Axtarış

The search found 105768 results in 0.021 seconds.

Search results

  1. ​Məcburi köçkün "Qaçqınkom" sədrini toyuna dəvət etdi: "Səndən dəvətnamə gözləyəcəm"

    Ağdamdan olan məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi toyuna dəvət edib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, R.Rzayev aprelin 10-da yanğın baş verən Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusuna baş çəkib, sakinlərlə söhbət edib.
    Orada məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Dövlət Komitəsinin sədrini toyuna dəvət edib.
    "Yaxın günlərdə toy mərasimim baş tutacaq. Sizi toya dəvət edirəm", - məcburi köçkün deyib.

    Muxalifet - 10-04-2019

  2. “Bir neçə aya 5-ci binadır ki, yanıb...” - Əli Əhmədov

    Baş nazirin müavini Əli Əhmədov da yanan binada məskunlaşan məcburi köçkünlərlə görüşüb.
    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhmədov bildirib ki, binada yaşayanlar müvəqqəti yaşayış yeri ilə təmin olunacaqlar:

    Muxalifet - 10-04-2019

  3. ​Azərbaycan çempionuna HÖKM OXUNDU

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Muxalifet.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
    Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum olunub.

    Muxalifet - 10-04-2019

  4. Tale Heydərov vəzifəsindən İSTEFA VERDİ - RƏSMİ

    Bu gün "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.
    Bu barədə klubun saytına istinadən məlumat verir.
    T.Heydərov 2006-cı ildən "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsində fəaliyyət göstərirdi.

    Muxalifet - 10-04-2019

  5. “Nə olsun ki, dünən dolların kursu 67 idi, bu gün olub 65-axı nə fərqi var?..” - AĞALAROV İQTISADİYYATDA BAŞ VERƏNLƏR HAQDA

    Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarov Rusiya iqtisadiyyatında baş verən proseslər haqda “Komsomolskaya Pravda”ya danışıb.
    Milyarder-oliqarx hazırda Rusiya iqtisadiyyatında və rublun məzənnəsində “stabilləşmə getdiyini” deyib.
    -Araz İsgəndəroviç! Həmişə olduğu kimi belə təşviş var-dolların məzənnəsi dünən 65 rubldan aşağı düşüb. Və avro ilə bağlı rəqəmlər də yaxşı deyil.
    -Təşviş nəyə görədir? İnsanlar bundan narahat olur?

    Muxalifet - 10-04-2019

  6. ​Ermənistan QORXU İÇİNDƏ: Tonoyan Zakir Həsənovu İrəvanda qarşılayacaq

    Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırdı. Xüsusilə Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda narahatlıqlar yaratdı.

    Muxalifet - 10-04-2019

  7. ​Bakıda kriminal avtoritet saxlanıldı

    Bakının Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ağır cinayətlər üzrə əvvəllər məhkum olunan yerli sakinlərdən iri partiyada narkotik vasitə və odlu silah müsadirə edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.az-a rayon Polis İdarəsindən məlumat verilib.
    Aprelin 8-də “Maştağa” qəsəbəsində əməliyyatçılar əvvəllər qətlə görə məhkumluğu olan 1975-ci il təvəllüdlü Babayev Mütəllim Əmirəli oğlunu saxlayıb. Saxlanılan zaman onun üzərində 5,697 qram heroin olub.

    Muxalifet - 10-04-2019

  8. ​Sabiq nazirin obyektini bağladılar - FOTO

    Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsinin sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olması haqda məlumat vermişdik. 
    Şəhərin arxitektura görünüşünə xələl gətirən həmin sahədə qanunsuz dayanacaq fəaliyyət göstərdiyi aşkarlanmışdı. Kvadrat formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının "Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. 

    Muxalifet - 10-04-2019

  9. ​Prezident “Azərsu”ya 25 milyon manat ayırdı

    Prezident İlham Əliyev aprelin 10-da “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

    Muxalifet - 10-04-2019

  10. Bu yolda hərəkət tam məhdudlaşdırılır

    74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bülbül prospekti və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan sabah səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Muxalifet - 10-04-2019

  11. Çox sevdiyimiz yemək ölümcül təhlükəlidir – Alimlər xəbərdarlıq edirlər

    Kabab milli mətbəximizin ən çox sevilən yeməklərindəndır. Bir sıra əhəmiyyətli məclislərdə, qonaqlıqlarda hələ qədimdən kabab bişirilir.
    Bir çoxları tərəfindən kabab ən faydalı qida olaraq bilinir. Amma elmi araşdırmalar əksini bildirir.
    Medicina.az bildirir ki, kabab bişirmək siqaret çəkmək qədər zərərlidır və onkoloji xəstəliklərə səbəb ola bilər. Bundan əlavə tez-tez kabab bişirən insanlarda pnevmaniya və astma kimi xəstəliklərə yoluxma riski 40-60 faizə qədər artır.

