Axtarış
The search found 105768 results in 0.026 seconds.
Search results
Bakıda gənc oğlan azyaşlını oğurladı, anasından 20 min istədi – CİNAYƏT İŞİ
Bakıda uşaq oğurluğunda ittiham olunaraq həbs edilən 1993-cü il təvəllüdlü Sənan Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sənan Qasımzadə Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində avtomobili ilə hərəkətdə olarkən həmin küçənin kənarı ilə gedən 2002-ci il təvəllüdlü Cəfər Qasımovu görüb.
Uşağı oğurlamaq məqsədi ilə avtomobili saxlayıb, yetkinlik yaşına çatmayan oğlana "Qoşa yanacaq” doldurma məntəqəsinə aparan yolu tanımadığını deyib, həmin yolu göstərməyi xahiş edib.
Muxalifet4 - 15-04-2019
Normal yaşamaq üçün maaş nə qədər olmalıdır? – EKSPERT AÇIQLADI
"Azərbaycanda bir insan normal həyat sürmək üçün ayda minimum 1000 manat qazanmalıdır”
Muxalifet - 15-04-2019
DİN "Ruzigar" ləqəbli reperlə bağlı məlumat yaydı - 30 SUTKA HƏBS VERİLDİ
Daxili İşlər Nazirliyi (DİN) narkotiki təbliğ edən mahnı oxuyan reperin həbs edilməsi ilə bağlı açıqlama yayıb.
Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.Muxalifet - 15-04-2019
Sudanda hərbi çevrilşdən sonra Ərəb dünyası ayağa qalxdı
Sudanın Hərbi Keçid Şurasını dəstəklədiyini açıqlayan Ərəb Birliyi beynəlxalq ictimaiyyətə ölkədəki sabitlik və uzlaşmanı dəstəkləməyə çağırıb. Səudiyyə Ərəbistanından da Sudandakı hərbi çevrilişə dəstək açıqlaması verilib. Açıqlamada, Hərbi Keçid Şurasının elan etmiş olduğu addımların dəstəklənməsi və Sudan xalqının yanında yer alındığı vurğulanıb.
Muxalifet3 - 15-04-2019
Bizə din lazımdırmı? – MƏMMƏDXAN ƏZİZXANLIDAN QALMAQALLI YAZI / ll Hissə
Əvvəli bu linkdə: Bizə din lazımdırmı? – MƏMMƏDXAN ƏZİZXANLIDAN QALMAQALLI YAZI Öz ailə namusunun, yəni, anasının, bacısının, qadınının və s. başqasının hurisi (oxu, siğəsi, məşuqəsi, aşnası) kimi istifadə olunmasına hansı kişi, hansı əxlaqla, hansı qeyrətlə razı ola bilər?! Cənnətdə insan əxlaqı işləməyəcəksə, insani baxımdan əxlaqsızlıqmı olacaq?! Kişilər, öz hurilərinin, qadınlarsa öz qılmanlarının kimliyini tanıya biləcəklərmi? Tanıya biləcəklərsə, onda öz sağlıqlarında yaşadıqları yaxşı, pis münasibətlər də oraya daşınacaqmı?
Muxalifet4 - 15-04-2019
İranın Suriyadakı raket bazasına zərbə: Belarus və Şimali Koreya mütəxəssisləri də ölüb? - YENİ TƏFƏRRÜATLAR
İsrail Hərbi Hava Qüvvələrinin aprelin 13-də Suriyanın Hama əyalətinə endirdiyi raket zərbələrinə dair yeni təfərrüatlar məlum olub.
İsrailin “Debka” portalı “xarici kəşfiyyat qaynaqlarına” istinadən hücum zamanı Suriya Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin tamamilə dağıldığını yazır. Zərbələr nəticəsində bu mərkəzdə işləyən İran və Suriya raket mütəxəssisləri ilə yanaşı Belarusdan və Şimali Koreyadan olan mütəxəssislər də həlak olublar.
Muxalifet - 15-04-2019
PKK/YPG kəndə basqın etdi: 5 Kürd siyasətçini girov götürdü
Terror təşkilatı YPG/PKK Suriyanın İraqla sərhədindəki bir kənd basqın edərək Suriya Kürd Milli Şurasının (ENKS) beş üzvünü girov götürüb.
ENKS-nın dünən axşam saatlarında etdiyi yazılı açıqlamaya görə, terror təşkilatı YPG/PKK-lılar 4 apreldə İraq sərhədi yaxınlığında yerləşən Dəri bölgəsindəki mühasirə etdiyi Bani Şefti kəndinə basqın edib.Muxalifet3 - 15-04-2019
ABŞ dövlət katibinin müavini Azərbaycanda səfərdədir
ABŞ dövlət katibinin Narkotik Vasitələrin Beynəlxalq Dövriyyəsi ilə Mübarizə və Hüquq-Mühafizə Fəaliyyəti üzrə Bürodakı müavini Riçard Qlenn Azərbaycanda səfərdədir.
"Report" xəbər verir ki, onun səfərinin məqsədi bu gün Bakıda işinə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirak etməkdir.
R.Qlenn həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.Muxalifet - 15-04-2019
Məşhur aktrisa Bergüzar Korel də hamam xalatında FOTO PAYLAŞDI
Məşhur aktrisa Bergüzar Korel bundan sonra seriallara çəkilməyəcəyini bildirib. Aktrisa hamam xalatında foto paylaşan ulduzlar cərgəsinə qoşulub. Sonuncu dəfə əri Halit Ergenç ilə birlikdə “Vatanım sensin” serialına çəkilən atkrisa paylaşdığı foto ilə gündəmə düüşb. Karyerasında radikal dəyişiklik edərək bundan sonra ancaq teatr səhnəsinə çıxacağını açıqlayan Korelin hamam xalatında fotosu on minlərlə insan tərəfindən bəyənilib./ölke.az
Muxalifet - 15-04-2019
AMERİKADAN TÜRKİYƏYƏ QARŞI ŞOK QƏRAR - 30 yeni sanksiya tətbiq edilir...
ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək.
Muxalifet4 - 15-04-2019
Bakı kommunistləri Nərimanovun abidəsi önünə toplaşdı - FOTO
Azərbaycan Kommunist Partiyasının üzvləri yazıçı-publisist Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümünü münasibəti ilə onun Bakı şəhərində yerləşən abidəsini ziyarət ediblər.
Abidə qarşısında çıxış edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Nərimanovun həyat və siyasi fəaliyyəti haqda danışıb.
İştirakçılar N.Nərimanovun abidəsi önünə əklil və qərənfil dəstələri qoyublar.
Nəriman Nərimanovun 149-cu ildönümü ilə əlaqədar tədbirlərMuxalifet4 - 15-04-2019
Kamil Məmmədəliyevə yüksək vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kamil Məmmədəliyevin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Kamil Həsən oğlu Məmmədəliyev Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi təyin edilib./reportMuxalifet - 15-04-2019
Poroşenko üçün sonun başlanğıcı, yoxsa yenidən qayıdış... - FOTO
Ukraynada Petro Poroşenkonun fotosunun əks olunduğu və “Son” sözü yazılmış bilbordlar peyda olub.
Muxalifet4 - 15-04-2019
Nazarbayev Köçəryana məkjtub göndərdi... - Qazaxıstanda baş verənlərlə bağlı...
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Ermənistanın eks-prezidenti Robert Körçəryana məktub göndərib.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan “2rd.am” saytı yayıb.
Məlumata görə, Nazarbayev məktubunda Köçəryanı Qazaxıstanda baş verən daxili dəyişikliklərlə bağlı şəxsən məlumatlandırıb. Nazarbayev Köçəryanla birgə fəaliyyət illərini çox yaxşı xatırladığını qeyd edib. O bundan sonra da Köçəryanla şəxsi əlaqələrinin davamlı olacağını bildirib.
Muxalifet4 - 15-04-2019
Xarici işlər nazirlərinin görüşü başladı - GÖZLƏR MOSKVADA
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.Muxalifet4 - 15-04-2019
Mərdəkandakı uşaq evi ilə bağlı ŞOK İTTİHAM – Nazirlik hərəkətə keçdi
Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub.
2017 ildə 2 həftə sözügedən məktəbdə dərs keçən gənc müəllim müşahidələrini ictimaiyyətlə bölüşüb. Bildirib ki, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut (video və ya səs yazısı) istənilib.
L. Ucalın yazısından bəzi qeydləri təqdim edirik:
Muxalifet - 15-04-2019
Fazil Məmmədovun bankı iflas həddində... - YEZNƏSİNİN ƏMƏLLƏRİ SABİQ NAZİRİ SARSIDIB
Azərbaycanda yüksək vəzifəli şəxslər rəhbərlik etdikləri sahələrə yaxın adamlarını topladıqları kimi, bizneslərinin də başına peşəkarları deyil, əsasən öz qohum-əqrəbalarını gətirirlər. Necə deyərlər, xeyri başqalarına verməmək üçün... Ancaq bəzi hallarda bu qohum-əqrəba onlara elə zərbə vurur ki, uzun müddət özlərinə gələ bilmirlər.
Muxalifet4 - 15-04-2019
"Əgər İvanka prezident olmaq istəsəydi..." - TRAMP QIZINI ÖZ YERİNƏ HAZIRLAYIR
Elayna Plott
“Atlantic”, 12.04.2019 (ixtisarla)
Onun gözlərinin necə parladığını, arxamda duran adama necə baxdığını asanlıqla sezmək mümkün idi. Donald Trampdan yalnız bir nəfər bu cür baxışlara layiq olur. “Ah! İvanka!” – prezident dilləndi.
İvanka Tramp əllərini təəccüblə irəli uzatdı. “Görüşəcəyinizi unutmuşdum, bir dəqiqəlik gəlmişəm!”
Qara kostyumlu və qızıl saçları arxadan azca buruq Birinci (amma yeganə deyil) prezident qızı sivişib Oval Ofisdən keçdi.
Muxalifet4 - 15-04-2019
ŞOK İDDİA: Cəlilabad hərbi komissarlığında 200 nəfərin şəxsi işi oğurlanıb...
Cəlilabadda yaşayan ictimai fəal, hüquq müdafiəçisi Təyyar Zülfüqarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi haqda ittihamlar səsləndirib.
T.Zülfüqarov 2000-dən çox adamın şəxsi işlərinin oğurlandığını bildirib.
Onun sözlərinə görə, Cəlilabad komissarlığında gəncləri hərbi xidmətdən yayındıran xidmət “şöbəsi” fəaliyyət göstərir.
Muxalifet4 - 15-04-2019
BU DƏFƏ MÜƏLLİMƏ İNTİHAR ANONSU VERDİ: "Mən də özümü Elina kimi məktəbdə öldürəcəm!"
"Allaha and olsun, işim həll olunmazsa, direktor cəzalasını almasa, Elina kimi mən də özümü məktəbdə öldürəcəm!"
Bu sözləri Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayeva Baku.ws deyib.
G.Babayevanın açıqlamasında sözügedən məktəbin direktoru Roza Məmmədova tərəfindən haqsızlıqla qarşılaşdığını bildirir:
Muxalifet4 - 15-04-2019