Axtarış
The search found 105761 results in 0.156 seconds.
Search results
Vitse-spikerin qızının toyundan MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - VİDEO
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov qızına toy edib.
Axşam.az-ın məlumatına görə, məclis "Böyük saray"da baş tutub. Toyun aparıcılığını Nanə Ağamalıyeva edib.
Gecədə əməkdar artistlər Eyyub Yaqubov, Röya Ayxan, Miri Yusif, Babək Niftəliyev, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, müğənni Səbinə Ərəbli, dj Çina və başqaları yer alıblar.
Məclisdən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıblar.Muxalifet - 15-04-2019
Rusiya NATO ilə əməkdaşlığı dayandırdı
Rusiya və NATO mülki və hərbi istiqamətlərdə əməkdaşlığı tamamilə dayandırıb.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “RİA Novosti”yə açıqlama verib.
“NATO özü Rusiya ilə münasibətlərdə müsbət gündəmdən imtina edib. Belə bir gündəm artıq mövcud deyil. NATO rəhbərliyinin problemdən çıxış yolunu bilməsinə dair heç bir əlamət görünmür”, - deyə o bildirib.Muxalifet - 15-04-2019
“Bütün Müsəlmanları öldürün”! Sosial mediadan paylaşdılar
İsveçdə hökumətin ən böyük ortağı olan Sosial Demokrat Partiyasının Twitter hesabından "Bütün Müsəlmanları öldürün" mesajı paylaşılıb. Baş verən hadisədən sonra partiyadan verilən məlumata görə, tvitter hesabı hakerlər tərəfindən ələ keçirildiyi öyrənilib.
Partiyadan bildiriblər ki, 850 minə yaxın izləyicisi olan Twitter hesabının gecə saat 02.00-də irqçilər tərəfindən ələ keçirildiyi və səhər saat 09.30-da nəzarət altına alındığı bildirilib.Muxalifet3 - 15-04-2019
Bakı sakinlərinin lift dərdi: Düzgün istifadə etməyiblər? - VİDEO
Paytaxtın Nizami rayonu, Elşən Süleymanov 59 ünvanında yaşayan bina sakinlərinin şikayəti yaşadıqları binada liftlərin işləməməsi ilə bağlıdır.
Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, 2007-ci ildən istifadəyə verilən binanın liftlərinin işləməməsi sakinləri 10 mərtəbəli binanı ayaqla qalxıb düşməyə vadar edir.
Sakinlər bina tikilərkən köhnə liftlərin quraşdırıldığını deyirlər. Onlar bu barədə dəfələrlə binanın məxsus olduğu "Çənlibel" MTK-nın sədrinə məlumat versələr də, bir nəticə əldə edə bilməyiblər.Muxalifet - 15-04-2019
SON DƏQİQƏ: Dəhşətli müharibənin ASTANASINDA - Tramp İranı bombalamaq...
ABŞ-ın İslam İnqilabı Keşişçiləri Korpusunun adının xarici terror təşkilatları siyahısına daxil etməsi İrana hərbi müdaxilənin hüquqi bazasının yaradılmasıdır.
Bu barədə amerikalı ekspertlər ABC telekanalına bildiriblər.
2008-2018-ci illərdə Dövlət Departamentinin profil bölməsində işləmiş Ceyson Blazakis hesab edir ki, ABŞ-ın bu addımı praktiki baxımından heç bir təsirə malik olmasa da, bu, hərbi müdaxiləyə zəmin yaratmaq planının bir hissəsidir.Muxalifet - 15-04-2019
“Kağız üzərində icarəhaqqı 500 manat yazılır, lakin 3 min manat alır...” – REKTOR HAQDA YENİ İTTİHAMLAR
Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlamasının nəticəsi açıqlanandan sonra bu qurum və rəhbərliyi ətrafında müzakirələr çoxalıb.
Xatırladaq ki, HP-nin yoxlaması zamanı universitetdə bir sıra pozuntular və korrupsiya halları aşkarlanıb. Yoxlamanın nəticələrinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edildiyi bildirilir.Muxalifet4 - 15-04-2019
Rauf adını dəyişib Rail oldu, dövlət bankının 15 milyon manatını ələ keçirdi - İŞİN İÇİNDƏ MARTİROSYAN DA VAR...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror isə bunan əvvəl R.Allahverdiyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Və şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.