    Muxalifet - 10-04-2019

  12. Mətbuat Şurası şagirdin intiharı ilə əlaqədar KİV-ə müraciət etdi

    Azərbaycan Mətbuat Şurası Bakıda şagirdin məktəb binasından özünü ataraq intihar etməsi ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. 
    Muxalifet.az a daxil olan müraciət mətnində deyilir:

    Muxalifet - 10-04-2019

  13. ​Paşinyan İlham Əliyevlə nə danışdığını gizlətdi, deputatlar... - Qapalı görüşdə QALMAQAL

    Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 8-də “Mənim addımım” blokunun deputatları ilə qapalı görüş keçirib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “past” nəşri şəxsi mənbələrinə istinadən məlumat yayıb.
    Məlumata görə, Paşinyan öz komandasının işindən narazı olduğunu bildirib. Qeyd edib ki, komandası onun siyasi xəttinə riayət etmirlər.
    “Bu əvvəlki parlament deyil ki, siz vaxtınızı boş yerə xərcləyəsiniz, iclasları yola verəsiniz”, - deyə o bildirib.

    Muxalifet - 10-04-2019

  14. Serj Sarkisyanın qardaşı oğlu qaçqın düşərgəsinə göndərildi

    Çexiya məhkəməsi Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ekstradisiyası haqqında məsələni nəzərdən keçirməyi dayandırıb. Məlumatı “news.am” yayıb.
    Bildirilib ki, bu günlərdə Ermənistan Baş Prokurorluğunun sorğusu əsasında Praqa məhkəməsi Narek Sarkisyanın ekstradisiyasını nəzərdən keçirib.
    Məlumata görə, məhkəmə bu işə baxılmasını dayandıraraq Narek Sarkisyanı qaçqınlar üçün nəzərdə tutulan düşərgəyə göndərib.

    Muxalifet - 10-04-2019

  15. “Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan!

    Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual bilik yarışlarının on üçüncü mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi müsabiqə keçirilir. Beləki, yarışın yayımı zamanı “Nar”-ın “Facebook” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, “Nar”-dan hədiyyə qazanmaq şansı da əldə edirlər.

    Muxalifet4 - 10-04-2019

  16. Nazirlik şagirdin intiharı ilə əlaqədar xidməti araşdırma aparıb – Nəticələr nazirə təqdim olunub

    Təhsil Nazirliyində Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı iclas keçirilib. Nazirlikdən “Report”a verilən məlumata görə, iclasda hadisənin təfərrüatının araşdırılması məqsədilə yaradılan xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi Aparatının rəhbər şəxsləri iştirak ediblər.

    Muxalifet - 10-04-2019

  17. İvanişvilidən SƏRT SÖZLƏR: “Saakaşvili qorxaqdır, Gürcüstana qayıtsa, həbs olunacağını bilir”

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vətəninə qayıtmayacaq, onu burada həbs gözləyir.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Gürcü arzusu -demokratik Gürcüstan" hakim partiyasının sədri Bidzina İvanişvili "İmedi" telekanalında "Pirispir" proqramında qonaq olarkən bildirib.
    "O, (Saakaşvili-red.) sadəcə qorxaq insandır. Əgər o, Gürcüstana gəlsə, o zaman həbsxanada yatmalıdır", - İvanişvili söyləyib.

    Muxalifet - 10-04-2019

  18. Qurban Məmmədov AXH İdarə Heyəti üzvlüyündən İSTEFA VERDİ

    Tanınmış hüquqşünas Qurban Məmmədov AXH İdarə Heyəti üzvlüyündən istefa verib. Bu barədə o, musavat.com saytının youtube və facebook üzərindən apardığı canlı yayında bəyanat verib.

    Muxalifet4 - 10-04-2019

  19. ​Putin azərbaycanlını mükafatlandırdı

    Kaluqa vilayətinin “ETNOMİR” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu – vahid dünya”  beynəlxalq xeyriyyə fondunun prezidenti Ruslan Bayramov Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli ordenlə təltif edilib.
    “Vestnik Kafkaza” nəşrinin yazdığına görə, fərmanın mətni hüquqi informasiya rəsmi internet portalında dərc olunub.
    Bayramov bu yüksək mükafata Rusiya mədəniyyəti və tarixi irsinin qorunub saxlanılması və populyarlaşdırılması istiqamətində apardığı aktiv fəaiyyətə görə layiq görülüb.

    Muxalifet - 10-04-2019

  20. Zaqatalada zəlzələdən evi uçan ailə çadırda yaşayır - İcra hakimiyyəti köməklik göstərmir - VİDEO

    Zaqatala Rayonu Aşaği tala kəndində zəlzələdən evi uçan ailə 2 ildir ki, çadırda yaşayır. 
    Muxalifet.az xəbər verir ki, bu barədə unikal.org-a Qardaşov Amid Şeyix oğlu məlumat verib. O, bildirib ki, 2 ildir ailəsi ilə (özü, övladı, həyat yoldaşı və anası) zəlzələ nəticəsində evləri tam qəzalı vəziyyətə düşdüyündən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qurduğu çadırda yaşayırlar.

    Muxalifet - 10-04-2019

Pages