Axtarış

The search found 105768 results in 0.029 seconds.

Search results

  1. Sudanda yeni gəlişmə: And içib vəzifəyə başladı!

     Sudanın müdafiə naziri Avad bin Avf Hərbi Keçid Şurasının sədri kimi and içərək vəzifəyə başlayıb.
     
    Bin Avf paytaxt Hartumda keçirilən və dövlət televiziyasından canlı yayımlanan mərasimdə, Sudan Ali Məhkəməsinin sədri Abdulmecid İdris hüzurunda and içərək keçid şurasının sədri olub.
    Sudan baş qərargahının rəisi ordu generalı Kamal Abdulmaruf da Hərbi Keçid Şurasının sədr müavini kimi and içib.
     
    SUDANDA BAŞ VERƏNLƏR
     

    Muxalifet3 - 12-04-2019

  2. ​Azərbaycanlı icra başçısı yenə HƏBS OLUNDU - Foto

    Dağıstanın Dərbənd rayonunun azərbaycanlı icra başçısı Məhəmməd Cəlilov iki sutkalıq həbs olunub.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, artıq xüsusi reyslə Moskvaya aparılıb. Cəlilov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə ittiham olunur və 3 fakt üzrə şübhəli bilinir.

    Muxalifet - 12-04-2019

  3. Çevrilişçi general Hafterə şok! Geri alındı

    Liviyanın paytaxtı Tripoli hökumətinə sadiq qüvvələrin ötən günlərdə itirdikləri Yermuk hərbi düşərgəsini general Hafterə bağlı güclərdən geri alıb.
     
    Siyasi böhranın silahlı münaqişələrə yol açdığı Liviyada Tripoli mərkəzli Milli Anlaşma Hökumətinin (UMH) bölgənin ən böyük hərbi qərargahı olan Yermuk düşərgəsində yenidən nəzarəti ələ keçirdikləri açıqlanıb.

    Muxalifet3 - 12-04-2019

  4. Məktəblinin intiharı prezidentin nəzarətində - Elinanın qanı batmayacaq!

    Təhsil nazirinin iştirakı ilə keçirilən iclasda 162 nömrəli məktəbin direktoru ilə bağlı qərar verildi; cəmiyyətdə geniş rezonans doğuran hadisə deputatların və media təmsilçilərinin iştirakı ilə geniş müzakirə edildi; mərhum Elina Hacıyevanın anası yayılan videonu yalanladı: “Ölmüş bir qız uşağını bu şəkildə ləkələmək nə qədər insanlıqdandır?”

    Muxalifet - 12-04-2019

  5. Pakistanda GÜCLÜ PARTLAYIŞ: 16 ölü, 30 yaralı

    Pakistanın Kvetta şəhərində güclü partlayış baş verib.
    İlkin məlumatlara görə, partlayış nəticəsində16 nəfər ölüb, 30 nəfərin yaralanıb.
    Muxalifet.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayıcı qurğunun səhər saatlarında şəhər bazarında işə düşdüyü bildirilir.
    Partlayış baş vermiş rayonun ərazisi polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

    Muxalifet - 12-04-2019

  6. Mehmanın ölkədən çıxışına icazə verildi

    Bir müddət öncə həbsdən buraxılan bloger Mehman Hüseynovun ölkədən çıxışına icazə verilib.
    Bu barədə M. Hüseynov sosial şəbəkədə məlumat paylaşıb. O, xaricdə beynəlxalq təşkilatların rəhbərləri ilə görüşəcəyini bildirib.
    Qeyd edək ki, Mehman aprelin 9-da Azərbaycanı tərk etmək istəsə də, aeroportdan geri qaytarılıb.

    Muxalifet - 12-04-2019

  7. ​Polis Gəncədə əməliyyat keçirdi: 4 nəfər saxlanıldı

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Muxalifet - 12-04-2019

  8. Ermənistanda 18 hərbçi yol qəzasına düşüb

    Ermənistanın cənubunda "ZİL" hərbi avtomobilinin qəzaya uğraması nəticəsində 20-ə yaxın hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilir ki, hadisə dünən Yerevandan 370 kilometr cənubda, Sünik vilayətində, Meqi-Çirani avtomobil yolunda baş verib.

    Muxalifet - 12-04-2019

  9. Daha 147 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti təzahürü kimi, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında 147 şəhid üzrə 222 vərəsənin də birdəfəlik ödəmə ilə təmin olunmasına dair qərar qəbul edilib. Ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub. 

    Muxalifet - 12-04-2019

  10. Bakıda mənzildə iki qardaş ölüb

    Bakının Xətai rayonunda Babək prospekti, 90, mənzil 25-də yaşayan iki qardaş ölüb.
    Virtualaz.org-a daxil olan məlumata görə, ölənlər 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovlardır.
    Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyərək bildirib ki, hadisə yerinə təcili yardım çağırılıb. Təcili yardıma zəng edən mərhumların bacısı olub.
    Hadisə barədə Xətai Rayon Prokururluğu məlumatlandırılıb.

