Axtarış

The search found 105768 results in 0.041 seconds.

Search results

  1. ŞOK İFADƏ: “Böyrəyimi satıb bankın kreditini ödəmək qərarına gəldim”

    Bakı Ağır Cinayətlər Məhkəməsində son dövrlərin ən qalmaqallı məhkəmə işlərindən biri - “qara transplantologiya” ilə məşğul olmaqda ittiham olunan 62 yaşlı Ağdam rayon sakini Vahib Xudadatovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Məhkəmədə bəlli olub ki, böyrək çatışmazlığından əziyyət çəkənlərlə böyrəyini satmaq istəyənlər bir-birlərini sosial şəbəkələrdəki elanlar vasitəsilə tapıblar.

    Muxalifet4 - 12-04-2019

  2. "Oğlumu döyərək öldürüblər” - DAHA BİR MƏKTƏBDƏ FACİƏ / Video

    Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbin şagirdi döyülərək öldürülüb.

    Muxalifet.az xəbər verir ki, bu iddianı şagirdin valideyni Mehman Paşayev Bizimyol.info-ya açıqlamasında bildirib.

    Muxalifet4 - 12-04-2019

  3. KRİMİNAL ALƏMDƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR - "Taro" “Lotu Quli” ilə “Ded Həsən”in nəvəsinə qarşı birləşəcək

    Gürcüstanın ən nüfuzlu "qanuni oğru"su "Taro" ləqəbli Tariel Muluhov (Oniani) bir neçə gün öncə Rusiyada  10 illik həbsxana həyatından azad olunduğu gün yenidən 40 gün müddətinə həbs edilib. 

    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Taro" mayın 19-u həbsdən çıxdıqdan sonra İspaniyaya deportasiya oluna bilər. Lakin onun  tərəfdaşlarının əksəriyyətinin yaşadığı Türkiyəyə gedəcəyi də deyilir. 

    Muxalifet4 - 12-04-2019

  4. Azərbaycanın ən hündür binası tikilir - 277 METR - FOTO

    Bakıda tikilən "Baku tower" adlı tikilinin Azərbaycandakı ən hündür binası olacaq.

    Muxalifet.az xəbər verir ki, artıq tikintisi yekunlaşmaq üzrə olan və biznes mərkəzi kimi istifadə ediləcək binanın hündürlüyü 277 metr olacaq.
    Bu bina hündürlüyü 310 metr olan və paytaxtın ən hündür qurğusu olan teleradio qülləsinə cəmi 33 metr uduzur.

    Muxalifet4 - 12-04-2019

  5. “Kral Melaniyanın əlini 3 dəfə öpdü” - Donald Trampın Ərəbistan xatirəsi

    Donald Tramp “Newsweek” jurnalına açıqlamasında Səudiyyə Ərəbistanına səfəri ilə bağlı maraqlı bir məqama aydınlıq gətirib.

    Muxalifet.az strateq.az-a istinadən xəbər verir ki, Tramp deyib: “2017-ci ilin mayında Riyad səfərindən öncə köməkçilərim mənə dedi ki, bizi qarşılayarkən, Səudiyyə kralı Salman Birinci xanım Melaniyaya əl uzatmaya bilər.

    Muxalifet4 - 12-04-2019

  6. Cəmi bir neçə aya milyonçu oldu - İRAQLI GÖZƏL İNSTAQRAMDAN MİLYONLAR QAZANIR...

    35 yaşlı Huda Kattan cəmi bir neçə ay ərzində Yaxın Şərqin ən populyar blogeri olub. O, bir neçə il ərzində instaqramda abunəçi sayının artırması hesabına təxminən 550 milyon dollarlıq sərvət qazanıb. Hazırda onun adı dünyanın bir çox varlı qadınları ilə eyni sırada çəkilir və 35 milyondan çox abunəçisi var. Foto-platforması ilə yanaşı itigözlü və gursaçlı gözəl şəxsi brendinin yaradıcısıdır. Kattan BƏƏ-də “Huda Beauty” adlı brendini yaradaraq dünyanın ən nüfuzlu gözəllik markalarını kölgədə qoyub. Bəs bütün bunları Kattan necə əldə edib?

    Muxalifet4 - 12-04-2019

  7. Mixail Qorbaçov deputatlığa namizəd oldu - İndoneziyada

    İndoneziyalı siyasətçi Mixail Qorbaçov ölkədəki parlament seçkisində öz namizədliyini irəli sürüb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, 1986-ci il təvəllüdlü Mixail Qorbaçov Dom niyə ona SSRİ-nin eks-prezidentinin adının verildiyini açıqlayıb:

    Muxalifet4 - 12-04-2019

  8. Problemli kreditlər üzrə təzminat alacaq vətəndaşların siyahısı və vaxt dərc olunacaq?

    Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 15-dən sonra problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edəcək.

    Muxalifet.az xəbər verir ki, bu barədə trend-ə Palatadan məlumat veriblər.

    Siyahı qurumun rəsmi saytında yerləşdiriləcək. Bundan başqa, problemli kreditlərlə bağlı məlumatlar kreditlərin alındığı müvafiq banklara ötürüləcək.

    Muxalifet4 - 12-04-2019

  9. Güləşçimiz erməni dünya çempionunu belə məğlub etdi - VİDEO

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

    Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarışa start verilib. Beş güləşçimiz döşək üzərinə çıxıb.

