Axtarış

The search found 105768 results in 0.081 seconds.

Search results

  1. ​SON DƏQİQƏ: Problemli kreditləri olanlara ŞAD XƏBƏR: bu gün...

    Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.
    Muxalifet.az xəbər verir ki, bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.
    Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.
    Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.

    Muxalifet - 15-04-2019

  2. Xristian terrorunda yeni addım: MÜSƏLMANLARA QARŞI YENİ TERROR TƏŞKİLATI YARADILDI

    Kanadada son illərdə yüksələn İslam düşmənçiliyi silahlı bir qrup yaradılması nöqtəsinə qədər gəlib. Özlərinə “The Three Percenters” (Üzdə Üçlər) adını verən İslam düşməni səlib terrorçu qrupun Kanada ərazisində mübarizə edəcəyi ifadə olunub.
     
    “Sputnik”-də yer alan xəbərə görə, özlərinə “The Three Percenters” (Üzdə Üçlər) adını verən və simvol olaraq da III% işarəsini istifadə edən ifrat sağçı qrupun Kanada ərazisində mübarizə aparacağı bildirilib.

    Muxalifet3 - 15-04-2019

  3. Zamirə Hacıyevanın “Assanc hadisəsi” ilə nə bağlantısı... - KEÇMİŞ BANKİR ARVADI HƏBS OLUNUR

    “Dumanlı Albion” varlıların cənnətindən sürətlə uzaqlaşmağa başlayıb, bu isə polis nəzarətində olan azərbaycanlı bankir xanımına yaxşı heç nə vəd etmir...

    Muxalifet - 15-04-2019

  4. Çevrilişçi general Hafterə böyük şok! - SİLAHLI DÖYÜŞÇÜLƏRİ TƏSLİM OLDU

    Liviyada çevrilişçi general Hafterə bağlı 25 nəfərdən ibarət silahlı qrup, nəqliyyat vasitələrilə ilə bilrikdə Milli Razılıq Hökumətinə (UMH) sadiq qüvvələrə təslim olub.
     
    UMH-nin həyata keçirdiyi "Burka-yın əl-qəzab" (Qəzəb Vulkanı) əməliyyatına aid sosial media hesabından "Tripolinin cənubunda yerləşən Asvani bölgəsində Hafterə bağlı 25 nəfərdən ibarət silahlı dəstə 10 hərbi maşın və avadanlıqları ilə birgə qüvvələrimizə təslim oldu" deyə bəyan olunub.
    Hafter güclərindən məsələyə dair hələ ki, açıqlama verilməyib.

    Muxalifet3 - 15-04-2019

  5. Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

    Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.
    Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.
    15 aprel saat 08.15-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 80095 abituriyent öz ərizəsini təsdiq edib.

    Muxalifet - 15-04-2019

  6. İki çevrilişçi general görüşdü: Sisi Hafterə taktika verdi

     Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter Misirin əli qanlı çevrilişçi prezident Əbdul- Fəttah es-Sisi ilə Qahirədə bir araya gəlib. İki çevrilişçi generalın görüşməsi əlamətdar qarşılanıb.
     
    General Hafter Misirin prezidenti Əbdul- Fəttah es-Sisi ilə son prosesləri qiymətləndirib.
    Misirin rəsmi agentliyi MENA-nın xəbərinə görə, Əbdul- Fəttah es-Sisi general Hafteri paytaxt Qahirədəki İttihadiyə Sarayında qəbul edib.
    Görüşdə Liviyadakı son proseslərin dəyərləndirildiyi qeyd olunub.
     

    Muxalifet3 - 15-04-2019

  7. Bu gün Moskvada kritik Qarabağ görüşüdür - "Lavrov planı" YENƏ MASADA

    Azərbaycan və Ermənistan XİN başçıları Sergey Lavrovun iştirakı ilə Rusiya paytaxtında nələri müzakirə edəcək?; Elmar Məmmədyarov “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” xəbərdarlığından sonra ilk dəfə Mnatsakanyanla qarşı-qarşıya gəlir; politoloq: “Nazirləri görüşdürürlər ki, heç olmasa payıza qədər toqquşma ehtimalını önləsinlər”

    Muxalifet - 15-04-2019

  8. “WikiLeaks" rəhbərinin səfirlikdəki həyatının görüntüləri - VİDEO

    İspaniyanın “El Pais” qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən “WikiLeaks”in yaradıcısı Culian Assancın videogörüntülərini yayıb.
     
    Görüntülər Ekvadorun Londondakı səfirliyində lentə alıb. Julian Assanc burda sığınacaq aldıqdan sonra 7 il yaşamışdı.
     
    Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib.
     

    Muxalifet4 - 15-04-2019

  9. Altıncı mərtəbədən yıxılan uşaq sağ qaldı - VİDEO

    ABŞ-ın Vaşinqton ştatının Redmond şəhərində altıncı mərtəbənin mənzilinin pəncərəsindən yıxılan körpə möcüzəvi şəkildə sağ qalıb.

    Bu barədə “KIRO-TV” portalı məlumat yayıb.

    İnsident aprelin 10-da baş verib. Yerli polis idarəsinin məlumatına görə, bir il səkkiz aylıq uşaq yataq otağında tək, anası və bacısı isə qonşu otaqda olublar.

    Ehtimala görə, uşaq ananın otağın havasını dəyişmək üçün açdığı pəncərəyə qalxaraq, oradan aşağı yıxılıb. Aşağıda dayanan avtomobilin üzərinə düşdüyündən zərbə yumşalıb və uşaq sağ qalıb.

