Axtarış
The search found 105768 results in 0.024 seconds.
Search results
Lənkəranda 9 mina zərərsizləşdirildi
Aprelin 14-də saat 09:06-da Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Agentlikdən bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Muxalifet3 - 14-04-2019
Rusiya: NATO-nun təhdidlərinə qarşı...
NATO-nin Qara dənizdəki fəaliyyəti regional sabitliyə ciddi zərbə vurur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Əlbəttə, NATO-nun regionda artan fəaliyyətinə və təhdidlərinə qarşı tədbirlər görəcəyik. Alyansın fəaliyyətini yaxından izləyirik”, - deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, NATO-ya məxsus gəmilərin Qara dənizdə Gürcüstan və Ukrayna sahil mühafizəsi və hərbi dəniz qüvvələri ilə birgə təlimlər keçirəcəyi barədə məlumatlar yayılmışdı.
Muxalifet3 - 14-04-2019
Dünyadakı ən təhlükəli quş öz sahibini öldürdü
ABŞ-ın Florida ştatında dünyada ən təhlükəli quş hesab olunan kazuar saxlandığı fermada öz sahibini öldürüb.
Muxalifet.az xəbər verir ki, 75 yaşlı fermer yem vermək üçün qəfəsə daxil olarkən yıxılıb. Kazuar fermeri dimdikləyərək öldürüb.
Kazuarlar strauslardan sonra yer kürəsində ən böyük quşlar hesab edilirlər. Onların boyu iki metrə, çəkiləri 60 kiloya çatlr.
Uzunluğu 10 santimetr olan dimdiklərini isə ölüm silahı kimi istifadə edirlər.
Muxalifet3 - 14-04-2019
Sumqayıtda eyni yol bir ildə 3 dəfə çökdü - FOTO
Sumqayıtda çökmə səbəbi ilə iki dəfə təmir edilən yol yenidən çöküb.
Muxalifet.az-ın məlumatına görə, hadisə şəhərin “Dejurnu” adlanan ərazisində, Kamran Hüseynov küçəsində baş verib.
Yolun bir hissəsi yenidən çöküb. Həmin ərazi müvəqqəti olaraq daşla doldurulub və çökən hissənin ətrafı lentlənib.
Xatırladaq ki, bir neçə ay bundan qabaq həmin yol daha iki hissədən çökmüşdü.
Muxalifet3 - 14-04-2019
Azərbaycanlılardan antitürk qüvvələrə mesaj - Foto
İranın Gilan əyalətində yaşayan azərbaycanlılar rejimin assimilyasiya siyasətinə qarşı mübarizələrini davam etdirirlər.
Muxalifet.az xəbər verir ki, Gilan əyalətinin türk bölgəsindən olan soydaşlarımız bir neçə pankart nümayiş etdirərək, İranda antitürk qüvvələrə ciddi mesaj ünvanlayıblar.
Soydaşlarımız Azərbaycan və türk millətinə mənsub olduqlarını, bundan heç vaxt vaz keçməyəcəklərini “Biz Gilan türkləri “Traktor” komandasının eşqi ilə yaşayır və Azərbaycan eşqi ilə nəfəs alırıq” şüarı ilə diqqətə çatdırıblar.
Muxalifet3 - 14-04-2019
Təbii fəlakətin İrana vurduğu ziyan: 7 milyard 619 milyon dollar
Son günlər İranda müşahidə edilən güclü sel və daşqınların ölkəyə vurduğu maddi ziyannın həcmi açıqlanb.
İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzlinin sözlərinə görə, 25 əyalətdə baş verən təbii fəlakət nəticəsində ölkəyə 7 milyard 619 milyon dollar ziyan dəyib.
Xatırladaq ki, martın 17-dən başlayan leysan yağışlar İranın 31 əyalətindən 25-də böyük dağıntı və tələfata yol açıb.Muxalifet - 15-04-2019
Şəbnəm Tovuzlu HİCABA BÜRÜNDÜ - VİDEO
Müğənni Şəbnəm Tovuzlu hicab geyinib.