    Muxalifet - 12-04-2019

  11. Evimizdəki dəhşətli ölüm təhlükəsi – Hər gün istifadə edirik

    Trans yağlarla qidalanan insanlarda infarkt riski 3 dəfə daha yüksəkdir. Bu, gənc yaşda ölümə yol açan ən əsas səbəblərdəndir.
    Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, trans yağların ən zərərli təsiri orqanizmdəki yağ balansını pozaraq LDL adlanan “pis xolesterol” səviyyəsini artırmasıdır. “Yaxşı xolesterol” səviyyəsinin azalması ən əsas ürək-damar sağlamlığına mənfi təsir edir.

    Muxalifet - 12-04-2019

  12. İcra başçısı mətbuat katibini işdən çıxardı - Yeni təyinat

    Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalov mətbuat katibini işdən çıxarıb.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Vüqar Zeynalovun müvafiq əmrinə əsasən, Səbail Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Hüseynov Mətin Adil oğlu tutduğu vəzifədən azad edilib.
    Onun yerinə isə Hüseynov Anar Eldar oğlu təyin edilib.
    Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

    Muxalifet - 12-04-2019

  13. Gömrük Komitəsinin işdən çıxarılmış əməkdaşı barəsində cinayət işi başlanılıb

    Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işdən çıxarılmış inspektoru Ariz Hüseynli barəsində cinayət işi başlanılıb.

    “Report”un xəbərinə görə, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Muxalifet - 12-04-2019

  14. Papa Sudan liderinin ayağını öpdü

    Roma Papası Frensis sülh üçün Cənubi Sudan liderinin ayağını öpüb.
     
    Son zamanlar Vatikanda baş verən cinsi təcavüz, uşaq istismarı və homoseksualizm Papaya və qurumlara inamı sarsıdıb. Papa mediaya və məhkəmələrdə görülən işlərə əhəmiyyət vermədən vəzifəsini davam etdirir.

    Muxalifet3 - 12-04-2019

  15. Tramp "sevgisini" İNKAR ETDİ: "Bu haqda heç bir şey bilmirəm"

    ABŞ prezidenti Donald Trampın “Wikileaks” saytının qurucusu Culian Assanjın həbsi ilə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub.
    Mətbuat konfransında bir jurnalist prezidentə 2016-cı ilə dediyi “Wikileaks”ə aşiqəm” sözlərini xatırladıb və ardınca saytın qurucusunun Londonda həbs edildiyini deyib.
    Tramp isə cavabında “Wikileaks” haqqında heç bir şey bilmirəm. Bu, mənim işim deyil. Lakin Assanj ilə bağlı görüləcək işlərin olduğunu bilirəm. Bununla ədliyyə nazirimiz Uilyam Barr məşğul olacaq” deyib.

    “Wikileaks” və 2016-cı il prezident seçkiləri

    Muxalifet - 12-04-2019

  16. ​Vitse-spiker Bakının ən bahalı restoranında QIZINA TOY EDİR

    Bu gün Milli Məcisin vitse-spikeri Ziyafət Əsgərovun ailəsində xoş gündür.
    Muxalifet.az Bakupost.az-a istinadən xəbər verir ki, vitse-spiker bu gün qızını ərə verir. Z.Əsgərovun qızı Aytən Əsgərova Ceyhun adlı bəylə ailə həyatı qurur.
    Toy Bakının ən bahalı və böyük şadlıq saraylarından olan "Böyük Saray” restoranında keçiriləcək.
    Allah xoşbəxt eləsin!

    Muxalifet - 12-04-2019

  17. İcra başçısına AĞIR İTKİ

    Quba rayon icra hakimiyyətinin başçısına ağır itki üz verib. İcra başçısı Ziyəddin Əliyevin qardaşı Sabir Əliyev vəfat edib. Allah rəhmət eləsin!/qafqazinfo

    Muxalifet - 12-04-2019

  18. "KamAZ" "ZİL" toqquşdu - Xəsarət alan var

    Lənkəranda iki yük avtomobili toqquşub, sürücülərdən biri ağır xəsarət alıb.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində baş verib.
    Belə ki, əsas yola çıxan "KamAZ" markalı yük avtomobili "ZİL" markalı avtomobillə toqquşub. Nəticədə "ZİL" yol kənarındakı ağaca çırpılıb. 

    Muxalifet - 12-04-2019

  19. Quba-Xınalıq yolunda hərəkət bərpa olundu

    Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən Muxalifet.az-a verilən məlumata görə, ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyə olunur.

    Muxalifet - 12-04-2019

  20. “Sepah-ın Azərbaycana qarşı cəhdləri olub” - İDDİA

    Politoloq: “Tək bu faktın özü ABŞ-ın addımına münasibətimizi müəyyən etməlidir”
    ABŞ hökuməti tarixində ilk dəfə başqa bir ölkənin rəsmi güc strukturunu - ordusunu terror təşkilatı olaraq tanıyıb. “Yeni Müsavat” yada salır ki. söhbət prezident Donald Trampın dünyanı qarışdıracaq növbəti qalmaqallı sənədə imza atmasından gedir.  Ağ Ev sahibi İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı elan edib.

    Muxalifet - 12-04-2019

Pages