    Muxalifet4 - 15-04-2019

  10. “Senzuraya məruz qalmadan...” - Gənc şairdən təklif

    Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Tural Turan ədəbiyyat televizyasının açılması ilə bağla təklif irəli sürüb. AYB üzvü bu addımın diqqətə alınmasında Milli Televiziya və Radio Şurasını məsul hesab edib.
    Muxalifet.az prezident təqaüdçüsünün təklifini olduğu kimi təqdim edir:

    Muxalifet4 - 15-04-2019

  11. ​Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: Xəsarət alan var

    Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb.
    Hadisə zamanı 1 nəfər xəsarət alıb.

    Muxalifet - 15-04-2019

  12. Alman şirkəti Bakınını Baş planın aldı - 6,3 milyon dollara nələr dəyişəcək?

    “AS+P“ Qahirə, İskəndəriyyə, Sürix,  Şanxay, Moskva və  İstanbul kimi şəhərlərin ərazi planlaşdırılmasında iştirak edib

    Bakının uzun müddətdir haqqında danışılan Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinə start verilib.

    Muxalifet - 15-04-2019

  13. Ermənilərin əcdadı ilə bağlı Türk professordan müdhiş açıqlama

     Tarixçi-müəllif professor İlber Ortaylı “Ermənilər Urartuların öz babaları olduğunu iddia edir. Ermənilər Anadoluya qərbdən, Balkanlar üzərindən gəlmişlər. Onların Urartularla əlaqəsi yoxdur” deyib.
     
    Ortaylı bu fikirləri Bakıda Heydər Əliyev Mərkəzində "Qafqaz Tarixi" mövzulu konfransda çıxış edərkən bildirib.

    Muxalifet3 - 15-04-2019

  14. ​Üzeyir Afrikanı “fəth etdi” - Mahnısı səsləndi, işi atıb rəqsə BAŞLADILAR - VİDEO

    Afrikanın Zimbabve dövlətində maraqlı hadisə baş verib. Lusaka şəhərində bir tikintidə işləyən fəhlələr Üzeyirin mahnısının sədalarını eşidən kimi işi dayandırıb rəqsə başlayıblar. Tikinti şirkəti türklərə məxsusdur və rəqsi də türklər təşkil ediblər. Həmin görüntüləri oxucularımıza təqdim edirik./olke.az

    Muxalifet - 15-04-2019

  15. Assanc haqda ŞOK İDDİA - Ekvador səfirliyində casusluqla məşğul olub

    Cullian Assanc Ekvadorun Londondakı səfirliyindən “casusluq mərkəzi” kimi istifadə edib.

    BBC-nin məlumatına görə, bu sözləri Ekvador lideri Lenin Moreno deyib.

    Ekvadorlu prezident hər hansı ölkənin “Wikileaks” saytının təsisçisinin səfirlik binasından çıxarılması qərarına təsir göstərmədiyini bildirib.

    Moreno “Guardian” nəşrinə verdiyi müsahibədə əvvəlki hökumətin (Ekvador hökuməti nəzərdə tutulur – red.) Assanca “onun başqa ölkələrin işlərinə müdaxilə etməsi üçün” sığınacaq verdiyini dilə gətirib.

    Muxalifet4 - 15-04-2019

  16. ​Yasamalda gənc qız özünü 9 mərtəbədən atdı - VİDEO

    Yasamalda inthar hadisəsi baş verib.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Şərifzadə 30 ünvanında 9 mərtəbədən gənc qız özünü atıb. O aldığı xəsarətlərdən hadisə yerində keçinib.
    Hələlik intiharın səbəbi müəyyən edilməyib. Faktla bağlı araşdırma aparır.

    Muxalifet - 15-04-2019

  17. “Tramp neftlə bağlı seçim etməlidir” – İranlı nazir

    İranın neft naziri Bijen Namdar Zəngənə İran dövlət mediasında yer alan açıqlamasında, ABŞ-ın ölkəsinə qarşı sanksiyaları haqqında açıqlama verib.
     
     Neft bazarının kövrək bir vəziyyətdə olduğunu və ABŞ-ın İrana təzyiqi artırmaq istəməsi vəziyyətində bu qırılğanlığın dərinləşəcəyini bildirən Zəngənə, "Venesuelada problemlər var, Rusiyaya sanksiya tətbiq edirlər, Liviya qeyri-sabitdir və ABŞ-dakı neft hasilatı də əldən getdi. Bu cədvələ görə, istehsal, təklif və tələb çox kövrək bir prosesdən keçir" deyib.

    Muxalifet3 - 15-04-2019

  18. ​Türkiyədə güclü zəlzələ

    Türkiyənin Malatya vilayətinin Arquvan ilçəsində 4.5 bal gücündə zəlzələ baş verib. Bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Nazirliyi informasiya yayıb. Episentri yerin 4.7 kilometr dərinliyində qeydə alınan zəlzələ nəticəsində dağıntılar barədə məlumat verilməyib.

    Muxalifet - 15-04-2019

  19. Sürücülər üçün yeni tələblərin detalları açıqlandı – Kursa gedəcəklər

    Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ını təsdiq edib.

    Muxalifet - 15-04-2019

  20. Cəbhədə GƏRGİNLİK - Düşmən iriçaplı pulemyotları işə saldı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

    Muxalifet - 15-04-2019

Pages