Müğənni Təbrizdə baş tutacaq konsert üçün hicaba bürünüb. Müğənni sosial şəbəkədə yeni fotolarını paylaşaraq konsertə hazırlaşdığını bildirib:
"Təbrizdə böyük konsert təşkil olunub. Mən də dəvətliyəm. Onlar bizim səhnəyə hicabda çıxmağımızı və öncədən hazırlıq prosesindən foto göndərməyimizi istəyiblər. Biz də həm konsertə hazırlaşdıq, həm də fotolar çəkdirdik. Mənimlə yanaşı Damla xanıma da təklif göndəriblər. Məncə, ikimizə də hicab yaraşıb. Allah bütün qadınlara hicab geyinməyi qismət etsin"./azxeber
Muxalifet - 15-04-2019
DƏHŞƏTLİ HADİSƏ: İldırım kişini havaya uçurdu - ANBAAN VİDEO
Türkiyənin Afyonkarahisar şəhərinin Kanlıca məhəlləsində gözlənilməz hadisə baş verib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, yağışlı havada küçə ilə gedən bir nəfərin ayağının altına ildırım düşüb.
Kişi ildırımın düşdüyü kanalizasiya qapağı ilə birlikdə havaya uçub. Bir neçə metr yüksəkliyə atılan şəxsin ağır xəsarət aldığı bildirilir.Muxalifet - 15-04-2019
Azərbaycanlı Ukrayna sərhədçilərini ələ ala bilmədi
Kiyevin “Borispol” hava limanının keçid məntəqəsində Azərbaycan vətəndaşı sərhədi keçmək üçün sərhədçilərə rüşvət verməyə cəhd edib.
Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi xəbər yayıb.
Məlumata görə, İstanbul reysi ilə gələn Azərbaycan vətəndaşı sərhədçilərlə 300 dollara "anlaşmağa" çalışıb. Amma onun bu cəhdi baş tutmayıb. Sərhədçilərin müraciətindən sonra işə hüquq-mühafizə orqanlarının əməkdaşları qarışıblar.
Muxalifet - 15-04-2019
Şamaxıda bənd uçdu, kəndi su basdı - VİDEO
Şamaxıda süni gölün bəndi uçub.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Rayonun Acidərə kəndi yaxınlığında baş verib.
Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb.
Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb.
Çraqlı-Acıdərə yolu sel səbəbindən bir müddət hərəkətə bağlanıb.Muxalifet - 15-04-2019
Bütün dünya bu VİDEOdan danışır
Perunun Moçe şəhərində baş verən hadisə bütün dünyanın marağına səbəb olub.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, internetdə yayılan fotoda 12 yaşlı Viktor Martin dərs tapşırıqlarını küçədə, fənərin altında həll edir. Onun ailəsi o qədər kasıbdır ki, evi elektriklə işıqlandıra bilmirlər. Bu səbəbdən Viktor gün batdıqdan sonra dərslərini küçədə, fənərin altında edir.Muxalifet - 15-04-2019
Spirtli içkilərin insan beyninə ŞOK TƏSİRİ
Nəyə görə spirtli içkilər bəzi insanlara yuxu, bəzilərinə enerji gətirir?
Çay və qəhvənin tərkibindəki kofeindən fərqli olaraq alkoqol depressant xarakteri daşıyır.
İnsan spirtli içki qəbul edəndə həzz duyur, zövq alır.
Alkoqolun tərkibindəki maddələr beyni qıcıqlandırır, neyropsixologiyaya təsir edir. İnsanın qanında alkoqol artdıqca, şüurun fəallığı zəifləyir. İçki bitəndə, qanda spirtin miqdarı azalır, beyin sakitləşir. Ona görə insan yuxulayır.Muxalifet - 15-04-2019
Zelenski Poroşenko ilə debata gəlməyib
Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski Kiyevin mərkəzi “Olimpiya” stadionuna Petro Poroşenko ilə debata getməyib.
AZƏRTAC xəbər verir ki, P.Poroşenko öncədən elan etdiyi kimi debat üçün stadiona gəlib. O, V.Zelenskiyə bir saata qədər stadionda gözlədiyini bəyan edib.
Zelenski iştirakdan imtina etdiyi üçün P.Poroşenko stadionda təkbaşına seçki paltformasını açıqlayıb. O, Zelenskini sabah da debata dəvət edib. Bildirib ki, aprelin 15-də ICTV telekanalında debatda gözləyir.Muxalifet - 15-04-2019
Rus deputat döyüldü - İlginc səbəb
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Sankt-Peterburq şəhərində döyülüb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə aprelin 13-ü gecə saatlarında baş verib.
Mübahisə avtomobilin parklanması zamanı yaşanıb. Deputatın xəsarət aldığı bildirilsə də, onun nə dərəcədə ağır olduğu qeyd olunmayıb.
