Axtarış

The search found 105768 results in 0.03 seconds.

Search results

  1. "Tibb bacısı dedi ki, uşaq gecədən rəhmətə gedib, həkimlər..." - MƏKTƏB BİNASINDAN ÖZÜNÜ ATAN ŞAGİRDİN ANASI

    Bakıda intihar etdiyi deyilən 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, onlar qızlarının ölümündə günahkar olan hər kəsin cəzalandırılmasını istəyirlər.

    "Məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət etmişik", o deyir.

    Baş Prokurorluq faktla bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd edib.

    Muxalifet4 - 9-04-2019

  2. “ShamkirChess 2019” başa çatdı

    Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə yekun vurulub.
    Sonuncu - IX turda Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə, Teymur Rəcəbov isə çexiyalı David Navara ilə heç-heçə edib.
    Hazırkı dünya çempionu və turnirin qalibi Maqnus Karlsen isə yenə qələbə qazanıb. O, rusiyalı Aleksandr Qrişuku məğlub edib.
    IX tur
    9 aprel
    Maqnus Karlsen (Norveç) - Alekandr Qrişuk (Rusiya) - 1:0
    Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

    Muxalifet3 - 9-04-2019

  3. "AZƏRBAYCANDA TƏNQİDİ MEDİAYA EHTİYAC VAR" - "Sosial şəbəkələr tənqidi medianı əvəz edəndə..."

    Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli "Amerikanın Səsi"nə müsahibəsində medianın cəmiyyətə təsirlərindən danışıb. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
    - Elektron, çap və sosial medianın Azərbaycanda insanlara təsirlərini necə qiymətləndirərdiniz? Yayılan məlumatlar insanların əhval ruhiyyəsini yüksəldir, narahatlıq, stress, depressiya hissləri yaradır, asılılıq aşılayır və ya özünəhörməti artırır?

    Muxalifet4 - 9-04-2019

  4. Azərbaycanın Avropa İtiffaqı ilə imzalayacağı saziş layihəsinin detalları... - MÜXALİFƏT TƏLƏB EDİR Kİ...

    Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar yaxın günlərdə başa çata bilər. Müşahidəçilər sazişin yaxın zamanda imzalanacağına inanır. Sazişin imzalanması məsələsi ölkə hökumətinin və demokratik dəyərlərə inanan bütün icyimai-siyasi təşkilatların diqqətindədir.

    Muxalifet4 - 10-04-2019

  5. Almaniyadan daha 53 azərbaycanlı deportasiya olundu

    Bu gün Almaniyadan daha 53 nəfər azərbaycanlı deportasiya olunub. Onlar aprelin 9-da Düsseldorf hava limanından Bakıya göndərilib.
    Təyyarədə deportasiya olunan azərbaycanlıları 100-ə qədər alman polis müşayiət edib. Onlar təhlükəsizliyi təmin etmək məqsədilə təyyarədə göndəriliblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb. Onun sözlərinə görə, deportasiya olunanlar 10-a qədər ailənin üzvləri olub.

    Muxalifet4 - 10-04-2019

  6. Merkel Tereza Meyi qarşılamağı unutdu - VİDEO

    Böyük Britaniyanın baş naziri Tereza Mey Brexit məsələsi üzrə müzakirələr aparmaq üçün Berlinə gəlib. Lakin baş naziri avtomobilindən düşərkən girişdə heç kim qarşılamayıb.
     
    The Independent yazıb ki, Angela Merkel həmkarını qarşılamağı unudub. Mey görüş zalına daxil olduqdan bir neçə dəqiqə sonra Merkellə birlikdə bayıra çıxıb. Onlar jurnalist və fotoqraflar üçün əl sıxışıblar.
     
    https://twitter.com/i/status/1115621329351450624

    Muxalifet4 - 10-04-2019

  7. "İT DAMINDA, MEŞƏDƏ İŞLƏDİM..." - Dünyanın 10 nüfuzlu universitetinə qəbul olunan azərbaycanlı gənc

    İbrahim Məmmədov ABŞ-ın - Stanford, Kolumbiya, Prinston, Yel, Harvard, Kornell, Braun, Nyu-York Universiteti, Dyuk, Cons Hopkins - on universitetinə qəbul olub. Deyir ki, buna vaxtını düzgün işlərə sərf edərək nail olub.

    Oxu.Az-ın əməkdaşı İbrahim Məmmədovla söhbətləşib:

    - Özünüz barədə məlumat verin.

    - 2000-ci ildə Bakıda anadan olmuşam. IV sinfə kimi 16 nömrəli liseydə təhsil almışam. 2010-cu ilin yayında “Green card” vasitəsilə ailəmlə ABŞ-a köçdük.