Muxalifet - 15-04-2019
Sosial müavinətlərin məbləği artırıldı - FƏRMAN
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:
1.1. 1.1.1-ci yarımbənddə “73” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:Muxalifet - 15-04-2019
"Prezident İlham Əliyevdən üzr istəyirəm" - Fədayə Laçının MƏHKƏMƏSİNDƏN
Xüsusi təyinatlı vaqondan criminal avtoritetlərin qaçmasına kömək etməkdə təqsirli bilinərək həbs edilən müğənni Fədayə Laçın və daha 12 nəfərin şikayəti əsasında məhkəmə davam edib.
Muxalifet - 15-04-2019
Ermənistan və Azərbaycan vətəndaşları qarşılıqlı səfərlər edəcəklər – Rəsmi məlumat
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü barədə məlumat yayıb.
Açıqlamada deyilir:
“Bu ilin aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.
Muxalifet - 15-04-2019
Taksidə siqaret çəkənlərə CƏRİMƏ TƏTBİQ OLUNACAQ - Polisə səlahiyyət verildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, bu, taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.
Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.
Muxalifet4 - 15-04-2019
Rusiya ilə sərhəddə yaranan sıxlıqla bağlı məlumat
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük postu vasitəsilə ölkə ərazisini tərk edən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində müvəqqəti sıxlıq yaranıb.
Muxalifet - 15-04-2019
Qubada DƏHŞƏTLİ OLAY: 87 yaşlı bibisini qəbiristanlığa apardı, sonra....
Qubada qəbiristanlıqda bibisini döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 26-na təyin olunub.
Dəhşətli hadisə ötən il aprelin 17-də Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində baş verib.Muxalifet - 15-04-2019
Şagirdlərin münasibətində zorakılğı artıran səbəblər – VİDEO
Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də şagirdlər arasındakı münasibətlər və zorakılıq hallarının artmasıdır. Buna ən əsas səbəb kimi əsasən sosial sürətli medianın inkişafı və burada zərərli informasiyaların yayılması göstərilir.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.Muxalifet - 15-04-2019
"Cindar Hüseyn" məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Lalə İbrahimova və onun oğlu Hüseyn Əlizadənin məhkəməsi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Muxalifet - 15-04-2019
Müharibə veteranlarına Prezident təqaüdü təsis edildi
Prezident İlham Əliyev “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.Muxalifet - 15-04-2019
Azərbaycanlı kişi qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədi
Rusiyanın Çelyabinsk vilayətində iki azərbaycanlıya hökm oxunub.
“Dostup” agentliyinin məlumatına görə, onlar dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilirlər.
Məlumata görə, azərbaycanlılardan biri Rusiya ərazisində DAF markalı avtomobillə yüklərin daşınması ilə məşğul olub.
O, həmyerlisi olan qadına qanunsuz yolla Rusiya ərazisinə keçməyə kömək etməyə söz verib. Bunun üçün qadın ona 20 min rubl (530 AZN - red.) ödəyib.Muxalifet - 15-04-2019
Bu ölkənin Azərbaycana 8 milyon dollara yaxın borcu var
Bu il aprelin 1-nə Gürcüstanın Azərbaycana borcu 7,435 mln. ABŞ dolları təşkil edib.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.
Sənədə əsasən, bu rəqəm mart ayında dəyişməyib.
Gürcüstanın ümumi xarici dövlət borcu 5 388,974 mln. dollar təşkil edir. Bu məbləğin 5 222, 384 mln. dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox borcu olduğu ölkələr Almaniya (320,233 mln. dollar), Fransa (248,481 mln. dollar) və Yaponiyadır (212, 609 mln. dollar).Muxalifet - 15-04-2019
Ziya Bünyadov prospektində qəza - Ölən var
Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 13-də saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Fazil Vəliyev idarə etdiyi "Hyundai" markalı avtomobili yol ayırıcısına vurub. Sürücü hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.Muxalifet - 15-04-2019
Donald Tramp "Boeing"ə "737 MAX" modelinin adını dəyişdirməyi təklif edib
ABŞ Prezidenti Donald Tramp "Boeing" şirkətinə "737 MAX" modeldən olan təyyarələrin model adının dəyişdirilməsini məsləhət görüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə, o, "Twitter"də yazıb.
"Brendinq haqqında bildiklərim, bəlkə də, heç nədir (amma prezident oldum!), amma "Boeing"in yerində olsaydım, "Boeing 737 MAX" modellərindəki qüsurları aradan qaldırar, bir sıra əlavə xüsusiyyətlər əlavə edər və modelin adını dəyişdirərdim. Amma yenə də, lənət şeytana, mən nə bilirəm ki?", - D.Tramp yazıb.Muxalifet - 15-04-2019