Axtarış
The search found 105768 results in 0.027 seconds.
Search results
"Azərbaycan hakimiyyətində çox radikal güclər var" - RÜSTƏM İBRAHİMBƏYOV
“Heydər Əliyevlə münasibətlərim olduqca mürəkkəb idi, bu münasibətlər o, istefa verdikdən sonra xeyli yaxşılaşdı. O, Moskvada olanda mən onunla ünsiyyət saxlayırdım və heç kim onun dönəcəyini hətta xəyal belə edə bilməzdi. Və o, geri döndükdən sonra biz bir müddət əlaqə saxladıq, o, mənim və qardaşımın yubileyində iştirak etdi. İlham Əliyevlə münasibətlərim həmişə çox yaxşı olub, o çox tərbiyəli, hörmətcil, yaşlı insanlara hörmətlə yanaşan insandır və münasibətlərimiz çox yaxşı idi".
Muxalifet4 - 11-04-2019
Dükançıdan maraqlı jest - “Gündəliyində “5” göstər, hədiyyə qazan” / VİDEO
Dərsdən əla qiymət alan uşaqlar evlərinə yox, birbaşa bu mağazaya üz tuturlar. Çünki 5 qiyməti alan şagirdlər onu satıcıya göstərməklə hədiyyə qazanırlar.
Görüntülər Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyindəki marketlərdən birindəndir. Marketin sahibi uşaqları təhsilə həvəsləndirmək üçün onlara hədiyyə vermək fikrinə düşüb. O, Artıq 10 gündür yaxşı oxuyan şagirdləri sevindirir.
Mağazanın sahibi Qəşəm Niftəliyev bildirir ki, bu addimi atmaqda məqsədi şagirdlərin daha bilikli yetişməsinə dəstək olmaqdır.
Muxalifet4 - 11-04-2019
DƏHŞƏT: Bakıda daha bir bina yanır - Xəsarət alanlar var
Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, "Günaybank"ın arxasında 3 mərtəbəli bina yanır.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanlar var.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, təcili yardım briqadaları hadisə yerindədir. 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. 16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın taksikologiya şöbəsinə yerləşdirilib.
Muxalifet4 - 11-04-2019
Tələbələrdən polislərə ilginc sürpriz - VİDEO
Sakarya Universitetinin tələbələri Polis günündə asayiş keşikçilərinə ilginc zarafat ediblər.
Belə ki, tələbələr universitetdə dava görüntüsü yaradaraq polisləri çıxılmaz durumda qoyublar.
Tələbələri sakitləşdirən polislərə daha sonra tort qonaqlığı verilib./teleqraf
Muxalifet4 - 11-04-2019
"Elinanın başına gələnlərin deyilənlər kimi olduğuna inanmıram" - TAHİR KƏRİMLİ
Elina Hacıyevanın intihar hadisəsi olduqca ağır bir faciədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsi ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli deyib. O bildirib ki, bu cür işlər istintaq və məhkəmələrdə adətən qapalı aparılır, ancaq internet dünyası inkişaf etdiyindən hazırda məsələ ilə bağlı açıq müzakirələr gedir:
Muxalifet4 - 11-04-2019
"Mən onun simasında qüdrətli Nadir şahı görürəm" - YAQUB MAHMUDOV PREZİDENT HAQDA
Xalqımız 2018-ci il prezident seçkilərində İlham Əliyevə səs verərək davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə “HƏ” dedi.
Muxalifet.az xəbər verir ki, bunu azərtac-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib:
Muxalifet4 - 11-04-2019
Angela Merkelə “qara” xəbər
Almaniyanın baş naziri Angela Merkelin 90 yaşındakı anası Herlind Kasnerin öldüyü bildirilib.
Alman mətbuatında çıxan xəbərlərdə, hökumət sözçüsü Steffen Seibert, "Kanslerin anası Herlind Kasner vəfat etdi. Kansler və ailəsinin məhrəmiyyətinə hörmət etmənizi xahiş edirik" deyib.
Merkelin anasının cənazə mərasiminin daha sonra ailə arasında keçiriləcəyi qeyd edilib.
Angela Merkelin atası Horst Kasner 2011-ci ildə həyatını itirib.
