Axtarış

The search found 105768 results in 0.041 seconds.

Search results

  1. Quba sakininindən xalasının gizli sevgilisinə qarşı DƏHŞƏTLİ ƏMƏL

    Quba rayonunda xalısı ilə qeyri-rəsmi nikahda yaşayan kişini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Fərid Alışanovun məhkəməsi başa çatıb. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Fərid Alışanov Quba rayonu, İkinci Nügədi kəndində yaşadığı evin qarşısında xalası Şahnaz Alışanova ilə qeyri-rəsmi nıkahda yaşayan Firudin Şahbalayevlə mübahisə edib. Həmin vaxt Firudin Fəridi təhqir edib. Fərid yerdən götürdüyü iri daşı Firudin Şahbalayevə tərəf atıb. Firudin başından aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

    Muxalifet4 - 13-04-2019

  2. İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı - FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

    Muxalifet4 - 13-04-2019

  3. BAKIDA DƏHŞƏT: 25 yaşlı sürücü öldü - VİDEO

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hunday Elantra" markalı avtomobil (99 RX 128 dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.
     
    Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.
     

    Muxalifet4 - 13-04-2019

  4. ​“Prezidenti və onun klanını yox etmək lazımdır” – ŞOK AÇIQLAMA

    Ukraynanın yeni rəhbəri müharibə, korrupsiya və təhlükəsizlik məsələləri ilə üz-üzə qalacaq.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Naş” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakşavili deyib. Onun sözlərinə görə, yeni hökumətə qarşı ən böyük müqaviməti köhnə sistemin klanı göstərəcək:
     

    Muxalifet4 - 13-04-2019

  5. Ağ Evin qarşısında özünü yandırdı - ETİRAZ

    ABŞ-da Ağ Ev qarşısında bir nəfər özünü yandırıb. Ağır yanıq alan şəxs hadisə yerindəki ilk müdaxilədən sonra xəstəxanaya aparılıb.
     
    Amerika Gizli Xidmətindən bildiriblər ki, "Ağ Ev qarşısındakı Pensilvaniya Küçəsində elektron təkərli əlil arabasında olan bir nəfər özünü yandırırb".

    Muxalifet3 - 13-04-2019

  6. ​Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ – Bu qurumlar avtomobilləri hərraca çıxarır

    Milli Məclisinin İşlər İdarəsi “Nissan Maxima” markalı avtomobili hərraca çıxarıb.
     
    Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
     
    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti “Rexton RX270” markalı avtomobili, Xızı rayon İcra Hakimiyyəti "Nissan Maxima, Bakı Şəhər İcra Hakimiyyətinin İqtisadiyyat Komitəsi “QAZ-31029”, Xüsusi Dövlət Mühafizə Xidməti isə “Mersedes Benz E240” markalı nəqliyyat vasitələrini hərraca qoyub.

    Muxalifet4 - 13-04-2019

  7. ​“Hər kəs nə baş verdiyini anlayır” – İSTANBULUN YENİ MERİ

    Mənim ruhumda təhdid, qəzəb, kin heç vaxt olmayıb. Allah bu toplumu ruhunda kin və nifrət olan insanlardan qorusun.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İstanbulda bələdiyyə seçkilərini qazanmış CHP namizədi Əkrəm İmamoğlu jurnalistlərə bildirib.
     
    Hazırda səslərin yenidən sayılması ilə bağlı danışan İmamoğlunun sözlərinə görə, hər kəs nə baş verdiyini anlayıb:
     
    “Biz 145 ildir ki, demokratiya uğrunda mübarizə aparırıq”.

    Muxalifet4 - 13-04-2019

  8. ​Birinci Qarabağ savaşında indiki nazirlər harada olub? — TAM SİYAHI

    Birinci Qarabağ müharibəsi (1992-93-cü illər) dövründə düşmənlə döyüşənlərin əksəriyyəti peşəkar hərbçilər olmayıb.
     
    Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, onlar daha çox müxtəlif peşə sahiblərinin bir araya gəldiyi könüllü dəstələr şəkilində vurüşüblar. Həmin könüllülər arasında məşhur insanlar və onların övladları da olub. Ancaq onu da bildirək ki, tanınmış şəxslər, o cümlədən də bu gün yüksək vəzifə sahibi olan şəxslər arasında müharibədə iştirak etməyənlər də olub.
     