V.Milonov 2016-cı ilin payızından Dövlət Dumasının üzvüdür, ondan əvvəl, 2005-ci ildən 2016-cı ilə qədər Sankt-Peterburqun Qanunvericilik Məclisində çalışıb.Muxalifet - 15-04-2019
Avropada İslam düşməni Quran-ı Kərimi ayaqlar altına atdı: Olaylar çıxdı
Danimarkada ifrat sağçı “Stram Kurs”-ub lideri Rasmus Paludanın Müsəlmanların sıx yaşadığı məhəllədə etdiyi təxribatdan sonra hadisələr nəzarətdən çıxıb. Medianın verdiyi məlumata görə, Müsəlmanların sıx yaşadığı paytaxt Kopenhagenin Nörrebro səmtindəki “Blaagards Plads” Meydanında polis əhatəsində mitinq keçirən radikal sağçı Paludan əlində tutduğu Quran-i Kərimi havada fırladaraq ayaqlar altına atıb.
İnsanları meydanda toplayıb Quranı Kərimi havaya atdı
Muxalifet3 - 15-04-2019
Moskva seçkilərin nəticələrindən istifadə edə bilər – GENERAL
Ukrayna cəmiyyəti parçalanıb, Moskva ölkədə seçkilərin nəticələrindən istifadə edə bilər.
Bunu Ukrayna Baş qərargahının keçmiş rəis müavini ehtiyatda olan general-leytenant İqor Romanenko “Qlavred” nəşrinə bildirib.
Onun sözlərinə görə, bu, 2014-cü ildəki vəziyyətin təkrarına və toqquşmalara gətirib çıxara bilər.Muxalifet - 15-04-2019
AKP İstanbul seçkisi ilə bağlı Prokurorluğa müarciət etdi - SAXTAKARLIQ İDDİASI
İstanbulun Maltəpə rayunundakı seçki məntəqələrindəki kütləvi saxtakarlıqlar səbəbilə bütün dəlilləri məhkəməyə verib. AK Partiya Rayon Seçki Komissiyasının sədri Əməl Kaplan ilə məntəqə sədr və üzvləri haqqında, "vəzifədən sui istifadə etdikləri" səbəbilə də cinayət işinin açıqlaması ilə bağlı Baş Prokurorluğa müraciət edilib. Ərizədə bu vəzifəlilərin seçkinin nəticəsinə birbaşa təsir etdiklərinə diqqət çəkilib.
Muxalifet3 - 15-04-2019
Ucuz ev almağın və ya tikdirməyin şərtləri
Dünyada yeni kampaniya - 1 avroya satışa çıxarılan evləri kimlər və niyə alır?
Muxalifet - 15-04-2019
Alman kəşfiyyatı xəbərdarlıq etdi
Almaniya Konstitusiyanı Qoruma Təşkilatının (Daxili Kəşfiyyat Xidməti) sədri Tomas Haldenwang fərqli ifrat sağçı qrupların bir-biri ilə sıx bir şəbəkə qurduqlarını müşahidə etdiklərini bildirib.
Haldenwang “Welt am Sonntag” qəzetinə verdiyi açıqlamada, son illərdəki proseslərin ifrat sağçı proseslərə daha çox diqqət edilməsi lazım olduğunu göstərdiyini ifadə edib.
İfrat sağ təhlükəsinə işarə edən Haldenwang, "Müxtəlif radikal sağçı qrupların bir-biri ilə sıx şəbəkə qurduqlarını müşahidə edirik"
deyib.Muxalifet3 - 15-04-2019
Rusiyadan Ərdoğana tərif: “Məmnuniyyətlə qarşılayırıq”
İştirak etdiyi televiziya proqramında açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov, Türkiyə-ABŞ münasibətlərinə toxunaraq, "Prezident Ərdoğanın ABŞ-ın təzyiqi qarşısında dik duruşunu məmnuniyyətlə qarşılayırıq” deyib.
ABŞ-ın Türkiyəyə misli görünməmiş təzyiq etdiyini bildirən Kremlin sözçüsü Dmitri Peskov, Rusiyanın prezidentinin Rəcəb Tayyib Ərdoğanın bu təzyiqə qarşı dik duruşunu məmnuniyyətlə qarşıladığını ifadə edib.Muxalifet3 - 15-04-2019