    - İngilis dilini necə öyrəndiniz?

    Muxalifet4 - 10-04-2019

  8. İnanılmaz: 26-cı mərtəbədən yıxılan uşaq sağ qaldı - VİDEO

    Çində balaca qızın 26-cı mərtəbədən yıxılmasını əks etdirən dəhşətli görüntülər müşahidə kameralarına düşüb.
     
    6 yaşlı uşaq sağ qaldığı videonun sonunu izləyənlər öz gözlərinə inanmaqda çətinlik çəkir.
     
    Hadisə belə baş verib; valideynləri altı yaşlı qızı hündürmərtəbəli binanın 26-cı mərtəbəsindəki mənzildə tək qoyub işə gediblər. Yuxudan oyanan balaca onları axtarmağa gedib və qəfildən pəncərədən düşüb.
     
    Onun sürətlə aşağı düşməsi kameralara həkk olub.
     

    Muxalifet4 - 10-04-2019

  9. ​Zukerbergin zibilləri ilə elə bir qazanc əldə edir ki...

    Ceyk Orta adlı adam “Facebook”un qurucusu milyarder Mark Zukerbergin zibilliyində tapdığı dəyərli əşyaları sataraq zibil yığma işini ciddi bir gəlir yeri halına gətirib.
     
    Metbuat.az xarici mediaya istinadla bildirir ki, Zukerbergin 10 milyon dollarlıq malikanəsindən 3 küçə məsafədə yaşayan Ceyk zibillikdə tapdığı “İpod”, cins şalvar, elektrik süpürgəsi kimi əşyaları sataraq bu məhsullar sayəsində gündə 40, həftədə 300 dollar qazanc əldə edir.

    Muxalifet4 - 10-04-2019

  10. Şübhəlinin çantasını axtaran polis DƏHŞƏTƏ GƏLDİ

    Nigeriya polisi dəhşətli cinayətin üstünü açıb.
    Xarici KİV-lər məlumat verir ki, Ekiti əyalətinin sakinləri cinayətkar dəstədən aldıqları təhdid məktublarından sonra polisə müraciət edib. Nəzarət məntəqəsi quran təhlükəsizlik əməkdaşları, əraziyə daxil olan şübhəliləri yoxlayarkən dəhşətli hadisə ilə üzləşib.
    23 yaşlı şübhəlinin çantasına baxış zamanı qurudulmuş insan əllərinə rast gəlinib. Şübhəli insan qalıqlarını məzarlıqda tapdığını və ayinlərdə istifadə etmək niyyətində olduğunu irəli sürüb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

    Muxalifet4 - 10-04-2019

  11. "Allah xeyirli yalanı sevir, fəsad verən düz danışmaqdan nifrət edir"

    Düz danışmaq və yalanla mübarizə çox böyük əhəmiyyətə malik olan mövzulardandır. İslam dini yalanı şərabdan da çirkin hesab edir. Ancaq bəzi hallarda yalan danışmaq caiz hesab edilir: günahız insanın qətl edilməsi, ölkəyə düşmənin hücum etməsi, möminlər arasında düşmənçilik və nifaq zamanı və s. (Tebyan) Muxalifet.az deyerler.org-a istinadən bildirir ki, yalançı insan qarşısındakını aldatmaq üçün ona yalan deyər. Bu, İslam dinində ən böyük günahlardan hesab edilir. Məsumlardan (ə) gələn hədislərdə başqa böyük günahlar olan oğurluq və zinanın adı çəkilir ki, bəzən mömin ona düçar ola bilir.

    Muxalifet4 - 10-04-2019

  12. Hər gün 10 min addım atmağın İNANILMAZ FAYDALARI

    Fitnes instruktorları, bloqerlər və hətta smartfonlar üçün mobil applikasiyalar - ətrafda olan hər kəs gün ərzində 10 min addım atmağın vacibliyini vurğulayır. Bu rəqəm haradan götürülüb? Bu bir işə yarayırmı?

    Nə üçün 12 min yox, 8 min yox, məhz 10 min addım?

    Muxalifet4 - 10-04-2019

  13. Səudiyyə “Ərəb NATO”-su ilə bağlı hərəkətə keçdi

    Səudiyyə Ərəbistanı "Ərəb NATO"-su olaraq adlandırılan "Strateji Orta Şərq Paktı" yaradılması işinə başlayıb.
     
    Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin (SPA) xəbərinə görə, Səudiyyə Ərəbistanının paytaxt Ər-Riyadda "Strateji Orta Şərq Paktı" hazırlıq işlərinə başlanğıc olaraq ABŞ və Ərəb ölkələri arasında təşkil olunan toplantıya ev sahibliyi etdiyini açıqlayıb.

    Muxalifet3 - 10-04-2019

  14. İsraildə səsvermə bitdi: Kim qalib gəldi, Netanyahu, yoxsa Gantz?

     İsraildə keçirilən erkən parlament seçkilərinin ilkin nəticələrinə görə, Binyamin Netanyahunun liderliyində Likud Partiyası və Benny Gantz rəhbərliyindəki Mavi-Ağ İttifaqı başa-baş gedir. Ekzit-poll-arın sorğularının açıqlanmasından sonra həm Netanyahu, həm də rəqibi Gantz seçkilərdə qalib gəldiklərini elan edib.
     
    Ekzit-poll sorğularına görə, Gantz rəhbərliyindəki Mavi-Ağ hərəkatının 36 və ya 37 yer, Netanyahunun lideri olduğu Likud partiyasının isə  33 ilə 36 arasında parlamentdə yer alacağı qeyd olunub.
     

    Muxalifet3 - 10-04-2019

  15. Çavuşoğlu ABŞ-ın bostanına daş atdı: BMT-yə çağırış!

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-yə müraciət edib. Çavuşoğlu “Hərbi müdaxilə əvəzinə BMT-nin təşkil etdiyi konfrans yoluyla Liviyanın birliyi və bərabərliyi təmin olunmalıdır. Liviyada hərbi üsulla həll axtarmaq Liviyaya və Liviyalılara fəlakət gətirəcək” - deyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında ABŞ-ın da bostanına daş atıb. Çavuşoğlu ABŞ-ın İran İnqlab Mühafizəçilərini terror təşkilatı elan etməsinin doğru olmadığını və bu kimi qərarların regionda qeyri-sabitliyə yol açacağını deyib. Müxalifət.az

    Muxalifet3 - 10-04-2019

  16. Ərdoğandan S-400 açıqlaması

    Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdışı zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb, gündəmi qiymətləndirib. Ərdoğan S-400 raket əleyhinə müdafiə sisteminə də münasibət bildirib.

    Muxalifet3 - 10-04-2019

  17. Türkiyəyə “Ayasofiya” mesajı

    Yunanıstan xarici işlər nazirinin müavini Mərqos Bolaris Türkiyənin beynəlxalq hüquqa və Müqəddəs Sofiya Məbədinin statusuna hörmət etməsinə ümid etdiklərini bildirib.
     
    Bolaris mətbuat brifinqində prezident Rəcəb Tayyib Ərdoğanın Müqəddəs Sofiya Məbədi ilə bağlı sözlərinə dair bunları deyib:

    Muxalifet3 - 10-04-2019

  18. Avropa İnsan Haqları Məhkəməsinə TÜRK QADIN HAKİM

     CHP-nin seçilməməsi üçün əleyhinə kampaniya apardığı dosent Səadət Yüksəl Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimliyinə seçilib.
     
    Türkiyə Ədliyyə Nazirliyindən edilən açıqlamada, AİHM-in Türkiyə adından çıxış edəcək hakimi təyin etdiyi, səsvermədə 111 səs alan Yüksəlin AİHM-də Türkiyə adına 9 il vəzifə edəcəyi bildirilib.

    Muxalifet3 - 10-04-2019

  19. ​İntihar edən Elinanın tükürpədici MƏKTUBU ÜZƏ ÇIXDI - Bir dəfə oğlan Elinanı...

    Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin.
    Muxalifet.az Milli.az-a istinadən xəbər verir verir ki, Elinanın xalası qızı Diana Hacıyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu sözləri dəftərinin bir küncünə aprelin 4-də 162 saylı məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyeva yazıb.
    Diana Hacıyeva bildirib ki, o onunla eyni sinifdə oxuyub:

    Muxalifet - 10-04-2019

  20. Mayda əfv olmayacaq, amma...

    Səidə Qocamanlı: “Ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması halları ola bilər”
    Bu il Novruz bayramı ərəfəsində verilən əfv fərmanı ilə azad olunan dustaqlar siyahısında 50-dən çox siyasi məhbus var idi. Avropa İttifaqının alqışladığı bu qərar ən böyük əfv fərmanı kimi qiymətləndirildi.
    Mayda isə daha bir əfv fərmanı imzalanacağı barədə proqnozlar səsləndirilir. Bu fərmanla hazırda həbsdə qalan digər siyasi dustaqların da azadlığa buraxılacağı ehtimal edilir.

    Muxalifet - 10-04-2019

Pages