Müxalifət.azMuxalifet3 - 11-04-2019
Avropa Birliyi “Brexit”in təxirə salınmasında anlaşdı
AB Şurasının sədri Donald Tusk 27 AB üzv dövlətinin “Brexit”-i təxirə salma mövzusunda razılaşdıqlarını açıqlayıb.
Tusk bu məlumatı Twitter hesabından açıqlayıb.
Tusk tvitter hesabında bu ifadələri işlədib:
"27 AB ölkəsi “Brexit”-in təxirə salınmasına razılaşdı və indi İngiltərənin baş naziri Teresa Mey ilə görüşəcəyəm və İngilis hökumətinin razılığını alacağam".
Böyük Britaniyaya 6 ay verildi
Muxalifet3 - 11-04-2019
Bakıda 45 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Bakının Yasamal rayonunda 45 yaşlı kişi bıçaqlanıb.
ONA-nın verdiyi xəbərə görə, hadisə Seyfəddin Dağlı küçəsi 31 ünvanında qeydə alınıb.
1974-cü il təvəllüdlü Vəliyev Rüfət Xanbala oğlu aldığı iki bıçaq yarası ilə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Məlumata görə, ona bıçaq xəsarətlərini qonşusu yetirib.
Faktla bağlı istintaq araşdırmalarına başlanılıb.
Muxalifet - 11-04-2019
Məktəb direktorlarının maaşları ilə bağlı qərara dəyişiklik edildi
Baş nazir Novruz Məmmədov “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.
Muxalifet.az xəbər verir ki, qərarın 4-cü hissəsi aşağıdakı redaksiyada dəyişdirilib:Muxalifet - 11-04-2019
FETÖ kilsədə pul yığır
FETÖ müsəlmanların dini duyğularını istifadə edərək Almaniyada kilsələrdə eyni taktika tətbiq etməyə başlayıb. Marienkirçə kilsəsində FETO terrorçuları Berlin Evi layihələri üçün pul toplayır.
Türkiyədə illər boyu Müsəlmanları istismar edən FETÖ gerçək üzü ortaya çıxınca indi də xariciləri aldatmağa başlayıb. Berlindəki Marienkirçə kilsəsində FETO terrorçularının “Berlin evi” layihəsi üçün "Sülh üçün ianə verin" şüarı altında pul yığdıqları öyrənilib.
40 MİLYON AVROLUQ LAYİHƏ
Muxalifet3 - 11-04-2019
Çikaqoda atışma baş verib, ölənlər var
ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) atışma baş verib. Muxalifet.az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Yaralanan şəxs ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma başlanıb. Atışmanın səbəbi və hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Muxalifet - 11-04-2019
Türkiyədən İtaliyaya sərt “erməni soyqırımı” təpkisi
Türkiyə Prezident Sarayının təbliğat rəhbəri Fahrettin Altun 1915-ci ildə yaşanan hadisələri “sözdə erməni soyqırımı” olaraq tanınması üçün hökümətin İtaliya parlamentinə təqdim etdiyi qərar layihəsinə görə qınayıb.
Altun Twitter hesabında bunları qeyd edib:
“Biz İtaliya Parlamentinin tariximizi təhrif etmək və siyasiləşdirmək üçün səylərini qəti şəkildə qınayırıq. Bu, qəddar, düşməncə və cəlbedici bir yanaşmadır.
Bir-birimizin keçmişinə hücum etmək əvəzinə, həqiqətin tarix üzərindən araşdırılmasını təmin etməmiz lazımdır”.Muxalifet3 - 11-04-2019
ABŞ-dan qalmaqal “Türkiyə” çağırışı
Amerika Birləşmiş Ştatları tarixdə ən çox siyasi səyahət xəbərdarlıqlarından birini etmişdir. O, 35 ölkəyə qaçırılma riski haqda vətəndaşlarına səyahət xəbərdarlığı edib. Birləşmiş Ştatların bu qərarının əsaslandırılması səyahət xəbərdarlıqlarının edildiyi ölkələrdə açıq-aydın görünür.
Müharibə ya da qaçırılma riskindən çox ikitərəfli əlaqələrinin pis olduğu ölkələrə xəbərdarlıq edən ABŞ, Türkiyəni də bu siyahıya salıb.