    Muxalifet4 - 13-04-2019

  9. Bu qidalar neftdən düzəldilir... - İNSANLIQ FƏLAKƏTƏ SÜRÜKLƏNİR

    Yeyinti sənayesi yerində «saymır» və artıq qorxmağa başlayırıq ki, tezliklə istehsalçılar bizləri nefdən düzəldilmiş kotletlərlə yemləyəcəklər. Yeri gəlmişkən, bu qorxu heç də əsassız deyil. Belə ki, artıq neftdən həm yeyinti sənayesində istifadə olunan, həm də ev kulinariyasında işlədilən mühüm ərzaqlar istehsal olunur.
     
    Neftdən düzəldilmiş proteinlər

    Muxalifet4 - 13-04-2019

  10. Arvadı xəyanət etdi, qardaşı arvadını bıçaqladı - XAÇMAZDA DƏHŞƏT

    Xaçmazda ər-arvadın mübahisəsi qanla nəticələnib, amma bu dəfə kişi onları ayırmaq istəyən qardaşı arvadını bıçaqlayıb. Qaynının qan tökəcəyindən ehtiyatlanan Sərfinaz bıçağı götürərək gizlətməyə çalışıb, qaynı isə onu məhz bu səbəbdən vurub.

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz şəhər sakini, 42 yaşlı Ramiz Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Muxalifet4 - 13-04-2019

  11. Terrorçulara dəstək verən azərbaycanlı məmura HÖKM OXUNDU

    Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin sabiq müdiri Füzuli Tanırverdiyev barəsində cinayət işi qaldırılıb. Muxalifet.az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, ona Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə ittiham verilib. Cinayət işi Zərdab rayon məhkəməsində hakim Tahir Qubadovun icraatında baxılıb. Məhkəmənin hökmü ilə F. Tanırverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. F. Tanırverdiyev barəsində sınaq müddəti seçilib.

    Muxalifet4 - 13-04-2019

  12. ABŞ-da müsəlman qız tələbəyə təcavüz: Hicabını çıxarmağa çalışdılar...

     ABŞ-ın Nyu-Cersi ştatındakı bir məktəbdə Müsəlman bir qız tələbəyə qarşı təcavüz baş verib.
     
    “East Burnswick” Litseyindəki təcavüzün sosial mediada paylaşılan videosunda hicablı Müsəlman bir tələbənin məktəbin yemək salonunda digər bir tələbə tərəfindən yerə yıxılaraq döyüldüyü görünür.
    Mediaya əks olunan xəbərlərdə, adını verməyən bir tələbə, "Müsəlman bir qızın yerdə digər bir qız tərəfindən amansızcasına döyüldüyünü gördüm" deyib.

    Muxalifet3 - 13-04-2019

  13. Pənah Hüseyndən SENSASİON AÇIQLAMA - "Ölkənin şimalında və cənubunda təxribatlar hazırlanır”

    "Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər"
     

    Muxalifet.az xəbər verir ki, Azərbaycanın eks baş naziri, Azərbaycan Xalq Partiyasının rəhbəri, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseyn musavat.com-un Facebook və Youtube üzərindən yayımlanan “Canlı debat” verilişi zamanı sensasion açıqlamalar verib.
     

    Muxalifet4 - 13-04-2019

  14. “Müxalifət daxilində yeni blok yaradılması istiqamətində danışıqlar gedir” – İQBAL AĞAZADƏ

    2020-ci ildə Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Hərçənd ki, ilin sonuna kimi növbədənkənar parlament seçkilərinin keçirilməsi də istisna deyil. Üstəlik, az sonra bələdiyyə seçkiləri, gələn il isə parlament seçkilərinin keçiriləcəyi gözlənilsə də, müxalifət və ya iqtidar düşərgəsində seçki hazırlıqları hiss olunmur.

    Muxalifet4 - 13-04-2019

  15. Monopolist deputatın xaricdəki İNANILMAZ SƏRVƏTİ: Fabrik, sanatoriya, şirkətlər… - FOTOLAR

    Araşdrımaçı jurnalist Cavanşır Həsənli deputat Əsabil Qasımovun Azərbaycandan Rusiya, Ukrayna və Qazaxıstana qədər uzanan böyük biznes imperiyası, onun faktiki və hüquqi statuslarını, həmçinin siyahısını yayıb.