    Muxalifet4 - 12-04-2019

  10. Nazir Elinanın ölümü ilə bağlı HƏR ŞEYİ AÇDI - 3 nəfər İŞDƏN QOVULDU VƏ...

    Aprelin 12-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair press brifinq keçirir.
    Nazir qeyd edib ki, baş vermiş hadisənin təfərrüatlarının dərhal araşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb, Bakı şəhər Prokurorluğunun məlumatına əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

    Muxalifet - 12-04-2019

  11. ​Elinanın intiharı ilə bağlı İcra başçısının müavini prokurorluqda DİNDİRİLDİ

    Xəbər verdiyimiz kimi, 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.
    Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən cinayət işi ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb. Elina Hacıyevanın intiharı ilə bağlı onun ifadəsi alınıb.

    Muxalifet - 12-04-2019

  12. Məktəbdə intihar edən Elinaya görə işdən çıxarılan şəxslərin FOTOSU

    Xəbər verdiyimiz kimi, aprelin 4-də Səbail rayon 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü 3-cü mərtəbədən ataraq intihar edib. Elina Hacıyeva yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə orada vəfat edib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. 
    Muxalifet.az xəbər verir ki, Elinanın intiharı ilə bağlı məktəbin direktoru, müavini və psixoloqu işdən çıxarılıb. 

    Muxalifet - 12-04-2019

  13. Ramil Usubov polis mayoruna VƏZİFƏ VERDİ

    Şəmkir rayon Polis şöbəsində yeni təyinat olub.
    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
    Əmrə əsasən, polis mayoru İldırım Alıyev Şəmkir rayon Polis şöbəsinin şəxsi heyət üzrə rəis müavini təyin edilib.
    Qeyd edək ki, İ.Alıyev bundan əvvəl Ağcabədi rayon Polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi olub və bir müddət əvvəl vəzifəsindən azad edilib. (report)

    Muxalifet - 12-04-2019

  14. ​“Bacıma “salam” yazmışdı, gedib bıçaqladım” – MƏHKƏMƏDƏN

    Bacısına mesaj yazana tanışını öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun məhkəməsi keçirilib.      
    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    Muxalifet - 12-04-2019

  15. “Oğlumu qaraçılar qaçırıb diləndirmişdi” – İtkin düşmüş Nihadın anası

    Bakıda aprelin 7-də itkin düşüb 3 gün sonra tapılan 11 yaşlı uşağın qaraçılar tərəfindən oğurlanıb dilənməyə məcbur edildiyi iddia olunur.

    Muxalifet - 12-04-2019

  16. ABŞ-da təyyarə məktəb meydanına düşdü

    ABŞ-ın Konnektikut ştatının Meriden şəhərində yüngül mühərrikli “Piper PA-28” təyyarəsinin məktəbin beysbol meydanına düşməsi nəticəsində göyərtədə olan 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
    Bu barədə “WTIC-TV” telekanalı şəhər polisinin nümayəndəsi Kristofer Fraya istinadən məlumat yayıb. 
    Qeyd olunur ki, insident, tən axşam pilot məktəbin yaxınlığındakı yay sahəsində manevr edərkən baş verib. Polisin sözlərinə görə, eniş zamanı pilot təyyarəni elektrik məftillərinə ilişdirib və idarəetməni itirərək beysbol meydanına düşüb. 

    Muxalifet - 12-04-2019

  17. SON DƏQİQƏ: Rus və erməni hərbçiləri birgə HƏRƏKƏTƏ KEÇDİ - Qırıcılar HAVAYA QALDIRILDI

    Baqramyan poliqonunda Ermənistan-Rusiya batalyon taktiki təliminin hərbi fazası çox yüksək səviyyədə keçirilib.
    Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı aviabazasının komandiri Aleksandr Petrov deyib. O, qırıcıların pilotlarının hava məkanının mühafizəsi ilə bağlı manevrlar həyata keçirdiklərini, baza ərazisinə zərbə endirmək istəyən şərti düşmənlə hava döyüşünə girdiklərini bildirib.

    Muxalifet - 12-04-2019

  18. ​Saray qəsəbəsində qanunsuz tikili söküldü

    Abşeron Rayon İcra Hakimiyyəti rayonun Saray qəsəbəsində fərdi yaşayış evinin qanunsuz sökülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Muxalifet - 12-04-2019

  19. ​Vətəndaşlara 70000-dən çox ağac tingi paylanıldı - ETSN

    "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70000-dən çox ağac tingi paylanılıb. Ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, hesab edirəm ki, yaxsi bir stimuldur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova aprelin 12-də keçirilən mətbuat konfransında bildirib.

    Muxalifet3 - 12-04-2019

  20. ​Litva Moskvadakı səfirini geri çağırdı

    Litvanın Rusiyadakı səfiri Ryamiqiyus Motuzas geri çağırılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Litva XİN-dən informasiya yayılıb.
    “Səfirimiz ötən gün məsləhətləşmələr üçün geri çağırılıb”, - XİN-dən bildirilib.
    Litva XİN səbəb kimi səfir və səfirlik əməkdaşlarının ünvanına təhdid xarakterli elektron məktubların daxil olmasını göstərib.
     

    Muxalifet3 - 12-04-2019

Pages