Hansı ki, eyni siyahıda Misir kimi qeyri stabil bir ölkənin adının olmaması diqqət çəkib.Muxalifet3 - 11-04-2019
Qarabağda Ermənistana DƏHŞƏT YAŞADACAQ GEDİŞ - Azərbaycan B planını İŞƏ SALIR
“Azərbaycanla Ermənistan arasında müharibə davam edir. Hələ ki, bu müharibədə son nöqtə qoyulmayıb. Müharibəyə paralel olaraq, ölkələr arasında həm də informasiya qarşıdurması var. Düşmən çalışır ki, Azərbaycana güclü tərəf kimi psixoloji təsir göstərsin. Özünün zəif olduğunu bu yolla ört-basdır edir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.Muxalifet - 11-04-2019
İtaliya qondarma “erməni soyqırımı”nı tanıdı - QALMAQAL
İtaliya Parlamenti 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" adlı qərar layihəsini müzakirə edib.
İtaliyada koalisiya hökumətinin Parlamentə təqdim etdiyi "sözdə erməni soyqırımını rəsmən tanıyır və onu beynəlxalq səviyyədə müdafiə edir" deyə bildirilən qərar layihəsi 382 səs lehinə, 43 nəfər əleyhinə olmaqla qəbul edilib. Yalnız müxalifətdə olan sağçı Forza Italia partiyası etiraz edib.
TÜRKİYƏDƏN QINAMA
Türkiyənin Xarici İşlər Nazirliyi İtaliya Parlamentinin bu qərarına sərt təpki verib.Muxalifet3 - 11-04-2019
Rusiya Suriyada Tel Rıfatdan çəkilir: Türk ordusunun yolu açıldı
Suriya məsələsinin həlli üçün Türkiyə ilə iş birliyi etmək istəyən Rusiya YPG-li terrorçularla daha məsafəli olmaq məcburiyyətindədir.
YPG / PKK terror təşkilatı Suriyanın şimalında bir terror dövləti qurmağa çalışarkən, ABŞ-ın dəstəyini də arxasına aldı. Ancaq zaman zaman ruslarla əməkdaşlıq etmək istəyən YPG terrorçuları strateji bölgə olan Tel Rifatdakı Rusiya polis qüvvələrinin qorunması altında idi.
YPG ilə iş birliyi mövzusunda dəqiq bir mövqe ortaya qoyan Türkiyə, Rusiyaya bu vəziyyətdə həllin mümkün olmayacağını çatdırıb.Muxalifet3 - 11-04-2019
Bakıdakı yanğınların müəmmalı tərəfləri - təxribat iddiası
“Qaçqınkom” sədri məcburi köçkünlərin yataqxanalarının qəsdən yandırıldığını və buna dair ekspertiza rəyi olduğunu açıqladı; ən həssas sosial təbəqələrin məskunlaşdığı, işlədiyi binalarda yanğınların baş verməsi qəsd versiyasını istisna etmir
Muxalifet - 11-04-2019
Qafqazdan İKİNCİ CƏBHƏ və 3 mərhələdə Rusiyanın sonu: “Troya atı” strategiyasının ŞOK DETALLARI
ABŞ-ın Rusiya barəsində “Troya atı” strategiyası, çox güman ki, xüsusi əməliyyat güclərinin iki eşelonundan istifadəni nəzərdə tutur.
“Lenta.ru” saytı xəbər verir ki, bu haqda Rusiya raket və artilleriya elmləri Akademiyasının prezidentinin informasiya siyasəti üzrə müavini, hərbi elmlər doktoru Konstantin Sivkov bildirib.
Ekspertin fikrincə, strategiyanın konkret reallaşdırılması əsasən, hibrid tipli hərbi hərəkətlərin aparılmasını nəzərdə tutur. Onun sözlərinə görə, daxili dağıdıcı potensialdan istifadə strategiyanın əsas ideyasıdır.Muxalifet - 11-04-2019
Fazil Mustafa: “Bütövlükdə bu yeniliklər cəmiyyətə yeni bir ab-hava gətirdi”
Siyavuş Novruzov: “Prezidentin praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanıb”
2018-ci ilin 11 aprelində Azərbaycanda keçirilmiş prezident seçkilərinin 1 ili tamam olur. Həmin gün keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Muxalifet - 11-04-2019