    Muxalifet.az jurnalistin sosial şəbəkədəki səhifəsində yaydığı həmin yazı və fotoları təqdim edir:

    ***

    Muxalifet4 - 13-04-2019

  16. II Qarabağ savaşı qapıda - Moskva görüşü danışıqların sonu ola bilər

    Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda dedikləri azmış kimi, Avropada da işğalçı siyasətdən əl çəkməyəcəyini nümayişkaranə şəkildə bəyan etdi. Avropa Şurasının baş katibi Yaqlandla birgə təşkil etdiyi mətbuat konfransında erməni baş nazir dedi ki, onun bəyanatları və müdafiə naziri David Tonoyanın şərhlərində ziddiyyətli heç bir şey yoxdur.

    Muxalifet4 - 13-04-2019

  17. Azərbaycanda qadın dünyaya 7 uşaq gətirəcək - VİDEO

    Azərbaycanda dünyanı şoka salacaq hadisə baş verəcək.

    Üçəm və daha çox uşağın dünyaya gəldiyi barədə xəbərlərə istər yerli, istərsə də xarici mediada tez-tez rast gəlmişdik. Lakin bu xəbər eşidənləri məəttəl qoymaqda davam edir.

    Azərbaycanda hamilə qadın 7 körpə dünyaya gətirəcək. Bu barədə ginekoloq Natiq Məhərrəmov məlumat verib:

    "Mənim təcrübəmdə 5 hamiləliyi olan xəstəm olub. Amma rekord bunu demək istərdim ki, uşaqlıq boşluğunda düz yeddi uşaq saya bilirik. Xanım bizə müraciət edib, qarnındakı ağrılara görə narahat idi".

    Muxalifet4 - 13-04-2019

  18. İsrail Suriyaya hücum etdi

    Suriyadakı Bəşşar Əsəd rejimi İsrail döyüş təyyarələrinin Hamanın qərb qəsəbəsindəki Masyaf mahalındakı bir hərbi bazaya hava hücumu təşkil etdiyini bildirib.
     
    Rejimin informasiya agentliyi “SANA” gecə saatlarında İsrailə aid döyüş təyyarələrinin Hamanın qərb qəsəbəsində Masyaf mahalındakı hərbi bazanı bömbaladığı məlumatını verib.
     
    3 Əsəd əsgəri yaralanıb
     

    Muxalifet3 - 13-04-2019

  19. Hakerlər FTB casuslarının “dosye” qeydlərini ələ keçirdi!

     “Techcrunch” internet saytında yer alan xəbərə görə, kompüter hakerləei FTB Milli Akademiyasına məxsus internet saytlarına sızaraq federal agentlik və polis nümayəndələrinə aid xidmətə xüsusi istifadə üçün saxlanılan şəxsi heyət qeydlərini oğurlayıb.
     
     Sənədlərdə vəzifəlilərin adları, ünvanları, telefon nömrələri və e-poçt ünvanlarının yer aldığı qeyd olunub.
    Piratlar 4 minə yaxın adamın şəxsi məlumatlarının yer aldığı qeydləri, Ukraynada nəşr edilən bir internet saytında yayıb.

    Muxalifet3 - 13-04-2019

  20. Putinin 2018-ci ildəki gəliri məlum oldu: “Kasıblayıb”

     Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildə əldə etdiyi gəlir məlum olub. 2017-də 18 milyon 728 min rubl gəlir əldə Putinin qazancı, keçən il 8 milyon 648 min rubla enib.
     
    Kreml tərəfindən dövlət rəhbərliyindəki şəxslərə dair dərc olunan mal varlığı məlumatlarına görə, 2017-də 18 milyon 728 min rubl qazanan Putin, ötən il 8 milyon 648 min rubl qazancla kasıblayıb.
     Rusiyanın baş naziri Dmitri Medvedevin də ötən il 9 milyon 917 min rubl  gəlir əldə etdiyi qeyd edilib.

    Muxalifet3 - 13-04-2019

Pages