmışdır. İsrail mərkəzli “Jerusalem Post” qəzetinin xəbərinə görə, Yunanıstanda təşkil edilən ən böyük hərbi təlim olaraq qiymətləndirilən “Iniohos 2019”-da, BƏƏ döyüş təyyarələri də İsrail, Yunanıstan və digər iştirakçı ölkələrlə birlikdə iştirak edib.

    Muxalifet3 - 17-04-2019

  9. Trampdan Səudiyyəyə dəstək: 2-ci dəfə veto qoydu

    ABŞ prezidenti Donald Tramp Yəməndəki müharibədə ABŞ-ın Səudiyyə Ərəbistanına dəstək verməsinin dayandırılmasını tələb edən qanun layihəsinə veto qoyubedib.
     
    Ağ Ev ABŞ prezidenti Tramp tərəfindən Senata göndərilən veto məktubunu yazılı bir açıqlama ilə bəyan edib.
     
    "Təhlükəli bir Təşəbbüs"
     
    "Bu qanun layihəsi mənim konstitusiin səlahiyyətlərimi zəiflətmək üçün atılan lazımsız və təhlükəli bir təşəbbüsdür. Bu qanun layihəsi Amerika xarici siyasətinə də zərər verə bilər" deyə məktubda qeyd edilib.

    Muxalifet3 - 17-04-2019

  10. ABŞ-ın Türkiyə üçün qurduğu tələ: Sağ göstərib, sol vuracaq - ARAŞDIRMA

    “Türkiyənin S-400 almasıyla bağlı gündəmin fprmalaşdırılması ABŞ-ın Suriyadakı terror dövləti qurmaq cəhdlərini gözdən yayındırmaq məqsədi daşıyır”.
     
    Bu fikri Türkiyənin Təhlükəsizlik Strategiyaları eksperti Abdulla Ağar söyləyib. Abdullah Ağar "Qarşıdakı ən böyük təhdid ABŞ himayəsində Fəratın şərqində yaradılmaq istənən terror dövlətidir. S-400-lərə başımız qarışmışkən əsas məsələni diqqətdən qaçırmayaq" deyə xəbərdarlıq edib.
     
    Türkiyəyə qurulan tələ
     

    Muxalifet3 - 17-04-2019

  11. Müharibə başlayarsa... - Azərbaycan-Türkiyə-Rusiya üçlüyündən Ermənistanı SİLKƏLƏYƏCƏK ADDIM

    Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi, professor Fikrət Sadıxov qeyd edir ki, sistemlərin Azərbaycana gətirilməsi çox şeydən xəbər verir:

    Muxalifet - 17-04-2019

  12. Rusiya öz internet şəbəkəsini qurur!

    Rusiya Parlamentinin alt qanadı olan Duma ölkədə yeni müstəqil internet şəbəkəsi yaratmaq üçün qanun layihəsini təsdiqləyib. Qanun layihəsini dəstəkləyən millət vəkilləri kiber hücumlarla mübarizə etmək niyyətində olduqlarını söyləyirlər.
     
    Dumanın üzvləri deyirlər ki, Rusiyaya və ya internetə qarşı bütün dünyada istifadə edilən hər hansı bir kiber hücuma "hazır olacaqlar".

    Muxalifet3 - 17-04-2019

  13. Elçin Quliyev Ermənistanla sərhəddəki məntəqələrin döyüş fəaliyyətini yoxlayıb

    Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­layıb.

    Muxalifet - 17-04-2019

  14. Kommunal xidmət limitləri ilə bağlı YENİ QƏRAR

    Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatlarının rəhbərləri 3 ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamalı, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

    Muxalifet - 17-04-2019

  15. Bir çox ərəb dövlət başçıları Netanyahunu təbrik edib

    İsrailin baş naziri Netanyahu parlament seçkilərində qalib gəldiyinə görə bir çox ərəb ölkəsinin liderlərinin onu təbrik etdiyini deyib.
     

    Muxalifet3 - 17-04-2019

  16. ​Bakıda DƏHŞƏTLİ YANĞIN: 70 yaşlı qadın öldü

    Dünən axşam saatlarında Bakının Nizami rayonunda yanğın baş verib. 
    Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
    Yanğın ikinci mərtəbədə üçotaqlı mənzildə olub. Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 17-04-2019

  17. Prezidentin masasında ölü ördək fotoları... BAKIDA İŞLƏMİŞ KƏŞFİYYATÇININ TAKTİKASI

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyn Haspel 2018-ci ildə prezident Donald Trampı QRU polkovniki Sergey Skripalın zəhərlənməsinə görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək üçün ona ölü ördəklərin fotolarını göstərib.

    Muxalifet - 17-04-2019

  18. Telman İsmayılov barəsində cinayət işi başladı

    İsveçrənin Sürix şəhər Prokurorluğu Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış iş adamı Telman İsmayılov barəsində cinayət işi başlayıb.
    Ona qarşı cinayət işi Rusiyanın “VTB” bankına məxsus “BM-Bank”ın iddiası əsasında açılıb. 
    T.İsmayılov dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Cinayəti sübuta yetiriləcəyi halda onu maksimum 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

    Muxalifet - 17-04-2019

  19. ​Bakıda böyük tıxac – Ziya Bünyadov “iflic oldu”

    Bakının ən böyük prospektlərindən olan Ziya Bünyadov prospektində böyük tıxac yaranıb. BakuPost-un məlumatına görə, bir saatdan çoxdur ki, Metronun Koroğlu stansiyasından 20 Yanvara doğru nəqliyyatın hərəkəti az qala dayanıb.
    Tıxacın aradan qaldırılması üçün hər hansı tədbirin görüldüyü müşahidə olunmur.
    Tıxacın yaranma səbəbi kimi "Formula 1” yarışlarına görə bir sıra yollarda hərəkətin məhtudlaşdırılması göstərilir
    Ziya Bünyadov prospekti ilə yanaşı paytaxtın bir sıra prospekt və küçələrində də sıxlıq müşahidə edilir.

    Muxalifet - 17-04-2019

  20. SİYASİ MƏHBUSLARA AZADLIQ YOLU GÖRÜNDÜ: 4 məhbus ərizə yazdı

    Novella Cəfəroğlu: “Ərizə yazmaq qəbahət deyil”
    Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış dörd məhkum vaxtından əvvəl şərti azadlığa buraxılmaları haqda xahişlə məhkəmələrə müraciət ediblər.

    Bu barədə “Turan”a “Hamısını azad et!” ictimai kampaniyasının təşəbbüskarlarından biri, hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

    Muxalifet - 17-04-2019

Pages